Məhkəmə qərarları › İş №2(004)-537/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-537/2025

30.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-537/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin ƏM-nin 70-ci madəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmrinin ləğv olunması, "xxxx" QSC tərəfindən 2021-ci ilin sentyabr ayından iş yerinə buraxılmamağının qanunsuz hesab edilməsi, işə bərpa edilməsi və 2021-ci ilin sentyabr ayından hesablanmaqla qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi işburaxma müddəti üçün əmək haqqının, əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla məbləğin, eləcə də 2021-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60 faiz deyil 100 faiz hesablanaraq ona ödənilməsi və 7000 manat məbləğində ona dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 3 ildən artıqdır ki, qəsdən işəgötürən tərəfindən iş yerinə buraxılmamışdır. 3 ildən artıqdır ki, ona əmək haqqı verilməmişdir. Buna baxmayaraq onun barəsində qanunsuz olaraq əmək müqaviləsinə ƏM-nın 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixdə əmr verilmiş, (bu barədə 1 saylı Bakı Dost Mərkəzi Publik hüquqi şəxsindən məlumat almışam) həmin tarixədək cavabdehin rəsmi işçisi kimi qeydiyyatda olmuş, lakin onu 3 il müddətində iş yerinə buraxmamış, üstəlik ona əmək haqqı da verilməmişdir. Faktiki olaraq işəgötürən onu 3 ildir ki, işsiz qoymuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr eyni zamanda onun xəstə olduğu dövrdə (xəstəlik vərəqəsi olduğu halda) verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı Dost Mərkəzinə müraciət etmiş və ona bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə 70 "xxxx") xitam verilmişdir. Həmin gün (xx.xx.2024) "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinə zəng edib məlumat almaq istəmiş və HİK-dən bildirmişlər ki, bu barədə Kadrlar və Xüsusi İşlər Departamenti tərəfindən onlara məlumat verilməmişdir. xx.xx.2024-cü il tarixli (762k/d) ƏMR-də HİK-in qərarının nəzərə alındığı qeyd edirmişdir. Həmin qərardan onun ümumiyyətlə xəbəri olmamış, əmrdən belə görünür ki, həmkarlar İttifaqı Komitəsi iştirakı və xəbəri olmadan işdən çıxmağına razılıq vermişdir. Həmin əmr barədə ona rəsmi məlumat cavabdehin 13 09 2024-cü il tarixli məktubu ilə verilmiş, həmin məktubda “xx.xx.2024 cü il tarixdə işdən azad olunmağınızla bağlı Cəmiyyətə gəlib əmək kitabçanızı və işdən azad əmrinizin surətini götürəsiniz” qeyd edilmişdir. O, 1986-cı ildə “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də əmək fəaliyyətinə başlamışdır. Uzun müddətdir ki, həmin müəssisədə “Azərbaycan Radiousunun” Proqramlar Direktorluğunda radionun “Uşaq və Gənclik verilişləri baş redaksiyasında böyük redaktor vəzifəsində işləyirdi. Hər ay “Uğur” adlı iki veriliş hazırlayırdı. 2021-ci ildən başlayaraq ona qarşı iş yerində ayrı-seçkilik başlamış, işçi kimi hüquqlarının pozuntusuna yol verilmişdir. Məqsəd onu işdən çıxmaqla bağlı öz xahişi ilə könüllü ərizə yazmağa məcbur etmək olmuşdur. Heç bir əsas olmadan, izahatı alınmadan cavabdehin Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İ.Hüseynovanın imzası ilə xx.xx.2021-ci il tarixdə ona töhmət verilmişdir. Qonorarı (aylıq əmək haqqı) ona töhmət verilməsi üçün “AKT’’-a imza edən redaktorların qonorarlarına əlavə edilmişdir. Həmin ildən ona əmək haqqının verilməsi dayandırılmışdır. İki ədəd iş kompüteri ondan alınmış, ona məxsus qovluqlar, verilişlər kompüterdən pozulmuş, kodu dəyişdirilmiş və redaksiyada 10 ildən çox işlədiyi iş otağının qapısının açarı dəyişdirilmiş, ona idarəyə daxil olmağa icazə verilməmişdir. Dəfələrlə rəhbərliyə etdiyi şifahi və yazılı müraciətləri nəzərə alınmamışdır. Bundan əlavə hər zaman aylıq qonorarı (əmək haqqı) dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı olmuşdur. Dəfələrlə müraciət etdikdən sonra qonorarı 250 manat olmuşdur. 2019-cu il tarixdən müharibə veteranlarının övladları gəlir vergisindən azad edilmişlər. Dəfələrlə müraciət etdikdən sonra iki ay nəzərə alınmış, növbəti aydan isə aylıq qonorarı (əmək haqqı) səbəb olmadan dayandırılmışdır. Müəllifi olduğu verilişin hazırlanması başqa bir redaktora tapşırılmışdır. 2021-ci ilin sentyabr ayından isə qonorarı töhmət əmrinin verilməsi üçün AKT imza edən redaktorların qonorarlarına əlavə edilmişdir. Bundan əlavə, Nazirlik tərəfindən verilən Sosial arayışda sentyabr 2021-ci il tarixdə 209 manat qonorar aldığı qeyd edilmişdir. 2021-ci ildə (sentyabr) məzuniyyətdən qayıtdıqdan sonra verilişinin səbəb olmadan efirə verilməsi dayandırılmışdır, həmin aydan (2021 ci il) qonorar almır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən onun iradəsinin əleyhinə əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməyi və barəsində əsassız olaraq verilmiş töhmət əmrinin surətinin verilməsi ilə bağlı işəgötürənə poçt vasitəsi ilə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Ona töhmət verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, verilişlərinin bərpa olunması, 2021-ci ilin sentyabr, oktyabr və 2022-ci ilin yanvar ayı, eləcə də 2022-ci ilin 06 may tarixindən başalayaraq məcburi iş buraxmaya görə işəgötürən tərəfindən verilişlərin bərpa olunan tarixinədək müddət üçün əmək müqaviləsində göstərilən aylıq əmək haqqının ödənilməsi (alacağım əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla eləcə də xəstəlik vərəqələrinə görə aylıq qonorarın 60 faiz deyil 100 faiz hesablanaraq) eləcə də mənəvi zərərə görə 2000 manat pul məbləğinin ödənilməsi barədə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Hal-hazırda sonuncu instansiya məhkəməsinin qərarından verdiyi şikayətə Konstitusiya Məhkəməsində baxılmaqdadır. Əmək hüquqlarınının pozuntusu cavabdeh tərəfindən davam etdirilmiş, 3 ildən artıqdır ki, qəsdən işəgötürən tərəfindən iş yerinə buraxılmamış, 3 ildən artıqdır ki, ona əmək haqqı verilməmişdir. 2023-cü ilin avqust ayında cavabdehə müraciət edərək əmək kitabçasının ona verilməsini və işsiz vətəndaş kimi Nazirliyə müraciət etmək istədiyini bildirmişdir. Növbəti xx.xx.2024-cü il tarixli ərizəsinin hesablanıb, ödənişə göndərilməyən (xx.xx.2023-xx.xx.2023) xəstəlik vərəqələrinin geri qaytarılmasını və onun idarəyə daxil olub, 10 il oturduğu otaqdan şəxsi əşyalarını götürməyə icazə vermələri ilə bağlı yazılı müraciət etmişdir. Növbəti ərizəsini isə xx.xx.2024-cü il tarixdə işəgötürənə təqdim etmişdir. Belə ki, Kadrlar və Xüsusi İşlər Departamentinin rəis müavini Zemfira Əliyeva telefon vasitəsilə ona bildirmişdir ki, onu ixtisar edəcəklər. Bu barədə xx.xx.2024-cü il tarixdə ixtisarla bağlı yazılı müraciət etmişdir. Səhhəti ilə əlaqədar son illər müxtəlif vaxtlarda müalicə almışdır, bununla bağlı xəstəlik vərəqələrini işəgötürənə təqdim etmişdir. 2021-2022-ci illər üzrə xəstəlik vərəqələri üzrə müavinət əmək stajı nəzərə alınmadan qanunsuz olaraq 60 faizlə hesablanmışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024 cü il tarixli məktubunda və məhkəmə ekspertizasının rəyində ətraflı qeyd edilmişdir. Növbəti dəfə cavabdehə təqdim etdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan xəstəlik vərəqələri hesablanıb ödənişə göndərilmir. Bu barədə işəgötürənə və müvafiq Nazirliyə ərizə ilə müraciət etmişdir. Nazirliyin xx.xx.2024-cü il tarixli məktubunda bu barədə daha ətraflı qeyd edilmişdir. Cəmiyyətin baş mühasibi tərəfindən Filiala xx.xx.2024-cü il tarixdə məktub göndərilmiş, həmin məktubda işəmuzd işlədiyi və 2021-ci il tarixdən ona əmək haqqı (qonorar) verilmədiyi və (əmək müqaviləsinə dəyişiklik edilib - işçiyə hər ay 365 manat məbləğində əmək haqqı ödənilir) xəstəlik vərəqələrinin həmin məbləğlə (365 manat) hesablanması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixədək olan xəstəlik vərəqələrinə görə Cavabdeh tərəfindən ilk 14 gün üçün müəyyən olunmuş qaydada və miqdarda vəsait hesablanmadan, (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 74 (qeyd hissəsi) qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətin ödənilməsi üçün xəstəlik vərəqələri Filiala göndərilmişdir. Filial tərəfindən 388.13 manat (üç yüz səksən səkkiz manat on üç qəpik) məbləğində müavinət hesablanıb ödənişə göndərilmişdir Sonra isə həmin məbləğin geri qaytarılmasını tələb etmişlər. 351 manat vəsaiti geri qaytarıb qəbzi filiala təqdim etmişdir. Səbəb yuxarıda qeyd etdiyi kimi, Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan xəstəlik vərəqələrinə görə Cavabdeh tərəfindən ilk 14 gün üçün müəyyən olunmuş qaydada və miqdarda vəsait hesablanmadan, (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 74 (qeyd hissəsi) qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətin ödənilməsi üçün xəstəlik vərəqələri Filiala göndərilmişdir. Bu barədə Filialın xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarında ətraflı qeyd edilmişdir. Belə ki, 388.13 manat vəsaitdən qalan 38.13 manat məbləğində müavinət, xx.xx.2024-cü il tarixinə kimi istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabından tutularaq Filialın xəzinə hesabına qaytarılmışdır.Bu barədə, Filialın xx.xx.2024 cü il tarixli məktubunda qeyd edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdən 30 09.2024-cü il tarixədək olan xəstəlik vərəqələri Cəmiyyət tərəfindən qəbul edilmir. Xəstəliyi ilə əlaqədar müalicənin davam etdiyi bir vaxtda xx.xx.2024-cü il tarixdə əmək müaviləsinə xitam verilmişdir. Belə kı, xəstəliyi (xx.xx.2024-xx.xx.2024) müqaviləyə xitam verildiyi xx.xx.2024-cü il tarixindən sonra yəni xx.xx.2024-cü il tarixdə bitmişdir. İşəgötürən tərəfindən xəstəlik vərəqəsi qəbul edilmədiyindən həmin xəstəlik vərəqələrinin surətini Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı müraciətinə əlavə etmişdir. Cəmiyyətin Həmkarlar ittifaqı Komitəsində iclası isə xx.xx.2024-cü il tarixdə keçirilmişdir. AHİK ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd etmişdir ki, “Xəstəlik vərəqələri (2021-2022-ci illər üzrə) 60 faizlə hesablanmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan xəstəlik vərəqələri hesablanıb ödənişə göndərilmir, xəstəlik vərəqələrinin (xx.xx.2023-xx.xx.2023) əsli Cəmiyyət tərəfindən geri qaytarılmır, 15.07 2024 cü il tarixli (xəstəlik davam edir) xəstəlik vərəqələri Cəmiyyət tərəfindən qəbul edilmir”. İş yerinə daxil olmağa ona icazə verilmədiyi bir vaxtda (xx.xx.2023 cü il) və (xx.xx.2023-cü il) razılığı, ümumiyyətlə xəbəri olmadan əmək müqaviləsinə iki dəfə dəyişikliklər edilmiş, bu barədə ona məlumat verilməmişdir. Cavabdehə növbəti dəfə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Kadrlar və Xüsusi İşlər Departamentinin rəis müavini Zemfıra Əliyeva və Ümumi şöbənin müdiri telefon vasitəsi ilə ona bildirmişlər ki, “bu gün sizin yaşadığınız ünvana məktub çatdırılacaq. Biz sənin ştatını ixtisar edirik, sənə pul da verəcəyik, əmək kitabçasını da alacaqsan. Xəstəlik vərəqələri (xx.xx.2023-xx.xx.2023) hesablanmayacaq. Səbəb, sənə 2021-ci ilin sentyabr ayından əmək haqqı verilmir.” Belə ki, rəis müavini həmçinin qeyd etmişdir ki, “biz səni Radionun Uşaq və Gənglik baş redaksiyasından başqa redaksiyaya keçirmişik Kompüter səndən alınıb, verilişlər, qovluqlar pozulub, redaksiyanın həmin otağına daxıl olmağa sənə icazə verilmir.” xx.xx.2024-cü il tarixdə AHİK-da qəbulda olmuşdur. Görüşdə cavabdehin nümayəndəsinə “Cəmiyyətin Həmkarlar Komitəsi tərəfindən iclas keçirilməsinin vacib olduğu, iclasın vaxtının ona bildirilməli olduğu qeyd olunmuşdur. Lakin bu deyilənlərin heç biri baş verməmişdir. Cavabdehin onunla müqaviləyə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmri qanunsuz və əsassız olmuşdur. Həmin əmrdə müqaviləyə Əmək Məcəlləsinin maddə 70 "xxxx" bəndi ilə xitam verildiyi qeyd olunsa da, həmin maddənin tətbiqi ilə bağlı heç bir əsaslandırma gətirilməmişdir. Əmr verilməsinə əsas olmuş sənədlərin heç birisi bu barədə müraciətinin olmasına baxmayaraq onatəqdim edilməmişdir. Əsas kimi saxta formada tərtib olunmuş akt, təqdimat, Həmkarlar İttifaqı komitəsinin qərarından onun məlumatı olmamışdır. Əmrdən görünür ki, əmək müqaviləsi birtərəfli qaydada (işəgötürənin təşəbbüsü ilə) ləğv etmişdir. Lakin cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmr versə də, həmin maddədə nəzərdə tutulmuş onun hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyini, Məcəllənin 72-ci maddəsində sadalanan hansı əmək vəzifələrini kobud şəkildə pozmağını əmrdə göstərməmiş və əsaslandırmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Daha sonra, cavabdeh "xxxx" QSC iddia tələbinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, İddiaçı ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, bununla bağlı İddiaçı iddiası üzrə məhkəmədə araşdırma aparılıb. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməyib. İddiaçı apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(103)-5919/2023 saylı qətnamə ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb. Bundan sonra İddiaçı kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edib. İddia ərizəsinə “3 ildən artıqdır ki, qəsdən işəgötürən tərəfdən iş yerinə buraxılmamışam” ifadələri ilə başlayan İddiaçı dəfələrlə rəsmi qaydada işə çağrılsa da, onlara məlum olmayan səbəbdən iş yerinə gəlməyib. Eyni zamanda, gəlməməsinin səbəbinə dair hər hansı sənəd də təqdim etməyib. “Kadrlar və Xüsusi İşlər” departamentinin əməkdaşları onunla dəfələrlə əlaqə saxlayaraq işə gəlməli olduğunu bildirmişlər. xx.xx.2024-cü il tarixində isə ona işə gəlməsi barədə bildiriş göndərilib. Bildirişi alan İddiaçı ona heç bir əhəmiyyət verməyib. Daha sonra da işlədiyi redaksiyanın baş redaktoru onunla əlaqə saxlamağa çalışsa da, o zənglərə cavab verməyib. Bundan başqa, QSC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda sözügedən Komitənin əməkdaşlarının iddiaçı ilə əlaqə yaratdığı göstərilir. Danışıq zamanı məktubda qeyd olunan məsələlərlə əlaqədar görüş keçirmək üçün HİK-ə dəvət olunsa da, İddiaçı QSC-yə gəlməkdən imtina edib. Toplanmış materiallar üzrə araşdırma aparılıb və İddiaçı hər hansı hüquqi sənəd təqdim etmədən uzun müddət iş yerinə gəlmədiyi öz təsdiqini tapıb. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı bu hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) və “f” (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinə tələblərindən irəli gələn əmək müqaviləsi üzrə vəzifə borcunu yerinə yetirməmiş və məhz buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifədən azad olunub. Eyni zamanda, QSC ilə işçiləri arasında bağlanmış əmək müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməsi və ona nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məsələlərini tənzimləyən "xxxx" QSC-nin X2 8-ci maddəsi işçinin əmək va icra intizamını müəyyən edir. Beləliklə də hesab edirlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə tam qanuni əsaslarla xitam verilib. Hüquqi dəyərləndirmə baxımından isə İddiaçı iddiası formal mülahizələrdən ibarət olmaqla, onun maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirlər ki, 2(004)-5764/2024 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi rədd edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-537/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı hazırda irəli sürdüyü iddia tələblərinin bəzi hissələri – “2021-2022-ci il üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60 faiz deyil 100 faiz hesablanaraq ona ödənilməsi” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2023 saylı mülki işi üzrə irəli sürülmüş iddia tələblərinin bəzi hissələri ilə – “2021-2022-ci il üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60 faiz deyil 100 faiz hesablanaraq ona ödənilməsi” tələbi ilə eynilik təşkil etdiyindən İddiaçı "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “2021-2022-ci il üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60 faiz deyil 100 faiz hesablanaraq ona ödənilməsi” hissələrində xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. 2021-ci ildən etibarən əmək haqqının verilməsi dayandırılmışdır. Xəstə olmağına baxmayaraq, onu cavabdeh idarəyə çağırmışlar və izahat yazdırmışlar. Onlara əmək qabiliyyətinin olmaması vərəqəsinin olduğunu bildirmişdir. Bundan başqa digər işçilərin onlara maneçilik törətməyi barədə şikayətin daxil olduğunu bildirmişlər. 2021-ci ilin avqust ayında o, məcburi olaraq məzuniyyətə çıxarılmışdır. 2021-ci ilin sentyabr ayında işə çıxan zaman verilişinin digər şəxsə verildiyinin, qonorarının bölüşdürülməsinin şahidi olmuşdur. Daha sonra sədr ona başqa işə keçiriləcəyini bildirmişdir. Daha sonra ona izahatı alınmadan töhmət verilmişdir. Ondan öz xahişi ilə işdən azad edilməyi barədə ərizə yazmaq tələb edilmişdir. İyun ayının 15-dən sentyabr ayının 30-dək xəstəliyi ilə bağlı müalicə və müayinə olunmuşdur. Xəstə olduğu müddətdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 2021-ci ildən etibarən tərəfindən hər il iki ay müddətinə xəstəlik vərəqələri cavabdeh idarəyə təqdim edilmişdir. Onun əmək haqqı minimum əmək haqqından az olmuşdur. Əmək müqaviləsinə dəyişiklərdən də xəbəri olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı Dost Mərkəzindən əldə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 2021-ci ilin sentyabr ayından sonra işə buraxılmamışdır. İddianı müdafiə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 2021- 2022-ci illər üzrə xəstəlik vərəqələrinə görə müavinət qazancın 60 faizi miqdarında hesablanaraq ona ödənilmişdir. 2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinət hesablanmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Həmkarlar İttifaqı Komitəsinin verdiyi məlumata əsasən, Komitə tərəfindən 2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinət olaraq 800 manat ödənilmişdir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı intizam tənbehi verilməsi barədə əmrin ləğvi, əmək haqqı, əmək qabiliyyətinin olmamasına görə müavinətin tam ödənilməsi, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona töhmət verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli N438 k/d saylı əmrin ləğv edilməsi, cavabdehdən verilişlərinin bərpa olunması, ona vurulmuş maddi ziyana görə 6000 manat (sentyabr, oktyabr və yanvar ayı ərzində (3 ay) alacağı qonorarın hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla, eləcə də xəstəlik vərəqələrinə görə aylıq qonorarının 60 faiz deyil, 100 faiz hesablanaraq ödənilməsi və mənəvi ziyana görə 2000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə iddia rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5919/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-957/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5919/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi işdən azad edilmişdir. İş materiallarında olan ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinə kimi işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. İş materiallarında olan ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işdən azad edilmişdir. İş materiallarında olan ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi işdən azad edilmişdir. İş materiallarında olan ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmrindən görünür ki, Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddət üzrlü səbəb olmadan, habelə heç bir hüquqi sənəd təqdim etmədən iş yerinə gəlməmiş, bununla da o, AR ƏM-nin 72-ci maddəsinin a bəndinin tələblərini pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" QSC-də Azərbaycan Radiosu/RV Xüsusi Layihələr Redaksiyasında RV Xüsusi Layihələr redaksiyasının böyük redaktoru vəzifəsinə keçirilmişdir. İşçi xx.xx.2005-ci il tarixindən işə başlamışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-6/2- 04/1-580/2024 saylı məktubla, AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığın bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinə daxil olan 13-6/2-04/1- 580/2024 saylı məktub üzrə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin iclası keçirilmişdir. Məktubda bildirilir ki, Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddətdir işə gəlmir. Kadrlar və Xüsusi İşlər departamentinin rəis müavini Z.Əliyeva dəfələrlə İddiaçı ilə (***-***-**-**) nömrəli telefonla əlaqə saxlayaraq işə gəlməli olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixində isə ona işə gəlməsi barədə bildiriş göndərilmişdir. Bildirişi alan İddiaçı ona heç bir əhəmiyyət verməmişdir. Radionun “Xüsusi Layihələr” redaksiyasının baş direktoru D.Mirzəyeva dəfələrlə onunla əlaqə saxlamağa çalışsa da, o zənglərə cavab verməmişdir. Həmkarlar İttifaqı Komitəsinə daxil olan sənədlərlə tanış olduqdan sonra yuxarıda qeyd olunan əlaqə nömrəsi ilə onunla əlaqə yaradılmışdır. Danışıq zamanı məktubda qeyd olunan məsələlərlə əlaqədar görüş keçirmək üçün İddiaçı AzTV QSC-yə dəvət olunsa da o, QSC-yə gəlməkdən imtina etmişdir. Toplanmış materiallar üzrə araşdırma aparılmış və İddiaçı hər hansı hüquqi sənəd təqdim etmədən uzun müddət iş yerinə gəlmədiyi öz təsdiqini tapmışdır. Bununla da İddiaçı AR ƏM-nin 70-ci maddəsinin ç bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Həmkarlar İttifaqı Komitəsi üzvləri qeyd edilənlərlə əlaqədar, habelə məktuba əlavə edilmiş sənədlər üzrə xx.xx.2024-cü il tarixində iclas keçirərək, müvafiq qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Həmkarlar İttifaqı Komitəsi AR ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı işdən azad edilməsinə etiraz etmir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 08 saylı Protokolundan Çıxarışa əsasən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinin tələblərini pozduğu üçün ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı işdən azad edilməsinə etiraz edilməməsi qərara alınmışdır. İş materiallarında olan Radionun “Xüsusi Layihələr” redaksiyasının baş direktoru D.Mirzəyevanın "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilmişdir ki, redaksiyanın əməkdaşı böyük redaktor İddiaçı uzun müddətdir işə gəlmir. Dəfələrlə mənzilinə, ***-**-** nömrəsinə işə gəlməsi ilə bağlı əlaqə saxlamağa cəhd olunmuş, telefon zənglərinə cavab verilməmişdir. Hazırda layihəsi və redaksiyası ilə heç bir əlaqəsi yoxdur. Bunları nəzərə alıb, müvafiq tədbir görülməsi xahiş olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddətdir işə gəlmir. Dəfələrlə onun mənzilinə, ***-**-** nömrəsinə zəng vuraraq, işə gəlməsi ilə bağlı əlaqə saxlamağa cəhd edilsə də, telefon zənglərinə cavab verməyib və bir nəticə əldə olunmayıb. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə işə qəbul edilmişdir. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə əmək müqaviləsində edilmiş dəyişikliyə əsasən İddiaçı "xxxx" QSC-də Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru vəzifəsinə keçirilmişdir. İddiaçı sağlamlığındakı problemlərlə bağlı Əmək qabiliyyətinin olmamaması vərəqələri əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işdən azad edilmiş, işə başlamalı olduğu tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmrinə əsasən Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddət üzrlü səbəb olmadan, habelə heç bir hüquqi sənəd təqdim etmədən iş yerinə gəlməməsi əsas gətirilərək, Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı xəstəliklə bağlı Əmək qabiliyyətinin olmamaması vərəqələri əsasında işə çıxamamasını əsas gətirərək, cavabdeh "xxxx" QSC-nin ƏM-nin 70-ci madəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmrinin ləğv olunması, "xxxx" QSC tərəfindən 2021-ci ilin sentyabr ayından iş yerinə buraxılmamağının qanunsuz hesab edilməsi, işə bərpa edilməsi və 2021-ci ilin sentyabr ayından hesablanmaqla qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi işburaxma müddəti üçün əmək haqqının, əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla məbləğin, eləcə də 2021-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60 faiz deyil 100 faiz hesablanaraq ona ödənilməsi və 7000 manat məbləğində ona dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan ******* nömrəli, ******* nömrəli və ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqələri ilə təsdiq olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işdən azad edilmiş, işə başlamalı olduğu tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı bülletendə olmasına baxmayaraq, AR ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinin tələbi pozularaq "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmri əsasında Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Belə olduğu təqdirdə, əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar ******* nömrəli, ******* nömrəli və ******* nömrəli Əmək qabiliyyətinin olmamaması vərəqələrinin olmasına baxmayaraq, əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinin tələbi ciddi şəkildə pozulduğundan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödənilməsi 2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödəniməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulması” hissəsində də təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar daxildir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər. Həmin Əsasnamənin 8-ci bəndinə əsasən Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir. Məhkəmə hesab edir ki, iddia tələbi “işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin tələbə münasibət bildirərək məhkəmə qeyd edir ki, AR ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu halda gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “7000 manat məbləğində ona dəymiş zərərin ödənilməsi” hissəsində də təmin olunmamalıdır. Belə ki, məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin olunmalı, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilməli, 2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı ödənilsin. 2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar