Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5385/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, ərizəçi X2, maraqlı şəxs X1 iştirakı ilə, Ərizəçi X2 maraqlı şəxslər 3 saylı Bakı ASAN xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X10 və X3 qarşı miras əmlakının faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 maraqlı şəxslər 3 saylı Bakı ASAN xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X10 və X3 qarşı miras əmlakının faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək, mərhum anası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 47 mənzilə dair onun mirasın faktiki qəbul etməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1, mənzil 47 ünvanda yerləşən mənzil 1995-ci il tarixdən anası X5 şəxsi mülkiyyəti olmuşdur. xx.xx.2004-cu il tarixində anası X11 vəfat etmiş və xx.xx.2014-cü il tarixində AZ-1-044948 saylı Ölüm haqqında Şəhadətnamə verilmişdir. Anası öldükdən sonra o həmin evdə yaşamağa davam etmiş və hal-hazırda da həmin evdə yaşayır. Bildirmək istəyir ki, ünvan 1, mənzil 47 ünvanda yerləşən mənzil mərhum anası X4 ona miras əmlak kimi qalmışdır. Qeyd edir ki, anasının vəfatından sonra o daimi olaraq qeyd olunan mənzildə yaşamış və kommunal ödənişləri də, vaxtı vaxtında etmişdir. Bu isə miras əmlakının faktiki qəbulu deməkdir. Hesab edir ki, ünvan 1, mənzil 47 ünvanında yerləşən mənzil mərhum anası X4 ona miras əmlakı kimi qaldığından, ona Vərəsəlik haqqında Şəhadətnamə verilməlidir. Hazırki halda hüquqi faktın müəyyən edilməsi ona anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün lazımdır. Bu səbəbdən də, məhkəməyə müraciət məcburriyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X7 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 3 saylı Bakı ASAN xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-0861432 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 1926-cı il tarixdə Təzəkənd şəhərində doğulmuşdur. AZ-1816298 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında X8, ana qrafasında isə X11 qeyd edilmişdir. 022919 nömrəli, xx.xx.1995-ci il tarixli orderin surətindən görünür ki, ünvan 1, mənzil 47 X9 verilmişdir. Həmin mənzildə Ə.Zeynalova, N.Həsənov, Z.Həsənova və Ç.Həsənova qeydiyyata alınmışlar. AZ-İ 044948 nömrəli ölüm haqqınd aşəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə ağ ciyər trombozu xəstəliyindən Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə isə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışı zamanı ərizəçinin izahatı və məhkəməyə təqdim olunmuş sənədlərlə X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 47 mənzilin, oğlu ərizəçı X7 tərəfindən qəbul edilməsi faktı müəyyən edildiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X2 mərhum anası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 47 mənzili faktiki qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5385/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5385/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver