Məhkəmə qərarları › İş №2(004)-5366/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5366/2021

09.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5366/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, ərizəçinin vəkili X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə 13.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X.Q.Mustafayev küçəsi, 42 V saylı fərdi yaşayış evinin çıxarış sənədinin X2na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Ərizəçi 09.09.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə məhkəməyə təqdim edərək, Bakı şəhəri, 5-ci Yasamal küçəsi, 42V saylı evə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, Bakı şəhəri, 5-ci Yasamal küçəsi, 42V saylı fərdi yaşayış evi X2na məxsus olmuşdur. X2 10.08.2011-ci il tarixdə vəfat etmişdir. Həmin evə vərəsəlik qaydasında onun adına DƏDRX-də çıxarışın alınması üçün zəruri olan sənədləri toplamağa başlamış, bununla da DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, ona cavab olaraq ölüm haqqında şəhadətnamədə atasının adı “X8” göstərildiyi halda, hüquq müəyyənedici sənəd olan evin texniki pasportunda atasının adı “X9” kimi göstərildiyi bildirilmiş və ona məsələnin həll olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili X10 izahat verərək ərizəçinin izahatını təsdiq etdiyini bildirir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, 5-ci Yasamal küçəsi, 42V saylı evin sahibi X5r. İş materiallarında olan 12.01.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X1 İlhamə Xanəhməd qızının atasıdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 24.08.2011-ci il tarixdə verilmiş AZ-İ 472828 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X11 10.08.2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin X2 Bakı şəhəri, 5-ci Yasamal küçəsi, 42V saylı evin sahibi olmuş və 10.08.2011-ci il tarixdə vəfat etmişdir. Lakin texniki inventarizasiya və qiymətləndirilmə pasportunda onun adı “X9” kimi, ölüm haqqında şəhadətnamədə isə “X8” kimi qeyd olunmuşdur . Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, 5-ci Yasamal küçəsi, 42V saylı evə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun X4 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, 5-ci Yasamal küçəsi, 42V saylı evə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun X4 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar