Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5309/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Xuraman Əliyeva cəlb edilməklə “şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması” faktına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaş Əliyev (Ağababa) Mirzə Murad oğlunun miras qoyan X18 arasında qohumluq münasibətləri faktının (onun övladı olması haqqında) müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1973-cü ildə Bakı şəhərində anadan olub. Ərizəçinin valideynləri - atası X16 və anası Kazımova (Əliyeva) Nüşabə Səməd qızıdır. Doğulduğu gündən o, ünvan 1 ünvanında yaşamış və bir neçə il bundan öncə ailə vəziyyəti ilə əlaqədar başqa ünvana qeydiyyata düşmüşdür. Bu ev ərizəçinin əcdadı olan X3 xüsusi mülkiyyətində idi. Bu yaxınlarda ümumi əcdadı olan X3 ölümü ilə əlaqədar qanun üzrə vərəsəlik işinin açılması ilə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisindən verilən yazılı cavaba əsasən göstərilmişdir ki, “miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır”. Həmçinin “mərhum Soltan Nurulla qızının və onun oğlunun X1 ölüm faktını təsdiqləyən ölüm haqqında şəhadətnamələr olmadığı üçün vərəsəlik işinin açılması mümkün olmadığı” göstərilmişdir. Bununla əlaqədar olaraq vəkil sorğuları nəticəsində Əliyev Ağabalanın (Ağababa) həyat yoldaşının kimliyi, eləcə də övladları və nəvələri haqqında (Əliyev Ağabala mərhum atasının babasıdı) məlumatlar toplanılmışdır. Həmçinin miras qoyan X3 ölüm faktı arxiv orqanda təsdiq olunmuşdur. Lakin Ərizəçi ulu babası Əliyev Ağabalanın ölümü, eləcə də miras qoyan X11 ilə qohumluq münasibətlərin olması (yəni, S.Nurullanın övladı olması) haqqında sənədləri əldə edə bilməmişdi (yəni, ümumiyyətlə onun doğum və ölüm qeydləri haqqında). Beləliklə də, müvafiq vərəsəlik işinin davam etdirilməsi üçün bəzi hüquqi faktların müəyyən edilməsi ancaq məhkəmə yolu ilə mümkün olacaqdır. Bununla əlaqədar olaraq hazırda bəzi hüquq müəyyənedici faktların məhkəmə yolu ilə müəyyən edilməsinə zərurət yaranıbdır. Bildirir ki, yuxarıda qeyd etdiyi evdə ərizəçinin mərhum atası və onun yaxın qohumları da vaxtilə qeydiyyatda olaraq orada yaşamışdırlar. Hazırki mirasqoyan Soltan Nurulla qızı ərizəçinin mərhum atasının ulu nənəsidi (yəni, Rafiq Kazımovun anası olan X6 nənəsidi). Mirasqoyan (ümumi əcdadları) Soltan Nurulla qızının sağ olan birinci, ikinci növbədən olan hər hansı bir qohumu da qalmayıb. Hazırda yalnız ərizəçi (və onun bacısı Kəmalə) bu evdə yaşayaraq ərizədə göstərilən hüquqi faktlarının müəyyən olunmasında birbaşa maraqlıdır. Çünki həmin hüquqi faktlar məhkəmə yolu ilə təsdiq olunsa, o zaman o, vərəsə kimi tanınaraq ümumi əcdadı olan Soltan Nurulla qızından miras qalmış əmlaka dair müvafiq qanun üzrə vərəsəlik şəhadətnaməsi ala bilər. Beləliklə, vərəsəlik işinin açılması ilə əlaqədar bəzi hüquq müəyyənedici sənədlərin, eləcə də faktların olmaması səbəbindən vərəsəlik işinin açılması mümkünsüz olmuşdur. Eyni zamanda həmin faktların başqa yolla müəyyən edilməsi mümkünsüz olduğu açıq-aydın görsənir. Belə olan halda həmin faktların müəyyən edilməsi yalnız məhkəmə yolu ilə mümkün ola bilər. Beləliklə, mirasın açılması faktı ilə əlaqədar vərəsəlik işinin aparılması üçün tələb edilən bəzi hüquqi faktlarının məhz məhkəmə yolu ilə müəyyənləşdirilməsinə zərurət yarandığından məcbur olaraq müvafiq ərizə ilə ərizəçi məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Xuraman Əliyevaya məlumat verilmiş, lakin Xuraman Əliyeva məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakın təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Xuraman Əliyevanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə rədd olunmalıdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Dövlət Notariat Xidmətinin AR Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Xuraman Əliyevaya ünvanladığı 14.10.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən 5, 12, 19 saylı Dövlət Notariat Ofisləri tərəfindən arxivə təhvil verilmiş 1956-2008-ci illərə aid vərəsəlik işlərinə və Bakı şəhəri 1 saylı Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş vərəsəlik işlərinin əlifba kitablarına keçirilərkən X4 və Ağabala Əliyevin adlarına hər hansı miras əmlakına dair açılmış vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarında olan 12.09.1985-ci il tarixli İİİ-JQ seriyalı 328978 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 31.01.1983-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 163 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin 13.03.2020-ci il tarixdə vəkil sorğusuna göndərilmiş cavab məktubunun surətindən görünür ki, Soltan Nurulla qızının və Əliyev Ağababanın “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Soltan Nurulla qızının və Əliyev Ağababanın doğum faktı, valideynlərinin ölümü, övladları və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 30/105 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X11 ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan İJ seriaylı 035384 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 09 may 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ seriyalı 180345 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Ağa X2 X29 ilə 2 iyul 1924-cü ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin Ərizəçi ünvanladığı 22 yanvar 2020-ci il tarixli 110 nömrəli məktubdan görünür ki, mərhum Soltan Nurulla qızının və onun Əliyev Ağabala oğlunun ölüm faktını təsdiqləyən ölüm haqqında şəhadətnamə olmadığı üçün vərəsəlik işinin açılması hal-hazırda mümkün deyildir. İş materiallarında olan AR Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 18 iyun 2020ci il tarixli arxiv arayışından görünür ki, “AR ƏN yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-1930-cu illərə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında bərpa kitablarında 03 mart 1928ciildə X7 təvəllüdü qeyd olunur. Atası Əliyev X15, anası X13r. İş materiallarında olan İV-JQ seriyalı 457077 nömrəli 02 oktyabr 1996-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 23 sentyabr 1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 590 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 09 aprel 2010-cu il tarixli AZ-İ seriyalı 416842 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16 fevral 2010-cu ildə Bakı şədərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 477 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AR Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 18 iyun 2020ci il tarixli Ə-20/125 nömrəli arxiv arayışından görünür ki, “AR ƏN yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1924-cü ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə nikah haqında qeydiyyat kitablarında 02 iyul 1924-cü ildə X36 (atasının adı qeyd olunmayıb) ilə Balaca xanım X23 nikahı qeyd olunur. İş materiallarında olan AR Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 10 avqust 2020-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş Əliyev Ağababa və vətəndaş X9 doğum yerləri haqqında dəqiq məlumat verilmədiyi üçün sorğunun icrası mümkün olmamışdır. İş materiallarında olan AR Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 18 iyun 2020ci il tarixli S-18/124 saylı arxiv arayışından görünür ki, “AR ƏN yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1942-ci ilə dair Bakı şəhəri Səbail rayonu üzrə ölüm haqqında qeydiyyat kitablarında 08 dekabr 1942-ci ildə Soltan Nurulla oğlunun vəfatı qeyd olunur. İş materiallarında olan İİ-İE seriyalı 392154 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Soltan Nurulla qızı 08 dekabr 1942-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum Qərarının 2.2-ci bəndinə əsasən, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. 2.3-cü bəndinə əsasən, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən vətəndaş Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun miras qoyan X18 arasında qohumluq faktının, yəni onun övladı olması faktının müəyyən edilməsi üçün mötəbər sübutlar mövcud deyildir. Mülki iş üzrə yalnız ərizəçinin nümayəndəsi və vəkilinin izahatı mövcuddur. Göründüyü kimi, ərizəçi tərəfindən Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu ilə X3 qohum olmalarına dair mötəbər sübutlar təqdim edilməmiş, bu səbəbdən də ərizəçi Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun miras qoyan X18 arasındakı qohumluq münasibətləri barədə hüquqi əhəmiyyətli faktı təsdiq etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Ərizəçi “qohumluq faktının müəyyən olunması”na dair ərizəsi təmin edilməməli və ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Xuraman Əliyeva cəlb edilməklə vətəndaş Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun miras qoyan X18 arasında qohumluq münasibətləri faktının (onun övladı olması haqqında) müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5309/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5309/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver