Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5292/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsinə dair” mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 1878ci ildə anadan olmuş və xx.xx.1967-ci ildə vəfat etmiş Abdul-zadə X5 onun nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuşdur və hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qohumu, miras qoyan Abdul-zadə X9 xx.xx.1967-ci il tarixində vəfat etmişdir. Miras qoyanın oğlu olan mərhum X8 (Əbdül) Qurban oğlu isə xx.xx.1955-ci il tarixində vəfat etmişdir. Miras qoyan Abdul-zadə X9 onun atasının anasıdır. Lakin mərhum atasının doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən sənəd üzrə bu qohumluq faktının sübut olunması mümkün deyildir. Abdul-zadə X5 mirası ünvan 2 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evidir. 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə vərəsəlik işinin açılması ilə əlaqədar müraciət edərək miras əmlaka dair müvafiq vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin təqdim etdiyi sənədlərdə mərhum nənəsi Abdul-zadə X9 ilə qohumluğunu sübut edən sənədlərdə çatışmazlıq olduğu üçün vərəsəlik işinin açılması mümkün olmamışdır. Eyni zamanda mərhum atasının doğum haqqında şəhadətnaməsinin alınması üçün Milli Arxiv İdarəsinə müraciət etsə də nəticə olmamışdır. Miras qoyanın oğlu olan atası XX.XX.1900-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. Lakin hazırda yaşadığı yer üzrə Yasamal rayon Qeydiyyat şöbəsinə də mərhum atasının doğum akt qeydinin bərpa edilməsi barədə müraciət etmiş, doğum akt qfedyinin bərpası üçün lazımı sənədlərin əvvəllər olmasını təsdiq edən sənəd olmadığından bərpası mümkün olmamış və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bütün bu səbəblərdən də 1878-çi il təvəllüdlü Abdul-zadə X9 ilə qohumluq faktının (doğma nənəsi olması haqqında) müəyyən edilməsi barədə məhkəməyə ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İE seriyalı, 481756 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1r. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şıbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il arayışın surətindən görünür ki, X4 xx.xx.1955-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş İİ-İE seriyalı, 261903 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdul-zadə X9 xx.xx.1967-ci il tarixində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AR Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsi üzrə 1900-cu ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X7 təhvil verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Qeydiyyat şıbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçinin valideynləri X2 və Qurbanova (Teymurova) Ağabacının doğum akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədlər təqdim edilməlidir.Doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədin əslini təqdim etmədiyi üçün xahişin təmin edilməsi imkan xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi Abdul-zadə X5 adına 123 nömrəli kitabda, 2 nömrəli səhifədə xx.xx.1961ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçinin xx.xx.2022-ci il tarixli müraciətinə əsasən xx.xx.1967-ci il tarixdə vəfat etmiş Abdul-zadə X5 adına V-352/2022 saylı vərəsəlik işi açılmışdır. Vərəsəlik işi ilə əlaqədar atası X2 Abdul-zadə X9 ilə qohumluq sənədini təsdiq edən sənəd olmadığı üçün qohumluq faktı ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Sözügedən Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası X4 xx.xx.1967-ci ildə vəfat etmiş Abdul-zadə X5 doğma oğlu olmuşdur.Odur ki, ərizəçi haqlı olaraq, mərhum Abdul-zadə X5 onun nənəsi olduğunu iddia edir. İsmayıllı rayonu Lahıc qəsəbəsi üzrə 1900-cu ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X7 təhvil verilmədiyi üçün ərizəçi əsaslı olaraq, məhkəməyə müraciət etmiş və bu fakt məhkəmə araşdırılması zamanı öz əksini tapmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1878-ci ildə anadan olmuş və xx.xx.1967-ci ildə vəfat etmiş Abdul-zadə X5 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5292/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5292/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver