Məhkəmə qərarları › İş №2(004)-5319/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5319/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5319/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Rafik qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Rafik qızına və Cavabdeh2 qarşı “pul və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Rafik qızına və Cavabdeh2 qarşı “pul və əmlakın qaytarılması” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən cavabdehlər Cavabdeh1 Rafik qızından və X1 müştərək qaydada 16000 manat pul məbləğinin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi və cavabdehlərin ondan aldıqları 5 ədəd dəst bagema (qrafinka və bakal), 5 ədəd balaca qutuda gümüş çəngəl və qaşıqların, 2 ədəd kənarı gümüş meyvə qabının və 2 ədəd lodka konfet qabının ona qaytarəıması barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 Rafik qızı və Salamaov Böyükağa oğlu ər-arvaddırlar. Cavabdeh2 özünü vəzifəli şəxs kimi təqdim edərək 21.01.2015-ci il tarixdə ondan işə düzəltmək adı ilə 5000 manat məbləğində pul götürmüşdür. Daha sonra vədinə əməl etməmiş, nə də verdiyi pul məbləğini geri qaytarmamışdır. Digər Cavabdeh1 Rafik qızı isə 25 yanvar 2016-cı ildə ondan 11000 manat dəyərində yorğan döşək, mebel, qab-qacaq, xəz-dəri, ərzaq məhsulları, geyim almış və dəyərini qaytarmamışdır. Buna baxmayaraq, cavabdehlərdən heç biri vədlərin əməl etməmiş, ümumilikdə 16000 manat borc məbləğini qaytarmamışlar. Cavabdehlər hər ikisi ondan götürdükləri borc məbləğinə dair yazılı formada əl yazma yazaraq özləri və şahid imzaları ilə təsdiq etmişlər, həmçinin özlərinə məxsus bəzi sənədləri girov qoymuşlar. Cavabdeh2 hətta ondan qiymətləndirmək adı ilə aldadaraq qədim qab-qaşıqlarımı almış və qaytarmamışdır. Həmin əşyalar bunlardır: 5 ədəd dəst bagema (qrafinka və 6 balası); 5 ədəd balaca qutuda gümüş çəngəl və qaşıqlar və 4 ədəd kənarı gümüş xrustallar, yəni 2 ədəd kənarı gümüş meyvə qabı və ədəd lodka konfet qabı. Cavabdehlərin məndən pul və dəyərli əşyalarını alması və qaytarmaması ilə bağlı əl yazmalarla yanaşı səs yazıları da var. O, bununla bağlı Abşeron rayon Polis idarəsinin Mehdiabad polis bölməsinə müraciət etmişdir. Cavabdehlər öz izahatlarında qeyd edilənləri təsdiq etmişlər. Buna baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə ona məxsus olan əşyalarını və pul vəsaitini qaytarmaqdan yayınırlar. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdfiə etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Rafik qızı iddia tələbini etiraf edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən əşyaları iddiaçıdan götürmüşdür. Həmin əşyaları qaytaracaqdır. Lakin onlar əşyaları başqa adamlara verdiyindən və əşyalar Şamaxıda olduğundan qaytara bilməmişdir. Həmin əşyaları yaxın vaxtda qaytaracaq. Həmçinin onlar, 16000 manat pulu iddiaçıya borcludurlar. O, iddiaçıdan 11000 manat dəyərində mallar almışdır. 5000 manatı isə iddiaçı onun həyat yoldaşı Cavabdeh2 vermişdir. Onun həmin vəsaitdən məlumatı vardır və ümumilikdə 16000 manat pulu cavabdehə hissə-hissə ödəyəcəkdir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh2 İddiaçı 1 ay müddətinə qaytarmaq şərtilə 2000 manat borc pul aldığını qeyd etmiş, bunu iki nəfər şahid də təsdiq etmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddia ərizəsində göstərilən məbləğdə iddiaçıya borclu olduqlarını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etiraflarını qəbul edir. Cavabdeh1 Rafik qızı özünün iddiaçıya 11000 manat və həyat yoldaşı Cavabdeh2 5000 manat borcunun olduğunu və iddia ərizəsində adları qeyd edilən əşyaları iddiaçıdan götürdüyünü etiraf etdiyindən, iddiaçı cavabdehlərə borc və əşya verdiyini sübut etmə vəzifəsindən azaddır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, cavabdehlər MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehlərdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlər isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşlar. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdehlər öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Rafik qızından 11000 manat və Cavabdeh2 5000 manat pul tutularaq İddiaçı verilməli, Cavabdeh1 Rafik qızı tərəfindən İddiaçı aldığı 5 ədəd dəst bagema (qrafinka və bakal), 5 ədəd balaca qutuda gümüş çəngəl və qaşıqlar, 2 ədəd kənarı gümüş meyvə qabı və 2 ədəd lodka konfet qabı İddiaçı qaytarılmalıdır. Dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı X2 xeyrinə tutulmalıdır. İddia tələbin pulun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində rədd edilməlidir. Belə ki, cavabdehlərdən hər biri özünün aldığı əmlakın və pulun qaytarılmasında iddiaçı qarşısında müstəqil məsuluyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 Rafik qızından və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Rafik qızından 11000 (on bir min) manat və Cavabdeh2 5000 (beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 Rafik qızının İddiaçı aldığı 5 ədəd dəst bagema (qrafinka və bakal), 5 ədəd balaca qutuda gümüş çəngəl və qaşıqlar, 2 ədəd kənarı gümüş meyvə qabı və 2 ədəd lodka konfet qabı İddiaçı qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar