Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-52/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və “xxxx” MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair ilkin və Cavabdeh iddiaçılar İddiaçı1 və “xxxx” MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatin, ümumilikdə 22.530 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə «xxxx» MMC arasında xx xxxxxx 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsini 18 ay müddətinə «xxxx» MMC-yə icarəyə verməli və bu müddət ərzində müqavilənin 6.1.3-cü bəndinə görə icarəyə verilən sahəyə kənardan su sızması ilə bağlı yaranacaq xərcləri qarşılamalı, 6.1.6-cı bəndinə görə isə su ilə bağlı yaranan problemləri həll etməli idi. Müqavilə bağlanmamışdan və hələ «xxxx» MMC təsis edilməmişdən öncə İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsini əsaslı şəkildə təmir etdirmiş və təmir işlərinə ümumilikdə 22.500 manat məbləğində pul vəsaiti sərf etmişdir. Təmir bərpa işlərinin aparılması ilə əlaqədar fotoşəkillər, qaimə fakturalar, ödəniş qəbzlərini iddia ərizəsinə əlavə edilmişdir. İcarə müqaviləsinin predmeti olan obyektdə təmir-bərpa işləri görüldükdən sonra cavabdeh tərəfindən müqavilənin 6.1.3 və 6.1.6-cı bəndlərində nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmişdir. Su sızması ilə bağlı yaranan mübahisə zəminində icarə müqaviləsinə rəsmi şəkildə xitam verilməmiş və ümumiyyətlə «xxxx» MMC və onun əməkdaşları xəbərdar edilməmiş, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin giriş qapısının açarlan dəyişdirilərək, icarəyə götürən icarə obyektinə buraxılmamışdır. Müqavilə bağlandıqan 1 ay sonra icarəyə götürən artıq icarə obyektindən istifadə edə bilməmişdir. Hal-hazırda isə həmin daşınmaz əmlak başqa şəxslərə icarəyə verilir. Cavabdeh tərəfindən yol verilən bu qanunsuz hərəkətlər nəticəsində Cavabdeh «xxxx» MMC və İddiaçı1 hesabına əsassız olaraq varlanmış, yəni ona məxsus Bakı şəhəri. Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 22.500 manat dəyərində yaxşılaşdırma (təmir-bərpa) işləri görülmüşdür. Cavabdeh iddiaçılar İddiaçı1 və “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurduqları 54.195 manat məbləğində maddi ziyanın, dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun, ümumilikdə 54.225 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "X7 Məsuliyyətli Cəmiyyət ilə aralarında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 184 saylı ünvanda yerləşən ona məxsus olan qeyri-yaşayış sahəsini 18 ay müddətinə icarəyə vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh “xxxx” MMC-yə icarəyə verilən qeyriyaşayış sahəsindəki mövcud bar avadanlığını səliqə ilə götürüb otaqda (anbarda) yerləşdirməklə onun yerində qadın salonunun fəaliyyəti üçün zəruri avadan-lıqları quraşdırmalı idi. Sahənin digər avadanlıqları və eyni zamanda döşəmə, divar və sair hissələrində hər hansı bir struktur dəyişikliyin, təmir və yenidənqurmanın aparılması barədə o, cavabdehə hər hansı bir yazılı və yaxud şifahi razılıq verməmişdir. 2019-cu ilin fevral ayında qeyri-yaşayış sahəsinə baxış keçirən zaman məlum olmuşdur ki, iddiaçılar onun razılığı və icazəsi olmadan qeyri-yaşayış sahəsində struktur dəyişiklikləri edərək təmir və yenidənqurma işlərini aparmış və onun sahədə quraşdırdığı barı söküb anbara tullayaraq məhv etmiş, sahənin döşəməsinin, divarının və başqa sahələrin mövcud materiallarını sökərək ucuz matariallarla əvəz edərək ona aşağıda göstərilən qaydada və məbləğdə maddi ziyan vurmuşdur:
1. Qeyri-yaşayış sahəsinin çöl hissəsinin reklamı “Qrasıya Vomen club" şüşə reklamı çıxarılaraq tullanılmışdır ki, bununla 4800 manat ziyan vurulmuşdur;
2. Qeyri-yaşayış sahəsinin giriş hissəsində olan 35 kv.metr (1 kv.m-nin qiyməti 15 man.+usta pulu 5 man.=20 man.) dəyəri 700 manat olan tameti çıxarılaraq onun yerinə (1 kv.m-nin qiyməti 3 man., usta pulu 2 man.=5 man.) ucuz tametlə əvəzlənib ki, bununla 525 manat ziyan dəymişdir;
3. Qeyri-yaşayış sahəsində quraşdırılmış kombi xarab edilmişdir ki, (dəyəri 1800 man.+usta pulu 350 man., cəmi 2150 man.) bununla 2150 manat ziyan dəymişdir;
4. Fövqəladə Hallar Nazirliyinin dəyəri 2800 manat dəyərində olan Təhlükəsizlik Aparatı xarab olunmuşdur ki, işləmir; 5.Qeyri-yaşayış sahəsinin döşəməsi 165 kv.metr (1 kv.m-nin qiyməti 28 man.=4620 man.+usta pulu 165 x 12 man.=1980 man..cəmisi 6600 man) bununla 6600 manat ziyan dəymişdir; 6.Qeyri-yaşayış sahəsinin divarlarında olan İspaniya istehsalı olan oboy 460 kv.metr (bir rulon-9 kv.metr -qiyməti 55 man olmaqla 460: 9=70 rulon x 55=3850 manat) çıxarılaraq yerinə 460 kv.metr ( bir kv.metri 3 manat x 460=1380 manat) əvəzlənmişdir ki, bununla 2470 manat ziyan dəymişdir;
7. Bar və resepşin dəyəri 9700 manat olmaqla anbara tullanılaraq yararsız vəziyyətə salınmışdır;
8. Müxtəlif qiymətlə olan, ümumi dəyəti 4700 manat olan 6 ədəd rəflərin şüşələri sındırılaraq yararsız vəziyyətə salınmışdır;
9. Qeyri-yaşayış sahəsinin idman zalının Türkiyə istehsalı olan 10 kv.metr laminat döşəməsi (dəyəri 28 man.x 10=280 man+10 x usta pulu 5 man.=50 man., cəmi 330 man.) çıxarılaraq ucuz laminat ilə (dəyəri 9 man.x 10 kv.metr=90 man.+ usta pulu 2 man.=20 mana., cəmisi 110 man.) əvəzlənmişdir ki, bununla 170 manat ziyan dəymişdir;
10. Müştərinin başını yumaq üçün Türkiyə istehsalı olan, dəyəri 1200 ABŞ dolları, azərbaycan manatı ilə 2040 manat olan kreslo sökülüb xarab edilərək anbara tullanmış, 2700 manat dəyəri olan bir ədədi isə oğurlanmışdır ki, bununla da 4700 manat ziyan dəymişdir;
11. Vizaj otağının 1200 manat dəyərində olan stend mebel rəfləri yarasız vəziyyətə salınmışdır;
12. Qeyri-yaşayış sahəsinin kamerası cavabdehlər tərəfindən yararsız vəziyyətə salındığı üçün tərəfindən 300 manat xərc çəkilərək yararlı vəziyyətə salınmışdır;
13. Saç kəsimi üçün nəzərdə tutulmuş, hər birinin dəyəri 1200 man., olan 5 ədəd, ümumi dəyəri 6000 manat olan mebel yararsız vəziyyətə salınmışdır;
14. Hamamın İspaniya istehsalı olan hər kv.m-nin dəyəri 50 man. olan kafeli (6 kv. metr x 50=300 man.+12 man.usta pulu 6 x 12=72 man., cəmisi 372 man.) çıxarılaraq ucuz kafellə (6x12 man.=72 man ) əvəzlənmişdir ki, bununla da 300 manat ziyan dəymişdir;
15. Barın mətbəx əşyaları: samovar-330 man., stəkanlar, bakallar, qənd qabları, smestitel, solfet qabı və müxtəlif əşyalar-dəyəri 1000 manat, cəmi 1330 manat oğurlanmışdır;
16. idman zalında olan, dəyəri 650 manat olan 1 ədəd komplekt stol.(4 ədəd stulu ile) oğurlanmışdır;
17. Qeyri-yaşayış sahəsində 4000 manat dəyərində olan portretlər, suvenirlər oğurlanmışdır;
18. Qeyri-yaşayış sahəsində tavanda və dəhlizdə olmuş, dəyəri 600 manat dəyərində olan xrustal işıq komplektləri sındırılaraq anbara tullanılmışdır;
19. Qeyri-yaşayış sahəsində olmuş dəyəri 1200 manat olan müxtəlif məişət avadan-lıqları, pərdələr və dəsmallar yararsız vəziyyətə salınmışdır. Ümumilikdə cavabdehlər tərəfindən 54.195 manat ziyan vurulmuşdur. Müqavilənin 7 1.8-ci bəndinə əsasən bu Müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə “İcarəyə verənə" təhvil vermək “lcarəçi"nin vəzifəsidir. İcarə müqaviləsi su sızması ilə bağlı yaranan mübahisə zəminində deyil, yuxarıda qeyd etdiyi kimi iddiaçılar tərəfindən əmlakını məhv etdiklərinə və qeyri-yaşayış sahəsini yararsız vəziyyətə saldıqlarına görə onunla icarə müqaviləsi razılıqları, “xxxx” MMC-nin adından X1 ərizəsi əsasında xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisində ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi ilk iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz edərək, ilk iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçılar tərəfindən cavabdehə hər hansı bir zərər vurulmamışdır. Təmirtikinti işləri cavabdehin razılığı ilə aparılmışdır. Cavabdehin obyektdə gedən təmir işlərindən məlumatının olmaması mümkünsüzdür. Belə ki, cavabdeh salonun yerləşdiyi binada yaşayır. Bundan əlavə təmirdən əvvəl salonda olmuş bar və digər mebel əşyaları salonun icarə reklamından göründüyü kimi, hal-hazırda salonda yerləşdirilmiş və istifadəyə yararlıdır. Qeyd olunanlara əsasən ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X4 ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayına kimi gözəllik salonunda usta kimi işləmiş, onunla bərabər digər ustalarla birgə əsaslı təmir-tikinti işlərini aparmış, həmin işlərin dəyəri ona İddiaçı1 tərəfindən verilmişdir. Təmirə başlamamışdan əvvəl salonun sahibi kimi tanıdığı Nazim adında şəxsin göstərişi ilə salonda olan bütün əşyaları – portretlər, qədəhlər, mebel və digər əşyaları anbara yerləşdirmişdir. Mahir adında şəxsi tanımamışdır, eşitdiyinə görə o, salonun sahibi kimi tanıdığı Nazim adlı şəxsin qaynatasıdır. Məhkəmədə şahid X5 şahid X2 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında cavabdeh tərəfdən təqdim edilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Cavabdeh onun doğma dayısıdır. O, İddiaçı1 əvvəl olan kirayəçilərdən salonu A. Ağasiyevin bacısı tərəfindən çəkilmiş videogörüntüdə olan vəziyyətdə 2018-ci ilin sentyabr ayında təhvil almış və bütün avadanlıqları tam saz vəziyyətdə Cavabdeh kürəkəni Nazim tərəfindən iddiaçılara təhvil verilmişdir. İddiaçılar həmin salonu almaq istəmişlər və 2018-ci ildən 2019-cu ilin yanvar ayınadək hər ay sözügedən salonu başqa şəxslərə icarəyə verməmələri üçün 750 manat icarə pulu vermişlər. Həmçinin aralarında olan şifahi razılığa əsasən iddiaçılar salonda yalnız kosmetik işlər aparmağı öhdələrinə götürmüşlər, lakin təmir barədə heç bir razılıq olmamışdır. O, A. Ağasiyevi yalnız icarə müqaviləsi bağlanarkən notariat ofisində görmüşdür. Fevral ayında iddiaçılar salonu almadıqlarından və həmçinin icarə pulunu gecikdirdiklərindən o, Cavabdeh tapşırığı ilə salona getmiş və görmüşdür ki, avadanlıqlar tam çıxardılıb və təmir sökülərək ucuz materiallarla təmir aparılıb. Cavabdeh bunu bildikdə çox əsəbləşmiş və dəymiş zərərin ödənilməsini və icarə müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 20904 saylı rəyinə əsasən “ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi (“Grasiya” gözəllik salonu) üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri 18340,0 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixdə Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən “Grasiya” gözəllik salonuna baxış keçirilmişdir. Baxış zamanı qərardadda qeyd edilən əşyaların bir qisminə qonşu obyektdə baxış keçirilmişdir. Baxış zamanı qonşu obyektdə həmin əşyaların bir qisminin hissələrə ayrıldığı, yəni natamam vəziyyətdə olduğu, istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən edildi. Digər qisminin isə sökülmə, daşınma və sair nəticəsində tamamilə yararsız vəziyyətə düşdüyü üçün tullandığı bildirildi. Həmçinin gözəllik salonunda olan aparatın hissələrə ayrılmış vəziyyətdə olduğu (saç yumaq və qurutmaq üçün) aşkar edildi Təqdim edilən əşyaların hazırki natamam (hissələrə ayrılmış) vəziyyətdə qiymətləndirilməsi mümkün olmamışdır. Videomateriallara əsasən tədqiqat obyektlərinin qiymətləndirilməsi mümkün deyil.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/420-9/672 saylı rəyinə əsasən ünvan 4 ünvanda yerləşən “Grasiya” qadın gözəllik salonunun iddiaçı tərəfindən sökülüb-dağıdılması nəticəsində mülkiyyətçiyə vurulmuş zərərin məbləği müəyyən olunmuş, faktiki olaraq sözügedən qeyriyaşayış sahəsi təmir edildiyindən tədqiqatın aparılması üçün mülki iş materiallarında olan məlumatlardan və fotoşəkillərdən istifadə edilmişdir. Mülki iş materialının 163-cü səhifəsinə mülkiyyətçi Cavabdeh məxsus ünvan 4 ünvanda yerləşən qadın gözəllik salonunda sökülüb-dağıdılmış mal-materialın və əşyaların siyahısı əlavə edilmişdir. Həmin siyahıda mülkiyyətçiyə vurulmuş zərərin məbləği 58.422 manat məbləğində müəyyən edilmişdir. Həmin tərtib olunan siyahıda göstərilən tikinti materiallarının və əşyaların 2011ci ildən 2017-ci ilədək istismarda olduğunu nəzərə alaraq hər il üçün təxmini nəzəri qaydada 10% aşınma nəzərə alınmaqla qalıq qiymət təxminən 27943,0 (58422- 10%*7dəfə) manat müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin dəyərini müəyyən etmək üçün mövcud bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunur. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən qadın gözəllik salonunun mövcud təmir vəziyyətinə çəkilmiş xərcin ümumi məbləği, ilkin rəyin göstəricilərinə uyğun olaraq 18340,0 manat təşkil edir. Azərbaycan Repuslikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 676.0.1-ci maddəsinin tələbinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması üçün məsuliyyət daşıyır. Həmin məcəllənin 678.2.1-ci maddəsinə əsasən obyektiv baxıldıqda kirayəyə götürülmüş əşyaya hər hansı əhəmiyyətli təsirlə bağlı olan tədbirlərə kirayəçi bu şərtlə yol verməlidir ki, təsir, əvvələn, kirayəyə verilmiş otaqların və ya binanın salamatlığı üçün zəruri olan, ikincisi isə, kirayəyə verilmiş otaqların və ya binanın digər hissələrinin yaxşılaşdırılmasına, yaxud isitməyə sərf olunan enerjiyə qənaət edilməsinə yönəldilən, kirayəçi və ya onun ailəsi üçün yolverilməz rahatsızlıqlar yaratmayan tədbirlərin nəticəsi olsun (yolveriləbilənlik qiymətləndirilərkən görülən işlərin törətdiyi rahatsızlıqların xarakteri və müddəti, kirayəçinin əvvəlki məsrəfləri, kirayə haqqının gözlənilə bilən artımı, habelə kirayəyə verənin və digər kirayəçilərin əsaslı mənafeləri nəzərə alınır. Əgər kirayəyə verilmiş otaqlar və ya binanın digər hissələri yalnız hamılıqla qəbul olunmuş sayılan vəziyyətə gətirilərsə, kirayə haqqının gözlənilə bilən artımı nəzərə alınmır) Həmin Məcəllənin 680.1-ci maddəsinin tələbinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. Həmin Məcəllənin 680.2-ci maddəsinin tələbinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə islərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, birinci İddiaçı1 və cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin (gözəllik salonunun) birinci İddiaçı1 tərəfindən icarəyə götürülməsi və icarə münasibətləri rəsmiləşdirilməmişdən əvvəl, yəni icarə müqaviləsi bağlanmamışdan əvvəl iddiaçı tərəfindən təmir edilməsi barədə razılığa gəlmiş, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayına kimi (ikinci iddiaçı ilə icarə müqaviləsi bağlanmamışdan əvvəl) birinci iddiaçı tərəfindən həmin sahiənin əsaslı təmiri aparılmış və təmirin dəyəri onun tərəfindən ödənilmişdir. İkinci iddiaçı “xxxx” MMC xx xxxxxx 2018-ci il tarixdə yaranmışdır. Məhkəmə cavabdehin icarəyə verilmiş sahənin onun razılığı olmadan əsaslı təmir edilməsi barədə dəlilinə tənqidi yanaşır. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, icarə obyektinin mülkiyyətiçisi cavabdeh Cavabdeh ünvan 5 ünvanında yerləşən ev 188-də yaşayır, icarə obyekti isə həmin ünvanda yerləşən ev 184-də yerləşir və sahəsi 300 kv.metr təşkil edir. Qonşuluqda yerləşən 300 kv.metr sahədə əsaslı təmir işlərinin aparılması (həm obyektin çölündə, həm də içərisində) gözdən yayına bilməz, göz qarşısında aparılan təmir işlərindən mülkiyyətçinin xəbərinin və onun razılığı olmadan aparılması barədə cavabdehin dəlilləri inandırıcı deyil. Odur ki, məhkəmə hesab edir ki, təmir-tikinti işlərinin cavabdehin, yəni icarəyəverənin razılığı ilə aparılması qəbul edilməlidir. Belə olan halda yuxarıda istinad olunan maddi hüquq normalarına əsasən cavabdeh tərəfindən icarəyə verilmiş sahənin İddiaçı1 tərəfindən yaxşılaşdırılması xərclərinin əvəzi ödənilməlidir. Göstərilənləri və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 20904 saylı rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia qismən təmin olunaraq cavabdeh Cavabdeh İddiaçı1 xeyrinə icarə obyektinin təmirinə çəkilmiş xərcərin əvəzi olaraq 18340 manat tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, İddiaçı1 bacısı tərəfindən salonun 2018-ci ildə icarəyə götürülməmişdən əvvəl çəkdiyi videogörüntü və cavabdeh tərəfindən təqdim edilmiş gözəllik salonundan təmirdən əvvəl sökülərək Murtuza Muxtarov 185 ünvanında yerləşdirilmiş əşyaların videogörüntülərinə baxış keçirilmiş və obyektin təmirdən əvvəlki, sonraki görüntüləri müəyyən edilmişdir. Həmin videogörüntülərdən müəyyən edilmişdir ki, obyektin təmirdən əvvəlki vəziyyətində cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi əşyalar icarə sahəsində mövcud olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş videogörüntüdən və ekspert rəylərindən müəyyən edilmişdir ki, “Grasiya” gözəllik salonundan iddiaçı tərəfindən sökülərək anbara yığılmış əşyalar yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh iddia ərizəsində göstərilmiş siyahıya sonradan dəqiqləşdirmə vermiş və mülki işin 163-cü vərəqində göstərilən siyahını məhkəməyə təqdim etmişdir. Həmin siyahıdan görünür ki, bəzi əşyalara dəymiş zərərin məbləği artıq məbləğdə göstərilmişdir. Qarşılıqlı iddia ərizəsində dəymiş zərər 54195 manat, işin 163-cü vərəqində göstərilən siyahıda isə 58422 manat məbləğində göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia tələblərinin artırılması barədə ərizə təqdim edilmədiyindən qarşılıqlı iddia ərizəsində göstərilmiş məbləğlər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, icarə obyektində təmir işləri mülkiyyətçinin razılığı ilə aparıldığından qarşılıqlı iddia ərizəsində göstərilən siyahının 2,5,6,9,14-cü bəndlərində nəzərdə tutulmuş mal-materialın dəyəri iddiaçılardan tutula bilməz. Belə ki, həmin materialların (tamet, metlax, divar kağızı, kafel) dəyişdirilməsi üçün sökülməsi gərəkdir. Həmin materiallar sökülməsi üçün dağıdılmalıdır. Həmçinin xx xxxxxx 2020-ci il tarixli 10/420-9/672 saylı ekspert rəyində siyahıda göstərilən əşya və materialların istifadədə olma müddətinin başlanğıc tarixi kimi 2011-ci ili göstərmiş, əşyaların istifadə müddətini yeddi il nəzərə almışdır. Məhkəmə ekspertin bu fikri ilə razılaşmır. Belə ki, Daşınmaz Əmlak Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışdan görünür ki, mübahisəli qeyri-sayayış sahəsi Cavabdeh mülkiyyətinə xx.xx.2011-ci il tarixdə keçmiş, xx xxxx 2011-ci il tarixli müqavilədən görünür ki, cavabdehin sifarişinə əsasən həmin sahədə əsaslı təmir-tikinti işləri aparılmışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsində göstərilən siyahının qalan bəndlərində (2,5,6,9,14-cü bəndlər = 10065 çıxılmaqla) nəzərdə tutulmuş mal-materialın istifadədə olma müddəti altı il nəzərə alınmalı və hər ilə 10 % illik aşınma faizi tətbiq edilməklə dəymiş zərərin məbləği (54195- 10065) – 6 il x 10 % = 18628 manat müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdehə zərər İddiaçı1 tərəfindən aparılmış təmir zamanı dəydiyi müəyyən edildiyindən qarşılıqlı iddia qismən həmin iddiaçıya qarşı təmin olunmalı və ondan 18628 manat tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumun 24,60 manat məbləğində hissəsi cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən həmin iddia üzrə ödənilmiş dövlət rüsumunun 9,90 manat məbləğində hissəsi İddiaçı1 tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin rəylərindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli 20904 saylı ekspert rəyi ilk iddia üzrə verilmiş, xx xxxxxx 2020-ci il tarixli 10/420-9/672 saylı rəy əsasən qarşılıqlı iddia üzrə verilmiş və ilk iddiaya dair hissədə birinci ekspert rəyinin təkrarından ibarət olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, xx xxxxxx 2020-ci il tarixli 20904 saylı məhkəmə ekspertizasının dəyərinin (100 manat) 18 manatı İddiaçı1, 82 manatı Cavabdeh tutulmalıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən xx xxxxxx 2020-ci il tarixli 10/420-9/672 saylı məhkəmə ekspertizasının dəyərinin (50 manat) 33,50 manatı İddiaçı1, 16,50 manatı Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlk iddia qismən təmin edilsin. Cavabdeh 18340 (on səkkiz min üç yüz qırx) manat məbləğində pul və 24,60 (iyirmi dörd manat altmış qəpik) dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı1 18628 (on səkkiz min altı yüz iyirmi səkkiz) manat, 9,90 (doqquz manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. 150 (yüz əlli ) manat məbləğində məhkəmə ekspertizalarının dəyərinin 51,50 (əlli bir manat əlli qəpik) hissəsi İddiaçı1, 91,50 (doxsan bir manat əlli qəpik) hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Təhminə Xəlilova