Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-518/2022 21.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkəti Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş 5000 manat pul alınaraq, iddiaçıya qaytarılması və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Cavabdeh arasında bağlanmış 01.07.2021-ci il tarixli Vİİİ-287/21 saylı xidmət müqaviləsinə əsasən, cavabdehin 01.07.2021-31.12.2021-ci il müddətində, müqavilə üzrə sifarişçi Şirkət tərəfindən tapşırılan 12 bölümdən ibarət “Əqrəb mövsümü” serialında səs rejissoru fəaliyyətini göstərməsi nəzərdə tutulmuşdur. Şirkət tərəfindən X1 vasitəsi ilə cavabdehə, xidmət müqaviləsinin 5.2-ci bəndinə əsasən “Kapitalbank”ın 1 saylı Yasamal filialıda onun AZ95AİİB******************** saylı hesab nömrəsinə (VÖEN **********) bir saatı 100 AZN olmaqla xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 5.3-cii bəndinə əsasən 22.06.2021-ci il tarixində elektron-qaimə (Seriya EBBD №638155) əsasında cavabdehə 5.000 AZN pul köçürülmüşdür (ödəniş sənədinin nömrəsi **********, ödəniş tapşırığının tarixi 24.06.2021). Lakin, hazırki vaxta qədər cavabdeh, müqavilənin 3.3-cü bəndi ilə ona funksiyaları yerinə yetirmir və bu səbəbdən də “Əqrəb mövsümü” filmi nümayiş etdirilə bilmir. Pulu qaytarmaq məqamı isə cavabdeh tərəfindən müxtəlif bəhanələrlə yubadılır. Bu barədə cavabdehlə aparılan söhbətlər heç bir müsbət nəticə verməmişdir.. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vX3 oğlu idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 6, 14, 21, 359.3, 385.1, 386.1, 425 390.1, 1091 və 1092-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Cavabdeh arasında bağlanmış 01.07.2021ci il tarixli Vİİİ-287/21 saylı xidmət müqaviləsinə əsasən, cavabdehin 01.07.2021- 31.12.2021-ci il müddətində, müqavilə üzrə sifarişçi Şirkət tərəfindən tapşırılan 12 bölümdən ibarət “Əqrəb mövsümü” serialında səs rejissoru fəaliyyətini göstərməsi nəzərdə tutulmuşdur. Şirkət tərəfindən X1 vasitəsi ilə cavabdehə, xidmət müqaviləsinin 5.2-ci bəndinə əsasən “Kapitalbank”ın 1 saylı Yasamal filialıda onun AZ95AİİB******************** saylı hesab nömrəsinə (VÖEN **********) bir saatı 100 AZN olmaqla xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 5.3-cii bəndinə əsasən 22.06.2021-ci il tarixində elektron-qaimə (Seriya EBBD №638155) əsasında cavabdehə 5.000 AZN pul köçürülmüşdür (24.06.2021-ci il tarixli, ********** saylı ödəniş tapşırığı). Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “...mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir... mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.” Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, tərəflər arasında bağlanmış 01.07.2021-ci il tarixli Vİİİ-287/21 saylı xidmət müqaviləsinin şərtlərinin Cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərini yerinə yetirməyən cavabdehdən müqavilə əsasında ödənilmiş 5000 manatı tələb etməkdə haqlıdır. Odur ki, cavabdehdən 5000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıİctimai Televiziya və Radio Yayımları Şirkətinə ödənilməldir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-518/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-518/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver