Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-540/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "X4 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC, Abşeron rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X4 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ("xxxx" ASC, Abşeron rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi" tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair "X4 Mərkəzi" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair YP № 90 nömrəli, xx.xx.2021-ci il tarixli Yekun Protokolun və ona məxus Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinə dair "xxxx" ASC-yə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin (hakim Ş.Nəcəfova) 08 sentyabr 2017-ci il tarixi qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 16011-0211/475112 saylı kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 16011-0211/475112 saylı kredit müqaviləsi üzrə 27890.85 ABŞ dolları əsas kredit borcu, 2124.16 ABŞ dolları faiz borcu, 1,96 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 30016.97 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən eldiyi rəsmi valyuta məzənnəsin uyğun Azərbaycan manatı ilə) pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunu əvəzinin X3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi, tələbin ipoteka qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsinə və üzərində yerləşən bir mərtəbəli, (ümumi sahəsi 82.80 kv.m; yaşayış sahəsi 40.0 kv.m; yardımçı sahəsi 42.80 kv.m) 2 otaqlı, 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən 30016.97 ABŞ dolları məbləğində (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaitinin və 30 manat ödənilin dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 69000 (altmış doqquz min) manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin X5 verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun X3 tutularaq “Bank Respublika Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X2 qətnamədən narazı qalaraq apellyasıya şikayəti vermişdir. Sumqayıt Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsi ilə cavabdeh X7 apellyasıya şikayətinin qismən təmin edilməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh X3 xx.xx.2016-cı il tarixli, 16011- 0211/475112 saylı kredit müqaviləsi üzrə əsas borca hesablanmış 2917,68 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən eldiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) pul vəsaitinin tutularaq “Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi. Qaçaq Nəbı küçəsində 0.10 ha torpaq sahəsinə və üzərində yerləşən bir mərtəbəli, (ümumi sahəsi 82.80 kv.m; yaşayış sahəsi 40.0 kv.m; yardımçı sahəsi 42.80 kv.m) 2 otaqlı, 30 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə X3 ümumi qaydada tutulması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(102)- 2012/2020 saylı qərarı ilə cavabdeh X1 şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsi icra edilməsi üçün Abşeron rayon icra və probasıya şöbəsinə göndərilmişdir. Bundan sonra Abşeron rayon İcra və probasiya tərəfindən 17/75-024N saylı, xx.xx.2021-ci il tarixli məktubla “X4 Mərkəzi" MMC-yə müraciət olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-171/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin real icrasının təmin edilməsi adı altında İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbı küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin 85000 manat məbləğində hərrac vasitəsi ilə satılmasına sifariş verilmişdir. Hərrac təşkilatı “X4 Mərkəzi” MMC-nin hərracın nəticələrinə dair YP № 90 nömrəli, xx.xx.2021-ci il tarixli protokoluna əsasən keçirilən hərracda guya alıcı olmadığına görə Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25 % aşağı qiymətlə alınmış və buna dair hərrac təşkilatı ilə ipoteka saxlayan arasında protokol imzalanmışdır. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu ıl tarixli, 2(105)-171/2019 saylı qətnaməsi icraya yönəldildikdən sonra ona məxsus fərdi yaşayış evinin hərracdan satılmasına dair ona heç bır məlumat verilməmişdir. Bununla da X4 Mərkəzi MMC tərəfindən ipoteka predmetı olan fərdi yaşayış evinin hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, onun mülkiyyətinə əsaslı surətdə qəsd edilmiş, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Hərracın bu qaydada iştirakı və razılığı olmadan keçirilməsinin nəticəsi olaraq ciddi surətdə maddi və mənəvi sıxıntıya salınmışdır. Məhkəmə qətnaməsi icra yönəldikdən sonra tərəfindən Sumqayıt Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsi əsasında müəyyən edilən borc məbləği, eləcə də digər prosessual xərclər tam olaraq ödənilmişdir. Lakin buna baxmayaraq, hərrac təşkilatı “X4 Mərkəzi” MMC ona məxsus əmlakı hərraca çıxarmış və əmlakı ipoteka saxlayana satmışdır. Halbuki, hərrac təşkilatçısı onu hərrac barədə məlumatlandırmış olsaydı, borcun ödənilməsinə dair sübutları hərrac təşkilatçısına təqdim elmiş olardı. Buna görə də hesab edir ki, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbı küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair “X4 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair YP 90 nömrəli, xx.xx.2021-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan əlavə “Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinə dair çıxarış almışdır. Hesab edir ki, yuxarıda qeyd etdiyi hallara görə həmin çıxarış da ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "X4 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İddiaçı tərəfindən banka olan borc tam şəkildə bağlanmışdır. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4956/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 16011-0211/475112 saylı kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 16011-0211/475112 saylı kredit müqaviləsi üzrə 27890.85 ABŞ dolları əsas kredit borcu, 2124.16 ABŞ dolları faiz borcu, 1,96 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 30016.97 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən eldiyi rəsmi valyuta məzənnəsin uyğun Azərbaycan manatı ilə) pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunu əvəzinin X3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi, tələbin ipoteka qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsinə və üzərində yerləşən bir mərtəbəli, (ümumi sahəsi 82.80 kv.m; yaşayış sahəsi 40.0 kv.m; yardımçı sahəsi 42.80 kv.m) 2 otaqlı, 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən 30016.97 ABŞ dolları məbləğində (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaitinin və 30 manat ödənilin dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 69000 (altmış doqquz min) manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin X5 verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun X3 tutularaq “Bank Respublika Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 171/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh İddiaçı Gülbala oğlundan xx.xx.2016-cı il tarixli, 16011-0211/475112 saylı kredit müqaviləsi üzrə əsas borca hesablanmış 2917,68 (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən eldiyi rəsmi valyuta məzənnəsin uyğun Azərbaycan manatı ilə) pul vəsaitinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, (ümumi sahəsi 82.80 kv.m; yaşayış sahəsi 40.0 kv.m; yardımçı sahəsi 42.80 kv.m) 2 otaqlı, 30 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdeh İddiaçı ümumi qaydada tutulması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarına əsasən cavabdeh Xanbabayeva Samirə Yəhya qızının kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-171/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı "xxxx" ASC-nin Azadlıq filialından xx.xx.2016-cı il tarixdə götürdüyü 32182 USD məbləğində kredit üzrə borc öhdəliyi icra edilmişdir və hal-hazırda onun bank qarşısında həmin kredit üzrə öhdəliyi yoxdur. İş materiallarında olan "X4 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin YP № 90 saylı, xx.xx.2021-ci il tarixli “hərracın nəticələrinə dair yekun protokolu”ndan görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, (ümumi sahəsi 82.80 kv.m; yaşayış sahəsi 40.0 kv.m; yardımçı sahəsi 42.80 kv.m) 2 otaqlı, 30 nömrəli fərdi yaşayış evi 54188 manata "xxxx" ASC tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsi və üzərində yerləşən (ümumi sahəsi 82.80 kv.m) 30 nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin (hakim Ş.Nəcəfova) 08 sentyabr 2017-ci il tarixi qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 16011-0211/475112 saylı kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 16011-0211/475112 saylı kredit müqaviləsi üzrə 27890.85 ABŞ dolları əsas kredit borcu, 2124.16 ABŞ dolları faiz borcu, 1,96 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 30016.97 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən eldiyi rəsmi valyuta məzənnəsin uyğun Azərbaycan manatı ilə) pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunu əvəzinin X3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi, tələbin ipoteka qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsinə və üzərində yerləşən bir mərtəbəli, (ümumi sahəsi 82.80 kv.m; yaşayış sahəsi 40.0 kv.m; yardımçı sahəsi 42.80 kv.m) 2 otaqlı, 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən 30016.97 ABŞ dolları məbləğində (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaitinin və 30 manat ödənilin dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 69000 (altmış doqquz min) manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin X5 verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun X3 tutularaq “Bank Respublika Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X2 qətnamədən narazı qalaraq apellyasıya şikayəti vermişdir. Sumqayıt Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsi ilə cavabdeh X7 apellyasıya şikayətinin qismən təmin edilməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh X3 xx.xx.2016-cı il tarixli, 16011- 0211/475112 saylı kredit müqaviləsi üzrə əsas borca hesablanmış 2917,68 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən eldiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) pul vəsaitinin tutularaq “Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi. Qaçaq Nəbı küçəsində 0.10 ha torpaq sahəsinə və üzərində yerləşən bir mərtəbəli, (ümumi sahəsi 82.80 kv.m; yaşayış sahəsi 40.0 kv.m; yardımçı sahəsi 42.80 kv.m) 2 otaqlı, 30 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə X3 ümumi qaydada tutulması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(102)- 2012/2020 saylı qərarı ilə cavabdeh X1 şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsi icra edilməsi üçün Abşeron rayon icra və probasıya şöbəsinə göndərilmişdir. Bundan sonra Abşeron rayon İcra və probasiya tərəfindən 17/75-024N saylı, xx.xx.2021-ci il tarixli məktubla “X4 Mərkəzi" MMC-yə müraciət olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-171/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin real icrasının təmin edilməsi adı altında İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbı küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin 85000 manat məbləğində hərrac vasitəsi ilə satılmasına sifariş verilmişdir. Hərrac təşkilatı “X4 Mərkəzi” MMC-nin hərracın nəticələrinə dair YP № 90 nömrəli, xx.xx.2021-ci il tarixli protokoluna əsasən keçirilən hərracda guya alıcı olmadığına görə Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25 % aşağı qiymətlə alınmış və buna dair hərrac təşkilatı ilə ipoteka saxlayan arasında protokol imzalanmışdır. Bundan sonra, Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsi və üzərində yerləşən (ümumi sahəsi 82.80 kv.m) 30 nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı xx.xx.2016-cı il tarixli, 16011-0211/475112 saylı kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş öhdəliyinin qalmadığını, eyni zamanda Abşeron rayonu, Saray qəsəbəsi. Qaçaq Nəbı küçəsində 0.10 ha torpaq sahəsinə və üzərində yerləşən bir mərtəbəli, (ümumi sahəsi 82.80 kv.m; yaşayış sahəsi 40.0 kv.m; yardımçı sahəsi 42.80 kv.m) 2 otaqlı, 30 nömrəli fərdi yaşayış evi ilə bağlı keçirilən hərracla bağlı ona hər hansı bir məlumatın verilməməsinə istinad edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair "X4 Mərkəzi" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair YP № 90 nömrəli, xx.xx.2021-ci il tarixli Yekun Protokolun və ona məxus Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinə dair "xxxx" ASC-yə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, məhkəmə qətnaməsi icraya yönəldikdən sonra iddiaçı tərəfindən Sumqayıt Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsi əsasında müəyyən edilən borc məbləği, eləcə də digər prosessual xərclər tam olaraq ödənilmişdir. Lakin buna baxmayaraq, hərrac təşkilatı “X4 Mərkəzi” MMC ona məxsus əmlakı hərraca çıxarmış və əmlakı ipoteka saxlayana satmışdır. Halbuki, hərrac təşkilatçısı onu hərrac barədə məlumatlandırmış olsaydı, iddiaçı borcun ödənilməsinə dair sübutları hərrac təşkilatçısına təqdim etmiş olardı. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X4 Mərkəzi MMC tərəfindən ipoteka predmetı olan fərdi yaşayış evinin hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsi və üzərində yerləşən (ümumi sahəsi 82.80 kv.m) 30 nömrəli fərdi yaşayış evinə dair hərracın keçirilməsi barədə əmlakın mülkiyyətçisi məlumatlandırılmamışdır. Bununla yanaşı məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əmlakının hərraca çıxarılmasının əsasında dayanan iddiaçının xx.xx.2016-cı il tarixdə götürdüyü 32182 USD məbləğində kredit üzrə borc öhdəliyi onun tərəfindən tam icra edilmişdir və hal-hazırda onun bank qarşısında həmin kredit üzrə öhdəliyi yoxdur. Həmçinin "xxxx" ASC də iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, "X4 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin YP № 90 saylı, xx.xx.2021-ci il tarixli “hərracın nəticələrinə dair yekun protokolu” etibarsız hesab edilməli, Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinə dair "xxxx" ASC-nin adına olan çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "X4 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin YP № 90 saylı, xx.xx.2021-ci il tarixli “hərracın nəticələrinə dair yekun protokolu” etibarsız hesab edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinə dair "xxxx" ASC-nin adına olan çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-540/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-540/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver