Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5449/2021 19.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması, əmlak olmadıqda dəyərinin ödənilməsi və borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması, əmlak olmadıqda dəyərinin ödənilməsi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1) boyunbağı 2 ədəd (750 əyyar, 83.8 qram), 2) Qolbağ 8 ədəd (750 əyyar. 198.7 qram), 3) klon 4 ədəd (750 əyyar. 19.1 qram). 4) Üzük 1 ədəd (750 əyyar. 6.2 qram), 5) Sırğa 1 ədəd (750 əyyar. 17.2 qram), 6) Klon 1 ədəd (750 əyyar. 6 qram), 7) komplekt 1 ədəd (750 əyyar. 17 qram), 8) Sırğa 1 ədəd (750 əyyar. 7.3 qram), 9) Üzük 1 ədəd (583 əyyar, 5.8 qram), 10) Qolbağ 1 ədəd (583 əyyar. 21.2 qram), 11)Kulon 1 ədəd (583 əyyar, 6 qram), 12) Qolbağ 3 ədəd (750 əyyar. 85.9 qram), 13) Komplekt 1 ədəd (750 əyyar. 45 qram), 14) Üzük 1 ədəd (750 əyyar, 10.3 qram), 15) bir ədəd Quran qabı (750 əyyar. 40 qram), 16) Brilliant saat dəyəri 2500 manat olan qızıl əşyaları, bu mümkün olmadıqda dəyərinin kompensasiya şəklində ödənilməsi, hissə-hissə borc kimi aldığı 25.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə təqdim edərək iddia tələbinin əşyalara münasibətdə dəyərinin 19.085 manat kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh olan Cavabdeh təxminən səkkiz il olar ki, onun evində köməkçi işləmişdir. Bir gün cavabdeh ona borclu olduğu adamlar olduğunu, onların cavabdehi təhdid etdiklərini bildirərək ondan borcunu ödəmək üçün borca pul istəmişdir. Bu zaman o, pulunun olmadığını bildirmişdir. Daha sonra cavabdeh onun çoxlu qızıllarının olduğunu bildiyi üçün etibarından sui-istifadə edərək qızıllarını banka girova qoyaraq pul götürüb borcunu ödəmək üçün istəmiş, sonra banka borcunu hissə-hissə ödəyərək qızılları girovdan çıxardaraq qaytaracağını bildirmişdir. O, isə cavabdehə evində 800 qram çəkisi olan qızıllarını vermişdir ki, o da borcunu ödəyib qurtarsın sonra da onun qızıllarını geri qaytarsın. Cavabdeh ondan götürdüyü qızılları aparıb "Parabanka" girov qoyaraq pul götürmüş həmin banka pulu ödəyə bilməyəndə ona “gəl mənə aid olan bağımı verim sənə səndə mənim əvəzimdən pulu ödəyərək qızılları girovdan çıxart özün götür” demişdir. O isə cavabdehin bağının müqabilində razılaşaraq onun adına olan borcun yarısını bağlamış və qızılların yarısını girovdan çıxartmış və hazırda da ondadır. Yalnız həmin vaxt bankda 17 ədəd 1) boyunbağı 2 ədəd (750 əyyar. 83.8 qram), 2) Qolbağ 8 ədəd (750 əyyar. 198.7 qram), 3) klon 4 ədəd (750 əyyar. 19.1 qram). 4) Üzük 1 ədəd (750 əyyar. 6.2 qram). 5) Sırğa 1 ədəd (750 əyyar. 17.2 qram), 6) Klon 1 ədəd (750 əyyar. 6 qram). 7) komplekt 1 ədəd (750 əyyar. 17 qram), 8) Sırğa 1 ədəd (750 əyyar. 7.3 qram). 9) Üzük 1 ədəd (583 əyyar. 5.8 qram). 10) Qolbağ 1 ədəd (583 əyyar. 21.2 qram). 1 l)Kulon 1 ədəd (583 əyyar. 6 qram). 12) Qolbağ 3 ədəd (750 əyyar. 85.9 qram). 13) Komplekt 1 ədəd (750 əyyar. 45 qram). 14) Üzük 1 ədəd (750 əyyar. 10.3 qram) və 15) bir ədəd Quran qabı (750 əyyar. 40 qram) qaldı ki, onu da cavabdeh sonradan ondan və kənar şəxslərdən aldadaraq aldığı pulla girovdan çıxartmış və həmin qızıllardan 11 ədədini sonradan “BRAND Credit" MMC-ə girov qoyaraq pul götürmüşdür. Məlumatına görə də həmin qızıllar artıq satılıbdır. Cavabdeh bunlardan əlavə olaraq həmin qızılların girovda sığortalanması və azad olunması üçün Nağı adlı vəkilə verilməsi üçün 1500+500 olmaqla 2000 manat pul, Adil adlı şəxsə borcunu vermək üçün 3000 manat pul, yenədə geri qaytarmaq şərtilə 2300 ABŞ dolları və 100 manat olmaqla cəmi 4000 manat pul, taksi işlətmək üçün 2500 manat dəyəri olan bir ədəd komplekti ona satmağa vermiş, 2500 manat dəyərində brilliant saatını satmaq adı ilə alıb satıb pulunu verməmiş, bir dəfə də özü üçün 2000 ABŞ dolları pul borca alıb və 1400 manat geri qaytarıb 1000 manatı isə qalıb və yoldaşı üçün hissə-hissə borca aldığı 12500 manat pulu hələ də geri qaytarmamışdır. Bütün bunlardan sonra dəfələrlə cavabdehə qızıllarını və pullarını tələb etsə də hər dələ bugün sabah qaytaracağını bildirərək yayınmışdır. Sonda o, bu barədə Yasamal RPİ-nin 26-cı PB-nə şikayət ərizəsi vermiş və tərəflərin izahatı alınaraq işin mülki xarakterli olduğundan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar vermişlər. Bu səbəbdən də pulunu və qızıl əşyalarını cavabdehdən geri almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdehdən 1) boyunbağı 2 ədəd (750 əyyar, 83.8 qram), 2) Qolbağ 8 ədəd (750 əyyar. 198.7 qram), 3) klon 4 ədəd (750 əyyar. 19.1 qram). 4) Üzük 1 ədəd (750 əyyar. 6.2 qram), 5) Sırğa 1 ədəd (750 əyyar. 17.2 qram), 6) Klon 1 ədəd (750 əyyar. 6 qram), 7) komplekt 1 ədəd (750 əyyar. 17 qram), 8) Sırğa 1 ədəd (750 əyyar. 7.3 qram), 9) Üzük 1 ədəd (583 əyyar, 5.8 qram), 10) Qolbağ 1 ədəd (583 əyyar. 21.2 qram), 11)Kulon 1 ədəd (583 əyyar, 6 qram), 12) Qolbağ 3 ədəd (750 əyyar. 85.9 qram), 13) Komplekt 1 ədəd (750 əyyar. 45 qram), 14) Üzük 1 ədəd (750 əyyar, 10.3 qram), 15) bir ədəd Quran qabı (750 əyyar. 40 qram), 16) Brilliant saat dəyəri 2500 manat olan qızıl əşyalarını və hissə-hissə borc kimi aldığı 25.000 manat pulunu tələb edir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının dələduzluqla əmlakını mənimsəməsi, onu yoxsul gününə qoyması nəticəsində hazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 114, mənzil 1-də acınacaqlı vəziyyətdə kirayədə yaşayır.İddiaçı ilə o, uzun illər qonşuluqda yaşamış və onunla tanışlığı da oradan olmuş, evinə gediş gəlişi olmuşdur. 2011-ci ildən tanış olduğu Xanımzərdən 2013-cü ildə o, səhhətində problem olduğundan müalicəsi üçün aylıq 10 faiz olmaqla 10.000 manat borc götürmüşdür. Bundan 2-3 ay faizi və ana borcu ödəsə də sonradan borcu ödəyə bilməmişdir. Bu səbəbdən Xanımzər onu məcbur etmiş, yaşadığı evi satmış, hesablanmış faizləri və ana borcu ona tam ödəmişdir. Bundan sonra o, yoxsul vəziyyətdə yaşamış və çətinliklə ailəsini saxlamağa çalışmışdır. Lakin ailənin vəziyyəti gün gündən pisləşmişdir. Növbəti dəfə Xanımzər onu çağırıb onunla görüşmüş, vəziyyəti ilə maraqlanmış, ona kömək etmək istədiyini, bu səbəbdən ona guya faizsiz 10.000 manat borc vermək istədiyini bidirmişdir. Kirayə pulunu ödəməsi, işə düzəlməsi və hissə-hissə olmaqla, müddətsiz borcu qaytarması şərti ilə əvvəlcə 4000 manat, sonra isə 6000 manat borc vermişdir. Borcu ona verdikdən bir neçə ay sonra ona faziləri qaytarmasını, hər ay 1000 manat ödəməsini təlb edirdi. O, isə pulu və faizi qaytara bilməyəcəyini və fazisiz uzun müddətə qaytarmaq şərti ilə pul verdiyini xatırlatmışdır. Bundan sonra onu evində məcburi qulluqçu kimi işlətmiş, yalnız yemək verməklə 350 manat maaş hesablamaqla borcundan çıxmışdır. O da məcburən Xanımzərin evində pulsuz qulluqçu olmuş, uzun müddətdən sonra ona məlum olmuşdur ki, iddiaçı ona hər ay 1000 manat faiz hesablayır. Həmin puldan 350 manat maaş çıxdıqdan sonra borcun üzərinə 750 manat əlavə etməklə borcun miqdarını artırır. X1 onun girov saxlanılaraq Xanımzərin evində qulluqçu işlədiyini bildikdən sonta hər ay pensiyasını alması və onu azad etməsi üçün pensiya kartını iddiaçının yanında qoymuşdur. Xanımzər əlavə olaraq anasından Quba rayonunda olan 100 sot torpağını və evini tələb etmişdir. Anası onunla razılaşmış, torpağı və evini 40.000 manat qiyməti ilə Xanımzərin adına keçirmişdir. Lakin Xanımzər həmin məbləğin əsas borcu və faizi ödəmədiyini bildirmişdir. Təkrar özü, oğlu və digər onu himayə edənlər onlara qarşı təzyiqlərini davam etdirmişdirlər. O, məcbur olub sonuncu imkanından istifadə edərək iddiaçının tələb etdiyi borcu bağlamaq üçün özünə məxsus qızıllarını Bank Olmayan "xxxx" kredit təşkilatına girov qoymuş və götürdüyü pulu Xanımzərə bütün tələb etdiyi borcu bağlamaq məqsədi ilə vermişdir. Bu faktı ödəniş qəbzləri və arayış və aktın surəti təsdiq edir. Xanımzər bildirmişdir ki, onun 16.000 manat borcu var və faizlər də hesablanır. Sonra Xanımzərin kürəkəni Əli ona zəng edərək təcili borcu qaytarmasa onu oğurlatdırıb girov saxlayacağını bildirmişdir. Bundan sonra o, ünvanını dəyişmiş və onlardan gizlin yaşamağa başlamışdır. Barəsində 26-cı Polis Bölməsinə şikayət edərək polis təhqiqatçısının təzyiqləri ilə onu onların istədkiləri izahatı yazmağı məcbur etmişilər. Beləliklə də Xanımzər, kürəkəni Əli onu intihar etmək həddinə çatdırmışlar və o, dərman içərək intihara cəhd etmişdir. Onu təcili xəstəxanaya aparmışlar və həkimlər Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə hadisə ilə bağlı məlumat vermişlər. Onu məcburi müalicə etdikdən sonra 28-ci Polis Bölməsindən gəlib ondan hadisə barədə izahat almışlar. Lakin Xanımzəri müdafiə edən onun şərikləri və özü 28-ci Polis Bölməsində olan həmin araşdırmanı dayandırmışlar və ona hədələrini daha da artırmışlar. O, məcbur olub hazırki iş üzrə iddiaçının qanunazidd hərəkətlərindən aidiyyatı orqanlara şikayət etmişdir və hazırda araşdırma aparılır. Göründüyü kimi iddiaçı ona qızıl-zinət əşyaları vermədiyindən onunla arasında heç bir qızılların ona verilməsi barədə akt və ya müqavilə yoxdur. Bank Olmayan "xxxx" kredit təşkilatı ilə onun arasında bağlanmış aktın surətindən, ödəniş qəbzlərindən, arayışın surətindən də görünür ki, girov qoyulmuş qızılzinət əşyaları ona məxsusdur, iddia əsassız və qanunsuzdur. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatının iddia ərizəsinə uyğun olduğunu bildirmiş və 05.11.2020-ci il tarixli girov müqaviləsi əsasında "xxxx" BOKT MMC-ə girova qoyulmuş qızılların dəyərinin, yəni, 19,085 manat pulun və cavabdehin ayrı-ayrı vaxtlarda borca götürdüyü ümümi məbləği 25,000 manat olan borc pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı onun qonşusu olub və onu faizçi kimi tanımışdır. Cavabdeh ondan əvvəl hissəhissə 10000 manat götürmüşdür. Hər ay bunun üçün 1000 manat faiz ödəyirmiş. Bir müddət faizləri verə bilməmişdir. İddiaçı ilə qonşuluqda olan evini satıb onun borcunu bağlamaq istəmiş, lakin evin satışı ləngimişdir. Faizlər yığılmağa bağlamışdır. Ondan faizləri saxlamağı, əsas borcunu hissə - hissə ödəməsini xahiş etmişdir. O, cavabdehə təklif etdi ki, evində işləsin, ona verəcəyi maaşı faiz borcundan siləcəkdir. Evində işləməyinin əvəzində o cavabdehin 300 manat borcundan silirdi. O, cavabdehə hədə qorxu gəlir və onu evə buraxmırdı. Atasının, qaynanasının və anasının pensiya kartını iddiaçıya vermişdir, hamısını faiz borcuna çıxmışdır. Qızıllar özünə məxsusdur, bir hissəsi anasının və qardaşının yoldaşınındır. İddiaçı ona borcun dəqiq məbləğini demirdi. Anasının Qubada evi var idi. Onu iddiaçının ərinin adına keçirmişdir. Bunun əvəzində evin dəyəri olan pulu faiz borcundan silmişdir. Lakin yenə də faizlər dayanmırdı. O, iddiaçıdan xahiş edirdirdi ki, borcunun dəqiq məbləğini desin, ödəsin. O, bildirirdi ki, ölənəcən ona pul ödəyəcəkdir. O, prokurorluğa cavabdehdən şikayət etmiş, polis bölməsində ərizəsində başqa şeylər yazmışdır. Yazdıqlarını tədqiqatçının təzyiqi ilə yazmışdır. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirdi ki, hal-hazırda onun iddiaçıya olan əsas borcu 16000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 05.11.2020-ci il tarixli, 82124 saylı girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh 05.11.2020-ci il tarixində Bakı şəhərində bağlanmış 1096/SM-20 nömrəli kredit müqaviləsinə əsasən “X6 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən 34,000 manat məbləğində kredit 05.05.2023-cü il tarixinədək qaytarılacağı şərti ilə verilmişdir. Müqavilənin predmeti Cavabdeh məxsus olan ümumi dəyəri 19,085 manat olan qızıl-zinət əşyaları olmuşdur. İş materiallarında olan 05.11.2020-ci il tarixli Aktın surətindən görünür ki, boyunbağı- 2 ədəd (750 əyyar, 83.8 qram, dəyəri 4190 manat), qolbaq-8 ədəd (750 əyyar. 198.7 qram, dəyəri 9935 manat), klon- 4 ədəd (750 əyyar. 19.1 qram, dəyəri 955 manat), üzük- 1 ədəd (750 əyyar. 6.2 qram, dəyəri 310 manat), sırğa -1 ədəd (750 əyyar. 17.2 qram, dəyəri 860 manat), klon -1 ədəd (750 əyyar. 6 qram, dəyəri 300 manat), komplekt 1 ədəd (750 əyyar. 17 qram, dəyəri 850 manat), Sırğa 1 ədəd (750 əyyar. 7.3 qram, dəyəri 365 manat), üzük 1 ədəd (583 əyyar, 5.8 qram, dəyəri 232 manat), qolbaq 1 ədəd (583 əyyar. 21.2 qram dəyəri 848 manat), kulon 1 ədəd (585 əyyar, 6 qram, dəyəri 240 manat) qızıl-zınət əşyaları 05.11.2020-ci il tarixli, 1096/SM-20 nömrəli kredit müqaviləsinin təminatı olaraq "xxxx" MMC-nin xəzinəsinə girov qoyulmuşdur. İş materiallarında olan 14.12.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh 1096/SM-20 saylı müqavilə üzrə öhdəliyin icrası məqsədilə "xxxx" MMC-ə 70 və 161 manat məbləğində ödənişlər etmişdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd qərarından görünür ki, Cavabdeh İddiaçı ilə 2014-cü ildə tanış olmuşdur və evində köməkçi işləmişdir. O, müxtəlif tarixlərdə və məbləğlərdə İddiaçı faiz müqabilində pul götürərək, sonradan pulu ona qaytarmışdır. Lakin, növbəti dəfə İddiaçı faizə götürdüyü pulu qaytara bilmədiyi üçün və götürdüyü pulun faizləri üst-üstə gəldiyi üçün o, sonuncunun təklifi ilə ondan qızıl zinət əşyaları götürərək, həmin əşyaları banka girova qoymuşdur. Bankdan götürdüyü pulları o, İddiaçı vermişdir. Lakın banka olan borcunu verə bilmədiyi üçün anasına məxsus torpağını ona vermiş əvəzinə ondan 10.000 manat pul götürmüş və həmin pulu banka ödəmişdir. O, izahatında hal hazırda İddiaçı 16.000 manat borclu olduğunu və həmin pul borcunu hissə-hissə ona qaytaracağını bildirmişdir. İş materiallarında olan 27.04.2021-ci il tarixli izahatın surətindən görünür ki, Əliyeva X4 rayon Pİ-nin 26-cı Polis Bölməsində verdiyi izahatında iddiaçının təklifi ilə onun qızıllarını “Parabanka” 17.000 dollar müqabilində girova qoyduğunu, götürdüyü puldan 11.000 manat pulu Xanımzərə olan borcu üçün ödədiyini və hazırda 16.000 manat borcu qaldığını və hissə-hissə ödəyəciyini bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin məhkəməyə ünvanladığı 12.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 18 iyun 2021-ci il tarixdə hərrac keçirilmiş, girov predmeti satılaraq satışdan əldə olunan 29.300 (iyirmi doqquz min üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh 22.01.2021-ci il tarixli, 83/ŞM-2021 saylı kredit müqaviləsi üzrə yaranmış borcuna yönəldilmişdir. Hal-hazırda "xxxx" MMC-də Cavabdeh məxsus heç bir girov predmeti mövcud deyildir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı müxtəlif vaxtlarda fərqli məbləğlərdə cavabdehə qaytarması şərti ilə borc pul vermiş, cavabdeh götürdüyü borc məbləğlərini geri qaytara bilmədikdə iddiaçının təklifi ilə iddiaçıya məxsus qızılları "xxxx" MMC-də girova qoymuş, götürdüyü kredit məbləği ilə digər şəxslərə olan borcunun bir qismini ödəmişdir. Cavabdehin iddiaçıya 16.000 manat borcu qalmışdır. Bu hal Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin 03.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd qərarında öz əksini tapmışdır. İş materiallarındakı "xxxx" MMC ilə Cavabdeh arasındakı girov müqaviləsindən və aktda cavabdehə məxsus qızılların girova qoyulması qeyd olunsa da cinayət işinin başlanması qərarından və cavabdehin izahatından da aydın olur ki, həmin qızıllar iddiaçıya məxsus olmuş və cavabdehin bankdan pul götürməsi üçün girova qoyması, daha sonra isə həmin qızılların iddiaçıya qaytarılması barədə razılıq əsasında cavabdehə verilmişdir. Məhkəmədə verdiyi izahatında cavabdeh bu izahatı təhqiqatçının və iddiaçının təzyiqi ilə yazdığını bildirsə də bunu sübuta yetirə bilməmiş və ya həmin cinayət işinin başlanmasının rədd qərarını mübahisələndirməmiş, təhqiqatçının və ya qeyrisinin ona təzyiqi ilə bağlı aidiyyatı orqanlara şikayət etməmişdir. Bundan əlavə cavabdeh iddiaçıya məxsus qızılları girova qoyduğundan, həmin qızılları geri qaytarmalı idi. "xxxx" MMC-nin cavab məktubundan müyyən olunmuşdur ki, girova qoyulmuş qızılzinət əşyaları kredit borcu ödənmədiyindən hərrac vasitəsi ilə satılmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus qızılları qaytarmadığından, həmin qızılların dəyəri miqdarında iddiaçıya maddi ziyan vurmuşdur. Bu halda iddiaçının həmin qızıl-zinət əşyalarının dəyərini tələb etməsi qanuna uyğundur və iddia tələbi bu hissədə təmin edilməlidir. Bundan əlavə iddiaçı cavabdehə borc kimi 25.000 manat məbləğində borc pul verdiyini bildirsə də məhkəmə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin 03.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd qərarında cavabdehin 16.000 manat borcu olduğunu etiraf etməsini və iddiaçının borc məbləğinin 25.000 manat olmasını sübuta yetirə bilməməsini nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 16.000 manat məbləğində borc pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin (bundan sonra - MM) 1096-ci, 1097.1-ci, 1097.3-cü və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 1) boyunbağı 2 ədəd (750 əyyar, 83.8 qram), 2) Qolbağ 8 ədəd (750 əyyar. 198.7 qram), 3) klon 4 ədəd (750 əyyar. 19.1 qram). 4) Üzük 1 ədəd (750 əyyar. 6.2 qram), 5) Sırğa 1 ədəd (750 əyyar. 17.2 qram), 6) Klon 1 ədəd (750 əyyar. 6 qram), 7) komplekt 1 ədəd (750 əyyar. 17 qram), 8) Sırğa 1 ədəd (750 əyyar. 7.3 qram), 9) Üzük 1 ədəd (583 əyyar, 5.8 qram), 10) Qolbağ 1 ədəd (583 əyyar. 21.2 qram), 11)Kulon 1 ədəd (583 əyyar, 6 qram), 12) Qolbağ 3 ədəd (750 əyyar. 85.9 qram), 13) Komplekt 1 ədəd (750 əyyar. 45 qram), 14) Üzük 1 ədəd (750 əyyar, 10.3 qram), 15) bir ədəd Quran qabı (750 əyyar. 40 qram), 16) Brilliant saat dəyəri 2500 manat olan qızıl əşyalarını, olmadığı halda dəyərini tələb etsə də, məhkəmə araşdırması zamanı həmin qızıl-zinət əşyalardan 2 ədəd (dəyəri 4190 manat), qolbaq- 8 ədəd (dəyəri 9935 manat), kulon -4 ədəd (dəyəri 955 manat), üzük-1 ədəd (dəyəri 310 manat), sırğa-1 ədəd (dəyəri 860 manat), kulon-1 ədəd (dəyəri 300 manat), komplekt-1 ədəd (dəyəri 850 manat), sırğa-1 ədəd (dəyəri 365 manat), üzük-1 ədəd (dəyəri 232 manat), qolbaq-1 ədəd (dəyəri 848 manat), kulon- 1ədəd (dəyəri 240 manat) olmaqla iddiaçıya məxsus qızılların cavabdeh tərəfindən girova qoyulması müəyyən edildiyindən, iddia tələbində göstərilən Qolbağ 3 ədəd (750 əyyar. 85.9 qram), Komplekt 1 ədəd (750 əyyar. 45 qram), Üzük 1 ədəd (750 əyyar, 10.3 qram), bir ədəd Quran qabı (750 əyyar. 40 qram), Brilliant saat dəyəri 2500 manat olan qızıl əşyaların iddiaçıya məxsus olması və həmin qızılların cavabdehdə olması iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən həmin qızılların və ya dəyərinin qaytarılması hissəsində iddianı əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda, bildirir ki, boyunbağı 2 ədəd (750 əyyar, 83.8 qram), 2) Qolbağ 8 ədəd (750 əyyar. 198.7 qram), 3) klon 4 ədəd (750 əyyar. 19.1 qram). 4) Üzük 1 ədəd (750 əyyar. 6.2 qram), 5) Sırğa 1 ədəd (750 əyyar. 17.2 qram), 6) Klon 1 ədəd (750 əyyar. 6 qram), 7) komplekt 1 ədəd (750 əyyar. 17 qram), 8) Sırğa 1 ədəd (750 əyyar. 7.3 qram), 9) Üzük 1 ədəd (583 əyyar, 5.8 qram), 10) Qolbağ 1 ədəd (583 əyyar. 21.2 qram), 11)Kulon 1 ədəd (583 əyyar, 6 qram), 12) Qolbağ 3 ədəd (750 əyyar. 85.9 qram), 13) Komplekt 1 ədəd (750 əyyar. 45 qram), 14) Üzük 1 ədəd (750 əyyar, 10.3 qram), 15) bir ədəd Quran qabı (750 əyyar. 40 qram), 16) Brilliant saat dəyəri 2500 manat olan qızıl əşyalarının cavabdehin banka olan borcunun ödənilməməsi səbəbindən hərraca çıxarılıb satılması müəyyən edildiyindən, iddiaçıya cavabdehdən tərəfindən vurulmuş maddi ziyanın əvəzi, yəni həmin qızılların girov müqaviləsində göstərilən dəyəri 19085 (on doqquz min səksən beş) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi- boyunbağı-2 ədəd (dəyəri 4190 manat), qolbaq- 8 ədəd (dəyəri 9935 manat), kulon -4 ədəd (dəyəri 955 manat), üzük-1 ədəd (dəyəri 310 manat), sırğa-1 ədəd (dəyəri 860 manat), kulon-1 ədəd (dəyəri 300 manat), komplekt-1 ədəd (dəyəri 850 manat), sırğa-1 ədəd (dəyəri 365 manat), üzük-1 ədəd (dəyəri 232 manat), qolbaq-1 ədəd (dəyəri 848 manat), kulon- 1ədəd (dəyəri 240 manat) olmaqla qızılların ümumi dəyəri 19,085 (on doqquz min səksən beş) manat və 16.000 (on altı min) manat məbləğində borc, cəmi 35,085 (otuz beş min səksən beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh boyunbağı-2 ədəd (dəyəri 4190 manat), qolbaq- 8 ədəd (dəyəri 9935 manat), kulon -4 ədəd (dəyəri 955 manat), üzük-1 ədəd (dəyəri 310 manat), sırğa-1 ədəd (dəyəri 860 manat), kulon-1 ədəd (dəyəri 300 manat), komplekt-1 ədəd (dəyəri 850 manat), sırğa-1 ədəd (dəyəri 365 manat), üzük-1 ədəd (dəyəri 232 manat), qolbaq-1 ədəd (dəyəri 848 manat), kulon- 1ədəd (dəyəri 240 manat) olmaqla qızılların ümumi dəyəri 19,085 (on doqquz min səksən beş) manat və 16.000 (on altı min) manat məbləğində borc, cəmi 35,085 (otuz beş min səksən beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5449/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5449/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver