Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-801/2025 25.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsrəfil oğlunun Ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi İsrəfil oğlunun İsmayıllı rayon Notariat Ofisini və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İsrəfil oğlu (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 18 may 2010-cu il tarixdə vəfat etmiş Hacıyev İsrafil oğlunun atası, 17 dekabr 2014-cü il tarixdə vəfat etmiş X9 anası olması, 18 may 2010-cu il tarixdə vəfat etmiş Hacıyev İsrafil oğlundan və 17 dekabr 2014-cü il tarixdə vəfat etmiş X6 miras qalmış İsmayıllı rayon Cülyan kəndində yerləşən İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə paylı mülkiyyətlərinə verilmiş JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə 0,48 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə paylı mülkiyyətlərinə verilmiş JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,21 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində X16 adına qeydə alınmış, qeydiyyat nömrəsi 48, inventar nömrəsi 173 olan bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək 18 may 2010-cu il tarixdə vəfat etmiş Hacıyev İsrafil oğlunun atası, 17 dekabr 2014-cü il tarixdə vəfat etmiş X9 anası olması, JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı və JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X23 və X11 məxsus olması, 18 may 2010-cu il tarixdə vəfat etmiş Hacıyev İsrafil oğlundan və 17 dekabr 2014-cü il tarixdə vəfat etmiş X6 miras qalmış İsmayıllı rayon Cülyan kəndində yerləşən İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə paylı mülkiyyətlərinə verilmiş JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə 0,48 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə paylı mülkiyyətlərinə verilmiş JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,21 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində X16 adına qeydə alınmış, qeydiyyat nömrəsi 48, inventar nömrəsi 173 olan bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 19 avqust 1963-cü il tarixdə İsmayıllı rayonun Cülyan kəndində anadan olmuşdur. X7, anası isə X12r. X34 18 may 2010-cu ildə, anası Şahbaz Hacıyeva 17 dekabr 2014-cü il tarixdə vəfat etmişlər. Valideynlərinin bütün dəfn və hüzur mərasimlərinin xərclərini o çəkmişdir. Valideynlərinin yeganə övladıdır va ondan başqa birinci dərəcəli vərəsələri yoxdur. Onlardan miras əmlak kimi, İsmayıllı rayon Cülyan kəndində İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci tarixli 60 nömrəli qərarı ilə paylı mülkiyyətlərinə verilmiş JN-0015, KOD 40724028 olan Dövlət Aktı ilə 0,48 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, İsmayıllı rayon AİK-nın 07 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş JN290A, KOD 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,21 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində X34in adına mülkiyyət kimi qeydə alınmış, Qeydiyyat nömrəsi 48, inventar nömrəsi 173 olan bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi qalmışdır. JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə anasının adı, soyadı və ata adı texniki sehv olaraq “X19” kimi yazılmışdır. Valideynlərindən qalan miras əmlakları qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul edərək idarə edir. Halhazıda da həmin evdə yaşayır, həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini əkibbecərir. Vərəsəlik işinin açılması üçün lazımı sənədləri hazırlayan zaman doğum haqqında şəhadətnaməsini tapmamışdır. Doğum haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, onun doğum haqqında akt qeydi qeydiyyat şöbəsində aşkar edilməmişdir. Doğum haqqında şəhadətnaməsi aşkar edilmədiyindən miras qoyanların onun ata və anası olmaları faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ona görə də 18 may 2010-cu il tarixdə vəfat etmiş Hacıyev İsrafil oğlunun atası, 17 dekabr 2014-cü il tarixdə vəfat etmiş X9 anası olması, JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı və JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X23 və X11 məxsus olması, 18 may 2010-cu il tarixdə vəfat etmiş X13 və 17 dekabr 2014-cü il tarixdə vəfat etmiş X6 miras qalmış İsmayıllı rayon Cülyan kəndində yerləşən İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə paylı mülkiyyətlərinə verilmiş JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə 0,48 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə paylı mülkiyyətlərinə verilmiş JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,21 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində X16 adına qeydə alınmış, qeydiyyat nömrəsi 48, inventar nömrəsi 173 olan bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, valideynləri köçəri həyat sürdüklərindən rəsmi nikah bağlamamışlar. Bu səbəbdən də ona doğum haqqında şəhadətnamə alınmamışdır. Valideynlərindən qalan bütün miras əmlakları tam şəkildə qəbul edərək istifadə və idarə edir. Tərtib olunmuş sənədlərdə valideynlərinin soyad, ad və ata adları el arasında deyildiyi kimi qeyd olunmuşdur. Həmin səhvlərin düzəldilməsi ilə bağlı müvafiq orqanlara müraciət etsə də doğum haqqında şəhadətnaməsi olmadığından müraciəti təmin olunmamışdır. Valideynlərindən qalan miras əmlakların adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş edir. Ərizəçinin nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, mirasqoyanların adına verilmiş JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı və JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X17 adı İsrafil, ata adı isə Cəlal, X1, ata adı və cinsi X5 yazılmışdır. Həmin sənədləri verən orqanlar ləğv olunduğundan səhvlərin məhkəmədən kənar düzəldilməsi mümkün deyildir. Səhvlər düzəlmədən isə ərzəçiyə müvafiq çıxarışlar verilmir. Vərəsənin mirasqoyanlarla qohumluq ələqələrini təsdiq edən sənədləri olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir, eyni zamandada müraciət etdiyi orqanlar da bu səbəbi əsas gətirərək sorğusuna cavab vermirlər. Ərizəçi miras qoyanların yeganə birinci növbə vərəsəsidir və miras əmlaklarla bağlı heç bir mübahisə yoxdur. Bunula da vərəsənin hüquqları pozulmuş olur və bu hüquqların da bərpası yalnız məhkəmə qaydasında mümkündür. Əmlaklarla bağlı kommunal xərcləri və vergi borclarını ərizəçi ödəyir. Göstərdiklərini nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəflər İsmayıllı rayon Notariat Ofisinə və Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələr gəlməmişdir. Məhkəmə işə maraqlı tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. X3 ifadə verərək göstərdi ki, ərizəçi ərinin qardaşı oğludur. Ərizəçinin valideynlərinin rəsmi nikahları olmamışdır. Birgə faktiki nikahlarından ərizəçi doğulmuşdur. Onların ərizəçidən başqa övladları olmamışdır. Ərizəçi valideynlərindən miras qalmış evdə yaşayır. X18 ifadə verərək göstərdi ki, ərizəçi qonşusudur. Ərizəçinin atası İsrəfil, anası isə Şahbaz olmuşdur. Ərizəçi valideynlərinin tək övladıdır. Valideynlərindən qalmış torpaq sahələri və evi ərizəçi miras kimi qəbul edərək istifadə edir. Valideynlərinin dəfn və hüzur mərasimlərinin xərcini ərizəçi çəkmişdir. Miras əmlaklarla bağlı heç bir mübahisə yoxdur. X15 ifadə verərək göstərdi ki, ərizəçi ailənin tək övladıdır. Torpaq sahələrini ərizəçi əkib-becərir. Miras əmlaklarla bağlı mübahisə yoxdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Texniki pasportun surətindən görünür ki, 1987-ci ilin noyabr ayında İsmayıllı rayonun Cülyan kəndində 0,21 ha həyətyanı torpaq sahəsi üzərində yaşayış sahəsi 43,8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi barədə X17 adına müvafiq sənəd hazırlanmışdır. - Ağsu rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 19 fevral 1988-ci il tarixdə 02 nömrəli reyestr kitabında 10-cu səhifədə 173 reyestr nömrəsi ilə qeydə alınmış, İsmayıllı rayonun Cülyan kəndində, iki otaqlı, 43,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi X17 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Cülyan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 24 may 2010-cu il tarixli AZ-İ 362065 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 18 may 2010-cu il tarixdə vəfat etmişdir. -Cülyan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 20 dekabr 2014cü il tarixli AZ-İ 677030 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 17 dekabr 2014-cü il tarixdə vəfat etmişdir. -Maraqlı şəxs1 tərəfindən verilmiş 21 oktyabr 2014-cü il tarixli 225 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs1 arxivində 1977-1983-cü illər üzrə yoxlama aparılmış, X24 və X21 arasında nikah akt qeydiyyatı tapılmamışdır. -JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə X24 və X9 birgə mülkiyyətlərinə verilmiş 0,48 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barədə tərtib olunmuş dövlət aktında mülkiyyətçi X17 ad və ata adı İsrafil Cəlal oğlu, mülkiyyətçi X2, ad və ata adı X5 qeyd olunmuşdur. -JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə X24 və X9 birgə mülkiyyətlərinə verilmiş 0,21 ha həyətyanı torpaq sahəsi barədə tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi X17 ad və ata adı İsrafil Cəlal oğlu, mülkiyyətçi X2, ad və ata adı X5 qeyd olunmuşdur. - Maraqlı şəxs1 tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli 32 nömrəli arayışdan görünür ki, 19 avqust 1963-cü il tarixdə İsmayıllı rayonu Cülyan kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 21 aprel 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, doğumu haqqında akt qeydi aşkar edilməmişdir. -İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli 71 nömrəli arayışdan görünür ki, 18 may 2010-cu ildə vəfat etmiş X22 və X11 İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixdə verilmiş JN-290A nömrəli kod nömrəsi 40724028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,21 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində X13 qalmış iki otaqlı fərdi yaşayış evi, 25 sentyabr 1998-ci il tarixdə verilmiş JN-0015 nömrəli kod nömrəsi 40724028 olan Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 0,48 ha pay torpağı həqiqətən Ərizəçi tərəfindən miras kimi qəbul edilmiş və hal-hazırda istifadəsindədir. - İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli 74 nömrəli arayışdan görünür ki, ərizəçi 19 avqust 1963cü il tarixdə İsmayıllı rayon Cülyan kəndində anadan olmuş və X7, anası X20 olmaqla ailənin yeganə övladıdır. - İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli 82 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayon Cülyan kəndində müvəqqəti qeydiyyatda olmaqla Cülyan kəndində yaşayır. - İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli 5-54-6/2-35/2025 nömrəli məktubdan görünür ki, Cülyan kənd sakini mərhum X16 və mərhum X9 ailə üzvlərindən Ərizəçi başqa İsmayıllı rayon Cülyan kəndində heç bir kəs yoxdur və yaşamır. Ərizəçi ailənin yeganə övladıdır və heç bir əmi və dayısı yoxdur. -Maraqlı şəxs1 tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli 3-16-5/8-251/2025 nömrəli məktubdan görünür ki, X24 və X9 bacı və qardaşları, onların övladları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, heç bir məlumat aşkar edilməmişdir. - İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyul 2025-ci il tarixli 127 və 130 nömrəli arayışlardan görünür ki, JN-0015 Kod 40724028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN-290A Kod 40724028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə vətəndaş X17 ad, soyad və atasının adı texniki səhv olaraq X8 yazılmışdır. AZ-İ 362065 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən vətəndaşın soyad, ad və atasının adı X24 olmalıdır. - İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyul 2025-ci il tarixli 128 və 129 nömrəli arayışlardan görünür ki, JN-0015 Kod 40724028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN-290A Kod 40724028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə vətəndaş X9 ad, soyad və atasının adı texniki səhv olaraq X5 yazılmışdır. AZ-İ 677330 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən vətəndaşın soyad, ad və atasının adı X20 olmalıdır. -16 iyul 2025-ci il tarixli aktlardan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş JN-0015 Kod 40724028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş JN-290A Kod 40724028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə vətəndaş X17 adı texniki səhv olaraq X25, vətəndaş X9 adı texniki səhv olaraq X5 yazılmışdır. X25 və X19 adda şəxslər nə əvvəllər, nə da hal-hazırda ərazidə yaşamayıblar, qeydiyyatda deyillər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin valideynləri X24 və X9 rəsmi nikahları olmamış, ərizəçi 19 avqust 1963-cü il tarixdə İsmayıllı rayon Cülyan kəndində onların faktiki nikahlarından doğulmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsi yoxdur,ailənin tək övladıdır. Valideynlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Cülyan kəndində 0,48 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,21 ha həyətyanı torpaq sahələri verilmiş, 0,21 ha həyətyanı torpaq sahəsi üzərində İsrəfil Hacıyevin adına yaşayış sahəsi 43,8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi sənədləşdirilmişdir. Torpaq sahələrinə dair tərtib olunmuş JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı və JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X4, ad və ata adı X25, mülkiyyətçi X2, ad və ata adı X5 qeyd olunmuşdur. X24 18 may 2010-cu il tarixdə, X20 isə 17 dekabr 2014-cü il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra miras qalan 0,48 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, 0,21 ha həyətyanı torpaq sahələrini və həyətyanı torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli iki otaqlı fərdi yaşayış evini birinci növbə vərəsələri olan ərizəçi faktiki qəbul edərək idarə edir. Ərizəçi və nümayəndəsi izahatlarında, şahidlər ifadələrində ərizəçinin miras qoyanların yeganə birinci növbə vərəsəsi olduğunu, İsrəfil Hacıyev və Şahbaz Hacıyevanın dəfn və hüzur mərasiminin, həmçinin mərhumların qəbir daşının xərclərini ərizəçinin çəkdiyini, ərizəçinin miras əmlakları faktiki qəbul edərək idarə, sahiblik və istifadə etdiyini, kommunal xərclərini və vergi borcunu ödədiyini və miras əmlakla bağlı mübahisə olmadığını göstərirlər. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığı üçün ərizəçinin miras qoyanlarla qohumluqlarını müəyyən etmək mümkün olmadığından, həmçinin tərtib olunmuş sənədlərdə uyğunsuzluq olduğundan ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. X24 və X6 miras qalan torpaq sahələri və həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini ərizəçi miras əmlak kimi faktiki olaraq qəbul edərək istifadə və idarə etməsinə baxmayaraq miras qoyanlar X24 və X20 ilə qohumluq əlaqələrini təsdiq edən sənədlər olmadığından ərizəçi torpaq sahələrinə və fərdi yaşayış evinə dair mülkiyyət sənədi ala bilmir. Ərizəçi X17 atası, X9 anası olması, JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X24 və X11 məxsus olması, JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 0,48 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahələri, X17 mülkiyyətində olan 0,21 ha həyətyanı torpaq sahəsi üzərində yaşayış sahəsi 43,8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsi X26 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Digər maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən ərizəyə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və 07 noyabr 2002-ci il tarixli JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədlərin valideynləri X24 və X11 məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Bundan başqa ərizəçi X24 və X9 birinci növbə vərəsəsidir. Valideynlərindən miras qalmış əmlakları faktiki olaraq qəbul edib idarə və istifadə etsə də müvafiq sənədlər olmadığından adına çıxarış ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mükiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Eyni zamanda yerli adət və ənənələrə uyğun olaraq mirasın onu faktiki qəbul edərək istifadə edən şəxsə məxsus olması kimi qəbul edildiyi nəzərə alınmalı, həmçinin qanunun normalarına görə vərəsə miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır və vərəsə mirasa sahiblik etməyə faktiki başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçi qanun üzrə yeganə birinci növbə vərəsə kimi miras qalmış əmlakları faktiki qəbul etdiyini şəksiz nümayiş etdirsə də, miras qoyanlarla qohumluq münasibətlərini, JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X24 və X11 məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyindən, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından və miras qalan əmlakları adına rəsmiləşdirə bilmədiyindən 18 may 2010-cu il tarixdə vəfat etmiş X17 ərizəçinin atası, 17 dekabr 2014-cü il tarixdə vəfat etmiş X9 ərizəçinin anası olması, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 20 aprel 1999-cu il tarixli JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və 07 noyabr 2002-ci il tarixli JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X24 və X11 məxsus olması, X24 və X6 miras qalmış JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 0,48 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən X14 miras qalmış İsmayıllı rayonun Cülyan kəndində yerləşən ümumi sahəsi 43,8 kv.m olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsi faktları ərizəçinin və nümayəndəsinin izahatları, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. 18 may 2010-cu il tarixdə vəfat etmiş X17 Ərizəçi İsrəfil oğlunun atası olması, 17 dekabr 2014-cü il tarixdə vəfat etmiş X9 Ərizəçi İsrəfil oğlunun anası olması faktları müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 20 aprel 1999-cu il tarixli JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və 07 noyabr 2002-ci il tarixli JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X24 və X11 məxsus olması faktları müəyyən edilsin. X24 və X6 miras qalmış JN-0015 Kod 40724028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 0,48 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, JN-290A Kod 40724028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən X14 miras qalmış İsmayıllı rayonun Cülyan kəndində yerləşən ümumi sahəsi 43,8 kv.m olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə Ərizəçi İsrəfil oğlu tərəfindən qəbul edilməsi faktları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-801/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-801/2025
25.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver