Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5226/2023 22.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və ya pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və ya pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinyət əşyalarının 500 manat dəyərində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh dəyəri 700 manat olan (ondan 70 manat qaytarıb) bir ədəd 585 əyar çəkisi 7.07 qram qızıl üzüyün; dəyəri 550 manat olan (ondan 130 mnat qaytarıb) bir dəst 2 sırğa bir üzükdən ibarət 585 əyar çəkisi 12 qram olan çirkon qaşlı gül komplektin; dəyəri 800 manat olan (ondan 200 manat qaytarıb) bir ədəd 585 əyar çəkisi 13 qram çiklon qaşlı kolye - sepin; dəyəri 350 manat olan (ondan 50 manat qaytarıb) bir ədəd 585 əyar çəkisi 4 qram olan üzüyün (nişan üzüyü); dəyəri 550 manat olan (ondan 50 manat qaytarıb) bir ədəd 585 əyar çəkisi 5 qram olan goy safir qaşlı qızıl üzüyün; dəyəri 350 manat olan (ondan 50 manat qaytarıb) bir ədəd 585 əyar çəkisi 6 qram olan sadə qızıl üzüyün; dəyəri 1000 manat olan (ondan 200 manat qaytarıb) bir ədəd 585 əyar çəkisi 19.05 qram olan 2 sığra 1 üzükdən ibarət çirkon qaşlı komplektin; dəyəri 400 manat olan (ondan 50 manat qaytarıb) bir ədəd 585 əyar çəkisi 6.05 qram olan sadə qızıl üzüyün; dəyəri 600 manat olan (ondan 100 manat qaytarıb) bir ədəd 585 əyar çəkisi 12.05 qram olan 2 sırğa 1 üzükdən ibarət çiklon qaşlı komplektin, ümumilikdə qalıq borc üzrə 2500 manat (ödənilmiş məbləğlər nəzərə alınmaqla) məbləğində qızılın və ya onun pulunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçıdan heç bir mal almayıb. İddiaçı malı Könül adında xanıma vermişdir. Bundan sonra Könül xanım malı ona satmışdır və o, ödənişləri Könül xanıma edirdi. İddiaçı 2014-cü il tarixdə Könülü Nizami Rayon Məhkəməsinə vermiş və qızıllarını ondan tələb etmişdir, Könül isə ərizə yazaraq bildirmişdir ki, o, hamısını Ülkərə, Zeynəbə və s. şəxslərə paylayıb. Həmin an onun iddiaçıya 3200 manat borcu qalmışdır və 500 manatı o, iddiaçıdan faizə götürmüşdür. Bundan sonra iddiaçı onlara bildirmişdir ki, artıq pulu Könülə yox, ona ödəsinlər. O, 2014-cü il tarixdən ödənişlər etmiş, bu barədə siyahı tutmuş və iddiaçı pulu alarkən həmin siyahıya imza ataraq, “almışam” sözünü qeyd etmişdir. Bundan sonra iddiaçı onlardan 3 dəfə polis idarələrinə şikayət etmiş və o, artıq ödənişləri müstəntiqlər vasitəsilə edirdi. İddiaçı iki dəfə ona qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində eyni məzmunlu iddia qaldırmış və bu barədə işə baxılaraq, qətnamələr qəbul edilmişdir. Artıq o, ona 3100 manat ödəniş etmişdir və qətnamə ilə ondan 100 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən eyni tərəflər, eyni əsas və eyni predmet barəsində artıq iş üzrə yekun məhkəmə aktları olduğundan, hazırki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, o, 9 qızıllarını 2014-cü ildə Könül Şahverdiyevaya vermiş (bir dəfə), o da, onları cavabdehə satmışdır. Hal-hazırda qızılların qiyməti qalxıb və o, pulun deyil, qızıllarının qaytarılmasını istəyir. O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə razı deyil. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və ya pulun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh, X3, X5, X10, X15 və X9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1300 manat, X1 10 000 manat, X2 4000 manat, X7 9000 manat, X11 4630 manat və X6 12 000 manat dəyərində qızıl-zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36 900 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 600 manat, X1 10 000 manat, X2 4000 manat, X7 9000 manat, X11 4630 manat, X6 12 000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuş, həmin qətnamədən cavabdehlər X4, X13 və X8 nümayəndələri (vəkilləri) tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3344/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı Cavabdeh, X3, X5, X10, X15 və X9 qarşı qızıl-zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36900 manat pulun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və ya onların dəyərinin ödənilməsi tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3754/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh nisyə aldığı qızıl-zinyət əşyalarının dəyərindən xx.xx.2017-ci il tarixə ödənilməmiş qalan 1850 manat borcdan hazırki vaxta ödənilməmiş qalan 100 (yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı yenə də, eyni cavabdehə qarşı eyni predmet ilə qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddia qaldıraraq, qızılın qiyməti artıq qalxdığından qızıllarının qaytarılmasını tələb edir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və ya pulun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və ya pulun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5226/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5226/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver