Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-516/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı qəyyumu X11nun və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi (anası) X10 iştirakı ilə, İddiaçı qəyyumu X11nun Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə 2(004)-516/2021 nömrəli mülki işə və həmin işə birləşdirilmiş iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-550/2021 nömrəli mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qəyyumu X11 Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 23.09.2020-ci il tarixdə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, Cavabdeh və onun anası X1 mənzildən çıxarılması və mənzilin boşaldılması, eləcə də maddi zərərə görə 18.000 manat (əldən çıxmış fayda qismində), mənzilin bərpası üçün tələb olunan 20.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rusumu, cəmi 48.030 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (2(004)- 5081/2020 nömrəli mülki iş-2(004)-516/2021) İddiaçı qəyyumu X11nun vəsatəti əsasında Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə 28.09.2020-ci il tarixdə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinin təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq ümumilikdə 51.236 manat və mənəvi ziyan olaraq 20.000 manat pulun İddiaçı tutulub ona ödənilməsi, mənzildən çıxmağı ilə pulun ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (2(004)-5158/2020 nömrəli mülki iş- 2(004)-550/2021) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli 2(004)-550/2021 nömrəli qərardadı ilə 2(004)-550/2021 nömrəli mülki iş, 2(004)-516/2021 nömrəli mülki işə birləşdirilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(004)-516/2021 nömrəli qərardadı ilə İddiaçı qəyyumu X11nun Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X3rşı “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası; iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06.07.2021ci il tarixli 10/1466 nömrəli ekspert rəyi 17.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli 2(004)-516/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. İddiaçı qəyyumu X11 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh Zülfüqar oğlunun iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qəyyumu X11 və vəkili Nümayəndə1 məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdilər, Cavabdeh iddia tələbini qəbul etmədilər və izahatlarında bildirdilər ki, X11 qəyyumluğunda olan İddiaçı adından və mənafeləri üçün Cavabdeh qarşı iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli 2(103)-3717/2019 nömrəli qətnaməsinə əsasən X8 ilə Cavabdeh arasında bağlanmış 07.04.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X4 xüsusi mülkiyyət hüququ bərpa olunmuşdur. Ağayeva Sarayxanım Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Ali Məhkəmənin 27.09.2019-cu il tarixli qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. 19.05.2020-ci tarixli elektron çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli qətnaməsi icra edilmiş Ağayeva Sarayxanım Musaxan qızı mənzildən qeydiyyatdan çıxarılmışdır. Qətnamənin qüvvəyə minməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh mənzili boşaldaraq mülkiyyətçi İddiaçı qəyyumu kimi ona təhvil verməkdən imtina edir. Nəticədə mülkiyyətçiyə maddi və mənəvi zərər vurulur. Mənzildə təmir işlərinin aparılıb-aparılmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə ekspertizası keçirilmişdir. Ekspertizanın 06.07.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyi ilə dəqiq müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan mənzildə cavabdeh tərəfindən bir sıra dəyişiklik aparılmışdır. Həmin dəyişiklik nəticəsində 1 yaşayış otağının hüdudları dəyişdirilərək digər otaqla olan keçidi ləğv olunmuş və əvəzinə həmin otağın ölçüləri kiçildilmiş, süni şəkildə dəhliz uzadılmışdır. Bundan başqa rəydə qeyd olunur ki, mənzilin eyvanı sökülərək dəyişdirilmiş və otağa qatılaraq, kərpiç və plastik pəncərələrlə bağlanmışdır. Bu da iddiaçının açıq havada asudə vaxtının keçirilməsinə mənfi təsir göstərəcəkdir. Çünki, səhhətilə əlaqədar hər dəfə o, aşağı düşə bilməyəcək və belə olduğu halda, mənzildə yeganə olan eyvanın süni şəkildə bağlanılması eyvanda təmiz hava qəbul olunmasını mümkünsüz edəcəkdir. Nəticə etibarı ilə hər dəfə təbii havanın qəbul olunacağı ilə əlaqədar iddiaçı küçəyə çıxmaq məcbur olacaqdır. Fəslin soyuq və küləkli aylarında havanın qəbul olunmasının hər zaman zəruri və orqanizm üçün böyük fayda verdiyini nəzərə alsalar, o zaman onun bu mənzildə tam və maneəsiz istifadə edilməsində ciddi problemlər yaradacaqdır. Cavabdeh təmir işlərini iddiaçıdan icazəsiz aparmış, icra hakimiyyətindən razılıq almamışdır. Hesab edirlər ki, cavabdeh tərəfindən aparılmış əsassız dəyişikliklər ləğv olunmalı və mənzilin texniki pasportunda olduğu kimi eyvan divarları bərpa olunmalı və mənzilin bu hissəsi əvvəlki vəziyyətə gətirilməlidir. Amma nəzərə alınsa ki, bunun üçün xeyli məbləğdə pul vəsaiti tələb olunacaqdır. Bu səbəbdən, həmin məbləğ hesablanmalı və hesablanma aktına uyğun olaraq bərpa işlərinin dəyəri müəyyən olunmalı və nəticədə, bu pul məhz cavabdehdən tutulmalıdır. Mənzilə ekspertlə birlikdə baxış keçirilərkən mənzildə təmirin yenicə aparılması hiss olunurdu, çünki, boya qoxusu gəlirdi. Ekspert rəyini hazırlayarkən və 8443 manat qiymət qoyarkən indiki qiymətləri əsas götürüb. Əslində ekspert 2012-2014-cü illərin qiymətlərini götürməli idi. Bu halda mənzilin təmirinə xərclənən vəsait 4.000-5.000 manat təşkil edə bilər. Mənzildə bir otaq istisna olmaqla, digər hissələrində təmir aparılıb. Parket köhnədən vurulmuşdur, üstünə rəng vurulub. Cavabdeh təmiri özü üçün edib və hazırkı vaxta kimi mənzildən istifadə edib. Cavabdeh renta müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyib. Bu səbəbdən məhkəmə tərəfindən müqavilə ləğv edilib. Cavabdeh Zülfüqar oğlunun iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi haqqında və Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (anası) X14 məhkəmə iclasında İddiaçı qəyyumu X11nun iddiasını qəbul etmədi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddiasını müdafiə etdi və izahatında bildirdi ki, X8 ilə Cavabdeh arasında bağlanmış 07.04.2010-cu il tarixli “Ömürlük renta müqaviləsi”nin şərtlərinə görə, renta alan Bahadur Qasımovun öhdəliyi mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini renta ödəyicisi Cavabdeh mülkiyyətinə vermək, Cavabdeh öhdəliyi isə B.Qasımovu ömrünün sonunadək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəmək və lazımi xidmətlər göstərmək, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirmək, öldükdən sonra onu dəfn etmək, bütün dəfn xərclərini ödəmək, hər ayın əvvəlində 100 manat pul ödəməkdən ibarət olmuşdur. Cavabdeh müqavilə öhdəliyini yerinə yetirmişdir. Buna baxmayaraq X8 məhkəmədə iddia qaldırmış və məhkəmə qətnamələrinə əsasən renta müqaviləsi ləğv edilmiş, Bahadur Qasımov 10.02.2018-ci ildə öldükdən sonra Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzili 19.05.2020-ci il tarixdə onun qızı İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini əsaslı təmir etdirmiş, külli miqdarda vəsait xərcəmişdir. Çünki, mənzil yaşamaq üçün tamamilə yararsız olmuşdur. İddiaçı 02.12.2009-cu il tarixdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində anlaqsız vəziyyətdə bacısı X5 qətlə yetirmişdir. Bununla bağlı hadisə yeri müayinə edilmiş və DİN Kriminaistik Təhqiqatlar İdarəsi tərəfindən İddiaçı barəsində olan cinayət işi üzrə mənzildə fotoşəkillər çəkilmişdir. Həmin fotoşəkillər mənzilin yaşayış üçün tamamilə yararsız olmasını və zir-zibillə dolu olduğunu təsdiq edir. Şəkilləri cinayət işinin materiallarında əldə edərək məhkəməyə təqdim etmişdir. Ekspertizanın 06.07.2021-ci il tarixli rəyində göstərilən 8.443 manat təmir xərci ilə razı deyildir. Çünki, mənzildə əsaslı təmir işləri aparılmış, uzun illər yığılıb qalmış zibillər mənzildən daşınmışdır. Təmir işləri mərhum Bahadur Qasımovun özünün razılığı ilə aparılmışdır. Bu səbəbdən çəkilmiş xərclər tam ödənilməlidir. Cavabdeh təqdim etdiyi 2020-ci ildə tikinti və təmir işlərinə dair smetaya əsasən mənzildə aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16.704 manat, görülən işlərin xərci 22.286 manat olmaqla, cəmi 38.990 manat təşkil edir. Hesab edir ki, təmir xərcləri hesablanarkən Cavabdeh təqdim etdiyi smeta əsas götürülməlidir. Təmirdən əvvəl eyvan açıq olmuş, evin təmiri zamanı eyvanla otağın arasındakı qapı və pəncərə, həmçinin pəncərənin altı sökülmüş və eyvanın kənarları hörülmüş, pəncərə qoyulmaqla, otağa qatılmışdır. Otağın yükdaşıyan divarlarında hər hansı bir dəyişiklik edilməyib. Odur ki, İddiaçı qəyyumu X11nun iddiasının rədd edilməsini, Cavabdeh iddia tələbinin təmin edilməsini, Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinin təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq ümumilikdə 51.236 manat və mənəvi ziyan olaraq 20.000 manat pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi, mənzildən çıxarılma ilə pulun ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X7 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir, lakin üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə İddiaçı atası mərhum Bahadur Qasımovla Cavabdeh arasında 07.04.2010-cu il tarixdə “Ömürlük renta müqaviləsi” bağlanmışdır. Renta müqaviləsinə əsasən B.Qasımov mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə B.Qasımovu ömrünün sonunadək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəməyi və lazımi xidmətlər göstərməyi, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirməyi, öldükdən sonra onu dəfn etməyi, bütün dəfn xərclərini ödəməyi, hər ayın əvvəlində 100 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Renta alanın mənzildə ömrünün sonunadək yaşamaq və qeydiyyatda qalmaq hüququ vardır. Müqavilə bağlananadək mənzilin bütün kommunal xərclərini ödəmək renta alanın öhdəsinə düşür. Müqavilə bağlandıqdan sonra isə həmin xərcləri ödəmək vəzifəsini renta ödəyicisi öhdəsinə götürür. Renta ödəyicisi renta alanın razılığı ilə mənzili özgəninkiləşdirdikdə onun renta müqaviləsi üzrə öhdəlikləri əldə edənə keçir. Renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alanın renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin ödəməyi tələb edə bilər. İddiaçı X8 iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, X8 ilə Cavabdeh arasında bağlanmış 07.04.2010-cu il tarixli “Ömürlük renta müqaviləsinin” ləğv edilməsi, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzilinin üzərində X4 xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunması, S.Ağayevanın mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli 2(004)-891/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Cavabdeh və Ağayeva Sarayxanım Musaxan qızına qarşı ömürlük renta müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2018-ci il tarixli 2(103)-5235/2018 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli 2(102)-165/2019 nömrəli qərarı ilə iddiaçı X4 hüquqi varisi İddiaçı qəyyumu X11nun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2018-ci il tarixli 2(105)-146/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli 2(103)-3717/2019 nömrəli qətnaməsi ilə iddiaçı mərhum X4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, X8 ilə Cavabdeh arasında bağlanmış 07.04.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X4 xüsusi mülkiyyət hüququ bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuş, Ağayeva Sarayxanım Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.09.2019-cu il tarixli 2(102)- 5892/2019 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh və Ağayeva Sarayxanım Musaxan qızının kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli 2(103)-3717/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 19.05.2020-ci tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı 02.12.2009-cu il tarixdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində anlaqsız vəziyyətdə bacısı X5 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Bu səbəbdən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12.06.2010-cu il tarixli 1(101)-637/210 nömrəli qərarı ilə Azərbaycan Respublikası CPM-in 477.3-cü maddəsinə əsasən İddiaçı cinayət məsuliyyətindən və cəzadan azad olunmuş, barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.11.2010-cu il tarixli 2(004)-4853/2010 nömrəli qətnaməsinə əsasən 31.07.1969-cu il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 02.02.2011-ci il tarixli 32 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.11.2010-cu il tarixli 2(004)-4853/2010 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 31.07.1969-cu il təvəllüdlü İddiaçı üzərində onun atası X8 qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.02.2018-ci il tarixli AZ-İ 904618 seriyalı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 10.02.2018-ci il tarixdə Bakı şəhərində kəskin ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bundan sonra Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 05.04.2018-ci il tarixli 69 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.11.2010-cu il tarixli 2(004)- 4853/2010 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 31.07.1969-cu il təvəllüdlü İddiaçı mülkiyyətlərinə hüququ olmadan əmisi X11 qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 02.02.2011-ci il tarixli 32 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Cavabdeh Zülfüqar oğlu tərəfdən məhkəməyə təqdim olunmuş 2020-ci ildə tikinti və təmir işlərinə dair smetada göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16.704 manat, görülən işlərin xərci 22.286 manat olmaqla, cəmi 38.990 manat təşkil edir. İddiaçı mülkiyyətində olan və hazırda Cavabdeh Zülfüqar oğlunun yaşadığı Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində təmir işlərinin aparılıbaparılmamasını, təmir işləri aparılmışdırsa həcminin və təmir işləri üçün xərclənmış pul vəsaitinin məbləğinin müəyyən edilməsi, həmçinin mənzildə hər hansı bir konstruktiv dəyişiklik aparılıbaparılmaması, yük daşıyan divarlarda dəyişiklik edilməsini, sütünların sökülüb-sökülməməsini, mənzilin qəzalı vəziyyətdə olub-olmamasını müəyyən etmək üçün xüsusi bilik tələb edildiyindən, iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.07.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 2 otaqlı 79 nömrəli mənzilinin eyvan və dəhliz tikilisində əlavə divarın hörüldüyü və yaşayış otağından eyvana keçən hissədə pəncərə altının söküldüyü müəyyən edilmişdir. Lakin mənzilin əsas yük daşıyıcı elementləri üzərində hər hansı bir dəyişiklik və yenidənqurma işlərinin aparılmadığı nəzərə alınaraq, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində əsaslı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 8.443 manat müəyyən olunur. Hazırda mənzil yaşayış və yardımçı tikililərdən ibarət olmaqla, orta təmirli vəziyyətdə olduğunu nəzərə alaraq mənzilin yaşayış üçün yararlı olduğu müəyyən edilir. Mənzilin bir otağı köhnə təmirlidir, orada təmir işləri aparılmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Göründüyü kimi, Cavabdeh qanuni əsaslarla, yəni 07.04.2010-cu il tarixli ömürlük renta müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzilinə köçmüş, mənzilin bir otağı istisna olmaqla digər hissələrində təmir işləri aparmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.04.2019cu il tarixli qətnaməsi ilə X8 ilə Cavabdeh arasında bağlanmış 07.04.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X4 xüsusi mülkiyyət hüququ bərpa olunmuş, Cavabdeh anası Ağayeva Sarayxanım (Sara) Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Qətnamə 27.09.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı qəyyumu Platon Qasımov mənzilin boşaldılmasını Cavabdeh tələb etsə də, sonuncu qanuni əsas olmadan mənzili boşalmaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh Zülfüqar oğlunun həmin mənzildə yaşamaqda davam etməsi qanunsuz olmuşdur. Nəticədə İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. Eyni zamanda, Cavabdeh mənzilə qanuni əsaslarla köçdüyünə və təmir işlərini mərhum Bahadur Qasımovun razılığı ilə apardığına görə, həmin mənzilin təmirinə çəkdiyi xərcin əvəzini mülkiyyətçidən tələb etməkdə haqlıdır. Mülkiyyətçi İddiaçı qəyyumu mənzilin təmirinə çəkilən xərcləri ödəməkdən imtina etdiyinə görə Cavabdeh Zülfüqar oğlu mənzili hazırkı vaxta kimi boşaltmamışdır. Bu səbəbdən İddiaçı qəyyumu P.Qasımovun iddia tələbi - Cavabdeh Zülfüqar oğlunun iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olsa da, iddia tələbi qalan hissədə, yəni vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində əsassızdır və bu hissələrində təmin edilə bilməz. O cümlədən birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh mənzilin təmirinə çəkilmiş 8.443 manat xərcin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, iddia tələbi qalan hissələrində, yəni - təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq tələb etdiyi 51.236 manatdan 8.443 manatı istisna olmaqla, qalan 42.793 manat vəsaitin və mənəvi ziyan olaraq 20.000 manat pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi hissəsində əsassızdır və bu hissədə iddia təmin edilə bilməz. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə Cavabdeh mübahisəli mənzilin təmirinə - materiallarının alınmasına 16.704 manat, görülən işlərin xərci kimi 22.286 manat olmaqla, cəmi 38.990 manat vəsait xərcləməsini ağlabatan hesab etmir və onun təqdim etdiyi smetanı mötəbər sübut kimi qəbul etmir. 06.07.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyində göstərilən 8.443 manat təmir xərcini ağlabatan və mötəbər hesab edir. Çünki, ekspertiza tədqiqatının aparılması üçün, hakimin, tərəflərin və ekspertin iştirakı ilə mübahisəli mənzilə baxış keçirilmişdir, ekspertin müəyyən etdiyi qiymət - 8.443 manat işin həqiqi hallarına uyğun gəlir (mənzil iki otaqdan ibarətdir, bir otağında ümumiyyətlə təmir işləri aparılmayıb). Həmçinin Cavabdeh mənzildə təmir işləri aparsa da, uzuni müddətdir həmin mənzildə kirayə haqqı ödəmədən yaşayır və təmirli mənzildə özü yaşamaqla, faydalanır. Bu səbəbdən Cavabdeh mənzilin təmiri üçün daha artıq vəsait xərcləmiş olsa belə, ekspert rəyində göstərilən 8.443 manat vəsaitdən artığını tələb etməkdə haqlı deyildir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İş üzrə tərəflərin biri-birinə mənəvi zərər vurması halı müəyyən edilməmişdir. Çünki, tərəflər faktiki olaraq ünsiyyətdə olmamışlar. Tərəflər arasında uzun müddətdir davam edən məhkəmə mübahisələri mövcud olmuşdur. Bu isə tərəflərə mənəvi zərər vurulmasını ehtiva etmir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı qəyyumu X11nun iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququ itirilməli, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı qəyyumu X6 təhvil verilməlidir. İddiaçı qəyyumu X11nun iddia tələbi qalan hissələrində rədd edilməlidir. Birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh iddiası qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8.443 manat pul İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. İddiaçı Cavabdeh iddia tələbi qalan hissələrində rədd edilməlidir. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəməekspertizasının xərci 100 manat pulun - 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qətnamə mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qəyyumu X11nun iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququ itirilsin. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilindən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı qəyyumu X6 təhvil verilsin. İddiaçı qəyyumu X11nun iddia tələbi qalan hissələrində rədd edilsin. Birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh iddiası qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8.443 (səkkiz min dörd yüz qırx üç) manat pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddiaçı Cavabdeh iddia tələbi qalan hissələrində rədd edilsin. İddiaçı qəyyumu X11nun ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə, iddiaçı Cavabdeh ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-ekspertizasının xərci 100 (yüz) manat pulun - 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamə mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-516/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-516/2021
24.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver