Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5244/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, yeni mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsi 74 ünvanında yerləşən Cavabdeh tərəfindən sökülmüş ümumi sahəsi 112,8 kv.m olan 3 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından İddiaçı1 yeni mənzilin verilməsi və mənzil verilənə qədər kirayə kompensesiyasına ödəmək Cavabdeh MMC-yə həvalə edilməsini, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsi 74 ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 107.2 kv.m olan 3 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından İddiaçı2 yeni mənzilin verilməsi, yeni mənzil verilənə qədər kirayə kompensasiyasına ödənilməsi Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini belə əsaslandırmışdırlar ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 74 ünvanında yerləşən mənzillərdə yaşamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2016-cı il tarixli, 117 nömrəli sərəncamına əsasən Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 72-74-76-76a ünvanlarında 0,5 ha olan ərazidə istismar müddətini ötmüş 1-4 mərtəbəli binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binasının pilot layihə əsasında layihələndirilməsi qərara alınmış və tikinti üçün "Hermes- S” MMC-yə icazə verilmişdir. Buna uyğun olaraq, "xxxx" MMC ilə iddiaçılar arasında "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında" Müqavilələr bağlanmışdır. Belə ki, cavabdehlə İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Müqavilənin şərtlərinə əsasən, cavabdeh Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 74 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü, yaşayış kompleklsinin tikintisini həyata keçirir. İstifadəçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 74 ünvanında yerləşən, ümumi sahəsi 112.8 kv.m, mənzili yaşayış kompleksinin tikintisi məqsədilə "Cəmiyyətə təhvil verir. "Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli mənzili "istifadəçiyə" təhvil verir. İddiaçı1 istifadəsində olan mənzilin ümumi sahəsi 112.8 kv.m, otaqlarının sayı isə 3 olmuşdur. Kirayə xərclərinin kompensasiya məbləği 450 manat olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən, yeni mənzilin ümumi sahəsi təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Cavabdeh 36-48 ay müddətində yeni mənzili iddiaçıya təhvil verməlidir. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılacağına güman edərək, cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilə bağlamış, yaşayış sahəsini boşaltmış, lakin cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, iddiaçının yaşadığı mənzili sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçını yeni mənzillə təmin etməmişdir. Buna görə də iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı2 ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-cı il tarixli Müqavilənin şərtlərinə əsasən, cavabdeh Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 74 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü, yaşayış kompleklsinin tikintisini həyata keçirir. İstifadəçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 74 ünvanında yerləşən, ümumi sahəsi 107.2 kv.m, mənzili yaşayış kompleksinin tikintisi məqsədilə "Cəmiyyətə təhvil verir. "Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli mənzili "istifadəçiyə" təhvil verir. İddiaçı2 istifadəsində olan mənzilin ümumi sahəsi 107.2 kv.m, otaqlarının sayı isə 3 olmuşdur. Kirayə xərclərinin kompensasiya məbləği 450 manat olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən, yeni mənzilin ümumi sahəsi təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Cavabdeh 36-48 ay müddətində yeni mənzili iddiaçıya təhvil verməlidir. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılacağına güman edərək, cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilə bağlamış, yaşayış sahəsini boşaltmış, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, iddiaçının yaşadığı mənzili sökərək, yerin çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçını yeni mənzillə təmin etməmişdir. Buna görə də iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməklə məcburiyyətində qalmışdır. 03 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 03 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı2 ilə Cavabdeh MMC arasında 24 aprel 2017-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, Hermes-S” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli 26 Avqust 2016cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 25 may 2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 74 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü kompleksinin tikintisini həyata keçirir. "İstifadəçi" istifadəsində olan, Bakı şəhəri, Səbail rayonu. X2 küçəsi 74 ünvanında yerləşən, ümumi sahəsi 107,2 kv.metr, mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə "Cəmiyyətə"-ə təhvil verir. "Cəmiyyət" isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20%-ə qədər əlavə sahəni təmirli olmaq şərtilə təmirli mənzili "İstifadəçi"yə təhvil verir. İddiaçı1 ilə Cavabdeh MMC arasında 18 yanvar 2018-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, Hermes-S" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli 26 Avqust 2016cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 25 may 2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 74 ünvanında istismar müddəti ötmüş fərdi mənzilin söküntüsünü, kompleksinin tikintisini həyata keçirir. "İstifadəçi" istifadəsində olan, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 74 ünvanında yerləşən, ümumi sahəsi 112,8 kv.metr, mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə "Cəmiyyətə"-ə təhvil verir. "Cəmiyyət" isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20%-ə qədər əlavə sahəni təmirli olmaq şərtilə təmirli mənzili "İstifadəçi"-yə təhvil verir. İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, “Cavabdeh MMC-dən müqavilələr əsasında 10 gün ərzində öhdəliklərinin icrası xahiş olunmuş və əks halda, qeyri-yaşayış sahələrinin təhvil verilməsi üçün məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 569.1-ci maddəsinə Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 569-cu maddəsində əşyanı vermək vəzifəsinin icrası müddətinə dair qaydalar müəyyənləşdirilib, lakin satıcı həmin qaydaları pozub, müqavilə 2017-ci ildə bağlansa da uzun müddət ərzində (6 il ərzində) mənzili alıcıya təhvil verməyib. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, mübahisəli mənzilləri iddiaçılara təhvil verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsi 74 ünvanında tikilmiş yaşayış binasından ümumi sahəsi 112,8 kv.m olan mənzilin sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzil İddiaçı1, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsi 74 ünvanında tikilmiş yaşayış binasından ümumi sahəsi 107.2 kv.m olan 3 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzil İddiaçı2 təhvil verilməli, mənzillər təhvil verilənə qədər kirayə kompensesiyası cavabdeh tərəfindən iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsi 74 ünvanında tikilmiş yaşayış binasından ümumi sahəsi 112,8 kv.m olan mənzilin sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzil İddiaçı1 təhvil verilsin və mənzil təhvil verilənə qədər kirayə kompensesiyası iddiaçıya ödənilsin. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsi 74 ünvanında tikilmiş yaşayış binasından ümumi sahəsi 107.2 kv.m olan 3 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzil İddiaçı2 təhvil verilsin və mənzil təhvil verilənə qədər kirayə kompensesiyası iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5244/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5244/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver