Məhkəmə qərarları › İş №2(004)-530/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-530/2023

20.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-530/2023 20.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh "X50" MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 İsmayılləddin oğlunun, onun nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X18 və X12 cəlb edilməklə cavabdehlər "X50" MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "X50" MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə digər Cavabdeh1 MMC arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzilin satılmasına dair bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdə X15 ilə rəsmi nikaha daxil olmuşdur. X15 xx.xx.2012-cil tarixdə vəfat etmişdir. İddiaçının mərhum əri ölümündən əvvəl xx.xx.2007-ci il tarixdə cavabdeh şirkətlə müqavilə bağlamış, müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzil sonuncunun mülkiyyətinə verilməli idi. Bu məqsədlə Rəfail Həsənov əvvəlcədən cavabdeh şirkətə 25.100 ABŞ dolları ödəniş etmiş, lakin cavabdeh binanın inşasını yubadaraq vaxtında başa çatdırmamışdır. Daha sonra şirkət rəhbərliyi xx.xx.2013-cü il tarixdə Yeni Yasamal ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzilin İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı onunla yeni müqavilə bağlamışdır. Lakin buna baxmayaraq cavabdeh şirkət sözügedən mənzili iddiaçının mülkiyyətinə verməkdən yayınmış, bu səbəbdən də İddiaçı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-556/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı mənzilin “payçı” İddiaçı təhvil verilməsinə dair müqavilə öhdəliyinin yerinə yetirilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, icrası üçün Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. İcra hərəkətləri aparılan zaman sözügedən mənzilin cavabdeh tərəfindən başqa bir şəxsə - Cavabdeh2 da satıldığı məlum olmuşdur. Yuxarıda da qeyd olunduğu kimi mənzil ilk olaraq iddiaçının ərinə satılmış, onun vəfatından sonra digər Cavabdeh2 satılmış, daha sonra isə iddiaçı ilə müqavilə bağlanmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC ilə digər Cavabdeh2 arasında Bakı şəhəri, Yeni Yasamal ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 ibarət olan 1 otaqlı mənzilə dair bağlanmış 11 fevral 2013-cü i il tarixli müqavilənin etibarsız sayılması, Cavabdeh2 həmin mənzildən çıxarılması və İddiaçı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh2 İsmayılləddin oğlunun nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən binanın 7-ci mərtəbəsində 2 ədəd ümumi sahəsi 50.2 m2 olan 1 otaqlı mənzil vardır. Onlardan biri hazırda 41 saylı mənzil Cavabdeh2 İsmayılləddin oğluna, digəri isə 45 saylı mənzil Heyran Həsənovaya təhvil verilmişdir. Cavabdeh2 İsmayılləddin oğlu həmin mənzildə 2016-cı ildən təmir işləri aparmış, 2018-ci ildən isə yaşamağa başlamışdır. Həmin mənzillərlə bağlı müqavillələrdə mənzil nömrələri qeyd edilməmişdir. Belə olan təqdirdə hazırkı iddia tələbinin Cavabdeh2 İsmayılləddin oğluna qarşı verilməsi əsaslandırılmamışdır. Belə ki, nəyə görə məhz Cavabdeh2 İsmayılləddin oğlunun mənzilinin iddiaçının ərinə, sonra isə özünə satıldığı barədə qənaətə gəlinməsi ilə bağlı heç bir dəlil göstərilməmişdir. Sadəcə olaraq icra hərəkətləri zamanı məlum olduğu bildirilmişdir. Bu səbəbdən hesab edir ki, iş üzrə Cavabdeh2 İsmayılləddin oğlu əsl cavabdeh deyildir. Bundan başqa iddia tələbində qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-556/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50.2 m2 olan 1 otaqlı mənzilin "payçı" İddiaçı təhvil verilməsinə dair müqavilə öhdəliyinin yerinə yetirilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bununla bağlı bildirir ki, həmin iş üzrə Cavabdeh2 İsmayılləddin oğlu tərəf kim cəlb edilməmişdir. Həmçinin məhkəmə qətnaməsinin nə nəticə, nə də əsaslandırıcı hissələrində mənzilin nömrəsi qeyd edilmişdir. Həmçinin məhkəmə qətnaməsinin əsaslandırma hissəsindən aydın olur ki, mənzilin mövcudluğu, yeri, həqiqətən də iddia tələbində göstərilən ünvanda eyni ölçülərə malik mənzillin inşa edilib-edilməməsi, həmin ölçülərdə neçə mənzilin inşa edildiyi, iddiaçıya hansı mənzilin verilməli olması ilə bağlı araşdırma aparılmamışdır. Təsadüfi deyil ki, məhkəmə qətnaməsinin icrası bu səbəbdən mümkünsüz olmuşdur. Eyni zamanda iddia tələbində qeyd edilmişdir ki, Cavabdeh2 İsmayılləddin oğlunun mülkiyyətində olan mənzillə bağlı ilk olaraq "xxxx" MMC ilə onun mərhum əri arasında müqavilə bağlanmış, onun ölümündən sonra isə müqavilə onun özü ilə bağlanmışdır. Lakin həmin müqavilələrin surəti iddia ərizəsinə əlavə edilmişdir ki, "xxxx" MMC ilə X13 arasında bağlanması iddia edilən 31 avqust 2007-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50.2 m2 olan 1 otaqlı mənzil alıcının mülkiyyətinə verilir. Mənzilin dəyəri, hər kvadratmetr sahə üçün 500 ABŞ dolları olmaqla, 25.100 ABŞ dolları və ümumi məbləğin 100 faizinin əvvəlcədən ödənilməsi müəyyən edilmişdir. Buna baxmayaraq, həmin müqavilə üzrə maliyyə arayışı təqdim olunmamışdır. Əvəzində isə 31 avqust 2007-ci il tarixli kassa mədaxil orderi təqdim edilmiş, həmin kassa mədaxil orderində isə ev almaq üçün 19, 14 saylı müqavilələr üzrə 40.200 ABŞ dollarının kassaya mədaxil edildiyi göstərilmişdir. Kassa mədaxil orderindən məlum olur ki, qeyd edilən məbləğ iki müqavilə (19 və 14) üzrə ödənilmişdir. Bu isə o deməkdir ki, X13 iki mənzil almışdır. Hazırkı kassa mədaxil orderi isə mənzillərə görə onun borcunun olub-olmamasını təsdiq edə bilməz. "xxxx" MMC ilə X13 arasında bağlanması iddia edilən 31 avqust 2007ci il tarixli müqavilənin və 31 avqust 2007-ci il tarixli kassa mədaxil orderin saxta olması ilə bağlı əsaslı şübhələr vardır. Belə ki, "xxxx" MMC-nin vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, sözü gedən xx.xx.2007-ci il tarixli müqavilə MMC-nin məlumatlarında aşkar edilməmişdir. Bundan başqa 31 avqust 2007-ci il tarixli müqavilə və 31 avqust 2007-ci il tarixli kassa mədaxil orderində olan möhürlərlə Cavabdeh2 İsmayılləddin oğlu və iddiaçının adına olan müqavilələrdəki möhürlər arasında fərqlər mövcuddur. Həmçinin 31 avqust 2007-ci il tarixli kassa mədaxil orderində ilk öncə 19, sonra isə 14 saylı müqavilənin nömrəsinin yazılması, rəqəmlərin yazılışında açıq-aşkar görünən xətt fərqləri "14" rəqəminin sonradan başqa şəxs tərəfindən orderə yazıldığına dəlalət edir. Həmçinin müqavilə və orderdəki rəhbər şəxs qrafasının qarşısındakı imzaların həqiqətən də Məmmədov E.A tərəfindən icra edilib-edilməməsi də yoxlanılmalıdır. Bundan başqa cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50.2 m2 olan 1 otaqlı mənzili 11 fevral 2013-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 İsmayılləddin oğluna, 10 oktyabr 2013-cü il tarixili müqaviləyə əsasən isə iddiaçıya təhvil vermək barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, ilkin müqavilə Cavabdeh2 İsmayılləddin oğlu ilə bağlanmışdır. İddaçının mərhum əri ilə bağlanmış müqaviləyə istinad edərək alıcı qismində özünü təqdim etməsi isə əsassızdır. Çünki iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə o, alıcı qismində göstərilmiş, mənzilin dəyərinin əvvəlcədən ödənilməsi və mənzilin dəyərinin 19.700 ABŞ dolları təşkil etdiyi qeyd edilmiş və maliyyə arayışı verilmişdir. İddiaçının müqaviləsində və ya maliyyə arayışında miras və ya vərəsəliklə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Müqavilə ümumi əsaslarla və fərqli şərtlərlə bağlanmışdır. Hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 452-ci maddəsi tətbiq olunmalı və iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıya mənzil təhvil verilməmiş, Cavabdeh2 İsmayılləddin oğluna isə təhvil verilmiş və Cavabdeh2 İsmayılləddin oğlu uzun müddətdir ki, həmin mənzildə yaşayır. Mülki Məcəllənin 452-ci maddəsi ilə fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət huququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında "mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil cavabdehin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin Cavabdeh2 İsmayılləddin oğlunun sahibliyinə və istifadəsinə verilməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, mülki qanunvericilik fərdi müəyyən əşyanın başqasının mülkiyyətinə verilməsi barədə iki müqavilə olduğu halda məhz bu əsasla onlardan birinin etibarsız olduğu barədə xüsusi qayda müəyyən etmir. Əksinə ikinci müqavilə üzrə əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsi birinci müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq yaranır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum əri 2007-ci ildə Cavabdeh1 MMC tərəfindən inşa edilmiş mübahisəli mənzilin yerləşdiyi yaşayış binasından 2 ayrı-ayrı müqavilələrə əsasən mənzillər almışdır. Lakin hər bir mənzilə görə mərhum ərinin hansı məbləğdə ödəniş etməsi barədə məlumatı olmamışdır. Onun tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, mərhum əri 2 mənzil üçün ödənişi nağd formada həyata keçirmişdir. Həmin mənzillərdən biri yenidən cavabdeh Cəmiyyətin özünə qaytarılmış və buna görə Cəmiyyətin onlara pul borcu qalmışdır. Onunla cavabdeh Cəmiyyət arasında qaytarılmış mənzillə bağlı yaranan pul borcuna görə ayrıca məhkəmə mübahisəsi olmuşdur. xx.xx.2012-ci il tarixdə mərhum əri vəfat etdikdən sonra digər mənzilin ona təhvil verilməsinə görə o, cavabdeh Cəmiyyətə dəfələrlə şifahi qaydada müraciət etmiş, yalnız Cəmiyyətin Elnur adlı səlahiyyətli əməkdaşının təklifi ilə əri ilə bağlanmış xx.xx.2007-ci il tarixli 14 saylı müqavilənin əsasında onunla yeni xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır. O, Elnurun təklifi ilə əri ilə bağlanmış xx.xx.2007-ci il tarixli 14 saylı müqavilənin əslini sonuncuya təqdim etmişdir. Lakin surətini özündə saxlamışdır. Əri ilə bağlanmış xx.xx.2007-ci il tarixli və onunla bağlanmış yeni xx.xx.2013-cü il tarixli müqavilədə mənzilin eyni olmaqla, 1 saylı yaşayış binasının 7-ci mərtəbəsindəki 50.2 m2 sahəsi olan 1 otaqlı mənzil kimi göstərilmişdir. Sonuncu müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair cavabdeh Cəmiyyətə qarşı olan məhkəmə mübahisəsi nəticəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-556/2021 saylı qətnaməsi qəbul edilmişdir. Hansı ki, həmin qətnaməyə əsasən xx.xx.2013-cü il tarixli müqavilə üzrə yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50.2 m2 olan 1 otaqlı mənzilin ona təhvil verilməsi öhdəliyi Cavabdeh1 MMC-yə həvalə edilmişdir. İcra zamanı isə müəyyən edilmişdir ki, ona məxsus mənzil digər Cavabdeh2 satılmışdır. Verilmiş suallara əsasən İddiaçı əlavə olaraq qeyd etmişdir ki, o, 2013-cü il tarixli müqaviləni bağlayarkən ona Cəmiyyətin əməkdaşları tərəfindən mənzil göstərilmiş və bundan sonra Cəmiyyətlə onun arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır. Bu səbəbdən də hesab edir ki, Cavabdeh2 yaşadığı mənzil ona məxsusdur. O, bağlanmış müqavilələrə əsasən dəfələrlə binaya yaxınlaşmış və mənzilini tələb etməsinə baxmayaraq Cəmiyyətin nümayəndəsi Maksim onu binaya buraxmayaraq mənzili təhvil verməkdən imtina etmişdir. Lakin nə vaxt binaya yaxınlaşdığını dəqiq xatırlamır, yalnız onu bilir ki, həmin vaxt pul tələbi ilə bağlı digər mülki iş üzrə məhkəmə baxışı davam edirdi. Hətta Polad adlı vəkili olmuş, vəkili və valideynləri ilə birlikdə binaya getmiş, lakin onları içəriyə buraxmamışlar. Hansı səbəbdən xx.xx.2007-ci il tarixli müqavilənin əslinin Cəmiyyətdə aşkar edilməməsi, həmin müqavilənin kim tərəfindən bağlanması, ödəniş qəbzlərindəki qeydlərlə bağlı məlumatı yoxdur. Çünki həmin vaxt bu işlərlə mərhum əri məşğul olmuş, o, özü qadın olaraq ərinin işlərinə qarışmamışdır. Halbuki, o, şəxsən 2007-ci il tarixli müqavilənin əslini məhkəməyə deyil, müqavilənin onun adına rəsmiləşdirilməsi üçün cavabdeh Cəmiyyətin Elnur adlı işçisinə vermişdir. 2007-ci ildə ödənişə dair kassa mədaxil orderlərinin əslini isə digər mülki iş üzrə məhkəməyə təqdim etmiş və həmin qəbzlərin sübut olaraq qəbul edilməsini xahiş edir. O, Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsində istintaq olunmuş cinayət işi üzrə zərərçəkmiş şəxs qismində müraciəti olmamışdır və proses iştirakçısı olaraq tanınmamışdır. İddiaçı məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı fərqli mənzil yəni, hazırda müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 məxsus mənzili təqdim etməsini onunla izah etmişdir ki, onunla 2013-cü ildə müqavilə bağlanarkən binada tikinti işləri davam edirdi, hesab edir ki, ona veriləcək mənzil hazır olmadığı üçün ona hazır olan mənzil göstərilmişdir. Təqdim edilən mənzilin neçənci mərtəbədə olmasını dəqiq bilmir, yalnız icra məmurunun verdiyi sənəd əsasında cavabdeh olaraq Cavabdeh2 göstərmişlər. Hesab edir ki, müqavilədə göstərilən mərtəbədə 2 eyni ölçülü mənzillərin olmasının fərqi yoxdur, belə ki, Cavabdeh2 da, onun kimi aldanılmışdır. Qeyd olunan mənzillərdən biri onundur. Çünki, 2007-ci ildə mərhum əri nağd şəkildə pul verib mənzili alıb, həmin vaxt mənzili alarkən yalnız yaşayış binasının bünövrəsi qoyulmuşdu. Mənzilin ona təhvil verilməsinə dair məhkəmə qətnaməsinin olmasına baxmayaraq icra məmuru bildirmişdir ki, icra sənədinin icrası hazırda mümkün deyil. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X34 izahatında bildirmişdir ki, iddiaçının eyni mənzilə dair iki ayrı müqaviləsi vardır. Həmin müqavilələrdən biri iddiaçının əri ilə xx.xx.2007-ci il tarixdə bağlanmış, digər isə xx.xx.2013-cü il tarixdə iddiaçının özü ilə bağlanmışdır. Hətta məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 50 kv.m sahəsi olan 1 otaqlı mənzil iddiaçıya cavabdeh "X50" MMC tərəfindən təhvil verilməlidir. İcra məmuru tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən etmişlər ki, həmin mənzil digər Cavabdeh2 satılmışdır. Qətnaməyə əsaslanaraq Cavabdeh2la bağlanmış müqavilənin etibarsızlığını tələb edir. Həmin mərtəbədə yerləşən hansı mənzilin onlara təhvil veriləcəyi onlara aidiyyəti yoxdur. İddia tələbinin Cavabdeh2 qarşı irəli sürülməsinin hüquqi əsası kimi icra məmuru tərəfindən tərtib edilmiş aktdır. Məhkəmə tərəfindən dəqiqləşdirmə verilməsi ilə bağlı təkliflə razı deyil və hazırki iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "X50" MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 2009-cu ildən Cəmiyyətin təsisçisidir. Cəmiyyətin vəzifəli şəxsləri olan X27 və X5 yaşayış binasında 160 mənzili 200-dən çox ayrı-ayrı şəxslərə qanunsuz satmaları ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cinayət işi ilə bağlı Cəmiyyətin möhürü istintaq orqanına akta əsasən təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Ona görə də hazırda yeni qanuni təmsilçinin təyin edilməsində çətinliklər yaranmış və mümkünsüz olmuşdur. MMC-nin ilk direktoru (qanuni təmsilçisi) isə X27 olmuşdur. İddiaçı ilə bağlanması iddia edilən və məhkəməyə surəti təqdim olunan xx.xx.2007-ci il tarixli 14 saylı müqavilədən ümumiyyətlə məlumatı yoxdur və həmin müqavilə Cəmiyyətdə aşkar edilmir. Eləcə də qeyd edir ki, o, 2009-cu ilin yanvar ayında Cəmiyyətin təsisçilərindən olan X16 pay alaraq təsisçilərdən biri olmuşdur. xx.xx.2007-ci il tarixli 14 saylı müqaviləni imzalayan və “X50" MMC-nin direktoru kimi göstərilən Elşən Məmmədov adlı şəxsi tanımır, həmin adda MMC-nin nə təsisçisi, nədə vəzifəli şəxsi olmuşdur. Bu faktı ona görə əminliklə qeyd edir ki, Cəmiyyətin təsis sənədlərinə əsasən Elşən Məmmədov adlı şəxs olmayıbdır. Bundan əlavə o, təsisçi olmamışdan əvvəl ilk vaxtlarda binaya mühafizəçi təyin olunmuş və gedişatdan məlumatlı olmuşdur. İddiaçı isə ümumiyyətlə tanımamış, iddiaçının 2013-cü ildə onun yanında olması və binaya onun tərəfindən buraxılmamasına dair iddiası tamamilə yalan olmaqla həqiqəti əks etmir. Əks halda iddiaçı onu məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı tanıyardı, belə ki, yerli baxış zamanı iddiaçı onu tanımamışdır. Cavabdeh Cəmiyyətin nümayəndəsi məhkəmənin təklifi ilə iddiaçı tərəfindən təqdim edilən xx.xx.2007-ci il tarixli müqavilənin surətini nəzərdən keçirərək bir daha bildirmişdir ki, iddiaçının əri ilə bağlanması iddia edilən müqavilədə Cəmiyyətin adından imza edən Elşən Məmmədov adlı əməkdaşı olmamışdır. O, həmçinin İddiaçı özü ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləni də nəzərdən keçirərək bildirmişdir ki, sonuncu müqavilədə olan imza isə Elnur Məmmədovun imzası deyildir. Hesab edir ki, həmin müqaviləni iddiaçıya təsisçilərdən biri olan X35 vermiş, imzanı da yəqin ki, sonuncu özü çəkmişdir. Hazırda Aqil və Elnur törətdikləri həmin qanunsuz əməllərinə görə cəza çəkirlər. Göründüyü kimi İddiaçı onlar tərəfindən aldanılmışdır. Cinayət işi ilə bağlı araşdırma zamanı hazırkı iddiaçı isə zərərçəkmiş şəxs kimi tanınmamışdır. 2013-cü il tarixli müqavilə ilə bağlı iddiaçını görməmişdir, müqavilə ilə bağlı pul almamışdır ki, müqaviləni qəbul etsin. Lakin digər Cavabdeh2la bağlanmış müqavilə Cəmiyyətin səlahiyyətli nümayəndəsi olan X27 tərəfindən bağlanmaqla onun özü tərəfindən də imzalanmışdır. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, 2009-cu ildən o, təsisçi kimi Cəmiyyətin fəaliyyəti ilə bağlı ətraflı məlumatı olmuşdur. Belə ki, həmin ildən Cəmiyyətin dörd təsisçisi olmuş, yaşayış binası isə iki blokdan ibarət olduğu üçün təsisçilər öz paylarını aralarında bölüşdürmüşlər. Razılaşmaya əsasən hər blok iki təsisçi tərəfindən idarə edilmiş, 1-ci bloka o, özü və Aqil Qədirov, 2-ci bloka isə Fariz Nuriyev və Mübariz İbrahimov nəzarət etmişdir. Mübahisəli mənzil isə onun nəzarət etdiyi bloka aiddir. Binanın layihəsinə əsasən 7-ci mərtəbədə iki ədəd eyni ölçülü 50 kv.m sahəsi olan bir otaqlı mənzillər vardır. Həmin mənzillərdən biri 2013-cü ilin fevral ayında digər Cavabdeh2 satılmış, o, həmin mənzildə 2015-2016-cı illər ərzində təmir işləri aparmış, 2016-cı ildən daimi olaraq mənzildə yaşayır və kommunal xidmətlərə görə pul ödəyir. Digər eyni ölçülü mənzili isə 2007-ci ildə Heyran adlı şəxs almış, daha sonra isə mənzilini hazırda orada yaşayan İlhamə adlı şəxsə satmışdır. Ümumilikdə isə binanın layihəsinə görə 50 kv.m sahədən aşağı ölçüdə binada mənzil mövcud deyildir. Göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İsmayılləddin oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, etiraz ərizəsində mövqeyini ətraflı bildirmişdir və etirazında göstərilənləri bir daha təsdiq edir. Həmçinin əlavə olaraq bildirir ki, hüquqlarını təmsil etdiyi Cavabdeh2 hazırki iş üzrə cavabdeh olmasına dair mötəbər sübut yoxdur. İddiaçı tərəfin iddiasına görə, icra işi üzrə tərtib edilmiş akta əsasən mənzil Cavabdeh2 satıldığından o, cavabdeh qismində cəlb edilmişdir. İddiaçının bu mövqeyi ilə razılaşmır, çünki, icra məmuru tərəfindən tərtib edilmiş aktda yalnız göstərilmişdir ki, icra sənədində mənzilin nömrəsi göstərilməyib və eyni mərtəbədə iki eyni ölçülü mənzil var, hansı ki, iki ayrı-ayrı şəxslərə satılmışdır. Dolayısı ilə icra sənədinin real olaraq icrası mümkün olmamışdır. Yəni, aktda birbaşa göstərilməmişdir ki, iddiaçıya məxsus mənzil məhz Cavabdeh2 satılmışdır. Həmin evlərdən hansının iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Ona görə də hesab edir ki, iddiaçı bu mövqeyini kifayət qədər mötəbər əsaslandırmadığından əsassız hesab edilərək rədd edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh2 İsmayılləddin oğlunu hazırki iş üzrə əsl cavabdeh saymır. Bundan başqa iddiaçı 2013-cü il tarixli müqavilənin bağlanma əsası kimi 2007-ci il müqaviləyə istinad etsə də, həmin müqavilənin əsli yoxdur. Buna görə onu sübut kimi qəbul etməyərək münasibət bildirmək istəmir. Eyni zamanda 2007-ci il müqavilənin 2013-cü il müqavilə ilə bağlılığına dair iddiaçı tərəf məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, 2017-ci il tarixli müqavilə iddiaçının əri ilə bağlanmışdır, 2013-cü il tarixli müqavilə isə iddiaçının özü ilə, buna baxmayaraq iddiaçı mərhum ərinin vərəsəsi olaraq həmin müqaviləni bağlamasını təsdiq edən sübut təqdim etməmişdir. Sonuncu müqavilədə isə mənzilin iddiaçıya vərəsəlik qaydasında keçməsi və ya 2007-ci il tarixli müqavilə üzrə bağlanmasına dair qeyd aparılmamışdır. Göstərilənlərlə yanaşı iddiaçının təqdim etdiyi 2013-cü il tarixli müqavilə ilə 2007-ci il tarixli müqavilədə mənzilin dəyəri ilə bağlı olan rəqəmlər fərqlidir. 2007-ci ildə 25 min dollara satılmış mənzil, 2013-cü il tarixli müqavilədə onun dəyəri 19.100 dollar olaraq göstərilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi qəbzdəki əlyazma ilə düzəlişdən görünür ki, mənzilin nömrəsi əvvəlcə başqa nömrə yazılmış, sonra 2007-ci il tarixli müqavilədəki nömrəyə düzəliş edilmişdir. Qəbzdə 19 sayından sonra vergül qoyularaq 14 sayı yazılmışdır. Hesab edir ki, qəbzdə 14 sayı sonradan yazılaraq əlavə edilmiş rəqəmdir. Hətta qəbzlərdən fərz edilsə ki, 41.100 dollara iki mənzil alınmışdır, müqavilədəki qiymətə 25.100 dollara 50 m2 ev alındığı halda, 16 min dollar isə qalıq qalır ki, həmin pula isə 50 m2 ev almaq mümkün olmaz. Çünki həmin binada 50 m2 sahədən aşağı ölçüdə mənzil olmamışdır. Buradan belə qənaətə gəlir ki, 19 saylı mənzil alınmış və həmin mənzilə görə 41 min dollar pul ödənilmişdir. Sadəcə sonra MTK-ya geri qaytarılmış və pulu tələb etmişlər. Pulu qaytara bilməyən MTK-nın hansısa şəriki və ya kimsə onlara müqavilə verib ki, 19100 dollara ona ev verir, qalan pulunu da geri verəcəkdir. İddiaçının da özünün qeyd etdiyi kimi, 2015-ci il məhkəmə mübahisə ilə qalan pullarını MTK-dan tələb etmişlər. Eləcə də 2007-ci ildə bağlanması ehtimal edilən müqavilənin əsli yoxdur, məhkəmə tərəfindən vergi orqanına verilmiş sorğuya cavabdan da görünür ki, 2007-ci il tarixli müqaviləni imzalayan şəxsin adı MTK-nın rəsmi nümayəndələrindən deyildir. Odur ki, göstərilənlərə əsasən iddiaçının təqdim etdiyi 2007-ci il tarixli müqavilənin mötəbər sübut kimi qəbul edilməməsini məhkəmədən xahiş edir. İddiaçının istinad etdiyi xx.xx.2013-cü il tarixli müqavilə isə ümumi əsaslarla bağlanmışdır. Sübut olaraq təqdim edilmiş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində isə xx.xx.2007-ci il müqaviləyə istinad yoxdur. Sadəcə məhkəmə həmin qətnamədə xx.xx.2013-cü il tarixli müqaviləyə baxaraq hüquqi qiymət vermişdir. Lakin həmin qətnamədə mənzilin hansı mənzil olması müəyyənləşdirilməyib, 2007-ci il tarixli müqaviləyə münasibət bildirilməyib. Hətta bildirilməyib ki, 2013-cü il tarixli müqavilə 2007ci il tarixli müqavilənin davamıdır. Mövcud məhkəmə təcrübəsinə əsasən indiki halda iddiaçı cavabdeh "xxxx" MMC-dən ona dəymiş zərəri istəyə bilər. Mənzilin Cavabdeh2 daha öncə təhvil verilməklə onun faktiki istifadəsində olduğunu nəzərə alaraq, onun mənzildən çıxarılma tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar kateqoriyalı işlər üzrə qəbul etdiyi qərarlara əsasən formalaşdırılmış məhkəmə təcrübəsinə əsasən müəyyənləşdirilmişdir ki, mənzil birinci hansı tərəfə verilibsə və onun faktiki istifadəsindədirsə müqavilənin hansının öncəliklə bağlanması heç bir əhəmiyyət daşımır. Sadəcə subyektiv hüquqa malik şəxs MTK-dan dəymiş zərərin əvəzini tələb edə bilər. Buna baxmayaraq cavabdeh mənzili daha əvvəl, yəni 11 fevral 2013-cü il tarixdə almış, iddiaçı tərəf isə 10 oktyabr 2013-cü il tarixdə almışdır. İlkin alıcı Cavabdeh2 İsmayılləddin oğludur, hətta mənzil ilkin ona təhvil verilmiş və faktiki yaşamaqla mülkiyyətindədir. Yerli baxış zamanı da iddiaçı Cavabdeh2 İsmayılləddin oğlunun mənzilini deyil, başqa bir mənzilin ona məxsus olmasını göstərmişdir. Dolayısı ilə bir daha təsdiq olunur ki, Cavabdeh2 məxsus mənzil iddiaçının iddia etdiyi mənzil deyildir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İsmayılləddin oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, nümayəndəsi və vəkilinin verdiyi izahatı təsdiq edir. Həmçinin bildirir ki, iddiaçı onun binaya buraxılmamasını bildirsə də, o, həmin binaya 2-3 il ərzində təmirlə əlaqədar gəlib-getmişdir. Binaya girib-çıxmaq hər kəs üçün sərbəst olmuş, heç kimin binaya giriş-çıxışı qadağan edilməmişdir. İddia tələbi əsassızdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, İlhamə ilə rəsmi nikahdadır, yerli baxış zamanı iddiaçının göstərdiyi mənzil arvadı X12 ilə mənzilin ilkin mülkiyyətçisi X18 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmışdır. Hazırda mənzildə ailə üzvləri ilə birlikdə orada yaşayırlar. İlkin mülkiyyətçi tərəfindən onlara onunla MTK arasında 2007-ci ildə bağlanmış müqavilənin əsli təhvil verilmişdir. Həmin müqavilədən görünür ki, onlara aid mənzilin nömrəsi konkret olaraq göstərilmişdir. Belə ki, alğı-satqı müqaviləsi ilə ünvan 4 ünvanında inşa edilən 7-ci mərtəbədə yerləşən 45 saylı mənzili arvadı X12 almışdır. İddia tələbi hazırda onun hüquqlarına toxunmadığından cavabdehlərə münasibətdə təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq o, xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC-yə məxsus mənzili satmışdır. Hazırkı iddia tələbi heç cür onun maraqlarına toxunmur. Həmçinin növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan -Yasamal rayon Məhkəməsinin 2(004)-556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzilin “payçı” İddiaçı təhvil verilməsinə dair müqavilə öhdəliyinin yerinə yetirilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Qətnamədən şikayət verilməmiş və qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmçinin qətnamənin təsviri-əsasladırıcı hissəsindən müəyyən edilir ki, İddiaçı iddia tələbində xx.xx.2007-ci il tarixli müqaviləyə istinad etməklə, mənzilə görə mərhum əri tərəfindən 25.100 ABŞ dollar ödənilməsini və həmin müqavilə əsasında xx.xx.2013-cü il tarixli onunla yeni müqavilə bağlamasını göstərməsinə baxmayaraq bu fakta hüquqi qiymət verilməmiş və yalnız xx.xx.2013-cü il tarixli müqaviləyə istinad edilərək iddia tələbi təmin edilmişdir. Məhkəmənin icraatında olmuş 2(004)-556/2021 saylı mülki iş materialları məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edildi ki, xx.xx.2013-cü il tarixli müqavilənin, maliyyə arayışının və xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin əsilləri, xx.xx.2007-ci il tarixli müqavilənin isə əsli deyil surəti işə əlavə edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli, 14 nömrəli müqavilənin surətinə əsasən müəyyən edilir ki, həmin müqavilə satıcı qismində "xxxx" MMC ilə alıcı qismində X13 arasında bağlanmış və müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzili 24 ay ərzində alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində hər m2 üçün 500 ABŞ dolları olmaqla, mənzilin ümumi dəyəri olan 25.100 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq edilmiş surətinə (həmçinin 2(004)-556/2021 saylı mülki iş materiallarında olan əslinə) əsasən müəyyən edilir ki, X13 19 və 14 saylı müqavilələr üzrə 40.200 ABŞ dollar ödəniş etmişdir. Qəbz "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmiş, lakin yalnız baş mühasib qrafası naməlum şəxs tərəfindən imzalanmışdır. - iş materiallarında olan satıcı qismində "xxxx" MMC ilə alıcı qismində İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətinə (həmçinin 2(004)- 556/2021 saylı mülki iş materiallarında olan əslinə) əsasən müəyyən edilir ki, satıcı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzili 24 ay ərzində alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində hər m2 üçün 394 manat olmaqla, mənzilin ümumi dəyəri olan 19.700 manat ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 159 nömrəli maliyyə arayışının surətinə (həmçinin 2(004)-556/2021 saylı mülki iş materiallarında olan əslinə) əsasən müəyyən edilir ki, İddiaçı bağlanmış müqaviləyə əsasən ünvan 4ndə inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzil üçün şirkətə borcu yoxdur. - Yasamal Rayon Məhkəməsinin 2(004)-556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal rayon İcra şöbəsində toplanmış icra işi materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, icra məmurları məhkəmənin icra sənədinin icrasının təmin edilməsi məqsədilə qeyd olunan ünvana getmiş, lakin "xxxx" MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan iki ədəd mənzilin mövcud olduğu və onlardan birinin xx.xx.2007-ci il tarixli müqavilə üzrə X17, digərinin isə xx.xx.2013-cü il tarixli müqavilə üzrə Cavabdeh2 verilməsi aşkar edilmişdir. İcra sənədində tələbkara hansı nömrəli mənzilin təhvil verilməsi göstərilmədiyindən icra sənədinin icrası mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixli qərarla icra sənədi geri qaytarılmışdır. - satıcı qismində "xxxx" MMC ilə alıcı qismində X18 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 19 nömrəli müqavilənin surətinə əsasən müəyyən edilir ki, satıcı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzili 24 ay ərzində alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində hər m2 üçün 500 ABŞ dolları olmaqla, mənzilin ümumi dəyəri olan 25.100 ABŞ dolları əvvəlcədən 100 faiz olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İcra işi materiallarında olan X8 adına "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 18 saylı maliyyə arayışından isə müəyyən edilir ki, ona məxsus mənzilin nömrəsi 45 saylı qeyd edilməklə, mənzilin tam dəyərinin ödənildiyi və şirkətə borcunun olmadığı göstərilmişdir. X8 adına bağlanmış müqavilə ilə İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il tarixli, 14 nömrəli müqavilənin surəti müqayisəli təhlil edildikdə müəyyən edilir ki, eyni tarixli hər iki müqavilədə "xxxx" MMC-nin adından imzalanmış imzalar vizual görünüşə əsasən aşkar surətdə tamamilə fərqli olmaqla uyğunluq təşkil etmir. Müqavilələrdən həmçinin müəyyən edilir ki, xx.xx.2007-ci il tarixli 19 saylı müqavilə Reyhan Həsənova ilə "xxxx" MMC-nin adından onun direktoru X27 tərəfindən bağlanmaqla imzalanmış, xx.xx.2007-ci il tarixli, 14 nömrəli müqavilə isə Rəfail Həsənov ilə "xxxx" MMC-nin adından direktor X29 tərəfindən bağlanmaqla imzalanmışdır. - satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətinə əsasən müəyyən edilir ki, satıcı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzili 24 ay ərzində alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində hər m2 üçün 450 manat olmaqla, mənzilin ümumi dəyəri olan 22.590 manat ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 37 nömrəli maliyyə arayışının surətinə əsasən müəyyən edilir ki, Cavabdeh2 bağlanmış müqaviləyə əsasən ünvan 4ndə inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzil üçün şirkətə borcu yoxdur. - "xxxx" MMC tərəfindən verilmiş 202/22 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən müəyyən edilir ki, Cavabdeh2 hazırda "xxxx" MMC-nin 1 saylı binasında 7-ci mərtəbəsində, 41 nömrəli mənzildə yaşayır. - Cavabdeh2 vəkilinin sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı iki mənzil mövcuddur. Həmin mənzillərlə bağlı 2007-ci ildə Heyran Həsənova ilə, 2013-cü ildə Cavabdeh2la müqavilə bağlanmışdır. Həmin mənzillərdən 41 saylı mənzil 2016-cı ildə Cavabdeh2, 45 saylı mənzil isə Heyran Həsənovaya təhvil verilmişdir. Cavabdeh2 2016-cı ildən 41 saylı mənzildə təmirə başlamış, 2018-ci ildən isə həmin mənzildə yaşayır. X15 ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixli 14 saylı müqavilə bağlanması barədə MMC-nin dislokasiya məlumatlarında heç bir qeyd aşkarlanmamışdır. - birinci tərəfdən X18 ilə ikinci tərəfdən X6 adından Nümayəndə2 arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, X18 ünvan 4 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı 45 nömrəli mənzili X7 45.000 manata satmışdır. -məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktublarla məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin qeydiyyata alındığı xx.xx.2007-ci il tarixdən hazırkı tarixədək təsisçiləri və rəhbərləri barədə məlumatları əks etdirən dövlət reyestrindən çıxarışlardan müəyyən edilir ki, qeydiyyata alındığı xx.xx.2007-ci il tarixdə Cəmiyyətin təsisçisi və direktoru X30 olmuşdur. Daha sonra xx.xx.2008-ci il tarixdə edilmiş dəyişikliyə əsasən X35, X22 və X30 təsisçi, X27 isə qanuni təmsilçi kimi qeydiyyatdan keçmişlər; xx.xx.2008ci il tarixdə edilmiş dəyişikliyə əsasən X39 təsisçi kimi əlavə edilmiş; xx.xx.2009-cu il tarixdə edilmiş dəyişikliyə əsasən X19, Nümayəndə1, X20 təsisçi kimi əlavə edilmiş, X39 təsisçi siyahısından çıxarılmış; xx.xx.2020-ci il tarixdə edilmiş dəyişikliyə əsasən X19 təsisçi siyahısından çıxarılmış; xx.xx.2010-cu il tarixdə edilmiş dəyişikliyə əsasən təsisçi X3 Fərhad Rauf oğlu ilə əvəz edilmiş; xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən təsisçi Nümayəndə1 təsisçilər siyahısından çıxarılmış, qanuni təmsilçi olaraq X27 ilə yanaşı X31 əlavə edilmiş; xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən X27 qanuni təmsilçi qismində qeydiyyatdan çıxarılmış və yalnız X31 qanuni təmsil qismində saxlanılmışdır. Məktublarla həmçinin müəyyən edilir ki, "xxxx" MMC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin məhkəmənin sorğusuna əsasən xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, İstintaq idarəsində X24 AR CM-nin 178.3.2, 308.2, 311.3.2, 313 və 320.1-ci maddələri, X21 AR CM-nin 178.3.2, 308.2, 311.2 və 313-cü maddələri, Nümayəndə1 AR CM-nin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2, və 313-cü maddələri, X11 AR CM-nin 32.5, 308.1, 32.5, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı Məzəffər qızı və Cavabdeh2 İsmayılləddin oğlu zərərçəkmiş şəxs qismində tanınmamışdır. Cəmiyyətə məxsus bir ədəd möhür X21 və X24 təqsirləndirilmələrinə dair cinayət işinə əlavə edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. - məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının fasadında tamamlama işləri aparılmış, mərtəbələr üzrə döşəmələr qurulmuş, liftlərin quraşdırılması və işə buraxılması həyata keçirilmişdir. Binanın 1-ci blokunun 7-ci mərtəbəsinə qalxdıqda dəhliz vasitəsi ilə geniş sahəyə daxil olunur. Yerli baxış zamanı iştirak edən İddiaçı təklif edildi ki, ona satılması iddia edilən mənzili göstərsin, bundan sonra o, 45 saylı mənzili göstərərək ona məxsus olduğunu bildirmişdir. İddiaçının göstərdiyinə əsasən ona verilməli mənzil dəhliz vasitəsilə geniş sahəyə daxil olunduqda sol tərəfdə yerləşən 45 saylı 1-ci mənzildir. Həmin 45 saylı mənzilin girişinə dəmir seyf qapı yerləşdirilmişdir və qapı bağlı vəziyyətdədir. Qapı döyülsə də, qapını açan şəxs olmamışdır. “X50" MMC-nin nümayəndəsi kommunal ödənişlə bağlı hesab faktura təqdim edərək, iddiaçının göstərmiş olduğu 45 saylı mənzildə X4nın yaşamasını və mənzilin sahəsinin 50.2 kv.m olduğunu bildirmişdir. İddiaçının göstərmiş olduğu 45 saylı mənzildən sonra saat əqrəbi istiqamətində sağ tərəfdən ardıcıllıqla 46; 47 və 48 saylı mənzillər yerləşir. Ümumilikdə isə 45; 46; 47 və 48 saylı mənzillər dəhliz vasitəsilə geniş sahəyə daxil olunduqda sol tərəfdə yerləşir. Dəhliz vasitəsilə geniş sahəyə daxil olunduqda sağ tərəfdə isə 41; 42; 43 və 44 saylı mənzillər yerləşir. Geniş sahəyə daxil olunduqda sağ tərəfdə birinci mənzil 41 saylı mənzildir. 41 saylı mənzildən sonra saat əqrəbinin əks istiqamətində sol tərəfdən ardıcıllıqla 42; 43 və 44 saylı mənzillər yerləşir. Cavabdeh2 istifadəsində olan mənzil isə 41 saylı mənzildir. Ümumilikdə isə 7-ci mərtəbədə yerləşən bütün mənzillərin girişinə dəmir seyf qapı yerləşdirilmişdir və qapılar bağlı vəziyyətdədirlər. Cavabdeh2 istifadəsində olan 41 saylı mənzildə isə hazırda yaşayış var, 41 saylı mənzilə giriş qapısını açaraq daxil olduqda dar dəhliz başlanır. Dəhlizin sağ tərəfində sanuzel, qarşı tərəfdə mətbəx, sol tərəfdə isə bir otaq yerləşir. Cavabdeh "X50" MMC-nin nümayəndəsi Nümayəndə1 bildirdiyinə əsasən 7-ci mərtəbədə yerləşən mənzillərin sahəsi aşağıdakı kimidir: 41 saylı mənzil - 50,2 m2; 42 saylı mənzil - 96,4 m2; 43 saylı mənzil - 102,4 m2; 44 saylı mənzil - 91,4 m2, 45 saylı mənzil - 50,2 m2; 46 saylı mənzil - 96,4 m2; 47 saylı mənzil - 102,4 m2; 48 saylı mənzil - 91,4 m2 təşkil edir. Beləliklə baxış zamanı müəyyən edildi ki, İddiaçı göstərdiyi 45 saylı mənzil iş üzrə müstəqil tələb irəli sürməyən X7 məxsusdur. Beləliklə məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Müqavilədə və qətnamədə mənzilin nömrəsi qeyd edilməməmiş və qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Qətnamənin icrası zamanı və məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 m2 olan iki ədəd 1 otaqlı mənzil vardır. Hazırda yaşayış binasında mənzillər nömrələnmiş, 1-ci blokun 7-ci mərtəbəsindəki iki eyni sahəli bir otaqlı mənzillərdən biri 41 nömrəli olmaqla dəhlizdən sol tərəfdə, digəri isə 45 nömrəli olmaqla dəhlizdən sağ tərəfdə yerləşir. Hazırda 41 nömrəli mənzildə Cavabdeh2, 45 nömrəli mənzildə isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 ailə üzvləri ilə birlikdə faktiki olaraq yaşayırlar. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC eynilə qeyd olunan yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət mənzili digər Cavabdeh2 satmışdır. Mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam şəkildə ödənilməklə onun Cəmiyyətə borcu yoxdur və o, 2016-cı ildən mübahisəli mənzildə təmir işləri aparmış, 2018-ci ildən isə faktiki olaraq ailə üvzləri ilə birlikdə yaşamağa başlamışdır. Dolayısı ilə mübahisəli mənzil Cəmiyyət tərəfindən Cavabdeh2 2016-cı ilə faktiki olaraq təhvil verilmişdir. İşin bu halı mübahisəsiz olmaqla, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, Cəmiyyət tərəfindən verilmiş arayışla təsdiq olunur və iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Eyni zamanda hazırki mülki iş üzrə məhkəmə araşdırması zamanı və Yasamal Rayon Məhkəməsinin 2(004)-556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal rayon İcra şöbəsində toplanmış icra işi materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, xx.xx.2007-ci il tarixli 19 saylı müqaviləyə əsasən cavabdeh "xxxx" MMC eynilə qeyd olunan yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət digər mənzili hazırkı mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2. Mənzilin dəyəri Heyran Həsənova tərəfindən tam şəkildə ödənilməklə onun Cəmiyyətə borcu yoxdur. Bu hal Cəmiyyət tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 18 saylı maliyyə arayışına əsasən öz təsdiqini tapır. Həmin maliyyə arayışına əsasən müəyyən edilir ki, Cəmiyyət tərəfindən Heyran Həsənovaya həmin vaxt təhvil verilmiş mənzilin sıra nömrəsi 45 saylı olmuşdur. Daha sonra Heyran Həsənova ona məxsus mənzili hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X7 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satmışdır. Hazırda həmin vaxtdan 45 saylı mənzildə İlhamə Məlikova ailə üzvləri ilə birlikdə faktiki olaraq yaşayır. İşin bu halı da mübahisəsiz olmaqla iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında, 7-ci mərtəbədə yerləşən, ümumi sahəsi 50,2 m2 olan 1 otaqdan ibarət mənzilin xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum əri X9 xx.xx.2007-ci il tarixli 14 saylı müqaviləyə əsasən satıldığını, lakin inşaat işləri yubandığından mənzilin təhvil verilmədiyini, ərinin ölümündən sonra Cəmiyyətdən mənzili tələb edərkən onunla köhnə müqavilənin əsasında xx.xx.2013cü il tarixli müqavilə bağlandığını, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mənzilin ona təhvil verilməsi öhdəliyinin Cəmiyyətin üzərinə qoyulması, icra zamanı tərtib edilmiş müvafiq sənədlərə əsasən ona məxsus mənzildə digər Cavabdeh2 İsmayılləddin oğlunun yaşamasının aşkar edilməsi nəzərə alınaraq, Cavabdeh2 İsmayılləddin oğlu ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 mənzildən çıxarılaraq onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında toplanmış sübutları araşdıraraq hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini müdafiə edərkən ona əsaslanır ki, onun mərhum əri ilə cavabdeh MMC arasında mübahisəli mənzilə dair xx.xx.2007-ci il tarixli 14 saylı alğı-satqı müqaviləsi bağlanmış və həmin mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Əri vəfat etdikdən sonra isə həmin müqavilə əsasında onunla MMC arasında yenidən xx.xx.2013cü il tarixli müqavilə bağlanmışdır. Yəni onunla bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin əsasını xx.xx.2007-ci il tarixli 14 saylı müqavilə təşkil etdiyindən, mənzil ona daha əvvəl satılmışdır. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2013-cü il tarixli müqavilənin əsasının xx.xx.2007-ci il tarixli müqavilə olduğuna istinad etsə də, məhkəmə araşdırması zamanı həmin müqavilənin əsasında xx.xx.2013-cü tarixli müqavilənin bağlanmasını sübuta yetirilməmişdir. Belə ki, əvvəla xx.xx.2007-ci il tarixli 14 saylı müqavilənin əsli məhkəməyə təqdim edilməmiş, məhkəmənin icraatında olmuş digər mülki iş (2(004)-556/2021 saylı) materiallarında da aşkar edilməmişdir. İddiaçı müqavilənin əslini Cəmiyyətin vəzifəli şəxsi olmuş Elnur adlı şəxsə təhvil verilməsini iddia etsə də Cəmiyyət tərəfindən müqavilənin əslinin onlarda olması təkzib edilmişdir. Təsis sənədlərindən müəyyən edilir ki, Cəmiyyətin qanuni təmsilçisi X27 olmuşdur, hansı ki, Cəmiyyətin nümayəndəsinin izahatında bildirdiyinə görə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkir. İddiaçı izahatında məhkəmənin qətnaməsində də xx.xx.2013-cü il tarixli müqavilənin əsasının xx.xx.2007-ci il tarixli 14 saylı müqavilə təşkil etməsi faktının öz təsdiqini tapmasını iddia etməsinə baxmayaraq, Yasamal Rayon Məhkəməsinin 2(004)-556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmunundan müəyyən edilir ki, xx.xx.2007-ci il tarixli 14 saylı müqavilənin həqiqətdə mövcud olub-olmaması araşdırılmadığından ümumiyyətlə bu xüsusata hüquqi qiymət verilməmiş, yalnız xx.xx.2013-cü tarixli müqavilə üzrə mənzilin təhvil verilməsi ilə bağlı öhdəliyin icrası cavabdeh Cəmiyyətin üzərinə qoyulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, qətnamədə mənzilin nömrəsi qeyd edilmədiyindən, həmin mənzilin əlamətlərinə uyğun gələn digər mənzil sahibləri olan Cavabdeh2 İsmayılləddin oğlu və X12 2(004)-556/2021 saylı mülki iş üzrə hüquqlarına toxunan şəxs qismində cəlb edilmədiklərindən sözügedən məhkəmə qətnaməsinin onlara münasibətdə preyudisial hüquqi qüvvəsi yoxdur. Göstərilənlərlə yanaşı iddiaçı iddia edir ki, xx.xx.2007-ci il tarixli 14 saylı müqavilə üzrə tərəf olan mərhum əri Rəfail Həsənov öhdəliyini icra edərək mənzilin dəyərini tam şəkildə ödəmişdir. Bu fakt isə onun 2(004)-556/2021 saylı mülki iş üzrə təqdim etdiyi xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə öz təsdiqini tapır. İş materiallarında olan sübutlar müqayisəli şəkildə təhlil edildikdə isə müəyyən edilir ki, iddiaçının istinad etdiyi qeyd olunan kassa mədaxil orderləri ilə 40.200 ABŞ dollar vəsait 19 və 14 saylı müqavilələr üzrə ödənilmişdir. Araşdırma zamanı müəyyən edilir ki, "xxxx" MMC ilə X18 arasında mənzilin satışı ilə bağlanmış müqavilə eyni tarixli, yəni xx.xx.2007-ci il tarixli olmaqla nömrəsi 19-dur. Heyran Həsənovaya verilmiş xx.xx.2009-cu il tarixli 18 saylı maliyyə arayışına əsasən isə müəyyən edilir ki, ona satılmış mənzilin nömrəsi 45-dir. Hansı ki, məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı iddiaçı onunla xx.xx.2013-cü il tarixli müqavilə bağlanarkən Cəmiyyət tərəfindən ona təqdim edilən mənzilin 45 saylı mənzil olmasını göstərmişdir. Dolayısı ilə müəyyən edilir ki, xx.xx.2007-ci il tarixli 19 saylı müqavilə 45 saylı mənzillə bağlı olmuşdur. Hazırda isə iddiaçı eyni tarixli 14 saylı müqaviləyə istinad edərək Cavabdeh2la bağlanmış müqavilənin etibarsızlığını tələb edir. Halbuki iddiaçının istinad etdiyi onun mərhum əri Rəfail Həsənovla Cəmiyyət arasında bağlanmış xx.xx.2007-ci il tarixli 14 saylı müqavilə ilə, X18 ilə Cəmiyyət arasında bağlanmış eyni tarixli 19 saylı müqavilə müqayisəli şəkildə təhlil edildikdə görünür ki, 19 saylı müqavilə Cəmiyyətin adından X27 tərəfindən, 14 saylı müqavilə isə Cəmiyyətin adından X29 tərəfindən bağlanmışdır. Cəmiyyətin səlahiyyətli şəxsinin adından atılmış imzalara diqqət edildikdə isə vizual baxışdan aşkar şəkildə görünür ki, müxtəlifdir. Cavabdeh2la bağlanmış xx.xx.2013-cü il tarixli və İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələr də Cəmiyyətin adından X27 tərəfindən bağlanmışdır. Beləliklə müəyyən edilir ki, Heyran Həsənova ilə bağlanmış xx.xx.2007-ci il tarixli 19 saylı, Cavabdeh2la bağlanmış xx.xx.2013-cü il tarixli və İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrin hər üçü Cəmiyyətin adından X27 tərəfindən bağlanmış və hər üç müqavilədə Cəmiyyətin möhürü üzərində olan imzalar oxşarlıq təşkil edir. Məhkəmənin sorğusu ilə vergi orqanlarından təqdim edilmiş çıxarışlarla təsdiq olunur ki, Cəmiyyətin “X29” adında təsisçisi və ya qanuni təmsilçisi olmamış, X27 isə həmin tarixlərdə qanuni təmsilçi olmuşdur. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının sübut olaraq istinad etdiyi xx.xx.2007-ci il tarixli 14 saylı müqavilənin əsli mövcud olduğu təqdirdə belə, həmin müqavilənin etibarlılığı özü-özlüyündə şübhə doğurur. Məhkəmə qeyd edir ki, hər nə qədər iddiaçı onun həyat yoldaşı ilə 2007-ci ildə bağlanmış müqavilənin Cavabdeh2 ilə 2013-cü ildə bağlanmış müqavilədən daha əvvəl bağlandığını, yəni mənzilin ilkin olaraq onun mərhum ərinə, dolayısı ilə ona satıldığını və həmin müqavilənin onunla cavabdeh MMC arasında bağlanmış və mənzilin ona satılmasını təsdiq edən xx.xx.2013-cü il tarixli müqavilənin də əsası olduğunu bildirsə də, məhkəmə X13 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 14 saylı müqavilənin surətini mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə həmin müqavilənin iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin əsası kimi qəbul etmir və hesab edir ki, iddiaçı ilə cavabdeh Cəmiyyət arasında mənzilin alğı-satqısı barədə mülki hüquq münasibətləri məhz xx.xx.2013-cü il tarixli müqavilə əsasında yaranmışdır. Hansı ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də müəyyən edilir ki, xx.xx.2007-ci il tarixli 14 saylı müqavilənin xx.xx.2013-cü il tarixli müqavilənin əsas olması göstərilməmiş və yalnız xx.xx.2013-cü il tarixli müqaviləyə istinad edilərək iddia tələbi təmin edilmişdir. Qanuni qüvvəsini almış həmin qətnamə isə tərəflər İddiaçı və cavabdeh "xxxx" MMC-yə münasibətdə preyudisial hüquqi qüvvəyə malikdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə iddiaçının onunla müqavilənin daha əvvəl bağlanması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh2 oğlu ilə (xx.xx.2013-cü il) bağlanmış müqavilə iddiaçı ilə (xx.xx.2013-cü il) bağlanmış müqavilədən daha əvvəl təsadüf etdiyindən 41 saylı mənzil ilkin olaraq Cavabdeh2 satılmışdır. Məhkəmə iddiaçının iddia tələbinin məhz Cavabdeh2 qarşı irəli sürməsinin hüquqi əsası olaraq Yasamal Rayon Məhkəməsinin 2(004)-556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal rayon İcra şöbəsində toplanmış icra işi üzrə icra məmurunun tərtib etdiyi xx.xx.2022-ci il tarixli akta və qəbul etdiyi xx.xx.2022-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərara istinad etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan müvafiq sənədlərdə birbaşa olaraq iddiaçıya təhvil verilməli olan mənzilin Cavabdeh2 olması göstərilməmişdir. İcra sənədinin geri qaytarılmasına səbəb qətnamədə iddiaçıya təhvil verilməli olan mənzilin nömrəsinin göstərilməməsi, oxşar əlamətlərə uyğun iki ədəd mənzilin mövcud olması, həmin mənzillərin isə iki müxtəlif sahibinin olması, dolayısı ilə icra sənədinin icrasının mümkünsüzlüyü olmuşdur. Yəni icra məmuru iddiaçıya konkret olaraq hansı mənzilin təhvil verilməli olduğunu və ya iddiaçıya təhvil verilməli olan mənzilin hazırda kimin istifadəsində və ya mülkiyyətində olduğunu bildirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Bundan başqa iddiaçı cavabdeh qismində Cavabdeh2 cəlb etməsinə baxmayaraq, yuxarıda qeyd edildiyi kimi yerli baxış zamanı o, Cavabdeh2 istifadəsində olan 41 saylı mənzilin yox, həmin ünvanda yerləşən 45 saylı mənzilin müqavilə bağlanarkən MMC-nin əməkdaşları tərəfindən ona göstərildiyini bildirərək həmin mənzilin ona məxsus olduğunu bildirmişdir. Hansı ki, həmin mənzil cavabdeh Cəmiyyət tərəfindən X14, o isə həmin mənzili X1. X4 45 saylı mənzilə faktiki sahiblik etməklə orada yaşayır. Beləliklə, məhkəmə bütün qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırda Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmadığından buna dair iddia tələbi təmin edilə bilməz. Həmçinin hazırki mülki iş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,2 m2 olan 1 otaqlı mənzili xx.xx.2013-cü il tarixli müqavilə üzrə “payçı” İddiaçı təhvil verilməli olmasına baxmayaraq, oxşar xüsusiyyətlərə malik iki eyni mənzillər, yəni Heyran Həsənovaya münasibətdə xx.xx.2007-ci il tarixli müqavilə üzrə 45 saylı, Cavabdeh2 münasibətdə isə xx.xx.2013-cü il tarixli müqavilə üzrə 41 saylı mənzillərə sahiblik daha erkən tarixdə onlara təhvil verilmişdir. Dolayısı ilə cavabdeh Cəmiyyət onların xeyrinə müqavilə öhdəliklərini daha əvvəldən icra etmişdir. Yəni, onların mənzillər üzərindəki, eləcə də Cavabdeh2 41 saylı mənzil üzərində sahibliyi qanuni olmuşdur. İşin halları ilə təsdiq olunur ki, Cavabdeh2 41 saylı mənzildə uzun illər yaşamaqla mənzilə faktiki olaraq sahiblik etmişdir. Belə olan halda iddiaçının həmin mənzilə tələb hüququ aradan qalxır. Məhz buna görə də, 41 nömrəli həmin mənzil Cavabdeh2 əmlakı hesab edilir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlhamə Məlikova da 45 saylı mənzili alqı-satqı yolu ilə əldə etməklə həmin mənzilə qanuni sahiblik əldə etmiş və onun əmlakı hesab olunur. Eyni zamanda qeyd edilməlidir ki, müqavilədən irəli gələn hüquqlar nisbi olmaqla, yalnız onun tərəflərinə münasibətdə öhdəlik yaradır, İddiaçı ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə üzrə Cavabdeh2 tərəf olmadığından, həmin müqavilə onun üçün öhdəlik yaratmır. Ona görə də həmin mənzillərə münasibətdə təkrarən icra hərəkətləri etmək öhdəliyi yaranmır. Odur ki, məhkəmə hesab edir ki, AR MM-nin 452-ci maddəsinin tələbi baxımından iddiaçının Cavabdeh2 mənzildən çıxarılaraq onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, AR Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən iddiaçı hazırki halda öhdəliyin predmeti olan mənzilin ona verilməsini tələb etmək əvəzinə cavabdeh Cəmiyyətin təqsirli hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb edə bilər. Qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsində əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəyə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X18 və X12 cəlb edilməklə cavabdehlər "X50" MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar