Məhkəmə qərarları › İş №2(004)-5131/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5131/2024

25.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5131/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi X7 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X4rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Xətai Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 115 K nömrəli əmrinin ləğv olunması və onun həmin İdarədə uyğun işlə təmin olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə cavabdeh “İri şəhərlərin X8 Xidməti” X11 (keçmiş Azərsu ASC-nin) tabeliyində olan X3 (indiki Xətai rayon Sukanal İdarəsi) ilə rəsmi əmək müqaviləsi bağlayaraq həmin idarədə 4-cü dərəcə ilə kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsinə qəza-bərpa işləri üzrə çilingər kimi işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixədək həmin İdarədə müxtəlif peşə sahəikərində çilingər kimi işləmişdir. Həmin tarixdə Xətai Rayon Sukanal İdarəsi rəisinin 115 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə bağlı onunla Xətai Rayon Sukanal İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, barəsində verilmiş həmin əmr qanunsuzdur. Ona görə də ləğv olunmalıdır. Belə ki, o, uzun müddətdir ki, həmin idarədə işləyir, kifayət qədər stajı və müxtəlif sahələr üzrə iş təcrübəsi var. İdarənin ahəngdar işinin davam etmisi üçün başqalarına nisbətən onun daha çox köməyi dəyə bilər. İşlədiyi müddətdə dəfələrlə atestasiya olunmuş və işlədiyi peşəyə yaralı olduğunu sübut etmişdir. Həmçinin bildirmişdir ki, o, 1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. Ona görə ştatlar ixtisar olunanda onun işdə qalmaq şansı başqalarına nisbətən daha çoxdur. İdarə rəhbərliyi ştatların ixtisarı səbəbi ilə onun əmək müqaviləsinə xitam verəndə bu halları nəzərə almayıb və qanunsuz olaraq onu işdən azad edib. Ona görə də Xətai Rayon Sukanal İdarəsi rəisinin 115 K saylı əmri ləğv olunmalı və o, ya öz işinə, ya da həmin idarədə müvafiq bir işə bərpa olunmalıdır. Onun tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar yuxarıda qeyd etdikləridir. Onları təsdiq edən sübutlar- Xətai Rayon Sukanal İdarəsi rəisinin 115 K saylı əmrinin surəti, əmək kitabçasının surəti və əsli, müharibə veteranı vəsiqəsinin surəti, ilkin mediasiya sessiyasında iştiraka dair arayış və qəbz. O, iddia qaldırmazdan əvvəl Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Ancaq mübahisəsi mediasiyada öz həllini tapmamışdır, ona müvafiq arayış verilmişdir. Ondan sonra o, məhkəməyə müraciət etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1 maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. O, da həm müharibə veteranı olmağı ilə əlaqədar, həm də qeyd etdiyi halla əlaqədar dövlət rüsumu ödəməkdən azaddır. İşə məhkəmədə baxılan zaman İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Xətai Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 115 K nömrəli əmrinin ləğv olunaraq onun həmin İdarədə öz vəzifəsinə təmin olunmağı və işləmədiyi ayların əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X14 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X8” X11 xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri fəaliyyətinin təkmili haqqında Şəhərlərin X8” X11 İdarə Heyətinin sədi tərəfindən imzalanmışdır. Həmin əmrin əsasında “İri Şəhərlərin X8” X11 strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X8” X11 Xətai rayon Sukanal idarəsi tərəfindən "xxxx" ASC-nin Xətai rayon Su kanal idarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri İddiaçı 13-16-5-2/2-03-148/2024 nömrəli, xx.xx.2024-cü il tarixində bildirişlə Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Xətai rayon Sukanal İdarəsi tərəfindən işçiyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftədən sonra ləğv ediləcəkdir. Yuxarıda qeyd olunanlarla əlaqədar İddiaçı İdarəyə gələrək Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən bağlanmış xx.xx.2013-cü il tarixli, 055 saylı əmək müqaviləsinin xx.xx.2024-cü il tarixindən əmək haqqını birdəfəyə ödəməklə özü tərəfindən ləğv edilməsi barədə ərizə vermişdir. Xətai rayon Sukanal İdarəsinin 05.avqust 2024-cü il tarixli, 115-k nömrəli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsi əsas götürülərək onun əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xəbərdarlıq müddətini gözləmədən məbləğin götürülməsinə razılığın verilməsi barədə ərizə idarədə ona verilmiş və imza etməli olduğu bildirilmişdir. Həmin ərizəni könüllü olaraq imzalamamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, həmkarlar ittifaqının üzvü olduğunu bilir, hər ay əmək haqqından buna görə tutulma aparılırdı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraza eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 3T-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" ASCnin Xətai rayonu Sukanal Departamentində xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri vəzifəsində işləmişdir. - “İri Şəhərlərin X8 Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsinin İddiaçı ünvanladığı 28 iyun 2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlığa əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət. X2 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “iri Şəhərlərin X8 Xidməti” X14 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “iri Şəhərlərin X8 Xidməti” X11 xx.xx.2024-cü il tarixli. 39-nömrəli əmri ilə “İri Şəhərlərin X8 Xidməti” X11 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi 28 06.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzəriə çatdırmışlar ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqısı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o, bir iş günü işdən azad edilmiş, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü lissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyiniz gündən ləğv edilə bilər. - İddiaçı “İri Şəhərlərin X8 Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsinə ünvanladığı 05 avqust 2024-cü il tarixli ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən aralarında bağlanmış 05 iyun 2013-cü il tarixli 055 saylı əmək müqaviləsinin tərəfindən 05 avqust 2024-cü il tarixdən əmək haqqının birdəfəyə ödəməklə ləğv edilməsi barədə onları məlumatlandırmışdır. - “İri Şəhərlərin X8 Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsinin 05 avqust 2024-cü il tarixli 115-K nömrəli əmrin surətindən görünür ki, İddiaçı Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri ilə bağlanmış əmək müqaviləsinə 05 avqust 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. - Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X8 Xidməti” PHŞ-nin Xətai rayon Sukanal İdarəsinin fəhlələrin 2024-cü il üçün ştat cədvəlinin surətindən görünür ki, idarədə 21 iyun 2024-cü il tarixinə qəza-bərpa işləri üzrə çilingər ştatı üzrə 18 ştat vahidi müəyyən edilmişdir. - Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X8 Xidməti” PHŞ-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2074 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X1 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 5.2-ci yarımbəndinə əsasən Agentliyin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin X8 Xidməti” X13 yaradılmışdır. Bildirilmişdir ki, sözügedən Fərmanın icrası ilə əlaqədar “İri Şəhərlərin X8 Xidməti” X11 Xətai rayon Sukanal İdarəsində aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq tutduğu qəza-bərpa işləri üzrə çilingər ştatı ixtisara düşmüşdür. Qanuna müvafiq olaraq ştat vahidinin ixtisara düşməsi ilə bağlı ona bildiriş təqdim edilmiş və xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqavilənizə xitam verilmişdir. Bildirilmişdir ki, şikayət ərizəsində qeyd etdiyi digər xüsusatlar öz təsdiqini tapmamışdır. - İş materiallarında olan 008530 saylı, xx.xx.1997-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranıdır. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı İri Şəhərlərin X8 Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri vəzifəsində 2013-cü il tarixdən işə başlamış və xx.xx.2024-cü il tarixədək, yəni 10 ildən çox həmin vəzifədə çalışmışdır. İşlədiyi dövrlərdə hüquqi şəxsin adı dəyişdirilsə də, İddiaçı eyni yerdə çalışmış və eyni işləri görmüşdür. İşəgötürənin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə qanunvericiliyə əsasən qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr Məhkəmə qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Belə ki, işdən azad edilmə barədə xx.xx.2024-cü il tarixli əmrdən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə işçi ilə əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə iddiaçının məhz ixtisar əsası ilə işdən azad edilməsini qanuni hesab etmir. Belə ki, iş materiallarında olan 008530 saylı, xx.xx.1997-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranıdır və onun üstünlük hüququ var. Məhkəmə bildirir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisarı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Hazırki işçiyə münasibətdə işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi aparılmamış və onun nəticələri barədə sənəd tərtib edilməmişdir. Bundan əlavə həmkarlar ittifaqının üzvü olan işçi ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, eləcə də ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilməmişdir. İş materialları ilə sübuta yetir ki, iddiaçı müharibə veteranıdır və Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, üstünlük hüququnun müqayisəli analizi aparılmalı şəxslər siyasına daxildir. Belə olan halda məhkəmə hesab edir ki, “İri Şəhərlərin X8 Xidməti” X11 əmək müqaviləsinə xitam verilməsi haqqında 115-K saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli və iddiaçı işə bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcələsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin maddənin 2-ci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:şəhid ailəsinin üzvlərinə;müharibə iştirakçılarına;əsgər və zabitlərin arvadına (ərinə);öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınmış olması müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz; belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürən-cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələbi pozmaqla əmək müqaviləsinə xitam verildiyindən və işçi işdən azad edilməsi barədə əmr ləğv edilərək işə bərpa olunduğundan işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “İri Şəhərlərin X8 Xidməti” X13 Xətai Rayon Sukanal İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 115-K nömrəli əmri ləğv edilməli, İddiaçı Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməli, cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X5 ödənilmiş mediasiya xərcinə görə 60 (altmış) manat İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “İri Şəhərlərin X8 Xidməti” X13 Xətai Rayon Sukanal İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 115-K nömrəli əmri ləğv edilsin. İddiaçı Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Cavabdeh “İri Şəhərlərin X8 Xidməti” X5 ödənilmiş mediasiya xərcinə görə 60 (altmış) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar