Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5209/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı və s" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı və s" tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 1035k saylı əmrin ləğv edilməsi və işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ona əmək haqqının, dəymiş mənəvi maddi və mənəvi kompensasiyanın ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2003-cü ildən 2011-ci ilə qədər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentində, 2018-2024 cü illərdə Meşələrin İnkişafı Xidmətində (hazırda Xidmət) işəmişdir. Nazirlikdə işləyərkən 2009-cu ildə X9 Komissiyasının keçirdiyi 8-ci müsabiqənin test imtahanından və müsahibədən müvəffəqiyyət qazanaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin İnkişafı Departamenti, Meşə qanunvericiliyin icrasına nəzarət sektorunda məsləhətçi-müfəttiş vakant inzibati vəzifəsi üzrə, mümkün olan bir vakant yerə yalnız o tək keçmişdir. Qanunvericiliyə uyğun olaraq sənədləri Komissiya tərəfindən 2009-cu il 7 sentyabr tarixli məktubla analoji vakant vəzifəyə təyin olunmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmasına baxmayaraq, keçmiş rəhbərliyin qeyri müəyyən, qanuzsuz hərəkətləri səbəbindən keçdiyim vakant vəzifəyə təyin edilməmişdir. 2011-ci buna görə də incik qalaraq ərizə ilə işdən çıxmışdır lakin o zaman abırına söykənərək məhkəməyə müraciət etməmişdir. Ehtiyyatda qaldığı 2 il ərzində bununla bağlı nazirliyin rəhbər şəxslərinə, müxtəlif Dövlət orqanlarına müraciətlər etməyinə baxmayaraq o zamandan başlayaraq təməl hüquqları pozulmuş, hazırkı dövrə qədər təqib edilməklə, 2020-ci, 2022ci, 2024-cü illərdə sarsıntıdan, stres keçirməkdən 3 dəfə ürək əməliyyatına məruz qalmışdır. 2018-ci ildə cənab Muxtar Babayev nazir vəzifəsinə təyin olunduqdan sonra qəbulunda olmuş, hüququnun pozulmasını bildirmişdir. Cənab nazirin qərarı nəticəsində, nazirliyin X6 Departamenti (X6 Xidməti) Meşə qanunvericiliyinin icrasına nəzarət sektorunda məsləhətçi-müfəttiş vəzifəsinə müqavilə ilə işə qəbul olunmuşdur. Cənab nazirin bu qərarı digər rəhbər şəxslərdə qıcıq yaratmış, 16 may 2021-ci il tarixdə bülletendə ola-ola, heç bir əsas olmadan əmək müqaviləmin müddətinin bitdiyi əsas gətirilərək şəxsən xidmət rəisinin qərəzli münasibəti əsasında işdən azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4428/2021 saylı qərarına əsasən 2022-ci ildə işinə bərpa edilmişdir. Bundan sonra təqiblər daha da güclənmiş, təzyiqlər artmış 5 sentyabr 2024-cü ildə yenidən əmək müqaviləsinin başa çatmasına bir ay qalmağına baxmayaraq, əmək müqaviləsinə qanunsuz olaraq, xitam verilmişdir. Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. 6 il müvəqqəti müqavilə əsasında işləmişdir. 2018-2024. Belə ki, işinə xitam verilməsi barədə ona təqdim edilmiş xəbərdarlıq məktubu ilə rəsmi olaraq 04 sentyabr 2024 -cü ildə tanış olmağına baxmayaraq bir gün sonra xx.xx.2024- cü ildə xitam haqqında əmr verilmişdir. Bunu Azərbaycan Respublikası qanunlarına saymazlıq kimi qəbul edir. Onun işlədiyi dövlət qulluğu vəzifəsi tutulan zaman onun vəzifəsi tutan işçinin yerinə təyin edilmişdir. Bu dəfə də digər boşalan vəzifəyə təyin etməyi təklif edə bilərdilər, lakin təqib edildiyi üçün qərar qəbul edilməmişdir. Nazirliyin tabeli qurumu olan Meşələrin İnkişafı Xidmətində hazırda bir neçə Dövlət qulluğu vəzifələrinə işə müqavilə ilə qəbul edilmiş işçilərin sayı kifayət qədərdir. Xüsusilə də qeyd etmək istəyir ki, bəhanə etdikləri Dövlət Qulluğu vəzifəsinə təyin edilməyəcəyi halda dövlət qulluğu olmayan Ekspertiza və X2 iş ilə təmin olunmağı üçün ümumilikdə 9 dəfə 2018-ci ildən 2024-cü ilə qədər 6 dəfə cənab nazirə müraciət etmişdir. Lakin onun müraciətlərindən sonra vakant vəzifələr kifayət qədər olsa da təyin edilməmişdir. Hər müraciətinə şablon cavablar verilərək, müsahibəyə dəvət ediləcəyi ilə bağlı cavab verilərək də heç bir müsbət nəticə əldə olunmamışdır. Sonuncu dəfə 15 gün əvvəl cənab nazirin qəbulunda olmuşdur. Lakin təəssüf ki, heç bir nəticə əldə olunmamışdır. Artıq o düşünür ki, cənab nazirin tapşırıqlarına məhəl qoyan yoxdur. Əksinə olaraq nazirliyi və cənab naziri gözdən salmaq istəyən qüvvələr vardır. Səmimi olaraq qeyd edir ki, özü də istəmədən təqiblər nəticəsində zorla mən konfliktə təhrik edilir, məhkəməyə müraciət etməklə hüquqi müstəvidə hüquqlarını müdafiə etməyə məcbur edilir. Belə getsə nöbəti infarkt keçirəcəyi qaçılmaz olacaq. Məsuliyyət kimin olacaq bilmir. Onu da qeyd etdi ki, ƏM nin 68 ci maddəsi DQ haqqında Qanunun 28-29 cu maddələrinin xitam üçün heç bir əhəmiyyəti yoxdur. Əyər DQ haqqında qanunun tələbləri həyata keçirilsəydi Komissiyanın onun müsabiqə və müsahibədən keçərək təyin olunmaq haqqında Qərar nazirliyə təqdim olunanda tətbiq edilərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 966/k nömrəli əmri ilə Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə əmək müqaviləsi bağlamaqla müvəqqəti təyin edilmişdir. Həmin vəzifə dövlət qulluğunun inzibati vəzifəsi olduğundan “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq X10 tərəfindən xx.xx.2024-cü il tarixdə ümumi müsahibəyə çıxarılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinin tutulması məqsədilə elan edilmiş ümumi müsahibədə İddiaçı iştirak edərək, 16,7 bal toplamış və müvafiq vəzifəyə uyğun hesab edilmiş X3 təlimatının aparılması ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 9.5.1-ci maddəsinə uyğun olaraq (“Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 28 və 29-cu maddələrinə əsasən həmin vəzifəyə işçi qəbul edildikdə müqavilənin müddətindən asılı olmaraq müqaviləyə xitam verilir) onunla bağlanmış müddətlə əmək müqaviləsinə xitam verilməsi zəruriyyəti yaranmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024cü il tarixli 1035/k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1035/k saylı, 05 sentyabr 2024-cü il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə müvəqqəti təyin edilmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 5 sentyabr 2024-cü il tarixindən xitam verilməsi; Meşələrin İnkişafı Xidməti (Ramik Əşrəfov) İddiaçı son haqq-hesabın ödənilməsini təmin edilməsi; Hüquq və insan resursları şöbəsi (Aynurə Kərimova), Maliyyə və iqtisadiyyat şöbəsi (Nəciməddin Orucov) və Meşələrin İnkişafı Xidməti (Ramik Əşrəfov) bu Əmrdən irəli gələn digər məsələlərin həllini təmin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı ünvanlanmış 16 avqust 2024-cü il tarixli məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 29 sentyabr 2022-ci il tarixli 966/K nömrəli Əmri ilə X11 Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə müddətli əmək müqaviləsi bağlamaqla müvəqqəti olaraq təyin edilmisiniz. Hal-hazırda tutduğunuz vəzifə dövlət qulluğunun inzibati vəzifəsi olduğundan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq X10 tərəfindən 30 aprel 2024-cü il tarixində ümumi müsahibəyə çıxarılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinin tutulması məqsədilə 30 aprel 2024-cü il tarixində elan edilmiş ümumi müsahibədə iştirak edərək 16,7 bal toplamış və müvafiq vəzifəyə uyğun hesab edilmiş X3 təyinatının aparılması ilə əlaqədar olaraq Sizinlə bağlanmış 19 yanvar 2024- cü il tarixli müddətli əmək müqaviləsinin 9.5.1-ci maddəsinə uyğun olaraq (“Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə əsasən həmin vəzifəyə işçi qəbul edildikdə müqavilənin müddətindən asılı olmayaraq müqaviləyə xitam verilir) Sizinlə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zərurəti yaranmışdır.” Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında bağlanılmış 19 yanvar 2024-cü il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinə mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə təyin edilmiş. Əmək müqaviləsi 19 yanvar 2024-cü il tarixdən 3 ay müddətinə 18 aprel 2024-cü il tarixədək bağlanmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 966/k saylı, 29 sentyabr 2022-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci il 16 may tarixli 382/k nömrəli Əmrinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(004)-4428/2021 nömrəli qərarına əsasən ləğv edildiyi nəzərə alınması; İddiaçı 03 oktyabr 2022-ci il tarixdən Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. Azərbaycan Respublikası X10 tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 02 avqust 2024-cü il tarixli məktubundan görünür k, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində vakant dövlət qulluğu vəzifələrin tutulması ilə bağlı 30 aprel 2024-cü il tarixində elan edilmiş ümumi müsahibədə iştirak edərək müvafiq vəzifəyə uyğun hesab edilmiş namizədlər siyahısından görünür ki, X1 İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə uyğun bilinmişdir. Elektron sistemdən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 1035/k saylı, 05 sentyabr 2024-cü il tarixli əmrlə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında bağlanılmış 19 yanvar 2024-cü il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinə mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə təyin edilmiş. Əmək müqaviləsi 19 yanvar 2024-cü il tarixdən 3 ay müddətinə 18 aprel 2024-cü il tarixədək bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4428/2011 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin olunaraq, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 382/K saylı, 16 may 2021-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə bərpa edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 noyabr 2024cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X8 Nazirliyin həmin şöbədə çalışan və təyinatı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilən 1-ci dərəcəli dövlət qulluqçusu, mühafizəyə nəzarət üzrə baş məsləhətçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 45-ci maddəsinin “1”-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 73-cü maddəsinin “1”-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. “Dövlət qulluğu haqqında” qanunun 29.2-ci maddəsinə əsasən 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan Respublikasının xarici ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. 1–5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında bağlanılmış müddətli əmək müqaviləsinə əsasən Vəkilov X4 İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçının tutduğu vəzifə dövlət qulluğunun inzibati vəzifəsi olduğundan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq X10 tərəfindən ümumi müsahibəyə çıxarılmışdır. X7 30 aprel 2024-cü il tarixində keçirilən ümumi müsahibədə iştirak edərək 16,7 bal toplayıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə uyğun hesab edilmişdir. Nəticə etibarilə, X3 təyinatının aparılması ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1035/k saylı, 05 sentyabr 2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə müvəqqəti təyin edilmiş İddiaçı qabaqcadab xəbərdar edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırki mülki işlə 1035/k saylı, 05 sentyabr 2024-cü il tarixli əmri mübahisələndirsə də, məhkəmə araşdırması zamanı işəgötürən tərəfindən işçi hüquqlarının pozulması müəyyən edilməmişdir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinə əsasdır. 19 yanvar 2024-cü il tarixli Əmək müqaviləsinin 9.5.1-ci maddəsinə əsasən həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə əsasən həmin vəzifəyə işçi qəbul edildikdə müqavilənin müddətindən asılı olmayaraq müqaviləyə xitam verilir. Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqavilə ilə iddiaçının çalışdığı vəzifəyə dövlət qulluğu əsasında işçi qəbul edildikdə, müqavilənin müddətindən asılı olmayaraq müqaviləyə xitam verilməsi halı müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı və s" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı və s" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5209/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5209/2024
10.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver