Məhkəmə qərarları › İş №2(037)-509/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-509/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-509/2025 13.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi, Maraqlı tərəflər Maraqlı şəxs1 nümayəndəsi X36, X37, X27, X38, X19, X20, X39, X34 və X8 iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X13 onun atasının əmisi olması, 25 oktyabr 2024-cü il tarixli arxiv arayışına əsasən X9 miras qalmış İsmayıllı rayonun Talıstan kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin 0,02 ha hissəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxx 1954-cü il tarixdə İsmayıllı rayonun Talıstan kəndində anadan olmuşdur. X2 və X28r. X29 isə ata babası olmuşdur. X65 30 aprel 2006-cı il tarixdə, anası Güllü Babayeva isə 12 yanvar 2008-ci il tarixdə vəfat etmişlər. Babasıgil iki qardaş olmuşlar. Babasının balaca qardaşı X30 ailə qurmamış, övladı olmamışdır. Ərizəçi ailəsi və babasının qardaşı Şirəli ilə birlikdə babasına məxsus evdə yaşamışlar. O, da həmin evdə doğulmuşdur. Valideynlərinin rəsmi nikahları olmamış, bir müddət faktiki nikahla birlikdə yaşasalar da sonradan ayrılmışlar. Anası 1965-ci ildə X44 ilə ailə quraraq ərinin soyadına uyğun Abdullayeva soyadını qəbul etmiş, İsmayıllı rayonun Xanagah kəndinə köçmüşdür. X65 da ikinci dəfə evlənərək özünə kəndin digər ərazisində ev tikərək oraya köçmüşdür. Ərizəçi nənəsi və bibisi ilə birlikdə babasına məxsus evdə qalmış və orada böyümüşdür. Əvvəl əmisi Şirəli, sonra isə babası Məhərrəm vəfat etmişdir. Əmisi Şirəli 10 sentyabr 1979-cu il tarixdə vəfat etmişdir. Şirəlinin bütün dəfn və hüzur mərasiminin xərclərini o çəkmiş, qəbir daşını düzəltdirmişdir. Şirəlinin vəfatından sonra ondan miras qalan evi və 0,22 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul edərək idarə və sahiblik edir. Torpaq sahəsinin və evin vergilərini və kommunal xərclərini vaxtlı vaxtında ödəyir. Ərizəçiyə anasının qızlıq soyadına uyğun Babayev soyadı verilmişdir. X30 ilə onun soyadında uyğunsuzluq olduğundan notarial qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Qohumluqlarının müəyyən olunması ilə bağlı müvafiq sənədləri almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, şöbə tərəfindən müraciəti təmin olunmamışdır. Eyni zamanda İsmayıllı rayon Notariat Ofisi tərəfindən X30 ilə qohumluq münasibətlərinin təsdiq olunması barədə müvafiq sənədlər olmadığından miras əmlakı qəbul etməsilə bağlı müraciəti təmin olunmamışdır. X30 ilə qohumluq münasibətlərinin müəyyən olunması və miras qalan əmlakları adına rəsmiləşdirməsi üçün lazımı sənədləri əldə edə bilmir və bunun həll olunması məhkəmədən kənar mümkün deyildir. Ona görə də X13 onun atasının əmisi olması, 25 oktyabr 2024-cü il tarixli arxiv arayışına əsasən X9 miras qalmış İsmayıllı rayonun Talıstan kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin 0,02 ha hissəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakların onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, atasının əmisi Şirəli Şirəliyev 1979-cu ildə vəfat etmişdir. Ondan miras qalmış köhnə tikili bir mərtəbəli, iki otaqlı evi 1980-ci ildə təmir edərək yaşamaq üçün normal vəziyyətə gətirmişdir. 1980-ci ildən həmin evi və həyətyanı torpaq sahəsini o idarə və istifadə edir. Həmin vaxtdan hər il kənd soveti və hazırkı icra nümayəndəliyi təsərrüfatbaşına kitabları yeniləyərək təsərüfatda yaşayanların qeydiyyatını aparırlar. Eyni zamanda 1996-cı ildə torpaq islahatı aparılarkən mövcud olan əmlaklar orada yaşayan şəxslərin adlarına qeydiyyata alınmışdır. Atasının əmisi vəfat etdikdən sonra ondan miras qalan ev və torpaq sahəsi həm təsərrüfatbaşına kitablarda, həm də aparılan islahat zamanı siyahıda onun adına istifadəçi kimi qeydiyyata alınmışdır. Reyestr xidmətinin yerli şöbəsinə və Qəbələ ərazi idarəsinə etdiyi şifahi müraciətlərində ona həmin ərazidə X14 adına torpaq sahəsinin olmadığı, həmin torpaq sahəsində onun adının istifadəçi kimi qeyd olunduğu bildirilmişdir. Qeyd etdiklərini də nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsi X57 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs1 arxivində saxlanılan 1949-1960-cı illər üzrə akt qeydiyyatı kitabında ərizəçinin babasının və babasının qardaşı olmuş Şirəli Şirəliyevin doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Maraqlı tərəf X37 izahat verərək göstərdi ki, atasının əmisi X9 miras qalmış əmlakları qardaşı Ərizəçi faktiki olaraq qəbul etmiş və idarə edir. Miras əmlakları vərəsə kimi qəbul etməmişdir. Həmin əmlaklara heç bir iddiası yoxdur. Maraqlı tərəflər X27, X38, X19, X20, X39, X34 və X4 Raqib Xudaverdi oğlu ilə eyni məzmunlu izahatlar verərək X10 miras qalan əmlakları qəbul etmədiklərini, həmin əmlakları qardaşları Ərizəçi faktiki olaraq qəbul etdiyini və həmin miras əmlaklara dair heç bir tələblərinin olmadığını bildirdilər. Şahid qismində dindirilmiş X35 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısının oğludur. Ərizəçinin valideynlərinin rəsmi nikahları olmamış, bir müddət faktiki nikahla yaşasalar da sonradan ayrılmışlar. Birgə faktiki nikahlarından ərizəçi doğulmuşdur. X41 Şirəliyev doğma qardaş olmuşlar. Şirəli Şirəliyev ailə qurmamış, övladı olmamışdır. Ərizəçi valideynləri və əmisi Şirəli Şirəliyevlə birlikdə babasının evində yaşamışlar. Ərizəçinin atası başqa şəxslə ailə quraraq ayrılmış, ərizəçi isə babasına məxsus evdə qalmışdır. Ev və torpaq sahəsi Şirəli Şirəliyevin adına olmuşdur. Ərizəçi də həmin evdə yaşamış və böyümüşdür. Babası və babasının qardaşı vəfat etdikdən sonra evi ərizəçi təmir edərək yararlı vəziyyətə gətirmişdir. Torpaq sahəsini və evi istifadə edərək idarə edir. Ərizəçidən başqa həmin evdə heç vərəsə yaşamır. X15 şahid X35 ilə eyniməzmunlu ifadə verərək Məhərrəm və Şirəli ilə qonşu olduğunu, onlardan miras qalan əmlakları ərizəçinin qəbul və idarə etdiyini bildirdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -13 mart 2025-ci il tarixli AZ-V seriyalı 045528 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, ərizəçi xx xxxx 1954-cü il tarixdə İsmayıllı rayonun Talıstan kəndində anadan olmuş, X2 və X28r. - İsmayıllı rayon İHB-nın Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli 503 nömrəli arayışdan görünür ki, xx xxxx 1954-cü il təvəllüdlü Babayev X25 rayon Talıstan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. - Maraqlı şəxs1 tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli 493 nömrəli çıxarışdan görünür ki, X21 18 may 1927-ci il tarixdə İsmayıllı rayonun Talıstan kəndində anadan olmuş, atası X16 və X23r. - İ-ИЕ seriyalı 411611 nömrəli 01 aprel 1965-ci il tarixli elənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X44 ilə X46 arasında rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. - Maraqlı şəxs1 tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, X30 10 sentyabr 1979-cu il tarixdə vəfat etmişdir. - 28 sentyabr 1995-ci il tarixli 16 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X17 25 sentyabr 1995-ci il tarixdə vəfat etmişdir. - AZ-İ seriyalı 185614 nömrəli 02 may 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 30 aprel 2006-cı il tarixdə vəfat etmişdir. - AZ-İ seriyalı 269891 nömrəli 16 yanvar 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 12 yanvar 2008-ci il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3-48- 23RA/2-B/35-146/2024 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayon Talıstan kənd İƏD üzrə RİHB-in nümayəndəliyinin 65 nömrəli Arxiv fondunda saxlanan 1974-1976-cı illərin Təsərrüfatbaşıa kitablarında X31 ailə başçısı olmaqla istifadəsində cəmi 0,22 ha həyətyanı torpaq sahəsi, 0,02 ha tikili altında olan torpaq və fərdi yaşayış evi vardır. -Talıstan kənd İƏD üzrə nümayəndəliyi və Talıstan bələdiyyəsi tərəfindən təsdiq olunmuş sxemdən görünür ki, İsmayıllı rayonu Talıstan kənd sakini X13 Talıstan kəndi ərazisində istifadəsində 0,22 ha həyətyanı torpaq sahəsi mövcuddur. - İsmayıllı rayon İHB-nın Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli 504 nömrəli arayışdan görünür ki, X13 adına Talıstan kənd İƏD üzrə nümayəndəliyin 1974-1976-cı illər üzrə 3 nömrəli təsərrüfatbaşına kitabın 196-197-ci səhifələrində, 212-ci şəxsi təsərrüfatında, Talıstan kəndi ərazisindən 0,22 ha həyətyanı torpaq sahəsi qeyd olunmuş və həmin torpaq sahəsində 1 mərtəbəli, 2 itaqlı yaşayış evi vardır. - İsmayıllı rayon İHB-nın Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli 505 nömrəli arayışdan görünür ki, X1 qeydiyyatda olmaqla 10 sentyabr 1979-cu ildə vəfat etmişdir. Şirəli Şirəliyevin vəfatından sonra adları qeyd olunmuş 5-ci dərəcəli vərəsələri qalmışdır.

1. qardaşı nəvəsi-Ərizəçi

2. qardaşı nəvəsi-X27

3. qardaşı nəvəsi-X22

4. qardaşı nəvəsi-X39

5. qardaşı nəvəsi-X37

6. qardaşı nəvəsi-X38

7. qardaşı nəvəsi-X34

8. qardaşı nəvəsi-X20

9. qardaşı nəvəsi-X19 X13 vəfatından sonra onun dəfn və hüzur xərclərini, həmçinin mərhumun qəbir daşının xərcini Ərizəçi çəkmiş və X13 vəfatından sonra ona məxsus olan mirası (əmlakı) ərizəçi qəbul etmiş və bu gündə o idarə edir. - Kommunal xərclərə dair müxtəlif vaxtlarda tərtib olunmuş mədaxil qəbzlərindən görünür ki, fərdi yaşayış evinə dair kommunal xərclər və torpaq sahəsinin vergiləri ərizəçi tərəfindən ödənilmişdir. - İsmayıllı rayon Talıstan bələdiyyəsinin 17 aprel 2025-ci il tarixli 14 nömrəli arayışdan görünür ki, Talıstan kəndində yaşamış ərizəçinin atası X11 əmisi X9 qalan 0,22 ha həyətyanı torpaq sahəsini və torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqdan ibarət yaşayış evini 1979-cu ildən Ərizəçi idarə etmiş, sahiblik etmiş, istifadə etmiş və vergi borcunu vaxtında ödəmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli 3-21-3-42/2-1770/2025 nömrəli məktubdan görünür ki, 9 saylı Qəbələ Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr məlumatlarına əsasən qeyd olunan X13 adına qeydiyyata alınmış həyətyanı torpaq sahəsi aşkar edilməmişdir. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli 267 nömrəli məktubdan görünür ki, ərizəçi 10 sentyabr 1979-cu il tarixdə vəfat etmiş X9 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürdüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar, qohumluq əlaqələrini təsdiq edən sənədlər təqdim olunmadığından müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Maraqlı şəxs1 tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 39 nömrəli arayışdan görünür ki, xx.xx.1895-ci ildə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş X7 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 26 iyul 2024-cü ilədə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları və 1949-1960-cı illər bərpa akt qeydlər üzrə yoxlama aparılmış doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi xx xxxx 1954-cü il tarixdə İsmayıllı rayonun Talıstan kəndində anadan olmuş, X2 və X28r. Ərizəçinin atası X21 18 may 1927-ci il tarixdə İsmayıllı rayonun Talıstan kəndində anadan olmuş, atası X16 və X23r. Ərizəçinin anası X40 01 aprel 1965-ci il tarixdə X44 ilə ailə qurmuş, ailə qurdqdan sonra Abdullayeva soyadını götürmüşdür. X30 10 sentyabr 1979-cu il, X17 25 sentyabr 1995-ci il, X21 30 aprel 2006-cı il və X24 12 yanvar 2008-ci il tarixlərdə vəfat etmişlər. X12 0,22 ha həyətyanı torpaq sahəsi və 0,02 ha torpaq sahəsi üzərində 1 mərtəbəli və 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. X13 vəfatından sonra birinci-dördüncü növbə vərəsələri qalmamışdır. Şirəli Şirəliyevin qardaşı nəvələri - Ərizəçi, X27, X22, X39, X37, X38, X34, X20 və X19 onun beşinci növbəli vərəsələridir. Şirəli Şirəliyevin dəfn və hüzur mərasiminin, həmçinin mərhumun qəbir daşının xərclərini ərizəçi çəkmişdir. X9 qalan 0,22 ha həyətyanı torpaq sahəsini və torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqdan ibarət yaşayış evini 1979-cu ildən Ərizəçi miras əmlak kimi qəbul edərək idarə, sahiblik və istifadə etmiş, kommunal xərclərini və vergi borcunu vaxtında ödəmişdir. Miras qoyan Şirəli Şirəliyevdən miras qalan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini ərizəçi miras əmlak kimi faktiki olaraq qəbul edərək istifadə və idarə etməsinə baxmayaraq ərizəçi torpaq sahəsinə dair mülkiyyət sənədi almaq üçün müraciət etmiş, lakin miras qoyan Şirəli Şirəliyevlə qohumluq əlaqələrini təsdiq edən sənədlər olmadığından müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi X13 onun atasının əmisi olması, 25 oktyabr 2024-cü il tarixli arxiv arayışına əsasən X9 miras qalmış İsmayıllı rayonun Talıstan kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin 0,02 ha hissəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsi X57 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını, digər maraqlı tərəflər X37, X27, X38, X19, X20, X39, X34 və X3 Şiralı Qarakişi oğlundan miras qalan əmlakları qəbul etmədiklərini, həmin əmlakları qardaşları Ərizəçi faktiki olaraq qəbul etdiyini və həmin miras əmlaklara dair heç bir tələblərinin olmadığını bildirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mükiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu ikinci növbədə vərəsələr hesab edilirlər. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Həmin Məcəllənin 1159.4-cü maddəsinə əsasən xalalar və bibilər, dayılar və əmilər dördüncü növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları beşinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şirəli Şirəliyevin birinci-dördüncü növbə vərəsələri qalmamışdır. İsmayıllı rayonun Talıstan kəndində ondan miras qalan 0,22 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin 0,02 ha hissəsində yerləşən fərdi yaşayış evini ərizəçi faktiki olaraq qəbul edib idarə və istifadə etsə də müvafiq sənədlər olmadığından adına çıxarış ala bilməmişdir. Ötən müddət ərzində miras əmlakla bağlı digər vərəsələrin müraciətlərinin olmamasını, vərəsəlik işinin açılmamasını miras qoyanın əvvəlki növbə vərəsələrinin olmaması əsası kimi qəbul edilə bilər. Eyni zamanda yerli adət və ənənələrə uyğun olaraq mirasın onu faktiki qəbul edərək istifadə edən şəxsə məxsus olması kimi qəbul edildiyi nəzərə alınmalı, həmçinin qanunun normalarına görə vərəsə miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır və vərəsə mirasa sahiblik etməyə faktiki başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab olunur. Bununla yanaşı ərizəçinin və maraqlı tərəflərin izahatları, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, sözü gedən miras əmlaklar Şirəli Şirəliyev vəfat edənədək təsərrüfatbaşına kitablarda onun adına olmuş, Şirəli Şirəliyev 1979-cu ildə vəfat etdikdən sonra isə onun qardaşının nəvəsi olan ərizəçi mirası qəbul və idarə etdiyindən müvafiq orqanlar ərizəçinin həmin evin və torpaq sahəsinin istifadəçisi kimi qeydiyyatını aparmışlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçi qanun üzrə vərəsə kimi miras qalmış əmlakları faktiki qəbul etdiyini şəksiz nümayiş etdirsədə, miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyindən, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından 10 sentyabr 1979-cu il tarixdə vəfat etmiş X13 onun atasının əmisi olması, İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3-48-23RA/2-B/35-146/2024 nömrəli arxiv arayışı üzrə X9 miras qalmış 0,22 ha həyətyanı torpaq sahəsi və 0,02 ha torpaq sahəsində olan fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsi faktları ərizəçinin və maraqlı tərəflərin izahatları, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi :

Ərizə təmin edilsin. X13 X11 əmisi olması faktı müəyyən edilsin. 25 oktyabr 2024-cü il tarixli 3-48-23RA/2-B/35-146/2024 nömrəli arxiv arayışına əsasən X9 miras qalmış İsmayıllı rayonun Talıstan kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin 0,02 ha hissəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar