Məhkəmə qərarları › İş №e-2(004)-1901/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1901/2025

22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1901/2025 22.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi olmaqla mirasın qəbul faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mirasın qəbul faktı) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi olmaqla mirasın qəbul faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-2876/2006 nömrəli qətnaməsinə əsasən Ərizəçi Bakı şəhəri Abdulla Şaiq küçəsi 132 nömrəli mülkdə X3ndan qalan mirasa vərəsəlik qaydasında hüququ tanınmışdır.

2. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Yasamal rayon 61 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda X8 mənzilində yaşayır. X15 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İş üzrə təqdim edilmiş ərizədən göründüyü kimi, mərhum Kamilə Babayevanın qohumları mənzilin Kamilə Babayeva tərəfindən ərizəçiyə vəsiyyət etməsi faktını təsdiq edirlər. ... Ərizəçi miras qoyanın vərəsəsi olmaqla ünvan 1 ünvanda yerləşən mirası idarə etməyə faktiki başlamışdır.

3. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-3402/11 nömrəli qətnaməsi ilə X13 Ərizəçi ögey anası olması, X13 xx.xx.1978-ci ildə Saatlı rayonunda ölməsi faktı müəyyən edilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)- 5188/2011 nömrəli qətnaməsi ilə X13 X62 ilə 1931-ci ildən nikahda olması, bu nikahdan doğulmuş X10 1948-ci ildə, X14 1947-ci ildə, X9 1941-ci ildə, Məlikməmməd Baba oğlunun 1943-cü ildə ölməsi, X8 X21 tərəfindən övladlığa götürülməsi faktları müəyyən edilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3964/2024 nömrəli qətnaməsi ilə X58 1943-cü ildə vəfat etmiş X46 doğma anası olması və X58 1961-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir.

6. xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən Məlikməmməd Baba oğlu 1943-cü il tarixdə vəfat etmişdir.

7. xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X40 xx.xx.2017-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində vəfat etmişdir.

8. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən X29 bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş miras qoyan anası X23 qalmış miras əmlaklardan ona çatan qanun üzrə vərəsəlik payından qardaşı Ərizəçi xeyrinə imtina edir.

9. X16 xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, anası X25 xx.xx.2017-ci il tarixdə vəfatından sonra qalan vərəsəlik əmlakının ona çatası payından qardaşı Ərizəçi xeyrinə imtina edir.

10. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X25 vərəsəsi Ərizəçidur.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 132 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsi xx.xx.2007-ci il tarixdə Ərizəçi adına qeydə alınmış, özgəninkiləşdirmə nəticəsində xx.xx.2021-ci il tarixli X26 mülkiyyətinə keçmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 132 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsi X51, 1/5 hissəsi X62, 1/5 hissəsi X55, 1/5 hissəsi X71, 1/5 hissəsi X26 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında fərdi yaşayış evinin 1/5 hissəsi X71, 1/5 hissəsi X47 mülkiyyətində olmuşdur.

Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) ərizə tələbi

14. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi olmaqla ərizə, sonradan tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, miras əmlak ünvan 4 132 nömrəli evin miras qoyan X58 1/5 hissəsi və miras qoyan X46 1/5 hissəsinin onun tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Ərizənin əsaslarına görə, ünvan 4 ünvanında yerləşən 132 nömrəli fərdi yaşayış evin 1/5 hissəsi X71, 1/5 hissəsi X51, 1/5 hissəsi X62, 1/5 hissəsi X41, 1/5 hissəsi isə X32 hazırda xüsusi mülkiyyətindədir. X36 Məmməd Baba oğlunun anası, X51 isə X46 qayınanası olmuşdur. X71 1961-ci ildə, X51 isə 1963-cü ildə vəfat etmişlər. X62 1924-cü ildə X35 övladı X18 ilə ailə qurmuş və bu nikahdan onların 1925-ci ildə yeganə övladı – X15 doğulmuşdur. X18 1927-ci ildə vəfat etmişdir. X62 1931-ci ildə X21 ilə ailə qurmuş və bu nikahdan onların Zöhrab, Davud və Cəmilə adlı övladları doğulmuşlar. Lakin Zöhrab 14 yaşında, Davud 8 yaşında, Cəmilə isə 10 aylıq olarkən vəfat etmişlər. Övladlarını itirən X21 X3nı övladlığa götürmüş və nənəsinə öz övladı kimi baxmışdır. X62 1943-cü ildə, X22 isə xx.xx.1978-ci il tarixində vəfat etmişlər. X3 xx.xx.1952-ci il tarixdə babası X30 ilə ailə qurmuş və bu nikahdan xx.xx.1953-cü il tarixində anası Nuriyeva (Sadıqova) Cəmilə Fəzan qızı, dayısı X49, dayısı X53 və xx.xx.1959-cu il tarixində xalası Nuriyeva (Hüseynova) Xədicə Fəzan qızı doğulmuşlar. X3 xx.xx.1996-cı il tarixində, babası X30 isə 1985-ci ildə vəfat etmişlər. X17 xx.xx.1974-cü il tarixində X19 ilə nikaha daxil olmuş, Sadıqova soyadını götürmüş və bu nikahdan xx.xx.1973-cü il tarixində o, xx.xx.1975-ci il tarixində qardaşı X29 və xx.xx.1985- ci il tarixində bacısı Sadıqova (İbrahimova) Arzu Qəzənfər qızı doğulmuşlar. X5 xx.xx.2010-cu il tarixində, anası X40 isə xx.xx.2017-ci il tarixində vəfat etmişlər. Miras əmlakda 1/5 hissədə paya malik olan X26 payı əvvəllər X3na məxsus olmuşdur. Bakı şəhəri,Yasamal Rayon Məhkəməsinin 2-2876/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi ilə onun həmin əmlakda X3ndan qalan mirasa vərəsəlik qaydasında hüququ tanınmış və o həmin payı xx.xx.2011-ci il tarixində Bakı şəhəri 5 saylı Notariat ofisində alqı-satqı müqaviləsi ilə X4. Hazırda ünvan 4 ünvanında yerləşən 132 nömrəli fərdi yaşayış evin 1/5 hissəsi X58, 1/5 hissəsi X35 və 1/5 hissəsi X46 adında olduğu üçün və həmin şəxslərin yeganə varəsəsi o olduğu üçün hesab edir ki, həmin hissələrə də onun vərəsəlik hüququ tanınmalıdır. X62 və Xədicə Əlövsət qızı ailənin tək övladları olmuşdular. Mülkiyyətçilərdən X35 övladı Xədicə Əlövsət qızının Məlikməmməd Baba oğlu ilə nikahda olması və bu nikahdan X3nın doğulması, X35 və Xədicə Əlövsət qızının vəfatı ilə bağlı çoxsaylı sorğuların cavabı olaraq dövlət arxiv idarələrində hər hansı məlumatların aşkar edilməməsi səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X35 Xədicə Əlövsət qızının doğma anası olması faktı, Xədicə Əlövsət qızının 1924cü ildə X62 ilə nikahda olması, Xədicə Əlövsət qızının X8 doğma anası olması faktı, Xədicə Əlövsət qızının 1927-ci ildə, X35 isə 1963-cü ildə Bakı şəhərində ölmələri faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunan faktları, məhkəmədə iştirakları təmin olunacaq şahidlər təsdiq edəcəklər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3402/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsi (hakim Mətanət Hacıyeva) ilə müəyyən olunur ki, X30 ilə Kamilə Məlikməmməd qızı arasında xx.xx.1952-ci ildə nikah bağlanmışdır. X20 aşağıdakı tərkibdə ailə üzvləri qeydiyyatda olmuşdur: həyat yoldaşı X15, övladları X42, X49, X53, X43, qaynanası X21. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-5188/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsi (hakim Elçin Qurbanov) ilə müəyyən olunur ki, X15 xx.xx.1996-cı ildə vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3402/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsi (hakim Mətanət Hacıyeva) ilə müəyyən olunur ki, X30 xx.xx.1985-ci ildə Saatlı rayonunda ölmüşdür.

b) Ərizəyə etiraz

16. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları

17. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizə tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ərizəçi miras əmlakın onun tərəfindən faktiki qəbul edildiyini, həmin ünvanda başqa heç kimin yaşamadığını, onun qardaş və bacılarının anası öləndən sonra onun xeyrinə imtina etdiyini bildirmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan SSRİ Mülki Məcəlləsi (1923-cü il): Maddə 488. Qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir; İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə, - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Maddə 499. Vərəsəlik açılan yerdə olan vərəsə vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur.

20. Azərbaycan SSRİ Mülki Məcəlləsi (1964-cü il) Maddə 552. Miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).”

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir.

Məhkəmə baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

24. Mübahisə miras əmlakın faktiki qəbul edilməsi ilə bağlıdır. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 132 nömrəli fərdi yaşayış evinin X46 adına olan 1/5 hissə və X58 adına olan 1/5 hissədən ibarətdir.

25. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnamələri və ölüm haqqında şəhadətnamələrlə təsdiq olunur ki, X62 1943-cü ildə, X71 1961-ci ildə vəfat etmişdir. X36 Məmməd Baba oğlunun doğma anası olmuşdur.

26. Ərizəçi 1973-cü ildə doğulmuşdur.

27. X62 X21 ilə nikahda olmuş, onların nikahından doğulan uşaqlar erkən yaşlarda vəfat etsələr də, X46 əvvəlki nikahından X15 doğulmuş, o X21 tərəfindən övladlığa götürülmüşdür. X21 1978-ci ildə vəfat etmişdir. İşin bu faktiki halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli qətnamələri təsdiq olunmuşdur.

28. X46 vəfat etdiyi 1943-cü ildə mövcud olmuş qanuna əsasən (Azərbaycan SSRİ Mülki Məcəlləsinin 488-ci maddəsi) qanun üzrə vərəsələr uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslər olmuşlar.

29. 1943-cü ildə X24 olan vərəsələri – anası X71, arvadı X21 və qızı X15 olmuş, X71 1961-ci ildə, X21 1978-ci ildə vəfat etdiyindən, onların vərəsə ola biləcək başqa qohumları olmadığından X54 münasibətdə payın yeganə vərəsəsi olaraq X6 qalmış, pay onun tərəfindən qəbul edilmişdir. Bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə təsdiq olunur. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 132 nömrəli fərdi yaşayış evində X15 yaşamışdır.

30. X58 vəfat etdiyi 1961-ci ildə sağ olan vərəsəsi nəvəsi X15 olmuşdur.

31. Azərbaycan SSRİ Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən irs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə, onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir.

32. Göründüyü kimi, həm X71, həm də X46 1/5 hissədə paylarının vərəslik qaydasında X1 iş materialları ilə təsdiq olunur.

33. Ərizəçinin nənəsi (anası X25 anası) X15 1996-cı il vəfat etmişdir.

34. 1996-cı ildə qüvvədə olmuş qanuna əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur (1964-cü il tarixli Azərbaycan SSRİ Mülki Məcəlləsinin 552-ci maddəsi).

35. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Yasamal rayon 61 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Ərizəçi ünvan 1 ünvanda X8 mənzilində yaşamışdır. X15 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Ərizəçi Kamilə Babayevanın vərəsəsi olmaqla ünvan 1 ünvanda yerləşən mirası idarə etməyə faktiki başlamışdır.

36. Göründüyü kimi, işdəki sübutlarla Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 132 nömrəli fərdi yaşayış evində X46 adına olan 1/5 hissə və X58 adına olan 1/5 hissənin vərəslik qaydada X2, Kamilə Babayevadan qalmış mirasın isə Ərizəçi tərəfindən qəbul edildiyi təsdiq edilir. Ərizəçi həmin ünvanda qeydiyyatda olmaqla yaşamış, nənəsi Kamilə Babayevadan qalmış əmlakı qəbul etmiş, əmlakdan bir hissəni qəbul edib mülkiyyətinə keçirdikdən sonra özgəninkiləşdirmişdir.

37. Odur ki, ərizə təmin edilməli, miras əmlak ünvan 4 132 nömrəli evin miras qoyan X58 1/5 hissəsi və miras qoyan X46 1/5 hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 307.2.9, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Miras əmlak ünvan 4 132 nömrəli evin miras qoyan X58 1/5 hissəsi və miras qoyan X46 1/5 hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar