Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5314/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx.xx.2021-ci il tarixli rəsmi nikah qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmuşlar. Nikah bu müddət ərzində yalnız rəsmi sənəd üzərində olub. Cavabdeh ilə xarakterləri uyğunlaşmır. Bundan sonra barışmaq, ailəni bərpa etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən X3 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzhatında bildirdi ki, nikah olmuş, lakin tərəflərin xasiyyətləri uyğun gəlmədiyinə görə toy olmamışdır. Özləri istədikləri üçün nikahı tez etmişlər, lakin toy olmamışdır. Tərəflərin xasiyyəti uyğun deyil, ona görə də istəyirlər ki, nikah etibarsız hesab olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək məhkəmədən İddiaçı arasında bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etdi. İzahatında bildirdi ki, onlar iddiaçı ilə birlikdə yaşamamışlar. Nikah olmuş, 1 ay sonra toy olmalı idi. Lakin aralarında problemlər olduğu üçün ayrılmışlar. İddiaçının anasına görə problemləri olmuş, xasiyyətləri uyğunlaşmamışdır. Nikah qeydə alındığı günün səhərisindən belə qərara gəlmişlər ki, onlarda alınmayacaq. İddiaçının anası ilə xasiyyətləri uyğunlaşmamışdır. Onlar gələcəkdə eyni evdə yaşayacaqlarından onların gələcəkdə də ayrılma ehtimalı olmuşdur. İddiaçının anası biraz zəhmli qadındır. Onlarda alınmayacağını görmüşdür. İddiaçı da anası ilə onun arasında qalmamaq üçün belə bir həll yolu seçmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1, 25.2, 25.4, 26-cı maddələrini, Azərbaycan Respublikası MPM-nin 52, 191.3, 220.4-cü maddələrini nəzərə alaraq müəyyən etdi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AZ-İİ 467622 seriya nömrəli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X2 xx.xx.2021-ci il tarixdə 2652 saylı akt qeydi ilə 2 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Şabanova soyadı verilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək, iddia tələbinin təmin tam olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi aydın surətdə şərh olunan Cavabdeh tərəfindən yazılı formada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədə öz əksini tapmış və məhkəməyə təqdim edilmişdir, həmin etiraf ərizəsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 2652 saylı akt qeydi ilə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 2652 saylı akt qeydi ilə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.
Məhkəmə qərarları › İş №2(004)-5314/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5314/2022
02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver