Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-542/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Yasamal rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpası barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.02.1957-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmasını, ata qrafasında X5, ana qrafasında X2, milliyyəti azərbaycanlı yazılmaqla doğum faktıtı müəyyən edilməsi və müəyyən edildikdən sonra şəxsiyyət vəsiqəsi olmadan ona doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, Ərizəçi 01.02.1957-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməsi, doğum akt qeydində - uşaq bəndində “Ərizəçi”, “təvəllüdü 01.02.1957-ci il”, “doğum yeri Ermənistan Masis rayonu”, ata bəndində “X5”, ana bəndində “X2”, “milliyyəti azərbaycanlı” göstərilməsi barədə qətnamə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.02.1957-ci ildə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Bildirir ki, doğum haqqında şəhadətnaməsini Ermənistandan almışdır. Sonradan itirmişdir. Bilindiyi kimi, Ermənistanla əlaqə kəsildiyindən yenidən doğum haqqında şəhadətnamənin alınması mümkün deyildir. Yeni nəsil şəxsiyyət vəsiqəsi alınması üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Doğum akt qeydi bərpa edilməsi üçün yaşadığı ərazi üzrə Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və müraciətinə məktubla cavab verilərək imtina edilmiş və doğum akt qeydinin bərpası barədə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Onun doğum haqqında şəhadətnamənin alınması bugün və gələcəkdə yarana biləcək hüquqi mübahisələrin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarna biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. O, 01.02.1957-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuşdur. X7, anaları Siddiqə Yaqub qızıdır. Hər ikisi rəhmətə getmişdir. Ərizəçi sənədlərini Bakıya gəldikdən sonra itirmişdir. Hal-hazırda ancaq SSRİ pasportu vardır. Ailəli olmuşdur. İki övladı vardır. İndi oğlu ilə birlikdə Yasamal rayonunda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. O, 01.02.1957-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuşdur. X7, anaları Siddiqə Yaqub qızıdır. Hər ikisi rəhmətə getmişdir. Ərizəçi ailəli olmuşdur. Sonra boşanmışdır. İki övladı vardır. İndi oğlu ilə birlikdə Yasamal rayonunda yaşayır. İş materiallarında olan Sovet Sosialist İttifaqı Respublikasının İV-CL 568359 nömrəli vətəndaş pasportunun surətindən görünür ki, Ərizəçi 01 fevral 1957-ci il tarixdə Ermənistan SSR Masis rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 10 noyabr 2021-ci il tarixli ******* saylı Qərarının surətindən görünür ki, 01 fevral 1957-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin 25.11.2021ci il tarixli 05/76 4309/15 nömrəli məktubunun məzmunundan görünür ki, doğum akt qeydinin bərpası üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. AR Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını nüəyyən edən Əsas müddəalar”a əsasən vətəndaş vəziyyəti aktlarının itmiş qeydinin bərpası bucür qeydlərin həqiqətən mövcudluğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaş vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsiyyətin müəyyənləşdirilməsi və doğum akt qeydinin bərpa edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 01.02.1957-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2, 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01.02.1957-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində - uşaq bəndində “Ərizəçi”, “təvəllüdü 01.02.1957-ci il”, “doğum yeri Ermənistan Masis rayonu”, ata bəndində “X5”, ana bəndində “X2”, “milliyyəti azərbaycanlı” kimi göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-542/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-542/2022
24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver