Məhkəmə qərarları › İş №2(004)-5112/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5112/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5112/2024 22.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs AR 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi) tərəfindən verilmiş "doğum akt qeydinin bərpa edilməsi" barədə ərizəsi üzrə mülki iş (açar sözlər: doğum faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs AR 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi) tərəfindən verilmiş "doğum akt qeydinin bərpa edilməsi" barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. Ərizəçi (maraqlı şəxs AR 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi) doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qərar qəbul edilməsini və işin icrası barədə öhdəliyin 3 saylı Bakı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 1965-ci ildə Ermənistan Respublikasının Üçkilsə rayonunda anadan olmuşdur. 1989-cu ildə Bakı şəhərinə köçdükdən sonra X6 ilə rəsmi nikaha daxil olmuşdur və bu nikahdan üç övladı var. 2002-ci ildə ilkin Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, lakin daha sonradan doğum haqqında şəhadətnaməsini itirmişdir. xx.xx.2024-cü il tarixində, etibarnamə əsasında nümayəndəsi oğlu, X8 3 saylı Bakı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət edərək akt qeydinin bərpa olunmasını tələb etmiş, lakin mərkəzin səlahiyyətli şəxsləri tərəfindən yalnız sənədin əsli və ya ona bərabər tutulan notarial qaydada təsdiq edilmiş surətinin olduğu halda müraciəti təmin edə bildiklərini bildirmiş və xx.xx.2024-cü il tarixli imtina məktubunu təqdim etmişdirlər.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, doğum haqqında şəhadətnamə müəyyən sənədləşmə işlərinin həyata keçirilməsi üçün zəruridir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, ərizəçi onlara müraciət etdikdə doğum akt qeydi və yaxud ona bərabər tutulan sənədin notarial qaydada təsdiq olunmuş surətini təqdim edə bilmədiyinə görə ərizəsini təmin etmək mümkün olmamışdır. Bu tipli hadisələrdə yalnız məhkəmə qərarı ilə vətəndaşın doğum haqqında qeydin və digər sənədini tərəflərindən təqdim etmək mümkündür. Ərizənin təmin olunmasın etiraz etmədiklərini bildirmişdir.

7. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan, Üçkilsə rayonunda anadan olmuşdur.

10. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-62-302/24 nömrəli məktubuna əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdikləri ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamışdır. Yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçü aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

11. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-T serialı, 128836 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X3r.

12. 24.02.2006-cı il tarixli, 312/12 nömrəli arayışa əsasən X6 və Ərizəçi nikahlarını bağlamışlar və nikah haqqında 01 fevral 1989-cu il tarixli 51 №-li akt qeydi tərtib olunmuşdur.

13. 3 saylı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 114601 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.

14. 3 saylı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2017-ci il tarixdə 757 nömrəli akt qeydi tərtib olunmuşdur.

15. 17.09.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X7, anası X3r.

16. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı xx xxxxxx 1965-ci il tarixdə Qərbi Azərbaycanda anadan olmuşdur. Özü 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Özləri Bakı şəhərində yaşamışlar, lakin qohumları Qərbi Azərbaycanda olub. Qohumları 1988-ci ildə Bakıya köçmüşlər. O doğulana qədər isə valideynləri Qərbi Azərbaycanda yaşayıblar. Qardaşı da Bakı şəhərində doğulub. Atası 2015-ci il, anası 2017-ci ildə vəfat edib. Atası və anası Ermənistanda anadan olmuşdur.

17. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

22. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

24. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

25. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

26. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

27. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2- ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

29. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

30. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

32. İddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Ərizəçi şəxsiyyətini təsdiq edən sənədi vardır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə Ermənistanın Üçkilsə rayonunda doğulmuşdur. Bundan başqa Ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı 3 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığından doğum faktının müəyyən edilməmişdir.

33. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki şəxsiyyət vəsiqəsində ərizəçinin doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur. Ərizəçi doğum qeydi ilə bağlı müvafiq orqana müraciət etsə də, arxiv məlumatları olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi doğum akt qeydi bərpa edilməli, Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə Ermənistanın Üçkilsə rayonunda doğulması, atasının X2, anasının X5, milliyyətinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

36. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın Üçkilsə rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1965-ci il, doğulduğu yer Ermənistan, Üçkilsə rayonu, ata qrafasında – X2 (milliyyəti azərbaycanlı), ana qrafasında – X5 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar