Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5362/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kirayə müqaviləsinin bağlanması tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kirayə müqaviləsinin bağlanması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Abşeron rayonu, Masazır kəndi, Abşeron küşəsi, 54 saylı fərdi yaşayış evinin mülkiyyətçisi kimi müqavilə bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1502/2019 saylı qətnaməsi ilə Cavabdeh BOKT ASəhmdar C-nin cavabdehlər X3 və İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində cavabdehlərin istifadə hüququna xitam verilməsi və evdən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-65/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsindən tərəfindən verilmiş kasassiya şikayəti hazırda iş Ali Məhkəmənin Mülki Kollegiyasının icraatındadır. Mübahisəli yaşayış evi onun və ailə üzvlərinin yeganə yaşayış yeridir. Himayəsində 2 azyaşlı övladı və “Xərçəng” xəstəliyindən əziyyət çəkən həyat yoldaşı vardır. Eyni zamanda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışından göründüyü kimi himayəsində 1-ci qrup əlil olmaqla, xx.xx.1954-cü il təvəllüdlü anası X5 vardır. Yaşayış evinə dair kirayə müqaviləsi bağlanması barədə Cavabdeh BOKT ASC-yə ünvanladığı məktuba verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda yaşayış evinə dair ilkin alqı-satqı müqaviləsinin bağlanması barədə təklif irəli sürülmüşdür. Lakin, həmin təkliflə əlaqədar olaraq ASC-nin baş ofisində olmuş və ona bildirilmişdir ki, məktubun heç bir əsası yoxdur və onunla heç bir anlamda müqavilə bağlana bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarın 1-ci bəndinə əsasən, bu siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Həmin qərarın qeyd hissəsində yazılmışdır ki, bu siyahi ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşmar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Hazırkı halda isə kredit ev tikmək və ya almaq üçün götürülməmişdir. Belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarının 1-ci bəndi hazırki hüquq münasibətlərinə şamil olunmalıdır. Belə bir halda yaşayış sahəsinin yeni mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamaq hüququ öz əsasını tapmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə əsasən, yaşayiş evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddi hüquq normasında imperativ qaydada qeyd edilmişdir ki, yaşayış evinin və ya mənzilinin yeni mülkiyyətçisi ilə keçmiş mülkiyyətçi (ipoteka qoyan) arasında kirayə müqaviləsi bağlanmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən onun təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələb təmin olunaraq, ipotekada olan mənzilə yönəldilmiş, 2018-ci ildə mənzil ASC-nin balansına keçmişdir. Tərəf hərracın nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin mübahisə Ali Məhkəməyə qədər getmiş və hərracın nəticələri ləğv olunmamışdır. Daha sonra mənzilin boşaldılması ilə bağlı iddia qaldırılmış və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli yekun məhkəmə qərarı mövcuddur. ASC tərəfindən verilmiş cavab məktubunda da alqı-satqı müqaviləsinin bağlanması təklif olunmuşdur. xx.xx.2022-ci il tarixli akt tərtib olunaraq, mənzil boşaldılmış və ASC-yə təhvil verilmişdir Hazırda iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına etiraz edir, çünki qanunvericiliklə bu öhdəlik üzərinə qoyula bilməz. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, kreditin təminatı kimi onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3734/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə cəmi 34804.40 ABŞ dolları və 31 manat dövlət rüsumu tutulması, tələbin ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti 40000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-3734/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-48/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehin Cavabdeh BOKT ASC-yə olan borcu cəmi 28.880,89 ABŞ dolları müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2018-ci il tarixli, 170 saylı protokola əsasən Cavabdeh BOKT ASC tərəfindən 25500 manata əldə edilmiş və xx.xx.2018-ci il tarixli, 170 saylı dövlət reyestrindən çıxarış verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4367/2019 saylı xx.xx.2019 tarixli qətnaməsi ilə İddiaçı “X6” MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh BOKT ASC-yə qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsinə dair” iddiası təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1502/2019 saylı qətnaməsi ilə Cavabdeh BOKT ASC-nin cavabdehlər X3 və İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddiası təmin edilərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-65/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasassiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1502/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1502/2019 saylı icra sənədi üzrə borclular İddiaçı və X3 əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmış və ev tələbkar Cavabdeh BOKT ASCnin nümayəndəsinə təhvil verilmişdir. Cavabdeh BOKT ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçininonunla fərdi yaşayış evinə dair kirayə müqaviləsinin bağlanmasına dair müraciətinə cavab olaraq, təşkilat ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair yalnız ilkin alqı-satqı müqaviləsinin bağlanması mümkünlüyünü bildirmişdir. Hazırda İddiaçı qanuni qüvvəsini almış məhkəmə aktı əsasında boaldıalraq cavabdehə təhvil verilmiş mübahisəli fərdi yaşayış evinə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müdafiə etdiyi tələbi əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 324.1-ci maddəsində müəyyən edilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.3 və 324.4-cü maddələri). Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə əsasən, yaşayiş evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Qeyd etmək lazımdır ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Mülki Məcəllədən 412-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: “Maddə 412. Tərəfin müqavilə bağlamaqdan boyun qaçırması 412.1. Əgər müqaviləni bağlaması bu Məcəlləyə görə məcburi olan tərəf onu bağlamaqdan boyun qaçırırsa, digər tərəf müqaviləni bağlamağa məcbur etmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 412.2. Müqaviləni bağlamaqdan əsassız boyun qaçıran tərəf bununla digər tərəfə vurulan zərərin əvəzini ödəməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il Qərarında göstərilmişdir ki, “Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi).” Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kirayə müqaviləsinin bağlanması tələbinə dair" iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelllyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5362/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5362/2022
14.12.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver