Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5117/2020 10.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi ilə, Raşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh "Cavabdeh" QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə Yasamal rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı oğlu cavabdeh "Cavabdeh" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə iddiaçı borcalan Maraqlı şəxs bankla bağlanmış eyni tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərinə təminat vermişdir. Kredit xətti müqaviləsi çərçivəsində 2014-2015-ci illərdə bağlanmış kredit razılşmaları üzrə onun zaminliyi alınmamışdır. Bu səbəbdən və zaminliyin müddətinin keçməsi ilə əlaqədar onun zaminliyinə xitam verilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xaihş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, Bank ilə borcalan Maraqlı şəxs arasında kredit xətti müqaviləsi xx xxxxxx 2014-cü il tarixdə və həmin kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmaları 2014-2015-ci illərdə bağlanmışdır. İddiaçı ilə bank arasında zaminlik müqaviləsi xx xxxxxx 2014-cü ildə bağlanmışdır. Tərəflər arasında münasibətlər Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin həmin Qərarları həmin məhkəmənin xx xxxxxxx 2019-cu il tarixdli qərarına əsasən hazırkı mübahisəyə tətbiq edilə bilməz. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh QSC ilə Maraqlı şəxs arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Maraqlı şəxs 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti çərçivəsində xx xxxxxx 2014-cü il tarixli, xx xxxxx 2014-cü il tarixli, xx xxxx 2014-cü il tarixli, xx xxxxxxx 2014-cü il tarixli, xx xxxxxx 2014-cü il tarixli və xx xxxx 2015-ci il tarixli kredit razılaşmaları bağlanılaraq həmin razılaşmalar üzrə faiz məbləğləri müəyyən edilməklə ayrı-ayrı məbləğlərdə kreditlər götürülmüşdür. xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi ilə hazırkı iş üzrə İddiaçı xx xxxxxx 2014-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Maraqlı şəxs ilə birgə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(056)- 04/2019 saylı qətnaməsi ilə Bankın Maraqlı şəxs və İddiaçı qarşı iddiası qismən təmin olunaraq cavabdehlərdən müştərək qaydada cəmi 355940,83 ABŞ dolları borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli qərarının 3 və 4cü bəndlərinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadına əsasən Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadında ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşdən görünür ki, tərəflər arasında hüquq münasibətləri Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli Qərarlarının qüvvəyə minməsindən əvvəl yaransa da, iddiaçı zaminliyə xitam verilməsi tələbi ilə məhkəməyə xx xxxxxxxx 2020-ci ildə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən qərarların hazırkı mübahisəyə tətbiqi istisna olunur. Digər tərəfdən müəyyən olunur ki, Cavabdeh QSC-nin Maraqlı şəxs və İddiaçı qarşı kredit borcunun tutulması tələbinə dair Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(056)-04/2019 saylı qətnaməsi mövcuddur. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edildiyi üçün onun tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid olunmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5117/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5117/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver