Məhkəmə qərarları › İş №2(004)-5154/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5154/2021

02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5154/2021 02.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, əriəçi Ərizəçi cavabdeh 5 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilmə faktının, qohumluq münasibətlərinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqın şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərədən keçirərək, MÜƏYYƏN ETDİM: Əriəçi Ərizəçi cavabdeh 5 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilmə faktının, qohumluq münasibətlərinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqın şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilmə faktının, qohumluq münasibətlərinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqın şəhadətnamənin verilməsi barədə iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəçi məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh (maraqlı şəxsin) 5 saylı Notariat Kontorunun adı göstərilsə də, cavadbehin poçt ünvanı qeyd edilməmişdir. Bundan başqa, ərizəçi tərəfindən iddia tələbi də dəqiq göstərilməmişdir. Belə ki, ərizəçi mirasın qəbul edilmə faktının, qohumluq münasibətlərinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqın şəhadətnamənin verilməsi barədə iddiasının təmin edilməsini xahiş etsə də, hansı əmlaka münasibətdə mirasın qəbul edilmə faktının kimin kimə və hansı qohumuna münasibətdə müəyyən edilməmiş, iddiasının nədən ibarət olmasını dəqiq göstərməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizənin forması Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə ərizəni geri qaytararkən eyni zamanda hesab edir ki, ərizəçi tərəfindən ümumiyyətlə bir birinə aid olmayan tələblər birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əriəçi Ərizəçi cavabdeh 5 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilmə faktının, qohumluq münasibətlərinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqın şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar