Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5408/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1250 manat məbləğində pul və 33 manat dövlət rüsumunun tutularaq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qızına cehiz mebel yığdırmaq məqsədi ilə usta axtardığı zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə tanış olmuşdur. Onalarla razılaşıb ünvan 1 ünvanında yerləşən mebel sexinə getmiş və qarşılıqlı razılıqlarına əsasən onlara 2500 (iki min beş) manat məbləğində pul vermişdir. Özlərinə də demişdir ki, bu cehiz mebeldi, vaxtında yığılmalıdır. Amma razılaşdıqları vaxt çatsa da mebel hazır olmamışdır. Dəfələrlə tələb etsə də cavab vermədikləri üçün, məcbur olub yeni mebel sifariş vermişdir. Amma cavabdehlərdən tələb etdiyi pulu ala bilmədiyi üçün Polis orqanlarına müraciət etmişdir. Polisdə araşdırma gedən zaman 1250 manat məbləğində pul qaytarılsa da, qalıq 1250 (bir min iki yüz əlli) manat pul hələ də qaytarılmayıb. Həmçinin bildirmişdir ki, Binəqdi RPİ-nin 6-cı bölməsinin xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilib ki, şikayətində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etmək hüququ var. Həmçinin bildirir ki, məhkəmədə iddia qaldırmaq üçün tərəfindən 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, bu məbləğ də cavabdehdən alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, o qızına cehiz mebel yığdırmaq məqsədilə usta axtardığı zaman Fərhad və Ceyhunla tanış olmuşdur. Onlarla razılaşıb mebel sexinə getmiş, cavabdehlərlə razılaşıb 2500 manat məbləğində pul vermişdir. Özlərinə cehiz mebelin vaxtında yığılmalı olduğunu bildirmişdir. Amma razılaşdıqları vaxt çatsa da mebel hazır olmamışdır. Dəfələrlə tələb etsə də cavab vermədikləri üçün kreditə yeni mebel sifariş vermişdir. Cavabdehlərdən pulu ala bilmədiyi üçün polisə müraciət etmişdir. Polis bölməsində 1250 manat pul qaytarmışlar. Bu səbəbdəndə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ayın 15-i iş təhvil verilməli idi. Ayın 15-i mebel təhvil verilməmiş və iddiaçının qardaşı yığıb Aidə xanımın gözləməyə vaxtı olmadığını bildirmişdir. 1880 manat mebelə pul vermişlər. Onlar mebeli qız evinə qoymuşlar. Orada onlara bildirmişlər ki, mebel oğlan evinə aparılıb orada yığılmalıdır. Cavabdehlər, mallarını onlara qaytarmamışlar. O mebelləri qaytarılmasını, həmin mebelləri sataq pulu verə biləcəklərini bildirmişdir. Amma ona mebellərin onlarda olmadığını bildirmişlər. Daha sonra onu polis bölməsinə aparmışlar. Polis bölməsində 1250 manat pul qaytarılmışdır və yazılı formada razılaşmışlar ki, 1 ay içində mebəllər onlara qaytarılacaq və onlar həmin mebelləri satıb iddiaçının pulunu qaytaracaqlar. Müddət tamam olanda 2-3 dəfə iddiaçı tərəfə zeng etmişlər, amma cavab verilməmişdir. İddiaçının özü heç onlarla danışmağa gəlməmişdir İddiaçının qardaşı, oğlu və yoldaşı gəlmişdir. Pul Ceyhuna verilib. Ceyhun onları şərik kimi qələmə verib, amma o, öz payına düşən 1250 manatı polis bölməsində qaytarmışdır. Hal-hazırda da bildirir ki, iddiaçı onlara həmin mebellerı qaytasın və onlar həmin malları satıb iddiaçının pulunu qaytaracaqlar. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə digər Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırmanın gediaştı zamanı Cavabdeh2 və Cavabdeh1 izahatları alınaraq materiala əlavə edilmiş, vermiş olduqları izahatlarında göstərmişlər ki, həqiqətən mebel sifarişini qəbul etdikdən sonra 2500 manat pul almışlar və sifariş xx.xx.2021-ci il tarixdə çatdırılmalı olsa da, ev sahibi vaxtı gözləmədən mebel alaraq onlardan pulu geri tələb etmişdir, həmin pul ilə mebel sifarişinin müəyyən hissələri alındığı üçün əllərində nağd pul olmadığından qaytara bilməmişlər. Toplanmış materialdan görünür ki, tərəflər arasında şifahi razılaşmaya əsasən İddiaçı mebel sifariş vərərək Cavabdeh2 və Cavabdeh1 2500 manat pul vermişdir, lakin qarşı tərəfin iddiasına əsasən sifariş xx.xx.2021-ci il tarixdə çatdırılmalı olduğu halda A.lsmayılova müddəti gözləmədən dükandan mebel aldığı üçün qarşı tərəfdən pulunu geri tələb etmiş, həmin puldan 1250 manatı X1 qəbzlə qaytarılmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaş İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəmə instansiyasına müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının və Cavabdeh1 izahatını dinləyərək, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1250 manat məbləğində pul və 33 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehlərə mətbəx mebelinin hazırlanması üçün 2500 manat məbləğində pul verilmiş və mebel hazırlanmadığı üçün iddiaçı pulu geri istəmiş, cavabdehlər tərəfindən 1250 manat məbləğ qaytarılsa da, qalan 1250 manat qaytarılmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi cavabdehlər iddiaçıdan 2500 manat məbləğində pul aldıqlarını və iddiaçı mağazadan mebel aldığı üçün onlara verdiyi məbləği geri istədiyini, həmin vaxt mebel sifarişinin müəyyən hissələri alındığı üçün əllərində nağd pul olmadığından qaytara bilmədiklərini bildirmişlər. Araşdırma gedişində 1250 manat cavabdehlər tərəfindən iddiaçıya qaytarılmışdır. Həmçinin cavabdehlər məhkəmə iclasına çağırılsa da, Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş, cavabdehlər iddianın dəlillərinə etiraz təqdim etməmiş, iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişlər. Digər cavabdeh məhkəmə iclasında iştirak edərkən iddiaçıdan mətbəx mebelinə görə 2500 manat məbləğində pul aldıqlarını və həmin puldan 1250 manat qaytardıqlarını, qalan 1250 manatın isə iddiaçı tərəfindən mebellər qaytarıldıqdan sonra verə biləcəklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iddia təmin edildiyindən 33 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda lavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. Həmin maddənin 7-ci bəndinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1250 manat məbləğində pul və 33 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5408/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5408/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver