Məhkəmə qərarları › İş №2(004)-5189/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5189/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5189/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət X1rşı “pensiyanın düzgün verilməməsi haqqında və pensiyanın yenidən hesablanmasına dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət X1rşı “pensiyanın düzgün verilməməsi haqqında və pensiyanın yenidən hesablanmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının düzgün hesablanmasına və ona vaxtında verilməmiş məbləği verilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi ümumi məhkəmədə baxılası olmadığı üçün iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət X1rşı “pensiyanın düzgün verilməməsi haqqında və pensiyanın yenidən hesablanmasına dair” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməyə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar