Məhkəmə qərarları › İş №2(004)-5359/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5359/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5359/2020 17.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalçı qüsuru olan telefonun qaytarılması, pulun tutulmasının ləğv edilməsi və maddi ziyan tələbinə dair” iddia ərizəsi üzrə mülki işəBakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalçı qüsuru olan telefonun qaytarılması, pulun tutulmasının ləğv edilməsi və maddi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Kontakt Home 3 saylı mağazasından alınmış “LG K8 K350n” markalı telefonun qaytarılması, həmin telefona görə tutulan pulun ləğv edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2017-ci il tarixində xxxxxxxxxxx MMCdən (Kontakt Home) LG K 8 K350n modelli telefonu kreditlə götürmüşdür. 1 həftə sonra telefon yaxşı işləmirdi. Həmin şirkətin zəng məlumat mərkəzindən müştəri məmuniyyətinin ölçülməsi məqsədli ilə ona zəng olunmuş, məhsulun yaxşı işləməməsi barədə məlumat verilmişdir. Qarşı tərəf onunla əlaqə saxlanılacağını bildirsə də, heç bir zəng gəlməmişdir.Məhsul xarab olsa da, yaxşı işləməsə də, 5 ay ödənişlərini ödənişini etmişdir. Ata və anası xəstə olduğundan məhsulun servisə aparılması ləngimiş, avqust ayında servisə düzəldilməsi üçün təqdim olunmuşdur. Servisdən məhsul tam düzəldildikdən sonra servisdən götürmüş, lakin məhsulu servisə necə vermişdi elə də işləmişdir. Məhsul zavod qüsürlü idi. Qulağa tutub danışmaq mümkün deyildi mikrafonda danışmaq olurdu arada. Ümumiyyətlə telefondan istifadə etmək olmurdu. Məhsul servisdən qayıtdığdan sonra *6060” qaynar xəttinə dəfələrlə zəng olunmu., hər dəfə “gözləyin sizə adiyyatı şöbə cavab verəcək zəng edən şöbədə bizlik deyil” bildirirdi. Məhsul düzəldilməmiş təhvil verildikdən sonra ödənişləri etməmişdir. Əgər 420 manat telefona pul ödəyirsə, şirkət onu normal telefonla təmin etməlidir. Əgər hər ay ödəniş etmək üçünöhdəlik götürmüşdürsə, şirkətin də borcudur ki, onu təmiz məhsulla təmin etsin. 2-ci dəfə təmirə gedən məhsulu istəmir. Hal-hazırda da məhsul şirkətdədir.Məhsul xarab ola-ola və əlavə qızıl zəmanətin şərtlərinə əsasən məhsulu qaytara bilər, amma şirkət öz satdığı məhsulu geri qaytarmadı. Məhsulun qüsurlu olduğunu bildikləri üçün qaytarmaqdan boyun qaçırdılar. Məhsul özlərində ola-ola pulun tələb olunması üçün İcra şöbəsinə əmək haqqındanpulun tutulması üçünmüraciət ediblər. Bu məsələ ilə bağlı təkrar baş ofisə yaxınlaşmış, məhsulun qaytarılmasını tələb etsə də, nəticəsi yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Yaqublu Fərid iddia tələbini qəbul etməyərək, verdiyi izahatında boldirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6141/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı 260 manat məbləğində pulun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, satıcı “xxxxxxxxxxx” MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 420 manat olan LG K 8 K350n markalı telefonu alıcıya satmışdır. xx.xx.2018-ci il tarixli, 65247 nömrəli sifarişin surətindən görünür ki, İddiaçı satılmış LG K 8 K350n markalı telefon “zəng gələndə cihaz sönür. Müştəri ancaq mikrofonla danışır, kamera yaxşı işləmir, içində qısa qapanma var.” qüsuru ilə LİNK servisə təhvil verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6141/2018 saylı, xx.xx.2018-ci il tarixli əmri ilə İddiaçı MMC-nin xeyrinə 260 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr verilmişdir. Borclu İddiaçı əmrə etiraz etmiş,xx.xx.2018-ci il tarixli qərardadla məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6141/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı 260 manat məbləğində pulun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətiBakı Apelyasiya Məhkəməsinin 2(103)-1319/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hazırda İddiaçı telefonun qaytarılması və tutulan pulun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə təmin olunan iddianın mübahsiləndirilməsini məqbul saymır. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən (Kontakt Home) alınmış “LG K8 K350n” markalı telefonun qaytarılması, həmin telefona görə tutulan pulun ləğv edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar