Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5264/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 07-T-2020 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Cavabdeh" MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 07-T-2020 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və qanunsuz olaraq o işdən kənarlaşdırılmışdır. xx xxxxx 2016-cı ildən etibarən həmin şirkətdə çalışmışdır. İddia ərizəsinə əlavə edilmiş əmrin surətindən də görünür ki, onun işdən çıxarılmağına səbəb guya onun iş təlimatına uyğun olaraq öhdəliklərini yerinə yetirməmisidir. Cavabdeh təşkilatın barəsində vermiş olduğu əmrlə razılaşmayaraq işə daxil olarkən tutduğu vəzifəyə uyğun olaraq vəzifə təlimatına uyğun olaraq iş fəaliyyətini davam etdirmişdir. İşdən çıxarmaq üçün cavabdeh təşkilatın əsaslandığı xx xxxx 2020-ci ildə tərtib edilmiş ticarət məntəqələrində baxış keçirilməsi barədə aktda qeyd olunanlar onun vəzifə öhdəlikləri deyildir. İlk öncə qeyd edilməlidir ki, sözügedən aktda qeyd olunanlar reallığı əks etdirmir. Eyni zamanda aktda nöqsan kimi göstərilən hallar onun vəzifə öhdəliklərinə aid deyil. Aktda göstərilir ki, ticarət məntəqələrində merçandayzing standartlarında uyğunsuzluqlar müəyyən olunmuşdur. Qeyd olunan hallar reallağı əks etdirmir, hətta aktda qeyd olunan hallar mövcuddursa həmin hallara cavabdeh şəxs o olmamışdır. Belə ki, onun tutduğu vəzifə üzrə təlimatda aktda göstərilən vəzifələr mövcud deyildir. Aktda qeyd olunan halların aradan qaldırılması bir başa olaraq satış nöqtələrinin vəzifələridir. İcraçı ilə Sifarişçi arasında bağlanmış ümumi xidmət şərtlərinə dair müqavilənin 2-ci maddəsinin tələbinə əsasən məhsulların satış nöqtələrində qaydaya uyğun yerləşdirmək, onların aydın şəkildə görünməsini təmin etmək, avadanlığı işlək vəziyyətdə saxlamaq, avadanlığın enerji təchizatını təmin etmək satış nöqtələrinin vəzifə öhdəlikləridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsindəki izahata əlavə olaraq bildirdi ki, iddiaçı xx xxxxx 2016-cı il tarixdən etibarən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmasına əsas kimi ərazi yoxlanılması nəticəsində tərtib olunmuş akt olmuşdur. Həmin aktda bir sıra qüsurların olması qeyd olunmuşdur. Hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunarkən araşdırılası hallardan biri aktda qeyd olunan halların iddiaçının vəzifə öhdəliklərinə aid olub-olmamasıdır. Aktda birinci qüsur kimi JTİ avadanlıqlarının tərtibindən JTİ siqaret qutularının olmaması qeyd olunmuşdur. Aktda qeyd olunanların heç biri iddiaçının vəzifə öhdəliklərinə aid deyil. İddiaçı iş təlimatı əsasında iş fəaliyyətini həyata keçirmişdir. Həmin iş təlimatında onun vəzifə öhdəlikləri göstərilmişdir. Ərazidə satış nöqtələri mövcuddur və həmin satış nöqtələri ilə bağlı Cavabdeh MMC-nin ümumi xidmət şərtləri adlı müqaviləsi vardır. Əmrə əsas olmuş aktda göstərilən hallar ümumi xidmət şərtləri müqavilədə göstərilib. Həmin müqavilədəki şərtlərdən görünür ki, aktda qeyd olunan qüsurlar birbaşa olaraq satış nöqtələrinin vəzifə öhdəlikləridir. Hansı ki, satış nöqtələrində avadanlıqların işıqlandırılması, təmiz saxlanılması və bu kimi hallar satış nöqtələrinin vəzifəsidir və buna görə satış nöqtələrinə Cavabdeh MMC tərəfindən pul vəsaiti verilir. Bundan başqa iddiaçı əraziyə baxış keçirdikdə həmin gün orada olan qüsurlar barəsində, mağazaya daxil olanda vəziyyət necədirsə onun xüsusi planşet vasitəsilə fotoşəkilini çəkir, optium adlı proqrama yerləşdirir və şirkətin bütün nümayəndələri ona baxıb nəzərdən keçirə bilər. Həmçinin əmrə əsas olmuş aktda qeyd olunan hallar reallığı əks etdirmir. Məsələn, aktda malların olmaması qeyd olunmuşdur. Satış nöqtəsində ola bilər ki, bir gündə malların kifayət qədər çox satışı həyata keçirilsin və səhərisi gün həmin satış nöqtəsinə gedəndə orada mallar az olsun. Bu iddiaçının əmək funksiyasını kifayət qədər yaxşı yerinə yetirməməsi anlamına gəlmir. Çünki satış nöqtələrinə iddiaçı həftədə bir neçə dəfə gedərək, orada malların olub-olmaması ilə maraqlanmışdır. Ona görə də o, hesab edir ki, iddiaçının barəsində tərtib edilmiş işdən azad olunma barədə əmr qanunvericiliyin tələbinə əsasən düzgün tərtib olunmamışdır və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh şirkətdə ona qərəzli münasibət olmuşdur. Qərəzli münasibət onunla bağlı olmuşdur ki, 2019-cu ilin mart və ya aprel ayında departamentin müdiri vəzifəsini tutan şəxs dəyişdirilmişdir. Yeni departament rəhbəri (hal-hazırda işləmir) ona dəfələrlə təklif etmişdir ki, şirkətin maşınları var, onlara rayonlara gedəndə istifadə edilmək üçün verilir. Həmin maşınları müəyyən müddət ərzində faizləri götürməklə şirkət işçiyə pay verir. Departamentin müdiri maşını ona satmağını təklif etmiş, iddiaçı imtina etdimişdir. O, iddiaçıya bir neçə dəfə işdən öz ərizəsi ilə çıxmağını və onunla işləmək istəmədiyini bildirmişdir. O, iddiaçının birbaşa rəhbəri ilə birləşərək, ona qarşı pis rəftar etmişlər. İddiaçının işi satış nöqtələri ilə bağlı olmuşdur. Onun nəzarətində bir neçə satış nöqtələri olmuş və iddiaçı onlara iki həftədən bir gedirmiş. Onun işi məhz informasiya xarakterli olmuşdur. O, satış nöqtəsinə kömək məqsədilə malların və reklam xarakterli posterlərin yerləşdirilməsi ilə bağlı şirkətə informasiya verirdi. Onun bir satış nöqtəsinə getməyi on dörd gün aralıqla olmuşdur. Marketlərin bəzisi ailə marketidir və orada müxtəlif ailə üzvləri satış həyata keçirirlər. Həmin şəxslərin avadanlıqlardan məlumatı olmaya bilər və malları varsa da yerləşdirməyə də bilər. O, satış nöqtəsinə getdikdə vitrinin ilkin olaraq olduğu kimi şəkli çəkir, çünki satış nöqtəsi müqaviləyə uyğun olaraq xidmət göstərməli, işığı yandırmalı, rəfləri doldurmalıdır. Orada olan malların, rəflərin necə yerləşməsini bir-bir qeyd edir. Hansı çeşid malların olmasını və onların sayını yazır. Sonda da işçi ilə birlikdə düzəliş edir və düzəlmiş şəkildə şəkilini çəkir və vizitini bağlayır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək bildirdi ki, peşəkar inkişaf üzrə şəxsi iş adlanan sənəd işçinin peşəkar inkişafı ilə bağlı aparılan çoxsaylı işlərdən biridir. Ruslanla çoxsaylı yazışmalar olmuş, onun öz işinə, öz əmək funkisiyasına məsuliyyətsiz yanaşması barədə ona xəbərdarlıqlar olmuş, lakin bundan bir nəticə çıxarmamış və fəaliyyətindəki yanlışlıqları aradan qaldırmamışdır. Şirkət olaraq ona humanist münasibət göstərilmiş, 2019-cu ildə ona töhmət verilməsinə baxmayaraq fəaliyyətində olan yanlışlığın aradan qaldırılması üçün bir ildən çox vaxt verilmiş və bütün ödənişləri tam şəkildə ödənilmişdir. Lakin onun işinə səhlənkar münasibətinin davam etdirməsi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuşdur. Bundan başqa bir həftə ərzində bu qədər dəyişiklik olması mümkün deyil və heç bir işçinin nəzarətində olan satış məntəqələrində belə vəziyyət müşahidə edilməmişdir. Əgər satış nöqtəsində problem vardırsa o, həmin nöqsanları aradan qaldırmaq üçün hər gün getməli idi. Bundan başqa İddiaçı şirkətin Qafqaz nümayəndəliyinin direktoruna müraciəti şirkətin baş menceri tərəfindən araşdırılmış və ona qarşı hər hansı qərəzli münasibətin olmaması barədə ona cavab verilmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmısini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının fəaliyyətindəki pozuntular uzun müddət davam etmiş və ona bununla bağlı şirkət tərəfindən töhmət də verilmişdir. Həmçinin bununla bağlı məhkəmə qətnaməsi də mövcuddur. İddiaçıya işdən çıxarılmasına səbəb olan eyni əsaslara ona töhmət verilmişdir. Məhkəmənin qətnaməsi ilə də sübuta yetirilmişdir ki, İddiaçı töhmət verilməsinə əsas olmuş qüsurlar onun vəzifə öhdəliklərinə aiddir. Onun barəsində töhmət verildikdən və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra bir il müddət keçməsinə baxmayaq heç bir nəticə çıxarmamışdır. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, o, 2011-ci ildən Cavabdeh MMC-də işləyir. 2019-cu ilin noyabr ayından qərb bölgəsində supervayzer vəzifəsində işləyir. Onların hər həftənin birinci günləri iclasları olurdu. Bundan əvvəl də iclaslarda satış meneceri tərəfindən İddiaçı işlədiyi bölgənin müdirinə işində məsuliyyətsizliyi ilə əlaqədar şikayətlər olurdu. Satış nöqtələrinə satış meneceri tərəfindən, həm də bölgə müdirləri tərəfindən davamlı olaraq vizitlər olurdu. ərazisindəki satış məntəqələri davamlı olaraq standartlara cavab vermir və işinə məsuliyyətsiz yanaşırdı. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, İddiaçı ilə əraziləri ayrıdır. Onunla eyni vəzifədə işləmişdir, onun hansı səbəbdən işdən azad olunmasından məlumatı yoxdur. Əsas vəzifə öhdəlikləri satış məntəqələrində malların ehtiyatının təmin edilməsi və merçendayzinqdir. Merçendayzinq standartlarına avadanlığın yerləşdirilməsi, qiymət kağızlarının yerləşdirilməsi, malların düzgün düzülməsi, əlavə avadanlığın yerləşdirilməsi, tanıtım mallarının düzgün şəkildə yerləşdirilməsi aiddir. Vitrinin işiqlandırılması və təmiz saxlanılması da vəzifə öhdəliklərinə aiddir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 29.04.206-cı il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Ərazi nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən işçinin vəzifə öhdəlikləri hazırki Müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli Əlavədə nəzərdə tutulan vəzifə təlimatlarında müəyyən edilməlidir. Tərəflər bununla razılaşırlar ki, vəzifə təlimatlarından irəli gələn tələblərə riayət olunmaması hazırki Müqavilənin müddəa və şərtlərinin pozulması hesab ediləcək. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli ərazi nümayəndəsinin iş təlimatına əsasən iddiaçının əsas vəzifələri: - JTİ merçendayzinq standartlarını bilmək; pərakəndə satış nöqtələrində merçendayzinq avadanlıqlarının (stendlərin) JTİ Merçendayzinq Standartlarına uyğun şəkildə yerləşdirilməsinə, istifadə edilməsinə və saxlamasına nəzarət etmək; pərakəndə satış nöqtələrində JTİ şirkətinin tütün məmulatlarının JTİ Merçendayzinq Standartlarına uyğun şəkildə yerləşdirilməsini, düzülməsini, görünməsini, işıqlandırılmasını, təmiz saxlanılmasını, həbelə müvəqqəti tanıtım materiallarının yerləşdirilməsini təmin etmək; pərakəndə satış nöqtələrinin işçilərinə JTİ Merçendayzinq Standartlarına uyğun olaraq JTİ tütün məmulatlarının yerləşdirilməsini, düzülməsini, görünməsini, işıqlandırılmasını, təmiz saxlanması, habelə müvəqqəti tanıtım materiallarının yerləşdirilməsi qaydalarını öyrətmək və onlar tərəfindən həmin qaydalarına riayət olunmasını tələb etmək; pərakəndə satış nöqtələri tərəfindən JTİ Merçendayzinq Standartlarının pozulduğu aşkar edildiyi təqdirdə belə nöqsanları aradan qaldırmaq, pozuntular təkrarlanarsa bu barədə müvafiq supervayzerə (nəzarətçiyə) və ya satış menecerinə məlumat/raport verməkdən ibarətdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, "Cavabdeh" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin satış meneceri ismayıl Məmmədxanov və "Cavabdeh" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Qərb bölgəsi üzrə supervayzeri Yasin Hacızadə tərəfindən xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində "Cavabdeh" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ərazi nümayəndəsi İddiaçı cavabdeh olduğu ərazilərə aid Göyçay, Ağdaş, Mingəçevir bölgələrində yerləşən 20 ticarət məntəqəsinə ziyarət edərək baxış keçirilmiş və ticarət məntəqələrindən aşağıdakı uyğunsuzluqlar müəyyən edilmişdir: JTİ avadanlıqlarının tərtibatında JTİ siqaret qutularının olmaması; mövcud materialların (cari komunikasiya dalğasına) uyğunsuzluğu; JTİ avadanlığında qiymət göstəricilərinin (etiket) olmaması; JTİ avadanlığın işıqlandırılmasının olmaması; JTİ avadanlığının ölçüsünə uyğun olmayan qiymət göstəricilərinin (etiket) qurulması; JTİ avadanlıqlarının/siqaret qutularının üzərindəki qiymət göstəricilərinin (etiketlərin) məhsulun pərakəndə satış qiymətinə uyğunsuzluqu; köhnə pul qabları; JTİ avadanlığının və siqaret qutularının təmiz olmaması; bəzi JTİ avadanlıqlarının digər məhsullarla /rəqiblərin avadanlığı ilə örtülməsi; arxa ehtiyat yanaşmasının "X7" şirkətinin standartlarına uyğun olmaması. İş materiallarında olan İş Təlimatının (Job Description) Əsas vəzifələri bəndində (Main responsibilities) aşağıdakılar qeyd edilmişdir: - Hesabat ərazisində KPİ üzrə məqsədləri bilmək - Rəqəmli və ölçülmüş əhatələnməni, ticarət məntəqələrinə ziyarətlərin tezliyini bilmək və paylaşdırmaq - Distribyüterin işi haqda informasiyaya malik olmaq - Öz məsuliyyət ərazisini bilmək - İnformasiyaya malik olmaq: şirkətin satışları, bazarın şirkətlər üzrə payları, qiymət əmələ gəlmə, markalar/seqmentlər - Bazarın seqmentlərinin və pərakəndə kanallarının inkişaf tendensiyalarını bilmək - Rəqiblərin hərəkətlərini və müştərilərlə iş sistemini bilmək. - Məlumatların təhlili və kommunikasiya üçün kompüter bacarıqlarına malik olmaq. - Hesabat ərazisində JTİ Merçendayzinq Standartlarını anlamaq və tətbiq etmək. - Qərarların layihələrin həm müştərilər, həm də şirkət üçün maliyyə effektivliyini hesablamaq və əsaslandırmaq (şirkətin mənfəətinə fokuslanma) - CPA layihənin istiqamətlərini və onun alətlərim bilmək İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2016cı il tarixli 103 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 70ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-7186/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “Cavabdeh" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “intizam tənbehi verilməsi barədə əmrin qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərinin ona töhmət verilməsi barədə xx.xx.2019cu il tarixli 03-R-2019 nömrəli əmrinin əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3031/2020 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-7186/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Ərazi nümayəndəsi vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli əmrə əsasən İddiaçı xx.xx.2016-cı il tarixli 103 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 07-T- 2020 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh satış nöqtələri tərəfindən müvafiq müqavilələrinin şərtlərinə və merçendayzinq tələblərinə riayət edilib-edilməməsini yalnız öz ərazi nümayəndələri vasitəsi ilə təmin edir. İddiaçı isə buna laqeyd yanaşmış, satış nöqtələri tərəfindən Merçendayzinq Standartlarına riayət edilməsini təmin etməmişdir. Bununla da iddiaçı tərəfindən Merçendayzinq Standartlarının tətbiqi təmin edilməmiş, hansı ki iş Təlimatının “Main Responsibilities” (yəni, “Əsas Öhdəliklər”) adlı ikinci hissəsinin “Business Concept” (Biznes Anlayışı) yarımhissəsinin 9-cu bəndinə uyğun olaraq onun bilavasitə vəzifələrinin yerinə yetirilməməsi hesab olunur. Həmçinin iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-7186/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “Cavabdeh" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “intizam tənbehi verilməsi barədə əmrin qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2019cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərinin ona töhmət verilməsi barədə xx.xx.2019cu il tarixli 03-R-2019 nömrəli əmrinin əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin qətnamədən görünür ki, iddiaçının vəzifələrini və əmək funksiyalarını tam yerinə yetirmədiyinə görə cavabdeh əvvəllər iddiaçıdan xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixlərdə izahat almışdır, şifahi xəbərdarlıq edilmişdir. xx.xx.2019-cu il tarixdə aşkar edilmiş nöqsanlara görə iddiaçıdan xx.xx.2019-cu il tarixdə izahat alınmışdır. Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərinin xx.xx.2019-cu il tarixli 03-R-2019 nömrəli əmri ilə İddiaçı xx.xx.2016-cı il tarixli 103 nömrəli əmək müqaviləsinin 4.2-ci maddəsinin pozulmasına görə, həmin Müqavilənin 11.1-ci maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin ‘'a" bəndinə əsasən xx.xx.2019-cu il tarixdə ticarət üzrə mencer İsmayıl Məmmədxanov tərəfindən satış nöqtələrində məhsulların yerləşdirilməsinin və təqdimatının şirkətin standartlarına uyğun gəlməməsi; nümayəndəliyin avadanlıqlarının saxlanılması üçün lazımi şəraitin qorunmaması; JTİ-ın müəyyən satış nöqtələrində (vitrin və ehtiyyat üzrə) məhsulların olmaması aşkar olunduğuna görə töhmət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5264/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5264/2020
25.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver