Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5249/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X34 qızının katibliyi, Ərizəçinin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Yasamal rayon Qeydiyyat Şöbəsinə və Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı "doğum, ölüm, qohumluq və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə və Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı "doğum, ölüm, qohumluq və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 1894-cü ildə anadan olmuş və xx.xx.1965-ci ildə vəfat etmiş nənəsi X12 1910-cu ildən babası X20 ilə evlənməsi, onların birgə nikah münasibətlərindən 1914-cü ildə X38, 1916-cı ildə X6, 1919-cü ildə X35 Bakı şəhərində anadan olmaları, X38 1945-ci ildə, X35 1942-ci ildə, babası X9 1920-ci ildə Bakı şəhərində vəfat etmələri, Susa Başir qızı ilə X13 və X58 ilə X65 Sadıxoviçin eyni şəxs olmaları, X13 X65 Sadıxoviçin, X59 və X35 doğma anaları olmaları, atası X65 Sadıxoviçilə əmiləri X59 və X35 doğma qardaş olmaları, mirasqoyanlar X27, X59 və X35 vəfatlarından sonra onlardan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 131 saylı miras evin ilkin atası X65 Sadıxoviç tərəfindən, axırıncının vəfatından sonra isə miras əmlakın onun tərəfindən qəbul edilərək idarə etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun notariusu İradə Hüseynovanın 189 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə nənəsi X5, atası X19ndan, əmiləri X1 və X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu.M.Fətəli küçəsi, 131 saydı miras evə vərəsə tanınmaqla vərəsəlik şəhadətnaməsinin verilməsinə dair müraciəti, mirasqoyanların ölüm, doğum, onlarla qohumluq, vərəsələri olmasını təsdiq edən dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş şəhadətnamələrin, arayışların və ya həmin faktların müəyyən edilməsinə dair məhkəmə qətnamələrin təqdim edilməməsi, miras qoyan mülkiyyətçilərin mülkiyyət hüququnu təsdiq edən sənəddə onların ad, soyad və ata adları ilə notariusa təqdim edilmiş sənədlər arasında uyğunsuzluqlar müəyyən edilməsi əsas götürülməklə, bu haqda məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı şəhərində bələdiyyələşdirilmiş tikililərin reyestrindən verilmiş xx.xx.1948-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M. Fətəli küçəsi, 131 saylı fərdi yaşayış evi ümumi birgə mülkiyyət kimi Susan Bəşir qızı, X59, X58 və X35 adlarına 169 nömrəli kitabda 7113 nömrəli səhifədə qeydiyyatdan keçmişdir. 1965-cı ilin yanvar ayında verilmiş texniki pasporta əsasən ev A, E və B tikililərdən, 5 otaq və köməkçi sahələrdən ibarət olmuşdur.1894-cü ildə anadan olmuş X27 xx.xx.1965-ci ildə, atası X65 Sadıxoviç xx.xx.1991-çi ildə vəfat etmişdir. Ərizəçi xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuş və valideynləri X17 və X28 olmuşlar. Evin mülkiyyətçilərindən Sadıxova Susana Başir qızı həmin evdə xx.xx.1935-ci ildən xx.xx.1969-cu ilədək qeydiyyatda olmuş və rəhmətə getmiş, X17 xx.xx.1949-cu ildən qeydiyyatda olmuş, qeydiyyatdan çıxması göstərilməmiş, sadəcə ölməsi yazılmışdır. xx.xx.1959-cu ildə açılmış ev kitabına əsasdən qeyd edilmiş iki nəfərdən başqa X14, X50 və X21 barədə heç bir məlumat yoxdur. Həmin ünvanda xx.xx.1969-cu ildən ailə üzvüləri ilə birlikdə qeydiyyatdadır. Azərbaycan Respublikası Milli Dövlət Tarix Arxivinin xx.xx.2020-ci il tarixli, TA-00051-2020 saylı məktubuna əsasən arxiv idarəsinin Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri fondunun sənədlərində X7, X3, X32 doğum tarixlərinə və X21 ilə X10 nikah tarixlərinə dair heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Milli Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, DA -00088-2020 saylı məktubuna əsasən, arxiv idarəsinin notariat kontoru üzrə ölüm haqqında qeydiyyat kitablarında X11 vəfatı ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Milli Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, DA-Ö0087- 2020 saylı məktubuna əsasən arxiv idarəsinin notariat kontoru üzrə arxiv fondunda 1942ci ilə dair sənədlərdə X4 vəfatı barədə heç bir məlumat yoxdur. Maraqlı şəxs1 xx.xx.2020cİ il tarixli xx/xx-1577116 saylı məktubu ilə onunla X8 qohumluq ələaqələrini müəyyən edən sənəd təqdim edilmədiyindən axırıncının vəfatı ilə bağlı rəsmi sənədin verilməsindən imtina edilmişdir. 1894-cü ildə anadan olmuş nənəsi X29 1910-cu ildə, babası X22 ilə ailə həyatı qurmuş, onların birgə nikahından 1914-cü ildə əmisi X18, 1916cı ildə atası X19 və 1919-cü ildə əmisi X15 anadan olmuş, həyatda olarkən əmiləri evlənməşmiş, onların övladları olmamış, əmisi X18 1945-ci ildə, digər əmisi X15 1942-ci ildə Bakı şəhərində vəfat etmişlər. 1920-ci ildə isə babası X22 vəfat etmişdir. İş üzrə hüquq müəyyənedici sənəd olan mirasqoyanların adına Bakı şəhərində Bələdiyyələşdirılmiş tikililərin reyestrindən verilmiş xx.xx.1948-ci İl tarixli, 169 saylı reyestr kitabında qeydiyyatdan keçmiş 7113 çıxarışda mirasqoyanlardan nənəsi Susa Başir qızı, atası X58, əmiləri X59 və X57 göstərilmiş olsa da, həmin sənəd verildikdən sonra mirasqoyanların adı və ata adları dəqiqləşdirilmiş və soyadları baba adından götürülməklə Sadıqov (Sadıxov) göstərilməklə şəxsiyyətləri müəyyən edilən sənədlər verilmişdir. Eyni zamanda, mirasqoyanların vəfatından sonra onlardan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, M. Fətəli küçəsi, 131 saylı miras evi fakti qəbul edib idarə edən yeganə vərəsə olması Bakı şəhəri Yasamal rayonu 61 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli 13 saylı arayışı ilə müəyyən edilir. Prosesin gedişatında Ərizəçi dəqiqləşdirmə barədə ərizə verərək, əmisi X40 1945ci ildə, əmisi X35 1942-ci ildə Bakı şəhərində vəfat etmələri, Susa Başir qızı ilə X13, X58 ilə X65 Sadıxoviçin eyni şəxs olmaları, atası X65 Sadıxoviçilə əmiləri X59 və X35 doğma qardaş olmaları, mirasqoyanlar X27, X59 və X35 vəfatlarından sonra onlardan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 131 saylı evin ilkin atası X65 Sadıxoviç tərəfındən, axırıncının vəfatından sonra isə onun tərəfindən qəbul edilərək idarə etməsi faktların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun təmin edilməsini məhəkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Ərizəçi qonşumdur. Belə ki, 1956-ci ildən, yəni doğulduğu gündən Bakı şəhəri, Mirzə Fətəli küçəsində yaşayır. X16 görməmiş, lakin bilir ki, ünvan 1 ünvanında X24 və onun 4 oğlu yaşamışdır. Daha sonra oğlanlar yaşa dolduqca ailə həyatı quraraq, başqa yerdə yaşamağa başlamışdır. Tofiqin qardaşlarından 2-si rəhmətə gedib, Sadıq isə həmin mənzildə yaşayıb, lakin o, da rəhmətə gedəndən sonra artıq 25 ildən çoxdur ki, sözügedən ünvanda Tofiq və ailəsi yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Belə ki, sözügedən ünvanda X24 və onun ailəsi yaşamışdır. Sadıqov İsabala vəfat edəndən sonra orada dörd oğu yaşamışdır. Daha sonra oğlanları ailə həyatı quraraq sözügedən ünvanı tərk etmişlər. Lakin Tofiq və Sadıq orada ailələri ilə birlikdə yaşayırdı. Sadığın iki qızı o evdən ailə həyatı quraraq getmişdir. Sadıq vəfat edəndən sonra xanımı da qızlarının yanına getmişdir. Uzun müddətdir ki, orada Tofiq və ailəsi yaşayır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9, 308, 309.1, 311-ci maddələri, habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-1133.2, 1145,1146, 1147.1, 1159.1.1, 1243.2, 1246, 1255, 1321.1, 1322-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarındakı Bakı şəhərində bələdiyyələşdirilmiş tikililərin reyestrindən verilmiş xx.xx.1948-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M. Fətəli küçəsi, 131 saylı fərdi yaşayış evi ümumi birgə mülkiyyət kimi Susan Bəşir qızı, X59, X58 və X35 adlarına 169 nömrəli kitabda 7113 nömrəli səhifədə qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.1965-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1965-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Dövlət Tarix Arxivinin xx.xx.2020-ci il tarixli, TA-00051-2020 saylı məktubundan görünür ki, arxiv idarəsinin Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri fondunun sənədlərində X7, X3, X32 doğum tarixlərinə və X21 ilə X10 nikah tarixlərinə dair heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, DA -00088-2020 saylı məktubundan görünür ki, arxiv idarəsinin notariat kontoru üzrə ölüm haqqında qeydiyyat kitablarında X11 vəfatı ilə bağlı heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, DA-Ö0087-2020 saylı məktubundan görünür ki, arxiv idarəsinin notariat kontoru üzrə arxiv fondunda 1942-ci ilə dair sənədlərdə X4 vəfatı barədə heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi İsabala oğlu xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X25, anası qrafasında X28 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, 258 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X26 xx.xx.1991-ci ildə vəfat etmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat ofisinin notariusu İradə Hüseynovanın 189 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ərizəçinin nənəsi X5, atası X19ndan, əmiləri X1 və X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu.M.Fətəli küçəsi, 131 saydı evə vərəsə tanınmaqla vərəsəlik şəhadətnaməsinin verilməsinə dair müraciəti, mirasqoyanların ölüm, doğum, onlarla qohumluq, vərəsələri olmasını təsdiq edən dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş şəhadətnamələrin, arayışların və ya həmin faktların müəyyən edilməsinə dair məhkəmə qətnamələrin təqdim edilməməsi, miras qoyan mülkiyyətçilərin mülkiyyət hüququnu təsdiq edən sənəddə onların ad, soyad və ata adları ilə notariusa təqdim edilmiş sənədlər arasında uyğunsuzluqlar müəyyən edilməsi əsas götürülməklə, bu haqda məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarındakı Yasamal rayon 61 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ailəsi ilə birlikdə xx.xx.1969-cu ildən Bakı şəhəri, Yasamal rayonu, M. Fətəli küçəsi, 131 saylı evdə qeydiyyatda olmaqla yaşayır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, atası X7 1991-ci ildə vəfat etməsindən sonra miras əmlak oğlu Ərizəçi tərəfindən qəbul edilmişdir. Belə ki, Ərizəçi miras açılandan sonra müvafiq evdə yaşamağı davam etməklə, habelə miras əmlakı faktiki olaraq, idarə etməklə, onu birmənalı şəkildə qəbul etmişdir. Bu fakt iş materialları ilə öz təsdiqini tapmışdır. Mülki qanunvericiliyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Odur ki, ərizəçi haqlı olaraq, miras açılan zaman sağ olmayan qohumlarına çatası miras payı qəbul etməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməli, Ərizəçi əmisi X40 1945-ci ildə, əmisi X35 1942-ci ildə Bakı şəhərində vəfat etmələri, Susa Başir qızı ilə X13, X58 ilə X65 Sadıxoviçin eyni şəxs olmaları, ərizəçinin atası X65 Sadıxoviçlə əmiləri X59 və X35 doğma qardaş olmaları, mirasqoyanlar X27, X59 və X33 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 131 saylı evin ilkin olaraq ərizəçinin atası X65 Sadıxoviç tərəfındən, sonuncunun vəfatından sonra isə Ərizəçi tərəfindən qəbul edilərək idarə edilməsi faktları edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Gösətrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi əmisi X40 1945-ci ildə, əmisi X35 1942-ci ildə Bakı şəhərində vəfat etmələri, Susa Başir qızı ilə X13, X58 ilə X65 Sadıxoviçin eyni şəxs olmaları, ərizəçinin atası X65 Sadıxoviçlə əmiləri X59 və X35 doğma qardaş olmaları, mirasqoyanlar X27, X59 və X33 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 131 saylı evin ilkin olaraq ərizəçinin atası X65 Sadıxoviç tərəfındən, sonuncunun vəfatından sonra isə Ərizəçi tərəfindən qəbul edilərək idarə edilməsi faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5249/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5249/2020
30.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver