Məhkəmə qərarları › İş №2(004)-523/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-523/2025

11.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-523/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə Əşraf qızının iştirakı ilə, İddiaçı cavabdeh "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" PHŞ-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" PHŞ-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müəssisə olan Su və X1 İnstitutunun xx.xx.2024-cü il tarixli, 13-16-2/2-850/2024 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin məhkəmə qaydasında ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən olmaqla “Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinə kadrlar üzrə mütəxəssis” vəzifəsinə işə bərpa olunma, cavabdehdən onun xeyrinə xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günə kimi məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının, 10.000 manat maddi və 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülki iş üzrə cavabdeh müəssisə olan Cavabdehnun xx.xx.2024-cü il tarixli, 13-16-2/2-850/2024 saylı Əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə ləğv edilib. Onunla bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdehnun 03 sentyabr 2024-cü il tarixli, 13-16-2/2-850/2024 saylı əmrini əsassız və qanunsuz hesab edir. O, İddiaçı xx.xx.1990-cı ildə Rusiya federasiyasında anadan olmuşdur. Tək anadır. 4 azyaşlı övladı var. Həyat yoldaşıyla olan nikaha xitam verilib. Ailə başçısıdır. Övladlarını təkbaşına böyüdür. 16 oktyabr 2019-cu ildən əmək fəaliyyəti ilə məşğul olmaqla, 5 ilə yaxın iş stajına malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada, Əmək müqaviləsi bağlamaqla 16 oktyabr 2019-cu ildə, xx.xx.2019-cu il 64-k əmrlə "xxxx" ASC-nin “X25 və Layihə İnstitutuna” 12-ci dərəcəli ’’Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinə 12-ci dərəcə ilə kadrlar üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. 19 mart 2020-ci ildə, № 26-k saylı Əmrlə, Əmək müqaviləsində dəyişiklik edilməklə, "xxxx" ASC-nin “X25 və Layihə İnstituııa” 13-cü dərəcəli ’’Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinə mütəxəssis” vəzifəsinə keçirilmişdir. Əmr № 25-k xx.xx.2021-ci il tarixdən Əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 13-cü dərəcə ilə ‘‘Kadrlar, əməyin təşkili və icraya nəzarət şöbəsinə kadrlar üzrə mütəxəssis” vəzifəsinə təyin edilmişdir. 22 oktyabr 2021-ci ildə № 68-k saylı Əmrlə, Əmək müqaviləsində dəyişiklik edilməklə, "xxxx" ASC-nin “X25 və Layihə İnstituııa” 13-cü dərəcəli “Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinə kadrlar üzrə mütəxəssis” vəzifəsinə keçirilmişdir. Mülki iş üzrə cavabdeh müəssisə “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun” 03 sentyabr 2024-cü il tarixli, 13-16-2/2- 850/2024 saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə ləğv edilib, ’’Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinə kadrlar üzrə mütəxəssis” vəzifəsi ştaı ləğv edilib. xx.xx.2019-cu ildə "xxxx" ASC-nin “X25 və Layihə İnstitutuna 12-ci dərəcəli ’’Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinə mütəxəssis” vəzifəsinə işə qəbul olunduğum gündən – onunla bağlanmış Əmək müqaviləsi ləğv olunan xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin “X25 və Layihə İnstitutunda” 5 il müddətdə işləmiş, işlədiyi müddətdə əmək funksiyalarımı layiqincə yerinə yetirmiş, qısa müddətdə 12-ci dərəcədən -13-cü d'rəcəyə qədər iş dərəcəsi artırılıb, işlədiyi müddətdə əmək intizamının pozulması ilə əlaqədar hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir. 08 iyul 2024-cü il tarixdə Ştat vahidinin ixtisara düşməsi barədə Xəbərdarlıq məktubunu Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin rəisi Səhrat Məmmədov tərəfindən almışdır. Xəbərdarlıq məktubu almamış “Sukanal” Elmi- Tədqiqat və Layihə İnstitutunun Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin 13-cü dərəcəli kadrlar üzrə mütəxəssisi X14 işçilərin işdə qalması siyahisını hazırlamışdır. Bu məlumat məxvi sayılsa da, X14 özünə yaxın bildiyi Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin 13-cü dərəcəli kadrlar üzrə mütəxəssisi X15 ilədə bu siyahının hazırlanmasında əsas rol oynayıb. X15 tərəfindən işdə qalanların siyahısını tam hazır etdıkdək sonra “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru X5 razılığını alan kimi ilk növbədə “Sukanal” Elmi- Tədqiqat və Layihə İnstitutunun kadrlar üzrə mütəxəssisi X17 yerləşən Elm İnstitutuna yerləşdirirlər. Bir müddət sonra Qəyyumova Əminə hər bir şöbənin işdə qalan işçilərini işdən çıxıb yenidən işə alınma ərizəsini yazmağa şöbəyə çağırırdı. Onu işdən çıxıb və yenidən işə alınma ərizəsi yazdırmadıqları üçün niyə sualını verəndə ona cavab olaraq Qəyyumova Əminə məlumat verdi ki, “işdə qalanların siyahısında sənin adın olmadığı üçün sənə ərizəni yazdırmayacam, çünkü sən işdə qalanların siyahısında deyil, işdən çıxanların siyahısındasan. Mənim adım da işdən çıxanların siyahısındadı.” Bu məlumat ona Qəyyumova Əminə tərəfindən verilmişdi.- Bu məlumatı alan o, Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin rəisi Səhrat Məmmədova yaxınlaşıb tam aydınlıq gətirməyini istədi. O ona “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirovun adına məktub yazmağını məsləhət gördü. Və o həmin gün Elnur Nəsirovun adına məktub yazdı. Həmin Məktubda bildirdi ki, 4 övladı var, tək anadır və ailə başçısıdır. Məktubu qeydiyyata almadılar. Bir müddət sonra xx.xx.2024-cü il tarixdə Səhrat Məmmədov tərəfindən Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu aldı. Xəbərdarlıq məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil .yolu ilə “İri. Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi 4 təqvim həftədən sonra ləğv ediləcək. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həfdəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün Siz bir iş günü işdən azad edilirsiniz, xəbərdarlıq müddəti ərzində ixtisasiniza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığın olduğu halda orta aylıq əməkhaqqının 0,9 misli miqdarında birdəfəliyə ödəməklə Sizinlə bağlanmış əmək müqaviləsinə müraciət etdiyiniz gündən ləğv edilə bilər.” Xəbərdarlıq müddətində cavabdeh müəssisə tərəfindən onun güzıştli şərtlərlə iş də qalmaq hüququ, 4 nəfər azyaşlı övladı və onları təkbaşına böyütməyi nəzərə alınmamaış, digər işilərdən fərqli olaraq münasib iş də təklif olunmayıb. Onun əmək müqaviləsinə xitam verilməmiş Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin 13-cü dərəcəli Kadrlar üzrə mütəxəssisi X8 və Meliorasiya Kompleksinin Layihələndirilməsi institutunun 12-ci dərəcəli Baş məsləhətçisi vəzifəsində yer alır. Biraz müddət keçəndən sonra Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin 13-cü dərəcəli Kadrlar üzrə mütəxəssisi Kərimov Emini başqa yerə yerləşdirirlər və Qəyyumova Əminənin yaxın rəfiqəsi Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin referendi X6m Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun Aparıcı məsləhətçi vəzifəsinə təyin edirlər. Bu müddət ərzində o Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci Vilse Prezidenti, X23 prezidenti Hörmətli Mehriban xanım Əliyevaya və cavabdeh müəssisənin rəhbərliyinə ərizə və şikayətlər yazdı. Lakin cavabdeh müəssisə onun ərizə və şikayətlərinin heç birini təmin etməyərək, onunla bağlanmış Əmək müqaviləsini ləğv etdi. 03 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasi "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sukanal” Elmi- Tədqiqat və Layihə İnstitutu blankında ƏMR №217/1-K xx.xx.2024-cü il tarixdə «Əmək müqaviləsinin ləğv edilməsi haqqında» əmrdə qeyd olunmuşdur: “ İddiaçı- Kadrlar icraya nəzarət və kargüzarlıq şöbəsinin kadrlar üzrə mütəxəssisi ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilsin. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cii Hissəsinə əsasən "xxxx" ASC-də 4 il 8 ay 23 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 1.4 misli miqdarında işdənçıxarma müavinəti verilsin. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 25 təqvim günü pul əvəzi ödənilsin. Əsas. Cavabdehn təqdim edilmiş strukturu və ştat cədvəli. “ Hesab edir ki, "xxxx" ASC-nin “X25 və Layihə İnstitutunda “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə işçilərin əmək müqaviləsinin ləğv edilməsi aparılmayıb, aparılıbsa da formal və ya qərəzli aparılıb, Azərbaycan Respublikası Əmək Məclləsinin tələbləri kobud surətdə pozulmaqla aparılıb. Belə ki, "xxxx" ASC-nin “X25 və Layihə İnstitutunun” Kadrlar şöbəsində 6 nəfər işçi işləyib. Əgər "xxxx" ASC-nin .“X25 və Layihə İnstitutunda “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə ştatlar ixtisar olunubsa yə işçilərin sayı azaldılıbsa,,hansı səbəbdən bu yalnız ona şamil olunub, digər işçilər işdə saxlanılıb və ya daha münasib digər işlə təmin olunublar. Bu əsasdan da hesab edir ki, "xxxx" ASC-nin “X25 və Layihə İnstitutunda “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə işçilərin əmək müqaviləsinin ləğv edilməsi aparılmayıb, aparılıbsa formal və ya qərəzli aparılıb ona qarşı şəxsi qərəzlilik zəminində baş vermiş, formal və əsassız olaraq həyata keçirilmişdir. Məhkəmə gedişatında iddiaçı dəqiqləşdirmə verərək, 03 sentyabr 2024-cü il tarixli, 217/1-K saylı əmrin ləğv edilməsi; məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə, İddiaçı əvvəlki vəzifəsi olan “kadrlar, icraya nəzarət, və kargüzarlıq şöbəsinə kadrlar üzrə mütəxəssis” vəzifəsi üzrə işə bərpa olunması; ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat, 10.000 (on min) manat maddi ziyan və 10.000 (on min) məbləğində mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil həmçinin iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə Əşraf qızı iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sukanal” Elmi-Tədqiqat və Layihə İsntitutu tərəfindən verilmiş 64-K saylı, 15 oktyabr 2019-cu il tarixli Əmrdən göünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən 15 oktyabr 2019-cu il tarixdən Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinə 12-ci dərəcəli kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında” Əsasnamə, Agentliyin sturukturu təsdiq edilmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və X37 Səhmdar Cəmiyyətinin Hidrogoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət Xidməti yaradılmış, Agentliyin aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və X9 Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xİdmətin aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilmiş, Agentlik tabeliyində: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin çevrilmə formasında yenidən təşkili yolu ilə X21 Xidməti, "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X13 İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X13 İnstitutu, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə olan Obyektlərin Müdiriyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstituti “Azdövlətsulayihə”nin və tabeliyindəki "xxxx" ASC-nin “Sukanal” Elmi Təhqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılmışdır. "xxxx" ASC “Sukanal” Elmi-tədqiqat və Layihə İnstitutunun İddiaçı ünvanlanmış 08 iyul 2024-cü il tarixli məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi 4 təqvim həfdədən sonra ləğv ediləcək. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün Siz bir iş günü işdən azad edilirsiniz, xəbərdarlıq müddəti ərzində ixtisasiniza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığın olduğu halda orta aylıq əməkhaqqının 0,9 misli miqdarında birdəfəliyə ödəməklə Sizinlə bağlanmış əmək müqaviləsinə müraciət etdiyiniz gündən ləğv edilə bilər.” "xxxx" ASC “Sukanal” Elmi-tədqiqat və Layihə İnstitutunun Publik Hüquqi şəxsinin İddiaçı Etibar qızına ünvanlanmış 16/20 saylı, 22 iyul 2024-cü il tarixli məktubunda qeyd edilir ki, “Sizin xx.xx.2024-cü il tarixli müraciətinizə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu tərəfindən baxılmışdır. Təqdim etdiyiniz sənədlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən adınızın işçilərin ixtisarı zamanı işdə saxlanılma üstünlüyü olan şəxslər siyahısına daxil olunmasına əsas vermir. Ailə tərkibiniz barədə sənədlər İnstituta tam təqdim olunduqdan sonra müraciətinizə baxıla bilər.” "xxxx" ASC “Sukanal” Elmi-tədqiqat və Layihə institutu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 217/10-K saylı “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdən görünür ki, “İddiaçı – Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin kadrlar üzrə mütəxəssisi ilə bağlanılmış əmək müqaviləsi Cavabdeh PHŞ-in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilsin. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 4 il 8 ay 23 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 1.4 misli miqdarında işdənçıxma müavinəti verilsin. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 25 təqvim günü pul əvəzi ödənilsin.” 0521908 saylı Əmək kitabçasının surətindən görünür ki, 217/1-K saylı, 03 sentyabr 2024-cü il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar əmək müqaviləsi ləğv edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdeh PHŞ tərəfindən İddiaçı Etibar qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, təqdim etdiyi sənədlər AR Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən adının işçilərin ixtisarı zamanı işdə saxlanılma üstünlüyü olan şəxslər siyahısına daxil olmasına əsas vermir. Ailə tərkibi barədə sənədlər İnstituta tam daxil olduqdan sonra müraciətinə baxıla bilər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri şəhərlərinin X24 Xidməti” Publik Hüquqi şəxs tərəfindən İddiaçı Etibar qızına ünvanlanmış 29 avqust 2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Repsublikası Prezidentinin Administrasiyasına ünvanlanmış işə bərpa ilə bağlı xx.xx.2024-cü il tarixli, 13-16/1 -İ-16xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 13-16/1 -İ-18xx-xx/2024 nömrəli müraciətlərinizə “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxs tərəfindən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, "Sukanal" Elmi - Tədqiqat və Layihə İnstitutu "xxxx" ASC ləvğ edildikdən sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərkibində publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Bu səbəbdən müraciətinizi Cavabdeh publik hüquqi şəxsə ünvanlaya bilərsiniz.” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən X27 və Layihə İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sərdinə ünvanlanmış 16 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən Azərbaycan Meliorasiya və X33 Səhmdar Cəmiyyətinin “Azdövlətsulayihə” və "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Sukənal Elm-Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkil yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələnd, “Azərsuirilməsi İnstitutu publik huquqı şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtıyyatları Agentliyinin 27 may 2024-cu il tarixli 001/F nömrəli əmri ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən qoşmada adları qeyd olunan işçilərin tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bununla əlaqədar olaraq, qoşmada adları qeyd edilən işçilərin Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq, ləğv edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin 16 avqust 2024-cü il tarixli 10 nömrəli protokolundan görünür ki, bəzi ştat vahidlərinin ixtisarı ilə əlaqədar olaraq Komitəyə daxil olmuş məktubun əlavəsində adları qeyd olunan işçilərin əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsi etiraz etmir. "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən Cavabdehnə ünvanlanmış 7 saylı, 16 avqust 2024-cü il tarixli məktubunda qeyd olunur ki, “... Həmkarlar İttifaqı Komitəsinə bəzi əməkdaşların ştat vahidlərinin ixtisarı ilə bağlı əmək müqavilələrinin ləğv edilməsinə razılıq verilməsi barədə daxıl olmuş 16 avqust 2024-cu il tarixli 3-53-6/2-24/2024 nömrəli məktuba baxılmışdır. Məktubda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2.023-cu il tarixli, 2356 nömrəli fərmanına əsasən Azərbaycan Meliorasiya və X33 Səhmdar Cəmiyyətinin "Azdövsutəslayihə"xxxx"X34 Cəmiyyətinin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkil yolu ilə "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən bəzi işçilərin tutduqları vəzifə uzrə ştat vahidi ixtisara düşmüşdür. Bununla bağlı işəgötürən tərəfindən atılmış addımlar əmək qanunvericiliyinin tələblərinə uyğundur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ştat vahidinin ixtisarı ilə əlaqədar olaraq məktuba əlavədə adları qeyd olunan işçilərin əmək müqaviləsinin^ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "h" bəndinə əsasən ləğv edilməsinə Həmkarlar İttifaqı Komitəsi etiraz etmir.” İddiaçı tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" PHŞ-nə yə ünvanlanmış ərizədən görünür ki, İddiaçı dörd uşaqlı tək ana olduğunu, ailə başçısı olduğunu bildirib onun işdə qalmasına razılıq verilməsini xahiş etmişdir. 26 sentyabr 2024-cü il tarixli "Ştat vahidinin ixtisarı ilə bağlı təklif olunan işdən imtina haqqında" Aktdan görünür ki, “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi institutu" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Vüqar Mirzəyev, Hüquq və insan resursları sektorunun müdiri Rəna Budaqova, Beynəlxalq əməkdaşlıq, informasiya və innovativ texnologiyaların tətbiqi sektorunun müdiri (“Sukanal” ETLl-nin Həmkarlar İttifaqı Komitəsinin sədri) Elman İsgəndərli, Hüquq və insan resursları sektorunun baş məsləhətçisi-hüquqşünas Nümayəndə, Hüquq və insan resursları sektorunun baş məsləhətçisi Əminə Qəyyumova bu aktı tərtib etdik ondan ötrü ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024- cü il tarixli, 001/F nömrəli əmrinə əsasən “Sukanal” ETLİ-nin Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsinin kadrlar üzrə mütəxəssisi İddiaçı ştat vahidi ixtisara düşdüyünə görə ona “Su və Melorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsin Kitabxana və arxiv sektorunda “arxivarius” vəzifəsi üzrə iş təklif edilmişdir. İddiaçı təklif olunan vəzifədə işləməkdən imtina etmişdir. Barəsində tərtib edilmiş akta imza etməkdən imtina etdi. Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 323921 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X7 arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Nikah ləğv olunduqdan sonra qadına “İbrahimova” soyadı verilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 906327 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2011-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X16, ana qrafasında X7 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1413 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 136592 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X16, ana qrafasında X7 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1269 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 507960 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X16, ana qrafasında X7 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 222 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 807460 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X16, ana qrafasında X7 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 4164 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezedenti yanında X4 12/323 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Prezedenti yanında X2 Siyasi idarəetmə fakültəsinin əlavə ali təhsil “beynəlxalq münasibətlər” ixtisası üzrə ödənişli əsaslarla V kurs tələbəsidir. Onun hər tədris ili üçün illik 2.500 manat təhsil haqqının (2021-2024-cü illər üzrə) bir hissəsi Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsi tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00621 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 10 saylı Mediasiya arayışına əsasən, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci bəndinə əsasən əmək qanunvericiliyinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1–ci hissəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78-ci maddəsinin 2-ci hissəsinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir. İddiaçının öhdəsində 4 yetkinlik yaşına çatmayan uşağının olmasına, habelə tək ana olmaqla yeganə qazanc yerinin işlədiyi müəssisə olmasına baxmayaraq, o, ixtisara düşmüş, ixtisardan sonra işəgötürən tərəfindən ona əvvəlki işinə uyğun vəzifə təklif edilməmişdir. İddiaçı öhdəsində 4 övladının olduğunu, tək ana olaraq, övladlarını böyütdüyünü nəzərə alınaraq, əvvəlki vəzifəsinə uyğun işlə təmin olunmasına dair ərizə ilə işəgötürənə müraciət etsə də, bu bir nəticə verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan şəxslərin işdə saxlanmasına üstünlük verir. Habelə, iş materiallarından görünür ki, "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Həmkarlar İttifaqı Komitəsi daxil olmuş məktuba əsasən həmin gün məktuba əlavə edilmiş qoşmada adları qeyd olunan işçilərin iştirakını təmin etmədən formal iclas keçirməklə, həmin işçilərin əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi barədə işəgötürənə məktub ünvanlamışdır. Belə ki, məktubun məzmunundan görünür ki, həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış, obyektiv araşdırma aparmamış, formal razılıqlarını vermişdilər. Bu da həmçinin iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasını bir daha təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə iddiaçıya ödənilməmiş əmək haqqı cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində yetərincə əsaslandırılmadığından həmin hissədə təmin edilə blməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Təhqiqat və Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli, 13-16-2/2-850/2024 saylı Əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməlidir, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma üçün hesablanmış əmək haqqı cavabdeh "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" PHŞ tərəfindən tutularaq, iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Təhqiqat və Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli, 13-16-2/2-850/2024 saylı Əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma üçün hesablanmış əmək haqqı cavabdeh "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" PHŞ tərəfindən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar