Məhkəmə qərarları › İş №2(004)-5112/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5112/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5112/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 7780+250+6192+ 4000, ümumilikdə 18 222 (on səkkiz min iki yüz iyirmi iki) manat və hüquqi yardım üçün ödədiyi 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X9 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin fevral ayında tanışı Cavabdeh1 müəyyən şəxsi ehtiyacları qarşılamaq üçün 2 000 (iki min) manat və bir aydan sonra əlavə olaraq yenidən şəxsi ehtiyaclarını qarşılamaq üçün 2 000 (iki min) manat, cəmi 4 000 (dörd min) manat pulu borc olaraq verilmişdir. Sonradan İlkin bildirmişdir ki, anası Cavabdeh2 sağlamlığında müəyyən problemlər var və ondan Cavabdeh2 cərrahiyyə əməliyyatı üçün borc pulun verilməsi ondan xahiş etmişdir. Nəticədə o da məcbur olub şəxsi mülkiyyətində olan HYUNDAİ 120 markalı ** KN *** dövlət qeydiyyat nişanı olan avtomobilini bir aylıq girov qoymuş, cavabdehin tanışı olan X6 tərəfindən Cavabdeh1 01.03.2021-ci il tarixdə 7000 manat pul verilmiş, həmin günü özü işdə olmadığından şəriki X13 pulu Cavabdeh1 vermiş, aralarındakı razılığa əsasən verilmiş pul qaytarılanadək hər ay həmin vəsait üçün 420 manat ödəniş edilməli, hər gecikdirilmiş gün üçün isə 7 manat cərimə hesablanmalı idi. Qeyd edilən pul vəsaitinin verilməsi qarşılığında həmçinin İddiaçı aid olan HYUNDAİ 20 markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyularaq Tofıqin adına keçirilmişdir. Belə ki, ödəniş Cavabdeh1 tərəfindən gecikdirildiyindən məbləğ artaraq 500 manat olmuş, 08.04.2021 -ci il tarixdə həmin borc tərəfindən ödənilmişdir, həmçinin növbəti ay üçün də 280 manat (20 günlük hesablanmışdır) ödəniş edilmişdir. Bununla belə tərəfindən 7000 manat+500 manat+280 manat, ümumilikdə 7780 (yeddi min yeddi yüz səksən) manat ödəniş edilmişdir, buna görə də X6 maşını girovdan azad etmək üçün sənədləşməyə görə 250 manat pul tərəfindən ödənilmiş və 20.07.2021-ci il tarixində mülkiyyətinə keçmişdir. Cavabdehlə ailə qurmaq niyyəti var idi. O, Cavabdeh1 etibar edirdi. Bu səbəbdən onun xəstə anasının müalicəsi üçün yenə də Cavabdeh1 borca 4750,50 (dörd min yeddi yüz əlli manat əlli qəpik) pul vermişdir. Həmin pulu Acces Bank ASC-dən götürərək verdi ki, 4750,50 manat üçün 36 aya 1826 manat faiz hesablanır ki, aylıq ödənişlərdən 190 və 194 manat Cavabdeh1 özü ödəniş etmiş, sonradan özü yoxa çıxdığından, onunla heç cür əlaqə saxlaya bilmədiyindən 200 manat isə özü ödəniş etmişdir. İş yoldaşı X5 şahidliyi və zaminliyi ilə borc pulu İlkinə vermişdir. Cavabdeh2 Cavabdeh1 anasıdır, dəfələrlə borc pulun verilməsini xahiş etsə də, o da oğlu kimi ondan aldığı pulları qısa bir müddətdə qaytaracağını bildirmiş, bununla belə bir qəpik də qaytarmamışlar. Nəticədə o cavabdehə inanaraq ona imkanı daxilində ümumi olaraq 18 222 (on səkkiz min iki yüz iyirmi iki) pul vermişdir. Bir neçə aydan sonra cavabdehlərlə borcun nə vaxt qaytarılacağı haqqında məlumat almaq üçün adi qaydada əlaqə saxlamaq istədikdə onlar ona bir mənalı şəkildə ona pulu qaytaracağını bildirdiyi halda ödəmirlər. Nəticədə o günlərlə İlkini tapa bilmədiyinə görə, məcbur olub 13.07.2021-ci il tarixində cavabdehlərin hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün Bakı şəhəri Baş Polis İdarəsinə qaydada şikayət etmişdir. Lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciətində göstərilən xüsusatlar mülki xarakterli mübahisə olduğundan mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyin məqsədə müvafiq olması bildirildi. O da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 17822 (on yeddi min səkkiz yüz iyirmi iki) manat, hüquqi yardıma görə ödənilmiş 900 (doqquz yüz) manat olmaqla, cəmi 18322 (on səkkiz min üç yüz iyirmi iki) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 18.08.2021-ci il tarixdə dəftərxana vasitəsilə verdiyi, ərizəsində bildirmişdir ki, o, iddiaçının xalası oğlu Təlaşla birlikdə eyni müəssisədə işləmişdir. İddiaçı ilə də 2021-ci ilin fevral ayında xalası oğlu Təlaş vasitəsi ilə tanış olmuşdur. İddiaçı ilə tanışlıq münasibətində olduğu müddətdə onun maddi problemləri olmuş və söhbət əsnasında bunu iddiaçıya demişdir. İddiaçı da ona maddi problemlərinin həll edilməsi üçün yardım edə biləcəyini demiş və bununla əlaqədar ona müxtəlif vaxtlarda hər dəfə 2000 (iki min) manat olmaqla, cəmi 4000 (dörd min) manat pul vermişdir. Daha sonra iddiaçının mülkiyyətində olan “Hyundai 120” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin girov qoyulması müqabilində o lombarddan 7000 (yeddi) min manat pul almışdır. Lakin həmin pulu iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi anası - hazırkı iş üzrə digər Cavabdeh2 əməliyyat xərcləri üçün deyil, özünün ehtiyacı olduğu üçün almışdır. Sonradan aylıq faizi lombarda ödəyə bilməmişdir və iddiaçı özü faizləri ödəyərək, avtomobilini girovdan azad etmişdir. Bundan başqa, iddiaçı "xxxx" QSC-dən 36 ay müddətinə ümumi faizi 1826 manat olmaqla, 4750,50 manat məbləğində öz adına kredit alaraq ona vermişdir. Həmin kreditə görə iki dəfə 190 və 194 manat ödəniş etmişdir. Sonradan maddi imkanı olmadığından ödənişləri həyata keçirə bilməmiş. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 08 avqust 2021-ci il tarixdə iddiaçının kredit borcundan 200 (iki yüz) manat ödəniş etmişdir. Yuxarıda qeyd etdiyi pulların verilməsi ilə bağlı iddiaçı ilə arasında nə şifahi nə də yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. İddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi, pulu ona borc olaraq deyil, onunla ailə qurmaq niyyəti olduğundan əvəzsiz şəkildə, öz istəyi ilə vermiş, pulu sonradan qaytarmaq niyyəti ilə verdiyini bildirməmiş, o da hər hansı məbləğdə ona pul verməsini ondan xahiş etməmişdir. Sonradan iddiaçı ilə münasibətləri pozulduğundan, ona yuxarıda qeyd olunan məbləğlərdə pulları borc olaraq verdiyini iddia edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı ondan və digər cavabdeh - anası Cavabdeh2 ümumilikdə 18.222 (on səkkiz min iki yüz iyirmi iki) manat məbləğində pulun, hüquqi yardım üçün ödədiyi 100 (bir yüz) manat və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsini tələb edir. Hazırkı iddia tələbinin anası Cavabdeh2 heç bir aidiyyəti yoxdur. Belə ki, anası iddiaçını biz tanış olan zaman və münasibətlərinin yaxşı olduğu vaxt tanımamış, iddiaçı iddia ərizəsində qeyd etdiyi pul məbləğlərini mənə vermişdir. Ona görə hesab edirəm ki, iddiaçının tələb olunan məbləğdə pulu Cavabdeh2 tələb etməsi əsassızdır. O, iddiaçının tələb etdiyi 18.222 (on səkkiz min iki yüz iyirmi iki) manat məbləğində puldan 200 (iki yüz) manat ödəniş etmiş və həmin ödəniş qəbzini mülahizəyə əlavə etmiş və bu halın yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını, yəni 200 (iki yüz) manatın 18.222 (on səkkiz min iki yüz iyirmi iki) manatdan çıxılmasını xahiş edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən, İddiaçı cavabdehlər mənə - Cavabdeh1 və Cavabdeh2 qızma qarşı pul tələbinə dair iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X12 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 İddiaçı hər hansı məbləğdə pul almamış, aralarında şifahi və yazılı formada hər hansı bir borc müqaviləsi bağlanmamış, iddiaçının qarşısında hər hansı bir öhdəlik götürməmişdir. İddiaçı iddia ərizəsində onun pulu Cavabdeh1 anası Cavabdeh2 əməliyyat xərcinin ödənilməsi məqsədilə verdiyini bildirsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim edilmədi. Bu səbəbdən iddiaçının 17822 (on yeddi min səkkiz yüz iyirmi iki) manat, hüquqi yardıma görə ödənilmiş 900 (doqquz yüz) manat olmaqla, cəmi 18322 (on səkkiz min üç yüz iyirmi iki) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddia tələbinin Cavabdeh2 dair hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialalrında olan Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin 15.07.2021-ci il tarixli məktubundan görünür ki, X1 RPİ-nin 5-ci PB-nə 12.07.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Hyundai 20 markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan müqavilə üzrə kredit sifarişindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında illik 22 faizlə 36 ay müddətinə 4750 manat kredit götürmüşdür. İş materiallarında olan “Lombard Avto girov” – X6 tərəfindən X2 ünvanlanmış 20 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 tərəfindən 01.03.2021-ci il tarixdə 7000 manat pul verilmiş, həmin günü özü işdə olmadığından şəriki X13 pulu İ. Rəsulova vermiş, aralarındakı razılığa əsasən verilmiş pul qaytarılanadək hər ay həmin vəsait üçün 420 manat ödəniş edilməli, hər gecikdirilmiş gün üçün isə 7 manat cərimə hesablanmalı idi. Qeyd edilən pul vəsaitinin verilməsi qarşılığında həmçinin İddiaçı aid olan HYUNDAİ İ20 markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil girov qoyularaq adına keçirilmişdir. Belə ki, ödəniş Cavabdeh1 tərəfindən gecikdirildiyindən məbləğ artaraq 500 manat olmuş, 08.04.2021 -ci il tarixdə həmin borc İddiaçı tərəfindən ödənilmişdir, həmçinin növbəti ay üçün də 280 manat (20 günlük hesablanmışdır) ödəniş edilmişdir. Bununla belə İddiaçı tərəfindən 7000 manat+500 manat+280 manat, ümumilikdə 7780 (yeddi min yeddi yüz səksən) manat ödəniş edilmişdir, buna görə də o - X6 maşını girovdan azad edərək İddiaçı mülkiyyətinə keçirirəm, gələcəkdə qeyd edilən avtomobilə dair heç bir tələbi olmayacaq, ödənilmiş pul vəsaitini isə Cavabdeh1 tələb etmək hüququ İddiaçı keçir. İş materiallarına əlavə edilmiş 13.07.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Vəkil1 hüquqi yardım xidməti üçün 100 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 43153 nömrəli, 10.08.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Vəkil1 hüquqi yardım xidməti üçün 400 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 08.08.2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh1 tərəfindən LD********** müqaviləyə əsasən "xxxx" ASC-nə ümumilikdə 200 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi barədə 80 nömrəli 10 avqust 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Vəkil1 arasında göstəriləcək hüquqi yardıma görə 800 manat məbləğində haqq müəyyən edilməklə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iş materiallarını və Cavabdeh1 etiraf ərizəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 17822 (on yeddi min səkkiz yüz iyirmi iki) manat, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 18322 (on səkkiz min üç yüz iyirmi iki) manat məbləğində pul tutulmalıdır. Belə ki, Cavabdeh1 ərizəsində 18.222 (on səkkiz min iki yüz iyirmi iki) manat məbləğində puldan 200 (iki yüz) manat ödəniş etdiyini bildirmiş və həmin ödəniş qəbzini mülahizəyə əlavə etmiş və bu halın yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını, yəni 200 (iki yüz) manatın 18.222 (on səkkiz min iki yüz iyirmi iki) manatdan çıxılmasını xahiş edərək iddianı etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbi etiraf edilmiş və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbini Cavabdeh2 dair hissədə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, İddiaçı tərəfindən Cavabdeh2 hər hansı məbləğdə pul verilməsi, Cavabdeh2 tərəfindən həmin pulun qəbul edilməsi, iddiaçı ilə Cavabdeh2 arasında iddiada qeyd edilən pul məbləğinə dair hər hansı öhdəliyin mövcudluğu məhkəmə araşdırmasında sübuta yetmədi. Məhkəmə hüquqi yardıma görə 900 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində iddianı qismən əsaslı hesab edir və qismən təmin edilməsi qənaətinə gəlir. Çünki iş materiallarında hüquqi yardıma görə 500 manat məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərəflərin müqavilə azadlığı prinsipini və mövcud iddia tələbini nəzərə alıb, hüquqi yardıma görə 500 manat məbləğində pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 17822 (on yeddi min səkkiz yüz iyirmi iki) manat, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 18322 (on səkkiz min üç yüz iyirmi iki) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə İş № 2(004)-5112/2021 surət AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ 27 sentyabr 2021-ci il Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 17822 (on yeddi min səkkiz yüz iyirmi iki) manat, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 18322 (on səkkiz min üç yüz iyirmi iki) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar