Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5306/2024 03.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “borclu olmasına dair qeydin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “borclu olmasına dair qeydin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 ASC-yə borclu olmağı barədə qeydin Azərbaycan Kredit Bürosundan silinməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 70 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 ASC-dən və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-467/2015 saylı qətnaməsinə əsasən, cavabdehlər İddiaçı və X5 müştərək qaydada 5784,32 manat əsas borc, 1048,18 manat faiz borcu və həmin günə hesablanmış 105 manat dəbbə pulu olmaqla, ümumilikdə 6937,50 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumununun və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat pul vəsaitinin alınaraq "xxxx" X3 (indiki Yelo Bank ASC) verilməsi və İddiaçı tutulmalı olan məbləğin ona məxsus "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satışa çıxarılaraq satışdan əldə ailəcək vəsait hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə və onun əsasında verilmiş icra vərəqəsi xx.xx.2015-ci ildə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il rarixli, xx/xx-1674-3 saylı məktubdan görünür ki, məhkəmə qətnaməsində göstərilən tələb tam formada icra olunmuş, iddiaçıya məxsus avtomobil açıq hərracda satışa çıxarılmış və əldə olunmuş vəsait tələbkar "xxxx" X3 ödənilmişdir. Lakin Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, iddiaçının Cavabdeh1 ASC-yə 8800 manat (qalıq kredit - məbləği: 2,925,38, faiz məbləği: 10,042,50 manat) manat aktiv öhdəliyi var. Halbuki, Cavabdeh1 ASC-yə qarşı (əvvəlki Nikoyl" X4) olan öhdəlik iddiaçıya məxsus avtomobilin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qətnaməsinə əsasən açıq hərracdan satılaraq əldə edilən pul vəsaiti hesabına ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində xx.xx.2013-cü tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 ASCyə borclu olmağı barədə qeydin 5 gün müddətində Azərbaycan Kredit Bürosundan silinməsi ilə bağlı pretenziya ilə cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə pretenziya ilə müraciət etmişdir. Lakin cavabdehlər tərəfindən qeyd olunan müddət ərzində iddiaçıya heç bir cavab verilməmişdir. Hazırda iddiaçının heç bir qanuni əsas olmadan öhdəlik daşıması və barəsində" ərkəzləşdirilmiş kredit reyestrində borclu statusu olmağı barəsində məlumatın İması qanunsuz olaraq bir sıra hüquqlardan məhrum edilməsinə olmuşdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki onun adına xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 ASC-yə borclu olmağı barədə qeyd silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Avtomobil hərracda 4000 manata satılmış, həmin məbləğdən də 200 manat hərrac və qiymətləndirmə xərcləri çıxılmışdır. İddiaçının 2925 manat əsas borcu vardır. Cavabdeh2 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər İddiaçı və X5 müştərək qaydada 5784,32 manat əsas borc, 1048,18 manat faiz borcu və həmin günə hesablanmış 105 manat dəbbə pulu olmaqla, ümumilikdə 6937,50 manat borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat pulun alınaraq "xxxx" X3 verilməsi, cavabdeh İddiaçı tutulmalı olan məbləğin ona məxsus olan "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına ümumi borc məbləğinin "xxxx" X3 ödənilməsi, Borcun ödənilməsindən sonra qalan məbləğin cavabdeh İddiaçı qaytarılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 8800 manat kredit üzrə Cavabdeh1 ASC-yə qalıq kredit - məbləği: 2,925,38, faiz məbləği: 10,042,50 manat olan aktiv öhdəliyi vardır. İş materiallarında olan Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2017-ci il tarixli Açıq hərracın nəticələri haqqında protokoldan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin, Binəqədi rayon İcra Şöbəsinin xx/xx-5389-3 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus olan "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda 4000 manata X1. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi icra edilmiş halda məhkəməyə qaytarılır. İcra sənədində göstərilən tələb tam təmin olunmuşdur. Belə ki, borcluya məxsus avtomobil açıq hərrac vasitəsilə satılaraq, satışdan əldə olunan vəsait tələbkara ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 2925,38 manat, faiz borcu üzrə 4664,47 manat, cərimə borcu üzrə 6736,93 manat, əldən çıxmış fayda 1193,5 manat olmaqla, cəmi 15520,28 manat ödənilməmiş borcu- öhdəliyi vardır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclular İddiaçı və X5 müştərək qaydada 6937,50 manat məbləğin də pul vəsaitinin tutularaq "xxxx" X3 ödənilməsi qət edilmişdir. Tələb üzrə tutma İddiaçı məxsus "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Hərracın keçirilməsi haqqında 52/08 saylı, xx.xx.2017-ci il tarixli protokola əsasən İddiaçı məxsus "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil 4000 manata satılmışdır. İcra vərəqəsi üzrə nəqliyyat vasitəsinin satılması hissəsi təmin olunmuş, lakin göstərilən məbləğin ödənilməsi tam şəkildə təmin olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X5 müştərək qaydada 5784,32 manat əsas borc, 1048,18 manat faiz borcu və həmin günə hesablanmış 105 manat dəbbə pulu olmaqla, ümumilikdə 6937,50 manat borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat pulun alınaraq "xxxx" X3 verilməsi, cavabdeh İddiaçı tutulmalı olan məbləğin ona məxsus olan "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına ümumi borc məbləğinin "xxxx" X3 ödənilməsi, Borcun ödənilməsindən sonra qalan məbləğin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamənin icra edilməsinin təmin edilməsi üçün Binəqədi rayon İcra Şöbəsi tərəfindən qətnamə üzrə borcun İddiaçı məxsus "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini təmin etmək üçün avtomobilin açıq hərracda satışının təmin edilməsi ilə bağlı Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzinə xx/xx-5389-3 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubu ünvanlanmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin, Binəqədi rayon İcra Şöbəsinin xx/xx-5389-3 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus olan "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda 4000 manata X1. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 13467/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi icra edilmiş halda məhkəməyə qaytarılır. İcra sənədində göstərilən tələb tam təmin olunmuşdur. Belə ki, borcluya məxsus avtomobil açıq hərrac vasitəsilə satılaraq, satışdan əldə olunan vəsait tələbkara ödənilmişdir. Hazırda iddiaçı məhz qeyd edilən sənədə istinad edərək, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 ASC-yə borclu olmağı barədə qeydin Azərbaycan Kredit Bürosundan silinməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 70 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 ASC-dən və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tutulmalı olan borcun cəmi məbləği 6937,50 manat olmuş və qətnamədə birbaşa olaraq qeyd edilmişdir ki, həmin məbləğ müştərək qaydada cavabdehlər İddiaçı və X5 tutularaq, "xxxx" X3 (indiki Yelo Bank ASC) ödənilməlidir. Qətnamədə eyni zamanda borcun realizə edilməsinin qaydası da göstərilərək qeyd edilmişdir ki, cavabdeh İddiaçı tutulmalı olan məbləğ ona məxsus olan "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait hesabına ümumi borc məbləğinin "xxxx" X3 ödənilməsi təmin edilsin. Sözügedən avtomobil açıq hərracda 4000 manata satılmışdır. Buradan da görünür ki, avtomobilin satışından əld edilmiş vəsait qətnamə ilə tutulmalı olan 6937,50 manat məbləği tam olaraq əhatə etməmişdir. İddiaçı isə hazırda qətnamə ilə tutulmalı olan məbləğdən avtomobilin satışından əldə edilmiş vəsait çıxıldıqdan sonra qalan məbləği ödəməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi ilə bağlı göstərişin qeyd olunmaması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda icra sənədinin tam icra olunması mənasına gəlməməlidir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclular İddiaçı və X5 müştərək qaydada 6937,50 manat məbləğin də pul vəsaitinin tutularaq "xxxx" X3 ödənilməsi qət edilmişdir. Tələb üzrə tutma İddiaçı məxsus "VAZ-21723" markalı, **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Hərracın keçirilməsi haqqında 52/08 saylı, xx.xx.2017-ci il tarixli protokola əsasən İddiaçı məxsus "VAZ-21723" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil 4000 manata satılmışdır. İcra vərəqəsi üzrə nəqliyyat vasitəsinin satılması hissəsi təmin olunmuş, lakin göstərilən məbləğin ödənilməsi tam şəkildə təmin olunmamışdır. Buradan da görünən odur ki, İddiaçı Cavabdeh1 ASC (əvvəlki Nikoyl" X4) qarşısında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13467/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə icra edilməmiş öhdəliyi vardır. Belə olduğu təqdirdə İddiaçı Cavabdeh1 ASC qarşısında olan icra edilməmiş öhdəliyi, yəni borcu Cavabdeh2 MMC-dən silinə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “borclu olmasına dair qeydin silinməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalı, eyni zamanda hüquqi xidmətə görə ödənilmiş 70 manat pul vəsaiti də özünə aid edilməli, cavabdehdən tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “borclu olmasına dair qeydin silinməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5306/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5306/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver