Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-535/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 66 nömrəli evin 23 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh onun doğma qızıdır. Cavabdeh xx.xx.2010-cı il tarixdə X10 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və toydan sonra X10 ilə birlikdə daimi yaşamaq üçün Xaçmaz şəhəri 28 May küçəsi 87 nömrəli evə gəlin köçmüşdür. xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə X10 rəsmi nikah bağlamışlar. O, qızı Səbinəyə el adəti ilə toy etmiş və cehiz əmlakı verərək, ərinin evinə yola salmışdır. Cavabdeh ilə X5 birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Onlardan ikisi xx.xx.2011-ci il təvəllüdlü Əminə və xx.xx.2013-cü il təvəllüdlü İsmayıl yaşadıqları Xaçmaz şəhərində doğulmuşdur. Üçüncü övladı Mədinə isə Almaniyada doğulmuşdur, onun dörd yaşı var. Qızı Səbinə ailəsi ilə birlikdə xx.xx.2015-ci ildə daimi yaşamaq üçün Almaniya Respublikasına köçmüşdür, həmin tarixdən orada yaşayır. Hesab edir ki, Cavabdeh xx.xx.2010-cu il tarixdən daimi yaşamaq üçün ərinin evinə köçdüyünə görə, onun ailə üzvü sırasından çıxdığına görə, ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 66 nömrəli evin 23 nömrəli mənzilinə olan istifadə hüququnu itirmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qeydiyyat ünvanı üzrə bildiriş göndərilməklə və valideynlərinin vasitəsilə məlumat verilsə də, o məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli ərizələrlə məhkəmənin elektron poçt ünvanına www.yasamalcourt.gov.az müraciət edərək bildirmişdir ki, məhkəmənin icraatda olan mülki işlə bağlı iddianı qəbul edir, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 66 nömrəli evin 23 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsinə etirazı yoxdur. Ərizəsinə nikah haqqında şəhadətnaməsinin, özünün və ərinin pasportlarının və Almaniyada yaşamaq icazəsinə dair sənədlərin surətini əlavə etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsinə dair ərizəsini və ona əlavə edilmişq sənədləri, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.1994-cü il tarixli 012757 nömrəli orderlə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 66 nömrəli evin 23 nömrəli mənzili beş nəfər ailə tərkibində özü, arvadı - X2, övladları - X3, X4 və X1 ilə birlikdə İddiaçı verilmişdir. Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli ərizələrdə Bakı şəhəri Yasamal rayon Zahid Xəlilov küçəsi 66 nömrəli evin 23 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsinə dair iddianı etiraf etmişdir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. İddiaçının izahatından, AZEMİS çıxarışından və cavabdehin məhkəməyə göndərdiyi sənədlərdən müəyyən edilir ki, Cavabdeh xx.xx.2010-cı il tarixdə X10 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və toydan sonra X10 ilə birlikdə daimi yaşamaq üçün Xaçmaz şəhəri 28 May küçəsi 87 nömrəli evə gəlin köçmüşdür. X1 ilə X10 xx.xx.2010-cu il tarixdə Xaçmaz rayon qeydiyyat şöbəsində 235 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Nikah bağlanandan sonra Səbinəyə Məmmədova soyadı verilmişdir. Cavabdeh ilə X5 birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Onlardan ikisi xx.xx.2011-ci il təvəllüdlü Əminə və xx.xx.2013-cü il təvəllüdlü İsmayıl cavabdehin ailəsi ilə birlikdə yaşadıqları Xaçmaz şəhərində doğulmuşdur. Üçüncü övladı Mədinə isə Almaniyada doğulmuşdur. Cavabdeh əri X10 və uşaqları ilə birlikdə xx.xx.2015-ci ildə Şıxlı sərhəd çıxış məntəqəsindən çıxmaqla Azərbaycan Respublikasını tərk etmişdir. Hazırda Almaniyada yaşayır. Cavabdeh xx.xx.2021-ci ilə kimi, əri X5 isə xx.xx.2013-cü ilə kimi Almaniyada yaşamağa rəsmi icazə sənədi vardır. Cavabdeh xx.xx.2010-cu il tarixdən X10 ilə ailə qurmaqla Xaçmaz şəhərinə ərinin evinə köçdüyü gündən, doğma atası olan İddiaçı ailə üzvləri sırasından çıxmış və həmin vaxtdan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 66 nömrəli evin 23 nömrəli mənzili daimi olaraq başqa ünvana köçməsi ilə bağlı tərk etmiş və onun iddiaçıya məxsus olan yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Bu səbəbdən cavabdehin iddiaçıya məxsus mənzilə olan istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkündür. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Odur ki, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 66 nömrəli evin 23 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 66 nömrəli evin 23 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilsin. Bu qətnamə, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 66 nömrəli evin 23 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-535/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-535/2021
01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver