Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-524/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, XXX Tuncay Tural oğlunun 01 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində, XXX Dəniz Nemət qızının 01 yanvar 2020-ci il tarixdə Bakı şəhərində, XXX Tunar Tural oğlunun 01 yanvar 2019-cu il tarixdə Bakı şəhərində və XXX Günəş Asim qızının 01 yanvar 2010-cu il tarixdə Bakı şəhərində doğulması, ananın və atanın naməlum olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli aktına əsasən müəyyən edilir ki, XXX Tuncay Tural oğlu, XXX Dəniz Nemət qızı, XXX Tunar Tural oğlu və XXX Günəş Asim qızı “Azərbaycan Uşaqları” Birliyi Uşaq sığınacaq reinteqrasiya mərkəzinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin 46 nömrəli rəyinə əsasən müəyyən edilir ki, XXX Tuncay Tural oğlunun sümük yaşı 2-2.5 ilə, XXX Tunar Tural oğlunun sümük yaşı 5-5.5 ilə, XXX Günəş Asim qızının sümük yaşı 14-15 ilə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin 197 nömrəli rəyinə əsasən müəyyən edilir ki, XXX Dəniz Nemət qızının sümük yaşı 6-6.5 ilə uyğundur. İş materiallarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs müvafiq imtina məktubu əlavə edilmişdir. Məhkəmə, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, XXX Tuncay Tural oğlunun 01 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində, XXX Dəniz Nemət qızının 01 yanvar 2020-ci il tarixdə Bakı şəhərində, XXX Tunar Tural oğlunun 01 yanvar 2019-cu il tarixdə Bakı şəhərində və XXX Günəş Asim qızının 01 yanvar 2010-cu il tarixdə Bakı şəhərində doğulması, ananın və atanın naməlum olması müəyyən edilir. Vətəndaşın hüquq müəyyən edici sənədinin bərpa olunması dövlətin həm vəzifəsi, həm də xüsusi marağındadır. Hazırki ərizənin təmin edilməsi XXX Tuncay Tural oğlunun, XXX Dəniz Nemət qızının, XXX Tunar Tural oğlunun və XXX Günəş Asim qızının hüquqi müdafiəsi əsas götürülməklə onun maraqlarına uyğundur. Məhkəmə iş materiallarına məcmu haında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, XXX Tuncay Tural oğlunun 01 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində, XXX Dəniz Nemət qızının 01 yanvar 2020-ci il tarixdə Bakı şəhərində, XXX Tunar Tural oğlunun 01 yanvar 2019-cu il tarixdə Bakı şəhərində və XXX Günəş Asim qızının 01 yanvar 2010cu il tarixdə Bakı şəhərində doğulması, hər biri üzrə ananın və atanın naməlum olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. XXX Tuncay Tural oğlunun 01 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində, XXX Dəniz Nemət qızının 01 yanvar 2020-ci il tarixdə Bakı şəhərində, XXX Tunar Tural oğlunun 01 yanvar 2019-cu il tarixdə Bakı şəhərində və XXX Günəş Asim qızının 01 yanvar 2010-cu il tarixdə Bakı şəhərində doğulması, hər biri üzrə ananın və atanın naməlum olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-524/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-524/2025
01.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver