Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5245/2021 09.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, iproteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, iproteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 03.08.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, “AZEMİS”-dən 04.08.2021-ci il tarixdə çap edilmiş çıxarışlara əsasən cavabdehlərdən Cavabdeh1 və Hacıyev X4 rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsi ev 18 ünvanda rəsmi qeydiyyata alınmışlar. Cavabdeh4 ünvan 2 ünvanda rəsmi qeydiyyata alınmışlar. Cavabdeh X3 isə ünvan 3 ünvanda rəsmi qeydiyyata alınmışdır. Yəni, cavabdehlərdən heç biri Yasamal rayonu ərazisində qeydiyyatda deyildir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi aidiyyat qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, hazırkı iddia ərizəsi ilə aidiyyatı üzrə cavabdehlərin rəsmi qeydə alındığı ünvan üzrə Abşeron və ya Qusar rayon Məhkəməsinə müraciət etməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin işçiləri tərəfindən tərtib edilmiş 03.08.2021-ci il tarixli aktında müəyyən edilir ki, İddiaçı ASC-nin 03.08.2021-ci il tarixdə kuryer vasitəsilə məhkəməyə göndərdiyi iddia ərizəsinin qoşmasında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, iproteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-5245/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5245/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver