Məhkəmə qərarları › İş №2(004)-5311/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5311/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5311/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 192.000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin avqust ayında Etibar ona müraciət edərək ona borc pul lazım olduğunu bildirmişdir. Pulun ona hansı məqsədlə lazım olduğunu, hər hansı problemin olub-olmaması barədə soruşduqda almalı olduğu pulun ona ev almaq üçün lazım olduğunu bildirmişdir. O isə cavabdehə 1 il müddətinə qaytarmaq şərtilə 192000 manat pul vermişdir. Lakin cavabdehdən götürdüyü öhdəliyin icra edilməsini tələb etdikdə cavabdeh pulunun olmadığını, qısa müddətdə pul məbləğini qaytaracağını bildirmişdir. Pul vəsaitinin Cavabdeh verilməsindən kifayət qədər müddət keçməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddianı qəbul edirlər. Cavabdeh 2020-ci ilin avqust ayında iddiaçıdan ev almaq məqsədilə 192000 manat borc almış və həmin borcla bağlı heç bir ödəniş etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı Cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan 192.000 manat borc götürülmüş və qaytarılmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxs iddianı etiraf edir. Borc məbləği ev almaq məqsədi ilə iddiaçıdan götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki işdən görünür ki, İddiaçı 192.000 manat məbləğində pulu borc olaraq Cavabdeh versə də, cavabdeh daha sonra öhdəliyini icra etməmiş, 192.000 manat məbləğində borcunu borc verənə qaytarmamışdır. Belə ki, İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı Cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan 192.000 manat borc götürülmüş və qaytarılmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxs iddianı etiraf edir. Borc məbləği ev almaq məqsədi ilə iddiaçıdan götürülmüşdür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 192.000 (yüz doxsan iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 192.000 (yüz doxsan iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar