Məhkəmə qərarları › İş №2(004)-5415/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5415/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5415/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə Yasamal Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsinə dair mötəbər sənəd əlavə olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 013 saylı, xx.xx.2023-cü il tarixli 03 saylı xidmət müqavilələrinin 6-cı bəndində tərəflərin bu müqavilə üzrə mübahisələrinin onları razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması nəzərdə tutulmuşdur. Lakin hazırda İddiaçı mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı ilkin olaraq cavabdehə müraciət etmədən birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsin əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlarla yanaşı elektron portal məlumatlarından müəyyən olunur ki, iddiaçı fərdi sahibkar kimi VÖEN (**********) almışdır və hazırkı tələb hüquqi şəxs olan turizm şirkəti ilə aralarında bağlanmış xidmət müqaviləsindən irəli gələn mübahisədir. Mübahisənin mahiyyəti üzrə Polşa Respublikasında iş icazəsinin alınması üçün viza dəstəyi ilə bağlı konsultasiya xidmətinin göstərilməsidir. Hazırkı tələbin tərəflərin kommersiya fəaliyyəti ilə bağlı olub-olmamasını müəyyən etmək mümkün olmamış, belə ki, iddiaçı bu istiqamətdə tələbini kifayət qədər əsaslandırmamış və bununla bağlı ilkin sübutlarını ərizəyə əlavə etməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114, 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan təqdim edildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar