Məhkəmə qərarları › İş №2(004)-521/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-521/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-521/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1300 manat, X1 10.000 manat, Cavabdeh3 4.000 manat, Cavabdeh4 9.000 manat, Cavabdeh5 4.630 manat və Cavabdeh6 12.000 manat dəyərində qızıl zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36900 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 3700 manat dəyərində qızıl zinyət əşyaları almış, ondan 2000 manat ödəmiş 1300 manat borcu qalmışdı. 2 ildir yalan vədlər verir. Cavabdeh X3 ondan pul xeyli qızıl zinyət əşyaları 36000 manat dəyərində almış. Guya təndirxana işlədərək borcu qaytaracaq. Ancaq qohumları arasında bölüşdürüb özünə 10000 manat dəyərində malları verib talan edib. Borcu istədikdə onun borcu yoxdur, Ramilə, Vəfa, Səlbinaz verəcək. Özü Nəsimi rayon Məhkəməsində dələduzluq maddəsi ilə 7 il həbs almışdır. Ondan əvvəl T.Zeynəbə onun mallarından 6000 manat borcu qalmışdı.Könül Şahverdiyeva az miqdarda ödənişlər etmiş və qızılların İlyas adlı faizçiyə qoyaraq pul götürmüş, kefi necə istəyir, elə xərcləmişdi. Qızılların bir qismini onun yanında qohumları ilə birlikdə ona köçürmüş, onlar razı olmuş, əl yazıları ilə təsdiqləmişdir. Könül hal-hazırda Nəsimi rayonunda 7 il həbs cəzası almışdır. Cavabdeh3 özü ondan Cavabdeh6 vasitəsilə 8450 manat mal almış, hal-hazırda 4000 manat borcu qalmışdır. Onun evinə gedib əl yazısı ilə təsdiq edən qəbz almışdır. Cavabdeh4 könülün qohumudur. Alver edən dələduzdur. O 16000 manatlıq mal almış, hal-hazırda 9200 manat borcu qalmışdır. Hamısı qızıl zinyət əşyalarıdır. 2020-ci ildə 50 manatlıq ərzaq alıb borcdan çıxmışdır. Hal-hazırda 9000 manat borc almışdır. O, qızıllarını tələb edir. İsayeva X6 qohumudur və onunla birlikdə dələduzluqla məşğul olan birisidir, xanıma 7500 manatlıq qızıl zinyət əşyalarını ondan və Könüldən alaraq satıb İrana alverə gedib özü üçün qazanc əldə edir. Hal-hazırda 4650 manat borcu qalmışdır. Cavabdeh6 2014-2019-cu illər kimi ondan qızıl zinyət alverini etmişdir. Onu Könüllə tanış edən o olmuşdur. O, özü ondan xeyli miqdarda qızıl zinyət əşyaları alaraq satmışdılar. Təxmini 30000 manatlıq hal-hazırda onun Könülə olan borcu, yəni ona 6000 manat. Zümrüd adlı qadın da 3450 manat, Humay adlı qadın da 2500 manat qızıl zinyət əşyaları borcu qalmışdır. Cəmi 12000 manat dəyərində qızıl zinyət əşyaları borc qalmışdır. Bu haqda qəbz alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir və izahatında bildirmişdir ki, Ülkərin 1350 manat borcu qalmışdır. O, 200 manat pul ödəmişdir. Digərlərinə baxmış borcu hissə-hissə ödəmişdir. Mənəvi zərər dəymişdir. Hazırda cavabdehlərin borcları olduğu kimi qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçıya 1050 manat borcu qaldıqdan sonra 400 manat ödəniş etmişdir. Dekabrda 100 manat, yanvarda 100 manat, 2018-ci ildə isə 350 manat ödəniş etmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan imzalanmış əl yazılarından görünür ki, X510000 manat, Cavabdeh3 4000 manat, Cavabdeh4 9000 manat, Cavabdeh5 4630 manat və Cavabdeh6 12000 manat məbləğində borcları var və cavabdehlər qaytaracaqlarına söz vermişlər. Nizami RPİ-nin maddi ziyanın könüllü ödənilməsi üçün təqdim edilməsi haqqında 25 avqust 2017-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CPM-nin 178.3.2ci maddəsi ilə istiqtaq olunan cinayət işi üzrə Cavabdeh1 İddiaçı olan 1850 manat pul vəsaitindən könüllü şəkildə 500 manat hissəsini ödəmək istədiyini, qalan məbləği 2017-ci ilin sentyabr ayının sonuna qədər ödənilməsi ilə bağlı İddiaçı ilə anlaşdığını bildirdi. Cavabdeh1 500 manat pul vəsaitini İddiaçı verilməsi üçün xidmət otağında İstiqtaq şöbəsinin müstəntiqinə təqdim etmişdir. Nizami RPİ-nin maddi ziyanın könüllü ödənilməsi üçün təqdim edilməsi haqqında 29 may 2018-ci il tarixli protokoldan görünür ki, Cavabdeh1 vətəndaş İddiaçı olan 300 manat pul vəsaitini könüllü şəkildə ödəmək istədiyini bildirdi. Cavabdeh1 300 manat pul vəsaitini İddiaçı xidmət otağında təqdim etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçıdan yuxarıda göstərilən məbləğdə borc pul götürməsi işin mübahisəsiz hallarını təşkil edir. Cavabdehlər iddiaçıdan göstərilən məbləğdə borc pul almış və qəbzlərlə imzalanmışdır, lakin borc pulu qaytarılmamışdır. Odur ki, iddia tələbi cavabdeh X1 10.000 manat, Cavabdeh3 4.000 manat, Cavabdeh4 9.000 manat, Cavabdeh5 4.630 manat və Cavabdeh6 12.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Lakin iddia tələbinin Cavabdeh1 1300 manat məbləğində pulun tutulması hissəsində isə məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh1 iş materallarına əlavə edilmiş sübutlardan görünür ki, Cavabdeh1 müxtəlif vaxtlarda iddiaçıya borcundan ödəmələr etmiş, borcu 600 manat məbləğinə kimi azalmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 600 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 600 manat, X1 10.000 manat, Cavabdeh3 4.000 manat, Cavabdeh4 9.000 manat, Cavabdeh5 4.630 manat və Cavabdeh6 12.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar