Məhkəmə qərarları › İş №2(004)-540/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-540/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-540/2022 23.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkilm oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bərabər olaraq 500 qram 585 əyarlı olan 75 qram ümumi çəkidə 15 ədəd qızıl üzük ,106 qram ümumi çəkidə 8 ədəd qızıl sırğa,130 qram ümumi çəkidə 13 ədəd qızıl sırğa-üzük, 83 qram ümumi çəkidə 15 ədəd qızıl boyun sep, 87,5 qram ümumi çəkidə 15 ədəd qızıl qolbaq, 14.2 qram ümumi çəkidə 2 ədəd qızıl sırğa qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması və ödənilmiş 265 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən Mərkəzi Univermağın birinci mərtəbəsində yerləşən "AB jewellery" mağazasında qızıl-zinət əşyaları alveri ilə məşğuldur. Təxminən 2018-ci ilin yaz aylarında işyerinə, həmin mağazaya qızıl almaq üçün cavabdehlər üçü birlikdə gəlmişdilər. Həmin vaxtdan iddiaçı onları tanımışdı. Həmin gün onlar bir neçə qızıl əşyaları almışdılar və nağd pul ödəmişdirlər.Lakin özlərini təqdim edəndə soyadlarını Əhmədovlar kimi bildirmişdirlər. Sonradan cavabdehlər dəfələrlə birlikdə gəlmiş və müxtəlif sayda və qiymətdə qızıl əşyalarını yarı pulunu ödəməklə yarı hissəsini borca almışdırlar. Şifahi olsada qaytaracaqlarına söz vermişlər və bildirmişlər ki, onlar səyyar formada qızıl satışı ilə neçə illərdi ki məşğuldular. İddiaçı isə nədənsə onlara inanmışdır. Lakin 2019-cu ilin fevral ayından cavabdehlər birlikdə gələrək müxtəlif növ qızıl-zinət əşyalarını 500 qram ümumi çəkidə götürmüşdülər. Birlikdə gələrək onlar biri-birinə məsləhət verməklə, seçim etməklə və hansı miqdarda götürməklərini məsləhətləşirdilər. Həmin dövr üçün 500 qram çəkidə 585 əyarında qızılın qiyməti 25000 (iyirmi beş min) manat təşkil edirdi. Həmin dəyərdən 2.500 manatı və sonradan 652 manat ödəmişdilər. Qalıq 22.141 manat təşkil edirdi. Lakin dəfələrlə cavabdehlərə borclarının ödənilmələrini və ya götürdükləri qızıl-zinət əşyalarını qaytarmasını bildirsə də, onlar bu günədək ödəməyiblər. Müxtəlif bəhanələrlə borclarını ödəməkdən və ya qızıl-zinət əşyalarını geri qaytarmaqdan yayınırlar. Bunlar barəsində mobil telefonla “WhatsApp” sosial şəbəkədə yazışmaları və səs yazılar vardır. Hazırda və artıq iki ildir ki, qızılın dəyəri ümumdünya bazarında qalxıb. Cavabdehlər isə götürdüyü əşyaların dəyərini ödəmədiklərinə görə o, məqsədə uyğun olaraq 500 qram 585 əyarında olan qızıl-zinət əşyalarını geri istəyir. Cavabdehlər qızıl əşyalarını - 75 qram ümumi çəkidə 15 ədəd qızıl üzük, 106 qram ümumi çəkidə 8 ədəd qızıl sırğa, 130 qram ümümi çəkidə 13 ədəd qızıl sırğa-üzük, 83 qram ümumi çəkidə 15 ədəd qızıl boyun sep, 87,5 qram ümumi çəkidə 15 ədəd qızıl qolbaq, 14.2 qram ümumi çəkidə 2 ədəd qızıl sırğa götürüb qaytarmayıblar. Qeyd edilən əşyaları sataraq iddiaçı pulunu alsaydı,vaxtında icarə pulunu, işçinin əmək haqqını və digər xərcləri ödəyə bilərdi. Cavabdehlər, əslən ona qarşı dələduzluq əməli etmişdirlər. Onun etibarından sui-istifadə edərək onu ziyana salmışdılar. İddiaçı iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul ediləsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkilm oğlu iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 hərəsi 5 qram olmaqla 10 ədəd qızıl üzük ümumi çəkisi 50 qram, hərəsi 13.25 qram olmaqla, 5 ədəd qızıl sırğa, ümumi çəkisi 66.25 qram, hərəsi 10 qram olmaqla,8 ədəd qızıl sırğa-üzük, ümumi çəkisi 80 qram, hərəsi 5,533 qram olmaqla, 9 ədəd qızıl boyun sep, ümumi çəkisi 49,797 qram, hərəsi 5,833 qram olmaqla, 6 ədəd qızıl qolbaq, ümumi çəkisi 34,998 qram, hərəsi 7.1 qram olmaqla 2 ədəd qızıl sırğa, ümumi çəkisi 14.2 qram bütün qızıllar-zinət əşyaları 585 əyarında olmaqla tutularaq iddiaçıya qaytarılması, Cavabdeh2 hərəsi 5 qram olmaqla, 3 ədəd qızıl üzük, ümumi çəkisi 15 qram, hərəsi 13.25 qram olmaqla, 2 ədəd qızıl sırğa, ümumi çəkisi 26.50 qram, hərəsi 10 qram olmaqla ,3 ədəd qızıl sırğaüzük, ümumi çəkisi 30 qram, hərəsi 5,533 qram olmaqla, 4 ədəd qızıl boyun sep, ümumi çəkisi 22,132 qram, hərəsi 5,833 qram olmaqla, 7 ədəd qızıl qolbaq, ümumi çəkisi 40,831 qram bütün qızıllar-zinət əşyaları 585 əyarında olmaqla tutularaq iddiaçıya qaytarılması və Cavabdeh3 hərəsi 5 qram olmaqla, 2 ədəd qızıl üzük, ümumi çəkisi 10 qram, hərəsi 13.25 qram olmaqla, 1 ədəd qızıl sırğa, ümumi çəkisi 13.25 qram, hərəsi 10 qram olmaqla, 2 ədəd qızıl sırğa-üzük, ümumi çəkisi 20 qram, hərəsi 5,533 qram olmaqla, 2 ədəd qızıl boyun sep, ümumi çəkisi 11,066 qram, hərəsi 5,833 qram olmaqla, 2 ədəd qızıl qolbaq, ümumi çəkisi 11,466 qram bütün qızıllar-zinət əşyaları 585 əyarında olmaqla iddiaçıya qaytarılması barədə qətnamə qəbul ediləsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkilm oğlu iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22.141 manat və Cavabdeh3 652 (altı yüz əlli iki) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkilm oğlu iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22.141 manat və Cavabdeh3 252 (iki yüz əlli iki) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkilm oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini özünə aid olan hissədə qəbul etməyərək bildirmişdir ki, cavabdeh Sevda onun anası, digər cavabdeh Gülarə isə onun həyat yoldaşıdır. Anası və həyat yoldaşı qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olmuşlar, lakin hazırda isə həmin fəaliyyətlə məşğul olmurlar. O, İddiaçı 2017-ci ildən anası və yoldaşının vasitəsilə tanımışdır, belə ki, anası və yoldaşı İddiaçı müxtəlif vaxtlarda həm nağd, həm də nisyə olaraq qızıl-zinət əşyaları almışlar. Hazırda anasının iddiaçıya 22.141 manat, həyat yoldaşının isə 252 manat borcu qalmışdır. O, qızıl alqısatqısı ilə məşğul olmur, taksi sürücüsü kimi anası və yoldaşını bir neçə dəfə Rasimin yanına aparmışdır. Odur ki, iddia tələbinin ona aid hissəsinin rədd olunmasını məkhəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Məmmədova Gülarə Tərlan qızı iddia tələbini ona aid olan hissədə qəbul edərək 252 (iki yüz əlli iki) manat borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 26.01.2022-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, 22.141 manat borcu etiraf edir və qəbul edir. Bundan əlavə məhkəmə baxış iclasına yazılı ərizə ünvanlayaraq ərizədə qeyd etmişdir ki, o, 27 ildir ki, qızıl alveri ilə məşğuldur. Əlinə pul düşdükdə alver edib Mərkəzi Univermaqda əksər qızıl alver edənlər onu tanıyırlar. 2018-ci ildə İddiaçı tanıyıb, dəfələrlə ondan nağd qızıl alveri edib sonra özü ona nisyə alver etməyi təklif etmişdir. O, İddiaçı qızıl alıb hər həftə pullar aparıb vermişdir. O, özü də bilirdi ki, o bu qızılları satır, bu qızılları iki adama satıb bunu təsdiq edəcək dəftərləri də vardır. O, İddiaçı qızıl əşyalarını geri qaytarmağa gətirmişdir, lakin götürməmiş, qoy qalsın satacaqsan demişdir. May ayında qızılları satdığı adam Rzayeva Lalə pulları ona verə bilməmişdir və o bunu Rasimin özünə də demişdir. Rzayeva Lalənin 16.000, Aybəniz adlı şəxsin isə 11.610 manat ona borcu qalıb. O da şəkər xəstəsi idi, xəstələnib ayağını kəsmişdirlər. Bu səbəbdən Rasimə 22.141 manat borcu qalmışdır. Onun oğlu Cavabdeh1 Rasimə pul verməyə bir - iki dəfə aparmışdır. O heç kəslə qızıl alveri etmir, taksi şoferi işləyir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayədəsi və vəkilinin, cavabdehlərin izahatını, çıxışını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan 30.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, Cavabdeh2 verdiyi izahatında İddiaçı müxtəlif vaxtlarda nisyə olaraq qızıl-zinət əşyaları almış,müəyyən məbləğdə ödənişlər etmiş, hazırki dövrə isə 22.141 manat borcu qalmışdır. Cavabdeh3 verdiyi izahatında İddiaçı 652 manat borcu olduğunu bildirmişdir. İş materiallarında olan 30.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, Cavabdeh1 verdiyi izahatında Bakı şəhəri, yasamal rayonu, Salamzadə küçəsi, 1055-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natəvan küçəsi, bina 6, mənzil 100-də yaşadığını, hazırda “Runner” kuryer şirkətində kuryer işlədiyini, həmçinin, icarəyə götürdüyü müxtəlif markalı avtomobillərlə taksi fəaliyyəti ilə də məşğul olduğunu, Cavabdeh2 onun anası, Cavabdeh3 isə yoldaşı olduğunu, onların səyyari olaraq qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olduqlarını, lakin hazırda isə həmin fəaliyyətlə məşğul olmadıqlarını, İddiaçı 2017-ci ildən tanıdığını, İddiaçı qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olduğunu, onun mağazasının Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən mərkəzi univermaqda yerləşdiyini bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, anası Sevda və yoldaşı Gülarə İddiaçı müxtəlif tarixlərdə həm nəğd, həm də ki, nisyə olaraq qızıl-zinət əşyaları götürmüşlər. Götürdükləri qızıl-zinət əşyalarından bir-hissəsinin pulunu qaytarmışlar. Lakin nisyə götürdükləri qızıl-zinət əşyalarını verdikləri Lalə Rzayeva onların pulunu vermədiyi üçün İddiaçı pulunu qaytara bilməmişlər. Həmçinin, bacısı Samirə Məmmədova da müxtəlif şəxslərdən qızıl-zinət əşyaları götürərək Lalə Rzayevaya satması üçün vermiş, X3 pulu vermədiyi üçün onun da bəzi şəxslərə borcu yaranmışdır. Ona görə də, bacısı X2 Rzayeva barədə 2018-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciət əsasında polis bölməsində araşdırma aparılmış, X3 şikayət etmələrinə baxmayaraq anası Cavabdeh2 cəmi hissə-hissə olmaqla 1500 manat pul ödəmişdir. Belə ki, anası Sevdanın İddiaçı 22141 manat, yoldaşı Gülarənin isə 652 manat borcu vardır. X3 həmin pulları vermədiyi üçün, maddi imkanları da olmadığına görə həmin borcu İddiaçı ödəyə bilməmişlər. Bir neçə dəfə İddiaçı pul ödəyəndə o da getmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh2 İddiaçı qarşılıqlı razılıq əsasında ümumi dəyəri 22.141 (iyirmi iki min yüz qırx bir manat) manat olan qızıl-zinət əşyalarını götürmüş və həmin məbləği qaytarmasını öhdəsinə götürsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bu günə kimi həmin borcu qaytarmamışdır. Cavabdeh2 məhkəmənin hazırlıq iclasında iştirak edərkən izahatında, o cümlədən məhkəməyə ünvanladığı ərizəsində borcunu etiraf etmiş və iddia tələbini qəbul etdiyini bildirmişdir. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh3 İddiaçı qarşılıqlı razılıq əsasında qızıl-zinət əşyalarını götürmüş və onların məbləğini qaytarmasını öhdəsinə götürsə də, cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi şəkildə yerinə yetirməmiş və hazırda 252 manat borcu qalmışdır. Cavabdeh3 məhkəmə iclasında borcunu etiraf etmiş və iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin Cavabdeh1 dair hissədə əsassız hesab edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 qızıl-zinət əşyaları və ya pul vəsaiti aldığı sübuta yetmədiyindən, həmin cavabdehə dair hissədə iddia tələbi təmin edilməməlidir. Odur ki, Cavabdeh2 22.141 (iyirmi iki min yüz qırx bir manat) manat məbləğində pul, Cavabdeh3 252 (iki yüz əlli iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 22.141 (iyirmi iki min yüz qırx bir manat) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh3 252 (iki yüz əlli iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar