Məhkəmə qərarları › İş №2(004)-5380/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5380/2023

14.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5380/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Qürbətəli oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qürbətəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qürbətəli oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132.1 kv.m olan mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılması və mənzili iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246 (iki yüz qırx altı) manat və "xxxx" ASCyə yaranmış kommunal borca görə 65 (altmış beş) manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi və iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə uzun illərdir ki, işgüzar münasibəti var. İşgüzar münasibətləri nəticəsində 2021-ci il tarixədək cavabdehin 102000 manat məbləğində borcu yaranmışdır. O, cavabdehdən dəfələrlə borcun qaytarılmasını xahiş etsə də o, hər dəfəsində müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Daha sonra, xx.xx.2021-ci il tarixdə, Cavabdeh1 "xxxx" MMC-nin direktoru T.Məmmədova ərizə ilə müraciət edərək, “Simpatiya-S" MMC-nin Yasamal rayonu, Yeni Yasamal Y/M, Yeni Alatava 80A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən, 3 otaqlı 180 saylı ümumi sahəsi 132.1 k.m-dən ibarət mənzil alınmışdır. Həmin mənzildən imtina edir və İddiaçı adına rəsmiləşdirilməsini xahiş edir. Məsələ ilə bağlı heç bir etirazı yoxdur, gələcəkdə həmin mənzilə göra heç bir iddia tələbi irəli sürməyəcək və yarana biləcək hər hansısa bir problemdə cavabdeh qismində özü çıxış edəcək, "kimi, qeyd etmişdir. Bundan sonra, 01,09.2021-ci il tarixdə, "xxxx" MMC-nin direktoru T.Məmmədovla arasında, "çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 95 nömrəli müqavilə bağlanmış və mənzilin dəyəri 92470 (doxsan iki min dörd yüz yetmiş) manat məbləğində müəyyən olunaraq onun adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh ondan bir müddət möhlət istəyərək mənzildə qalmasını xahiş etmişdir. Daha sonra o, cavabdehdən mənzilin boşaldılmasını xahiş etsə də o, hər dəfəsində müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan yayınmışdır. Bununla bağlı 2023-cü ilin iyun ayında tərəfidən DİN Yasamal Rayon 29-cu Polis Bölməsinə şikayətlə müraciət etmişdi. Şikayət əsasında cavabdeh xx.xx.2023-cü il tarixdə, polis bölməsinə dəvət olunmuş və ondan izahat alınmışdır. Cavabdeh izahatında bildirmişdir ki, “İddiaçı 102 min borcu olduğu üçün ona məxsus olan Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən mənzil 180, alqı-satqı ilə vermişdir. Aralarında olan razılığa əsasən 15 iyul 2023-cü il tarixədək o söz verir İddiaçı 102 min manat pulunu verəcək. Vermədiyi halda o mənzili boşaldıb İddiaçı təhvil verəcək." kimi qeyd etmişdir. Hazırda cavabdehin polis bölməsində yazdığı izahatı ilə verdiyi vəddi əməl etməmişdir və hazıradək ona məxsus mənzildə ailə üzvləri ilə birgə yaşayır. Daha sonra, tərəfimdən "Azərişıq” ASC və "xxxx" ASC müraciət edərək, onun yeni abunent müqavilə bağlanmasını xahiş etmişdi. "xxxx" ASC-nin Enerji Satış Departamentinin nümayəndəsi tərəfindən ona bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin 246 manat elektrik borcu mövcuddur və borc ödənildiyi təqdirdə abunent müqaviləsi bağlanılacaqdır. Bu səbəbdən istifadə etmədiyi mənzilə yaranmış 246 manat elektrik borcu ödədi və "xxxx" ASC-nin Enerji Satış Departamentinin direktoru Elçin Dadaşovla xx.xx.2023-cü il tarixli, 704897№-li abunent müqaviləsi bağlanılmışdır. Həmçinin "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin nümayəndəsi tərəfindən ona bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması nəticəsində 65 manat borcu mövcutdur və borc ödənildiyi təqdirdə abunent müqaviləsi bağlanılacaqdır. Bu səbəbdən 65 manat borcu ödədi və "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin rəisi Ramin Sadıqovla xx.xx.2023-cü il tarixli, 47670545№-li abunent müqaviləsi bağlanılmışdır. Cavabdehin bu qanunsuz əməlinin qarşısını almaq məqsədi ilə, müxtəlif hüquq- mühafizə orqanlarına müraciət etməyinə baxmayaraq, onun işi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Beləliklə göründüyü kimi, müqaviləyə əsasən ona məxsus olan mənzilə daxil olmaq, ondan istifadə etmək, mənzildən faydalanmaq və ümumilikdə mülkiyyət hüququndan məhrum edildiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı Qürbətəli oğlu iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdehlərin həmin mənzildə yaşamaqları onun mənzildən istifadəsinə mane olur və özü məhkəmədən əvvəl mənzildən çıxmalarını xahiş etsə də, mənzildən çıxmamışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, onun iddiaçıya borcu olmuşdur, mənzillə bağlı nəsə olmamışdır. Mənzil ona məxsusdur və sübutları var. Sənədlərdən məlumatı olmamışdır. Odur ki, iddia tələbi qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Simpatiya-S" MMC ilə İddiaçı Qürbətəli oğlu arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 95 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən “Simpatiya-S" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində 3 otaqlı, 180 saylı mənzilini tikib sifarişçiyə təhvil verməsini öhdəsinə götürmüşdür. “Simpatiya-S" MMC-nin 01 sentyabr 2021-ci il tarixli maliyə arayışından görünür ki, “Simpatiya-S" MMC-nin inşa etdiyi mənzilin dəyəri İddiaçı Qürbətəli oğlu tərəfindən tam ödənilmiş və həmin mənzilə görə “Simpatiya-S" MMC qarşısında heç bir borcu yoxdur. “Simpatiya-S" MMC-yə Cavabdeh1 tərəfindən verilən ərizədən görünür ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı, 180 saylı ümumi sahəsi 132.1 kv.m olan mənzil onun tərəfindən alınmışdır. Həmin mənzildən imtina edir və İddiaçı Qürbətəli oğlunun adına rəsmiləşdirilməsini xahiş etmiş, məsələ ilə bağlı heç bir etirazı yoxdur. Gələcəkdə həmin mənzilə görə heç bir iddia tələbi irəli sürməyəcək və yarana biləcək hər hansı bir problemdə cavabdeh qismində özü çıxış edəcək. "xxxx" ASC-nin Yasamal rayon sukanal idarəsinin hesab fakturasından görünür ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı, 180 saylı mənzilin borcu olaraq 65 manat xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246,08 manat ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. İşin hallarından görünür ki, Cavabdeh1 ərizə ilə “Simpatiya-S" MMC-yə müraciət edərək ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı, 180 saylı ümumi sahəsi 132.1 kv.m olan mənzildən imtina etdiyini və həmin mənzilin İddiaçı Qürbətəli oğlunun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmçinin “Simpatiya-S" MMC ilə İddiaçı Qürbətəli oğlu arasında məüqavilə bağlanmış və həmin müqavilə üzrə razılaşdırılmış məbləğ İddiaçı Qürbətəli oğlu tərəfindən ödənilmişdir. Daha sonra iddiaçı cavabdehlərdən mənzildən çıxamalarını xahiş etsə də, cavabdehlər mənzildən çıxmamış və hazırda İddiaçı Qürbətəli oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132.1 kv.m olan mənzildən çıxarılmalı və ona təhvil verilməsini xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Qürbətəli oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132.1 kv.m olan mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadəsi qanunsuzdur və həmin mənzildən çıxarılmalıdırlar. Həmçinin İddiaçı Qürbətəli oğlu ödənilmiş "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246 (iki yüz qırx altı) manat və "xxxx" ASC-yə yaranmış kommunal borca görə 65 (altmış beş) manat məbləğində borc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməlidir. Bunlardan başqa, iddiaçı tərəfindən məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı Qürbətəli oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132.1 kv.m olan mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Mənzil boşaldılaraq İddiaçı Qürbətəli oğluna təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246 (iki yüz qırx altı) manat və "xxxx" ASC-yə yaranmış kommunal borca görə 65 (altmış beş) manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilsin. Məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar