Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5186/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.000 ABŞ dolları pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 188 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazisində tanıdığı bir biri ilə yaxın qohum olan şəxslərlə tanış olub 2014-cü ildən 2019-cu illərədək bir sıra malların tekstil-mebel üzlüklərinin, pərdələrin, pokrıvalların və s. satışı ilə əlaqədar razılığa gəlinmiş və o mütəmadi olaraq həmin şəxlərlə iş birliyi etmişdir. Əvvəllər həmin şəxslər (qohumlar) ona çatası pulları göndərsələr də, 2019-cu ilin ortalarından malların satılmadığını və anbarlarda və dükanlarda qaldığını bəhanə edib hər hansı əldə olunmuş vəsaiti ondan gizlədib ələ keçirmiş və ona göndərməmişlər. 2019-cu ildən etibarən zənglərinə cavab verməmiş, ondan əvvəl isə aralarında narazılıq başlayanda, pullarını tələb etdikdə ona hədə qorxular gəlmiş, malının və pulunun ona verilməyəcəyi ilə onu hədələmiş, və şikayət etdiyi təqdirdə başına oyun açacaqlarını söyləmişlər. Bu hərəkətləri ilə Anar 164.457 dollar, Ramiz 64.450 dollar, Arzuman 28.800 dollar, 10.200 dollar, Rövşən 3.000 dollar dəyərində mallarını satıb mənimsəmiş və etibarından sui istifadə edib ələ keçirməklə ona verməmiş, əmlakını və pullarını istədikdə onu müxtəlif hədələrlə qorxudaraq hər biri ayrılıqda sifariş göndərmiş, və ya telefonla ölümlə hədələmişlər. Ona DİN-dən göndərilən cavab məktubunda həmin şəxslərin ona olan borcları özləri tərəfindən öz xeyirlərinə miqdarı azaldılaraq etiraf olunmuş, digəri isə borcu qəsdən etiraf etməmişdir. Qeyd etmək istəyir ki, onların etirafı həqiqətə uyğun deyildir. Tərəflərindən Qaradağ rayon Polis İdarəsinə müraciət olunmuş, lakin Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin raşlanılmasının rədd edilməsi qərara alınmışdır. Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində material üzrə araşdırma aparılaraq hər üç cavabdehin məsələ ilə bağlı izahatları alınmışdır. Cavabdeh izahatında bildirmişdir ki, cavabdeh İddiaçı bir neçə ildir canıyır, dəfələrlə ondan nisyə pərdə və yataq dəstləri alıb-satmışdır. Bir müddət işlədikdən sonra, işlərində problemlər yaranmağa başlamış və İddiaçı pulunu ödəyə bilməmişdir. Özünün apardığı hesablamaya görə onun İddiaçı 19.000 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək bildirmişdir ki, onun İddiaçı 19.000 ABŞ dolları borcu qalmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı Abuzer oğluna vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərarda Cavabdeh istintaqa verdiyi ifadəsindən görünür ki, onun özünün apardığı hesablamaya görə onun İddiaçı 2014-cü ilədək işlədiyi müddət ərzində 19.000 ABŞ dolları borcu qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh etiraf edildiyindən və qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında ticarət əlaqələri mövcud olmuş və tərəflər arasında iddiaçının cavabdehə pərdə və yataq dəstləri göndərməyi cavabdehin isə həmin əşyaların pulunu iddiaçıya ödəməyi barədə razılıq əldə olunmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya hələ də 19000 ABŞ dolları borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən ödənilməmiş borcu geri tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 19000 (on doqquz min) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilsin) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki iddiaçı X1 tərəfindən ödənilmiş 188 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 19000 (on doqquz min) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilsin) məbləğində pul vəsaiti və ödənilmiş 188 (yüz səksən səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5186/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5186/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver