Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5378/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilinə köçürülməsi barəqə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 11:50-ə təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilsə də, cavabdeh məhkəmənin hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, yaşadığı Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilini keçmiş əri Arzu Həsənovla birgə nikah dövründə əldə etmişdir. Keçmiş həyat yoldaşının təklifi ilə həmin mənzili xx.xx.2021-ci ildə birgə nikahdan doğulmuş övladları, yəni Cavabdeh bağışlama müqaviləsi əsasında bağışlamışlar. Həmin müqaviləni bağlamağa digər oğlu və keçmiş həyat yoldaşının təkidi ilə razı olmuş, lakin o şərtlə razı olmuşdur ki, cavabdeh onun orada qeydiyyatda qalmağına və yaşamasına mane yaratmayacaqdır. Bağışlama müqaviləsi bağlanandan bir müddət keçmiş oğlu atası ilə birləşib onun yaşadığı mənzildən çıxartmağa çalışmışdır. Hətta keçmiş həyat yoldaşı ona əl qaldırmış oğlu isə onun əllərini tutaraq buna şərait yaratmışdır. Bununla bağlı 22-ci Polis Bölməsində iş açılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Cavabdeh bir neçə aydır ki, onu evdən çıxarmış, mənzilin qapısının qıfılını dəyişdirmişdir. Bu səbəbdən o, yaşadığı evə girə bilmir və orada qala bilmir. Onun bütün əşyaları Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilindədir. Onun daimi yaşayış yeri həmin mənzildir, qonşuları da bunu aktla təsdiq edirlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-2420/2023 nömrəli mülki iş vardır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-2420/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-2885/2023 nömrəli mülki iş üzrə qəbul olunacaq yekun məhkəmə aktı qüvvəyə minənə qədər iddiaçı Cavabdeh İddiaçı qarşı “onun Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-2420/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(004)-2885/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağışlamaqdan imtina edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir və hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. Onun hazırda başqa yaşayış yeri yoxdur. Odur ki, işə mahiyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilən məhkəmə aktlarını və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 43-44-cü maddələrinin tələbinə uyğun olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-5378/2023 nömrəli mülki işlə (xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olub), Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-2420/2023 nömrəli mülki iş (xx.xx.2023-cü ildə məhkəməyə daxil olub) biri-biri ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qərar qəbul edilməlidir. Bu məqsədlə hazırkı mülki iş digər mülki işlə birləşdirilməlidir. Çünki, 2(004)-5378/2023 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilinə köçürülməsi barəqə qətnamə çıxarılmasını xahiş etmişdir. 2(004)-2420/2023 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-2420/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-2885/2023 nömrəli mülki iş üzrə qəbul olunacaq yekun məhkəmə aktı qüvvəyə minənə qədər iddiaçı Cavabdeh İddiaçı qarşı “onun Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-2420/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2885/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağışlamaqdan imtina edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5915/2023 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2885/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti mümkün hesab edilmişdir və işə mahiyyəti üzrə baxılmaqdadır. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-in 44.2.6-cı maddəsinə əsasən məhkəmə işi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda başqa məhkəmədə baxılmağa verir. Hazırkı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməsi, məhkəmənin icraatında olan digər mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməsini istisna edir. Bu səbəbdən də, bu işlər biri-biri ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 43, 44, 169.3, 170, 263264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-5378/2023 nömrəli mülki iş ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-2420/2023 nömrəli mülki işə birləşdirilsin və bir icraatda baxılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-5378/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5378/2023
14.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver