Məhkəmə qərarları › İş №2(004)-5309/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5309/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5309/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı1, Cavabdeh “Bakı Dövlət Universiteti” X16 nümayəndəsi X1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızının cavabdeh “Bakı Dövlət Universiteti” X10rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızı cavabdeh “Bakı Dövlət Universiteti” X10rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universitetindən 2100 (iki min yüz) manat tutularaq iddiaçılara ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 Səyyah qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, erməni işğalı səbəbindən Cəbrayıl rayonundan məcburi köçkün olmuşdurdular. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 10a, mənzil 5-də məskunlaşmışdılar. İddiaçı2 Səyyah qızının atası X8 erməni işğalı səbəbindən Zəndilan rayonundan məcburi köçkün olmuşdur. Birgə nikahlarından övladları İddiaçı2 Səyyah qızı (birgə iddiaçı) 2001-ci il aprelin 07-də anadan olmuşdur. Səbail rayonu Məhkəməsinin 18 fevral 2016-cı il tarixli 2(009)-187/2016 saylı qətnaməsilə tərəflərin nikahına xitam verilmişdir. Uşaqlar məhkəmənin qərarı ilə analarının himayəsinə verilmişdir. İddiaçı2 Səyyah qızı 2018-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə ödənişli əsaslarla qəbul olunmuşdur, özünün məcburi köçkün olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə, 1-ci kursun hər iki semestri və 2-ci kursun 1-ci semestrinin ödənişini (cəmi 2100 manat) etmək məcburiyyətində qalmışdır. Tələbə yetkinlik yaşına çatmadığından ödənişini anası etmişdir. Buna paralel olaraq, Qaçqın və X7 üzrə Dövlət Komitəsinin ona məcburi köçkün sənədinin (vəsiqəsinin) təqdim edilməsindən əsassız imtinasından inzibati qaydada məhkəməyə şikayət edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2019 cu il tarixli 2-1(81)-2285/2019 saylı qərarı ilə inzibati orqanın imtinası əsassız hesab edilərək,ona məcburi köçkün vəsiqəsinin verilməsi qərara alınmış və qərar faktiki olaraq 2020-ci ilin əvvəlində icra edilmişdir. Vəsiqə Bakı Dövlət Universitetinə təqdim edildikdən sonra Universitetdən bildirilmişdir ki, o yalnız vəsiqə verildiyi tarixdən sonra üçün təhsil haqqı ödənişindən azad edilir, əvvəlki dövr üçün alınmış təhsil haqqının qaytarılması üçün əvvəlki dövrdə də məcburi köçkün olmasını təsdiq edən sənəd təqdim etməlidir. Bu imtina əsassızdır. Belə ki, məcburi köçkün vəsiqəsinin 2020-ci ildə verilməsi o demək deyildir ki, İddiaçı2 Səyyah qızı 2020-ci ildən məcburi köçkündür. O məhz məcburi köçkün ailəsində (yəni həm ata həm anası 1993-cü ildən rəsmən məcburi köçkündür) anadan olduğu üçün, anadan olduğu gündən məcburi köçkündür (bu fakt inzibati iş üzrə məhkəmə qərarı və digər sənədlərlə də təsdiqini tapır). Sadəcə vəsiqəsini almamışdır. Dəfələrlə şifahi və yazılı müraciətlərinə baxmayaraq, vəsaitləri qaytarılmırdı. İstər işin məhkəmədən kənar həlli məqsədilə, iddiaçı istərsə də tələbənin təhsil aldığı müddətdə Universiteti məhkəməyə verməsinin yarada biləcəyi fəsadları nəzərə alaraq, bu müddət iddia qaldırmamışdır. Təxminən 3 ildir ki, onlar Təhsil Nazirliyi Komitə və Universitet arasında get-gələ salmışdılar.Təhsil bu il bitmişdir, diplom hələ verilməmişdir.Yekunda iddiaçı məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. Məcburi köçkün ailəsi olaraq o vəsaitə çox ehtiyacları vardır. Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə AR Prezidentinin 4 avqust 2011-ci il tarixli 1308 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət ali və orla ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqı ödəməkdən azad edilmişlər. Cavabdeh “Bakı Dövlət Universiteti” X20 iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Səyyah qızı 2018-ci ildə BDU-nun Filologiya fakültəsinə ödənişli əsaslarla qəbul olunmuş və özünün məcburi köçkün olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə İ kursun hər iki semestri və İİ kursun 1-ci semestri üçün təhsil haqqı (2100 manat) ödəmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən ona məcburi köçkün statusunun verilməsindən imtina edildiyi üçün inzibati məhkəməyə müraciət edilmiş, Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qərarı ilə ona məcburi köçkün statusunun verilməsi vəzifəsi həmin orqana həvalə edilmiş və bu qərara əsasən ona məcburi köçkün vəsiqəsi (statusu) verilmişdir. Bundan sonra o, BDU-ya vəsiqəsini təqdim edərək, ödədiyi məbləğin qaytarılması üçün müraciət etsə də, BDU tərəfindən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verildiyi tarix əsas gətirilərək ödədiyi məbləğ ona qaytarılmamışdır. Halbuki, o, məcburi köçkün ailəsində doğulduğu üçün anadan olduğu gündən məcburi köçkün sayıldığını, bunun üçün məcburi köçkün statusun verilməsinə ehtiyac olmadığını, məcburi köçkün olaraq təhsil haqqı ödəməkdən azad olduğu üçün də əvvəlki illərə dair təhsil haqqının da dövlət büdcəsinin vəsaiti hesabına ödənilərək, daha əvvəl ödədiyi təhsil haqqının BDU tərəfindən ona geri verilməli olduğunu hesab edir. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məcburi köçkün statusu olan təhsil alanların təhsil haqqını ödəməkdən azad edilərək, onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin hüquqi əsasını Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 1308 nömrəli, 14 sentyabr 2011-ci il tarixli 1721 nömrəli və 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamları təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Daha sonra isə Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli, 1722 nömrəli Sərəncamı ilə 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “məcburi köçkün statusu olan” Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il, 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Qeyd edilən aktlardan göründüyü kimi Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2003-cü il tarixli Sərəncamının 14 sentyabr 2011-ci il tarixin kimi qüvvədə olan mətnində sadəcə “məcburi köçkün” ifadəsindən istifadə edilirdisə, həmin Sərəncama 14 sentyabr 2011-ci il tarixində edilən dəyişiklikdən sonra qüvvəyə minən mətndə “məcburi köçkünlər” ifadəsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” ifadəsi ilə əvəz edildi. Həmçinin onların təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydasını tənzimləyən hüquqi sənəddə də (Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2011-ci il tarixli, 1722 nömrəli Sərəncamında) yenə də “məcburi köçkün” ifadəsi deyil, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “məcburi köçkün statusu olan” Azərbaycan Respublikası vətəndaşları” ifadəsindən istifadə edilir. Bu aktlara uyğun olaraq təhsilalanın qeyd edilən imtiyazdan istifadə edə bilməsi üçün onun məcburi köçkün ailəsində doğulması faktı deyil, məhz məcburi köçkün statusunun olması hüquqi əhəmiyyət daşıyır. Təhsilalanın qanunvericilikdə təsbit edilən imtiyazdan istifadə edə bilməsi üçün də ilk növbədə onun hüquqi statusunun (məcburi köçkün statusunun) olub-olmaması müəyyən edilməlidir. Məcburi köçkün statusunun verilməsi isə aşağıdakı qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, həmçinin onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) həvalə edilmişdir. Komitənin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 1.1-ci bəndinin tələbinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Komitə qəbul edir. Qeyd edilən normalardan göründüyü kimi şəxsə məcburi köçkün statusu qanunvericiliklə müəyən edilən əsaslar və şərtlər daxilində Komitə tərəfində müvafiq qərar əsasında verilir. Təhsil alanın təhsil haqqını ödəməkdən azad edilməsi ilə bağlı Sərəncamda təsbit edilən imtiyazdan istifadə etmək hüququ da onun statusunun olması ilə şərtləndirildiyi üçün təhsil alan həmin statusun ona verildiyi vaxtdan etibarən bu imtiyazdan istifadə etmək imkanı yaranır. Başqa sözlə, şəxsin bu imtiyazdan istifadə edə bilməsi üçün onun “məcburi köçkün statusu”nun olması mütləq şərtdir. Bu status isə qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanının (Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin) qərarı ilə verilir və müvafiq vəsiqə ilə təsdiq edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2-1(81)-2285/2019 saylı qərarından və məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçının məcburi köçkün statusu məhz məhkəmənin qərarına uyğun olaraq Komitənin xx.xx.2019-cu il tarixli qərarı əsasında verilmişdir. Məhz bu tarixdən sonra iddiaçı statusa bağlı olan təhsil haqqını ödəməkdən azad olunma imtiyazından istifadə etmək imkanı yarandığından statusun əldə edilməsində əvvəl ödədiyi məbləğin ona geri verilməsi üçün heç bir hüquq əsas yoxdur. Ona görə iddiaçıya “məcburi köçkün statusu” verildiyi vaxtdan etibarən onun təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qanuna uyğundur. Digər tərəfdən iddiaçının subyektiv hüququnun pozuntusu halının məhkəmə tərəfindən təsdiq edildiyini bir an şərti olaraq düşünsək belə, o zaman ödənilmiş məbləğ əsassız varlanma halı təşkil edəcək ki, bu halda da iddiaçı tərəfindən həmin məbləğin geri tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Hər nə qədər iddiaçı iddia ərizəsində guya tələbənin təhsil aldığı müddətdə Universiteti məhkəməyə verməsinin onun üçün fəsadlar yar adacağı üçün 3 il müddətində iddia qaldırmadığını qeyd etsə də, bu, onun üçün hansı arzuolunmaz nəticələrə səbəb olacağı (təbii ki, bu arqument tamamilə uydurma və əsassızdır) və iddia müddətini ötürməsi barədə heç bir əsaslı və üzrlü səbəb göstərməmişdir. Ona görə yuxarıda qeyd edilənlərlə yanaşı iddia müddəti də tətbiq edilərək iddia tələbi rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Bakı Dövlət Universiteti” X13 nümayəndələri X9 və X4, iddia tələbi ilə razı olmadığını bildirərək etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Bakı Dövlət Universiteti” ilə ödənişli əsaslarla təhsil alacaq təhsilalan arasında bağlanmış xx.xx.2018-ci il tarixli fərdi müqaviləsinə əsasən, 50201-Filologiya Rus dili və Ədəbiyyatı üzrə ödənişli təhsil alan İddiaçı2 Bakı Dövlət Universitetinə 2100 (iki min yüz) manat məbləğində pul köçürməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 000İNTL18239A6W4 nömrəli 27 avqust 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, 27 avqust 2018-ci il tarixində İddiaçı2 2018-ci il qəbul (təhsil haqqı) üzrə Bakı Dövlət Universitetinə 2100 (iki min yüz) manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan AA serialı 178069 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Cəbrayıl rayonundan məcburi köçkündür. İş materiallarında olan AA serialı 440370 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-2285/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Səyyah qızının və X5 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi təmin edilmiş, xx xxxxx 2001-ci il təvəllüdlü İddiaçı2 Səyyah qızına və 23 avqust 2002-ci il təvəllüdlü X6 məcburi köçkün statusunun verilməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara almışdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi “Bakı Dövlət Universiteti” tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-HS/1101 nömrəli məktubun surətindən görünür ki, İddiaçı2 məcburi köçkünlük statusunu təstiq edən müvafiq sənədlər universitetə təqdim edildikdən sonra onun təhsil haqqı ödənişinə güzəşt edilə biləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı1 ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı2 məcburi köçkün statusuna malikdir və X3 və X12 sektoru tərəfindən ona AA serialı 440370 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 Səyyah qızı 2018-cı il tarixdə X14 tərəfindən Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanı nəticəsində topladığı balla “Bakı Dövlət Universiteti”-nin Filologiya Rus dili və Ədəbiyyatı fakultəsinə bakalavr səviyyəsinə əyani təhsilalma forması üzrə ödənişli əsaslarla daxil olmuş, tərəflər arasında ödənişli əsaslarla təhsilalma haqqında müqavilə bağlanmış və 2018/2019-ci tədris ili üçün 2100 (iki min yüz) manat ödəniş həyata keçirilmişdir. Göründüyü kimi tərəflər arasında münasibətlər müqavilə əsasında tənzimlənmişdir. Daha sonra 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-2285/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı2 Səyyah qızına məcburi köçkün statusunun verilməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara almışdır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Regional İdarəetmə və X12 sektorunun xx.xx.2019-cu il tarixli qərarı əsasında tərəfindən ona AA serialı 440370 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Həmin tarixdən təhsil haqqını ödəməkdən azad edilmişdir. Bütün bunlar işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, həmçinin onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) həvalə edilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 1.1-ci bəndinin tələbinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Komitə qəbul edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Qaydaların 2.1-ci bəndinə görə “məcburi köçkün” statusunu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Qaydaların 2.6-cı bəndinə görə “məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Qaydaların 3.3-cü bəndinə görə şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 3.4-cü bəndinə görə şöbə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi haqqında qərarın qanunvericiliyə uyğunluğuna görə bilavasitə məsuliyyət daşıyır. Qaydaların 3.5-ci bəndinə görə “məcburi köçkün” statusu almış şəxslərə “məcburi köçkün” vəsiqəsi verilir və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır. Qaydaların 3.6-cı bəndinə görə “məcburi köçkün” vəsiqəsi Komitənin sədri tərəfindən bu barədə səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən imza edilir və Komitənin gerbli möhürü ilə təsdiq edilir. Məhkəmə birgə iddiaçıların iddia tələbi münasibətdə qeyd edir ki, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızı mməcburi köçkün statusunu əldə etməmişdən əvvəl müqavilə əsasında ödəmiş olduğu 2100 manat məbləğində təhsil haqqını tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003cü il tarixli, 1308 nömrəli Sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı2 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-2285/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı əsasında Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Regional İdarəetmə və X12 sektoru tərəfindən xx.xx.2019-cu il tarixdə AA serialı 440370 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Göründüyü kimi İddiaçı2 məcburi köçkün statusu məhkəmə qərarı əsasında verilmişdir. Təhsil alanin ödənişli təhsildən azad edilməsi imtiyazı da Sərəncamda məhz statusun verilməsi ilə şərtləndirilmişdir. İddiaçının da bu imtiyazı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-2285/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı və həmin qərara uyğun Komitənin xx.xx.2019-cu il tarixli qərarından sonra yaranmışdır. Odur ki, İddiaçı2 2018-2019-cu təhsil ili üçün ödəmiş olduğu təhsil haqqından məcburi köçkün statusu verilmədən məcburi köçkün kimi azad edilmiş hesab edilə bilməz. Bu səbəbdən iddiaçıların məcburi köçkün statusu verilməmişdən əvvəl müqavilə əsasında ödəmiş olduqları təhsil haqqını geri tələb edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazında qeyd etdiyi iddia müddətinin tətbiqi ilə bağlı bildirir ki, iddia əsassız olduğundan rədd edildiyindən, tərəflər arasında olan münasibətlər etirazda qeyd edildiyi kimi əsassız varlanma deyil, müqavilə öhdəliklərinə əsaslandığından iddia müddətinin tətbiqinə münasibət bildirilməsini zəruri hesab etmir. Məhkəmə, eyni zamanda bildirir ki, iddia müddətinin tətbiqi barədə mübahisə tərəfi ərizə ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızının cavabdeh “Bakı Dövlət Universiteti” X10rşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızının cavabdeh “Bakı Dövlət Universiteti” X10rşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar