Məhkəmə qərarları › İş №2(004)-5309/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5309/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5309/2020 24.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8086 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 X5 tərəfindən verilmiş AD seriyalı, 464090 nömrəli, 27 mart 2lH9-cu il tarixli X1 şəhadətnaməsinə əsasən ünvan 1 ünvanda qeydiyyatda olan X2 məxsus Universal tipli, 2014-cü il buraxılışlı, G4KUEİ1459952 mühərrikli, KNAPC812DF7687303 ban nömrəli, qara rəngli, "KlA SPORTAGE minik" markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh 24800 manat nağd qaydada pul ödəməklə almışdır. Bu məqsədə Cavabdeh nəqliyyat vasitəsini gələcəkdə adına rəsmiləşdirilməsi üçün yaxın dostu X3 adına xx xxxxxxxx 2020-ci il tarixli etibarnamə vermişdir. Belə ki, Cavabdeh nəqliyyat vasitəsini ona satarkən alınan əmlakın heç bir qüsuru olmaması barədə ona təminat vermiş və onun da həmin nəqliyyat vasitəsini həmin yoxlamaq imkanı olmamışdır. Lakin nəqliyyat vasitəsi alındıqdan bir neçə gün sonra məlum olmuşdur ki, nəqliyyat vasitəsi qüsurludur və nəqliyyat vasitəsinin 8086 manat məbləğində təmirə ehtiyacı vardır. xx xxxxxxxx 2020-ci il tarixli KİA AZ MMC tərəfindən verilmiş nəqliyyat vasitəsinin təmirinə zəruri olan görüləcək işlər barədə qüsur aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh qüsur aktına əsasən müəyyən edilmiş 8086 manatı ona geri qaytarılmalıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, maşını satanda normal vəziyyətdə idi, qüsuru yox idi. 8100 manat məbləğində qüsur yoxdur, işlənmiş maşındır. Zəmanəti qurtarıb. 8100 manat ciddi məbləğdir. Maşının dəyərinin 1/3 hissəsidir. Maşın ona etibarnamə ilə verilib, o da etibarnamə ilə verib. Sonra İlqarın yanına gedərək etibarnaməsi onun tərəfindən ləğv edilib. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamədən müəyyən olunur ki, **-SG-*** dövlət qeydiyyat nişanlı, “KİA Sportage” minik markalı maşın X4 tərəfindən X6 idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salamaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə etibar edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixli arayışa əsasən DQN **-SG-*** KNAPC812DF7687303 ban nömrəli avtomobildə xx.xx.2020-ci il tarixdə texniki baxış zamanı ümumilikdə 8086 manat məbləğində qüsur və təmir haqqı müəyyən olunmuşdur. İddiaçı cavabdehdən avtomobilin təmiri üçün 8086 manat məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, hazırki iddia subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Belə ki, iş materiallarında olan etibarnamədən müəyyən olunur ki, mübahisə predmeti olan avtomobil X4 tərəfindən X6 etibar edilmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 8086 (səkkiz min səksən altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar