Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5163/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yəqarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən onun işdən azad olunmağı ilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli, 05 saylı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildə İran İslam Respublikasının Məlekan şəhərində doğulmuşdur. 2014-cü ildə Azərbaycan Tibb Universitetinin stomotologiya fakültəsinə daxil olmuş və 2019-cu ildə həmin universiteti bitirmişdir. 2023-cü il mart ayının 31də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona bir illik iş icazəsi verilmişdir. Həmin vaxtdan "xxxx" klinikası ilə əmək müqaviləsi bağlayaraq iş fəaliyyətinə başlamışdır. Klinikanın direktoru, X12 işə qəbul olunan gündən demək olar ki, onunla cinsi əlaqədə olmağını tələb etmişdir. İddiaçı cavabdehdən asılı vəziyyətdə olduğudan, onunla cinsi əlaqədə olmamağına görə işdən çıxaracağı, deportasiya etdirəcəyi ilə onu hədələmişdir. Fəxrəddin İsrafilov qeyd etmişdir ki, iddiaçı onunla əlaqədə olsa ona yaxşı baxacaq və onu saxlayacaq. Razı olmayacağı təqdirdə isə yuxarıda qeyd etdiyim kimi işdən çıxaracağını ona bildirirmişdir. Fəxrəddin İsrafilov bilir ki, o, işdən çıxacağı təqdirdə Azərbaycanda yaşaya bilməyəcək, iş icazəsi ləğv olunacaq və mütləq olaraq İran İslam Respublikasına getməlidir. O isə buna razı deyil və milliyyətcə Azərbaycan türkü olaraq Azərbaycan Respublikasında işləyib burda da yaşamaq istəyir. Azərbaycana, onun insanlarına, dövlət rəhbərinə olan rəğbəti elə onu bu dövlətdə oxumağa və işləməyə gətirib çıxarmışdır. İndi isə Fəxrəddin İsrafilov kimisi onunla cinsi əlaqədə olmamağına görə onu bu dövlətdə yaşamağına maneələr yaradır, hətta məhrum etmək istəyir. X12 hər gün oma “whatsApp” vasitəsilə mesajlar yazır, intim videolar göndərir. Mütəmadi olaraq ona əl-qol atır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 15 radələrində iş yerində, mətbəxdə olarkən onu anidən qucaqlayaraq öpməyə başlamışdır. İddiaçı isə müqavimət göstərərək onun əlindən güclə çıxa bilmişdir. xx.xx.2023-cü ildə onun doğum günüm idi. X12 yenə də ona mesajlar yazaraq birlikdə qeyd elməyi və sonra da birlikdə cinsi münasibətdə olmağı təklif etmişdir. O, razılaşmadığı üçün onu işdən çıxaracağı ilə bir daha hədələmiş və bildirmişdir ki, artıq işə gəlməsin. İş icazəsi isə məhz bu klinikada olduğuna görə başqa iş yerinə də gedə bilmir. Buna görə də məcbur olub qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna müraciət etmişdir. Tərəfindən edilmiş şikayət üzrə toplanmış materiallar hal-hazırda Nəsimi rayon Prokurorluğunda araşdırılması davam etdirilir. Bundan sonra Fəxrəddin İsrafılov, onun əxlaqsız təkliflərini qəbul etmədiyi üçün onu heç bir səbəb olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndnə əsasən, “AZTÜRK Dental MMC ilə aralarında əmək müqaviləsinin ləğv olunaraq, tutduğu vəzifədən azad olunması barədə xx.xx.2023-cü il tarixli, 05 saylı əmr vermişdir. Həmin əmrdən də göründüyü kimi işə götürən Əmnin 70-ci maddəsiin ç bəndinə istinad edərək güya onun əmək funkusiyasnı yerinə yerinə yetirə bilməmiş və həmin məcəllənin 72-ci maddəsinəndə sadalanan hallarla əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Əmrdə iddiaçının ƏM-nin 72-ci maddəsində nəzərdə tutulan hansı ozuntulara görə əmək müqaviləsinə xitam verilməsini göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar qeyd olunmuşdur ki, iddiaçıə həmin pozuntuları etməmişdir. İşlədiyi müddət ərzində heç bir cinayət və ya inzibati xəta törətməmişdir. O, heç vaxt üzrlü səbəbdən işə gəlmədiyi hal olmamışdır. O, heç vaxt alkaqollu içki qəbul etmir, bundan əlavə heç bir zərərli maddələr qəbul etmir. Heç vaxt mülkiyyətçiyə maddi zərər vurmamışdır. İşlədiyi müddət ərzində heç vaxt əməyin mühafizəsi qaydalarını pozmamışdır. İşlədiyi müddət ərzində heç vaxt istehsalat, kommersiya və ya Dövlət sirrini yaymamışdır. İşlədiyi müddət ərzində işəgötürənin mülkiyyətçinin qanuni mənafeyinə heç bir xələl gətirməmişdir. İşlədiyi müddət ərzində heç vaxt intizam tənbehi almamışdır. Amma buna baxmayaraq o, həmişə işəgötürən tərəfindən seksual qısnamalara məruz qalsa işini itirməmək üçün işəgötürənin əxlaqsız hərəkətlərinə göz yummuşdur. Hesab edir ki, o, əmək və ya xidməti münsibətlərini, vəzifələrini yerinə yetirərəkən seksual qısnamaya məruz qalmışdır. Belə ki, Seksual qısnama - əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışı başa düşülür. Həmin əmrdə "xxxx" MMC bölməsində “Stomatoloq" vəzifəsində işləyən Zhıla Arshad XXX ilə bağlanmış 15C7FAOOOO100 nömrəli əmək müqaviləsi Azəbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç"-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda" maddəsinə əsasən yuxarıda göstərilən səbəbədən xx.xx.29023-cü il tarixdə xitam verildiyi qeyd edilir. Əmr tamamilə əsassız olduğundan, həmçinin qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq çıxarıldığından məhkəmə qaydasında ləğv edilməlidir. Əmrdə iddiaçı tərəfindən hansı pozuntuların edilməsi, hansı əmək funksiyalarının, vəzifə borcumun yerinə yetiirlməməsi göstərilməmişdir. Ümumiyyətlə əmr əsaslandırılmamışdır. İş ahənginin pozulmasının nədə ifadə olunması nədən ibarət olması barədə, digər şəxslərində mənafeyinə ziyan dəyməsi barədə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi haqda əsaslar əmrdə qeyd edilməmişdir. Yenə də qeyd etməyi zəruri hesab edir ki, işdən çıxarılma əsası onun cinsi münasibətə girməməyi olmuşdur. Şikayəti üzrə Nəsimi rayon Pİ-in istintaq şöbəsində araşdırma aparılır. Nəsimi prokurorluğuna etdiyi müraciətin tarixi xx.xx.2023-dür. İşdən çıxarılma isə xx.xx.2023 tarixində baş vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh təşkilatda stomatoloq kimi 4-5 ay işləmişdir.X14 ilk başlardan ona əl atmağa başlamış, hara və niyə getdiyini soruşmuş, tez-tez bu bəhanələrlə ona zəng etmişdir. X3 pis məzmunlu mesajlar yazmağa başlamışdır. O, Fəxrəddin İsrafilova dəfələrlə onun tayı olmadığını, onun evli və yaşlı olduğunu, onun qızlarından kiçik olduğunu bildirmişdir. Bir neçə dəfə iş geyinmə otağına gedəndə Fəxrəddin İsrafilov ona paltarını dəyişməyə kömək edəcəyini bildirərək, geyinmə otağına girməyə çalışmışdır. Fəxrəddin İsrafilov ondan getdiyi yerləri soruşurdu və həmin yerlərə əxlaqsız qadınların getdiyini bildirirdi. Belə sözlərlə onun qürurunu sındırmağa və onunla yaxın münasibət qurmağa çalışmışdır. O, Fəxrəddin İsrafilov ilə yaxın münasibət qurmağa razı olmamışdır. Fəxrəddin İsrafilov ona bir dəfə onunla intim münasibət qurmayacağı təqdirdə işdən çıxaracağını bildirmişdir. O, 16 avqustda bununla bağlı polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, 21 avqustda isə işdən azad edilməyi barədə əmr verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 08 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Onlar həmin qərardan şikayət vermişlər. 13 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək müvafiq göstərişlər verilməklə araşdırmanın davam etdirilməsi məqsədi ilə istintaq şöbəsinə göndərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə istinad etməklə iddiaçının işdən azad edilməsinə baxmayaraq hüquqi prosedurlara düzgün riayyət edilməmişdir. Belə ki, iddiaçının izahatı alınmamış, yeni iş yeri tamah məqsədi ilə ona müddət verilməmişdir. Bu hallar onu deməyə əsas verir ki, əmrin tərtib edilməsində də qanunsuzluqlar olmuşdur. Məhkəmə iclasında Cavabdeh MMC-nin qanuni təmsilçisi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 43 ildir ki, stomatoloq işləyir. Bu vaxta qədər onunla 20-30 qadın işləmişdir. Nə onun həmin qadınlardan, nə də qadınların ondan narazlığı olmamışdır. İddiaçı onunla 5 ay yarım işləmişdir. Bir dəfə iddiaçının işlədiyi otaqla üzbəüz otaqda işləyən həkim ona zəng edərək, iddiaçının nalayiq hərəkətlər etdiyini bildirmişdir. O da gəlib görmüşdür ki, iddiaçı xəstə ilə nalayiq hərəkətlərlə məşğul olur. O, iddiaçını çağırmış və iddiaçı ona pula ehtiyacı olduğundan bunları etdiyini bildirmişdir. Daha sonra, bu hal yenə təkrarlanmışdır. O iddiaçıya bildirmişdir ki, ona xəstələrlə işini qurtarması və başqa iş axtarması üçün 10 gün vaxt verir. İddiaçı onunla dəfələrlə yemək yeməyə getmişdir. O, iddiaçıya pulu olmayanda pul vermiş, əyin-baş almışdır. İddiaçı həkim kimi pis həkim deyil, lakin onun əxlaqı yerində deyil. İddia tam əsassızdır. Həmçinin, iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya onunla cinsi münasibətdə olmaq barədə təklif etməmişdir. Şahid qismində dindiriləcək Samirə İsmayılova ilə münasibəti yoxdur. X19 tanıyır. Ona Azərbaycana gəlməməsini, gəlsə pis ola biləcəyini demiş, lakin şahidlik etməməsini deməmişdir. O baş həkim işlədiyi müddətdə otaqlarda qapıların bağlanmasını qadağan etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmrinə əsasən, müəssisədaxili qaydaları kobud şəkildə pozması, müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirməməsi səbəbindən, "AZ.TÜRK.DENTAL MMC" bölməsində "Stomatoloq" vəzifəsində işləyən İddiaçı XXX ilə bağlanılmış 15C7FA0000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixindən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan X8 Bakı şəhər İdarəsinin İddiaçı 3-17-5/1-A-24281/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 3-17-5/1-A-25388/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 3-17-5/1-Z- 25621/2023 nömrəli xx.xx.2023-cü il tarixli müraciətlərə dair cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı İddiaçı tərəfindən "X21” MMC-nin rəhbərliyinə (Bakı şəhəri, Yasamal rayonu, Əlibala Abdullayev ev 20, mənzil 0 və Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi 115) 3-17-5/2-32121/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq (SS698153945AZ, SS698153937AZ) ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Birinci qeyd edilən ünvana göndərilən məktub poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yoxdur" qeydi edilərək geri qaytarılmış, digər ünvana göndərilən məktub isə poçt şöbəsi tərəfindən "X21"MMC-yə xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə rəhbərliyi tərəfindən təmin edilmədiyindən müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. İddiaçı "X21"MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə Nazirlik yanında X17 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsısteminə baxış keçirilərkən “X21” MMC-də Sizə aid əmək müqaviləsinin bağlanmasına dair bildirişin 01 04.2023-cü ildə qeydiyyata alındığı və həmin bildirişin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qeyd edilməklə qüvvədən düşdüyü məlum olmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410- İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. “X21” MMC tərəfindən Sizə aid olan sənədlər X17 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətin yenidən baxılacaq və nəticəsi barədə ona məlumat veriləcəkdir. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd eidlməsi barədə qərardan görünür ki, 29 avqust 2023-ci il tarixdə Nəsimi rayon prokurorluğundan Nəsimi rayon Polis İdarəsinə İran İslam Respublikası vətəndaşı İddiaçı Jafar qızının müraciəti daxil olmuş, həmin müraciət üzrə araşdırılma aparılmış, İran İslam Respublikası vətəndaşı olan İddiaçı müraciəti əsasında X5 barəsində Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və İran İslam Respublikası vətəndaşı İddiaçı əmək müqailəsinə əsassız xitam verilməsi ilə bağlı aidiyyəti üzrə birinci instansiya Məhkəməsinə müraciət etməsinin izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı Jafar qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna göstərilmişdir ki, onun Fəxrəddin İsrafılov tərəfindən seksual qısnamaya məruz qalmasına dair araşdırmanın qeyri-obyektiv aparılması barədə müraciətinə Baş Prokurorluqda baxılmışdır. Müəyyən edilmişdir ki, eyniməzmunlu müraciəti əsasında Nəsimi rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılmaqla xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, material nəzarət qaydasında Nəsimi rayon prokurorluğunda öyrənilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək müvafiq göstərişlər verilməklə araşdırmanın davam etdirilməsi məqsədi ilə istintaq şöbəsinə göndərilmişdir. Material tələb edilərək Baş Prokurorluqda öyrənilmiş və xx.xx.2023-cü il tarixdə müvafiq yazılı göstərişlər verilməklə istintaqın davam etdirilməsi üçün Nəsimi rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq qərar qəbul edilməsi təmin ediləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, Tehran şəhərində yaşayır. İldə 3-4 dəfə Azərbaycana turist kimi gəlib-gedir. İddiaçını və cavabdehin qanuni təmsilçisini tanıyır. Cavabdehin qanuni təmsilçisi onun həkim dostudur. İddiaçını isə Cavabdeh MMC-də işlədiyinə görə tanımışdır. O, X14a dəfələrlə demişdir ki, bu işi görməsin. Bir dəfə o, X14un kabinentində olanda, Fəxrəddin İsrafilov ona iddiaçıya onunla cinsi münasibətdə olması üçün 1 həftə vaxt verdiyini, əks halda çıxıb getməsini dediyini bildirmişdir. Onun yanında Fəxrəddin İsrafilov iddiaçıya heç bir nalayiq təklif və ya hərəkət etməmişdir. X6 mesaj yazaraq Azərbaycana gəlməməsini, gəlməsinin ona problem olacağını bildirmişdir. İddiaçının nalayiq hərəkətlər etdiyini görməmişdir. O, isə Fəxrəddin İsrafilova dəfələrlə demişdir ki, iddiaçıya 7 ay da işləməsi üçün imkan versin, sonra özünə başqa iş tapsın. Bəzən olur ki, xəstələr qorxudan həkimin əl-ayağını tutur. Bu hala o, təcrübəsində rast gəlmişdir. Orada işləyən qadınlara da Fəxrəddin İsrafilov tərəfindən belə təkliflər olmuşdur. Onlardan birinin adı da İlahə idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. 3 ildən artıq müddətdir ki, Cavabdeh MMC-də həkim işləyir. İddiaçı özünü həkimə layiq olmayan şəkildə aparmışdır. Xəstələrlə işləyən zaman ətəyini qaldırır, ayaqlarını isə birini bir tərəfə, birini isə digər tərəfə qoyurdu. Həmçinin, xəstələrlə qışqıra-qışqıra danışırdı. Axırıncı dəfə onun xəstəsi iddiaçının kişi xəstəsinin onu əli ilə masaj etdiyini görmüş və ona bildirmişdir. O da Fəxrəddin İsrafilovu çağırıb ona bildirmişdir. Fəxrəddin İsrafilov da İddiaçıı çağırmış və mətbəxdə söhbət etmişlər. X9 Arshada hər hansı əxlaqsız təklif etməsini eşitməmişdir. Bir neçə dəfə Fəxrəddin İsrafilovun yanında İddiaçı divanda uzanmasını görmüş, hətta İddiaçı Fəxrəddin İsrafilova ac olduğunu, onu da yeməyə aparmasını deməyini eşitmişdir. Fəxrəddin İsrafilov ona hər hansı əxlaqsız təklif etməmişdir. O da işə gələndə Fəxrəddin İsrafilov ona kollektiv yemək yeməyi təklif etmiş, o qəbul etməmişdir. Onun otağı İddiaçı otağı ilə üzbəüzdür. İşləyən zaman Zhila xanımın otağı açıq idi və o içərini görürdü. İş materiallarında olan dvd diskə baxış keçirilmiş və İddiaçı tərəfindən qeydə alınmış videogörüntülərin olduğu müəyyən edilir. Videogörüntüdə İddiaçı «Whatsapp» proqramı vasitəsi ilə Fəxrəddin İsrafilovla görüntülü danışır, İddiaçı tərəfindən həmin danışıq digər mobil telefon vasitəsi ilə videoçəkiliş olunur. Aralarında olan danışığa nəzər yetirdikdə müəyyən edilir ki, X15 Arshada 11 avqust 2023-cü il tarixdə işlədyi klinikada müştəri ilə aralarında olan münasibətə görə sonuncuya öz etirazı bildirir, lakin, İddiaçı həmin iradları qəbul etməyərək qeyd edir ki, müştəri ilə onun aralarında heç bir hal baş verməmiş, müştərinin dişini müalicə edən zaman sonuncu qorxduğundan onun dizinə yumruqla vurur. Həmçinin, aralarında olan danışıq zaman X15 Arshada bildirir ki, etdiyi hərəkətə görə onunla bağladığı əmək müqaviləsinə xitam verəcəkdir, həmçinin bu barədə Dövlət Miqrasiya Xidmətini məlumatlandıracaq, orada heç bir səbəb göstərməyəcək, sadəcə olaraq onunla işləmək istəmədiyini bildirəcək və işçisini işdən azad edilməsini xahiş edəcək. Həmçinin bildirir ki, əgər işləmək istəyirsə o nə deyirsə o da olacaq. X15 Arshada bildirir ki, sırağagün işdən çıxanda ona gəl gedək demiş, İddiaçı da istəmədiyini, özlərinin getməsini bildirmişdir. Həmin gün onun fikri olmuşdur ki, İddiaçı don aldığı mağazada onun üçün saxlatdırdığı şalvar və köynəyi ona hədiyyə alsın, həmçinin tortu alaraq Əmirlə birlikdə üçü dəniz qırağında onun ad gününü qeyd etsinlər. Sabahki gün iş yerinə gələrək oradakılara İddiaçıı bağışladığını bildirəcək, bundan sonra işdə onunla heç kimin işi olmayacaq. Həmçinin, İddiaçı ilə Fəxrəddin İsrafilov arasında «Whatsapp» proqramı vasitəsi ilə yazışmadan müəyyən edilir ki, X16 Arshada ”mənə lazım olan adamı işə götürəndə deyirəm mənimlə olacaqsansa gəl. İstəmirsənsə Bakıda kilinika doludur. Get sənə yaxşı yol” məzmunlu mesaj göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə, əvvəla mübahisələndirilən əmrin məzmununa istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi 24 avqust 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə baxmayaraq, əmrdə cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun müəssisədaxili qaydaları kobud şəkildə pozması, müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirməməsi əsası ilə xitam verdildiyi göstərilsə də, müəssisədaxili hansı qaydaları kobud pozması, hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyi və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olmasını) göstərilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini və müdiriyyətin verdiyi tapşırıqları hər hansı tapşırığı yerinə yetirməməsini qeyd etməmiş, əksinə o izahatında iddiaçının yaxşı həkim olduğunu bildirmişdir. Bundan başqa, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçının izahatı alınmamış, həmçinin iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı sənəd də təqdim edilməmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə iddiaçının kişi cinsli xəstələri ilə əxlaqsız hərəkət etməsinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində iddiaçının xəstələri ilə əxlaqsız davranışlar etdiyini bildirsə də, həmin şahid cavabdeh müəsisisədə hələ də işləyir və MMC-nin qanuni təmsilçisi X1 xidməti cəhətdən asılıdır. Yalnız onun ifadəsi əsasında iddiaçının öz xəstələri ilə əxlaqsız hərəkətlər etməsi qənaətinə gəlmək mümkün deyil. Əksinə, MMC-nin qanuni təmsilçisi X2 dostu olan və məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində X14un kabinentində olanda, Fəxrəddin İsrafilovun ona iddiaçıya onunla cinsi münasibətdə olması üçün 1 həftə vaxt verdiyini, əks halda işdən çıxıb getməsini dediyini bildirmişdir. Hətta, X14un ona mesaj yazaraq Azərbaycana gəlməməsini, gəlməsinin ona problem olacağını bildirmişdir. Fəxrəddin İsrafilov məhkəmə iclasında verdiyi izahatında Amir Behtaşa Azərbaycana gəlməməsini, gəlməsinin ona problem ola biləcəyini bildirdiyini təsdiq etmişdir. Həmçinin, «Whatsapp» proqramı vasitəsi ilə danışıq zamanı X16 Arshada onun ad gününü dəniz qırağında keçirmək, ona saxlatdırdığı geyimi hədiyyə etmək fikrinin olduğunu, belə olan halda onu bağışlayacağını və işdə heç bir probleminin olmayacağını, lakin İddiaçı bunu qəbul etmədiyini bildirmişdir. Qeyd edilənlər cavabdehdeh müəsissə tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qərəzli şəkildə xitam verilməsini təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin24 avqust 2023-cü il tarixli, 05 nömrəli əmri qanunsuz olduğundan ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi işə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan, təmin olunmalı və xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh MMC-nin24 avqust 2023-cü il tarixli,05 nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə bərpa edilsin. xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5163/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5163/2023
30.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver