Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-695/2025 20.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının və qohumluq münasibətlərinin müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə 20 iyun 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə vəfat etmiş anası X1 və xx.xx.1993-cü ildə şəhid olmuş mərhum qardaşı X2 miras qalmış əmlakın (Tərtər rayon X4 xx.xx.1999-cu il tarixli tarixli, 01 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna dair” JN-506, Kod 61100028 saylı Dövlət Aktı əsasında verilmiş 2,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və xx.xx.2015-ci ildə vəfat etmiş anası X3 xx.xx.1993-cü ildə şəhid olmuş X5 anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Ərizəçi məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdiyi və maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını təəb etmədiyi üçün ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının və qohumluq münasibətlərinin müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №2(061)-695/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-695/2025
20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver