Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5450/2023 08.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi X17 iştirakı ilə, Ərizəçi X17 maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri 39 saylı Notariat konturuna qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat konturuna “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, o X8 (Şaumyan), Hüseynov Şamil (Şaumyan) Fətullah oğlunun, X3 övladları olduqlarını məhkəmə qayadasında təsdiq edilərək qohumluq faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1955-ci ildə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində anadan olmuşdur. Həmin mülkün sahibi onun ulu babası X14 olmuşdur. O, 1879-cu ildə anadan olmuş, 1919-cu ildə vəfat etmişdir. O, həmin mülkün qanuni vərəsəsidir və vərəsəliyin təsdiqi üçün qohumluq faktının məhkəmə qaydasında təsdiqi zəruri olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki 39 saylı Notariat ofisinə vərəsəliyin tanınması ilə bağlı 28 yanvar 2022-ci il tarixdə müraciət etmiş və həmin tarixdə notariat ofisi tərəfindən ona imtina məktubu yazılaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Babası X5 1851-ci ildə anadan olmuş və 1961-ci ildə vəfat etmişdir. X38 (adı dəyişilərək Şamil olması barədə sənəd əlavə olunur) Fətulla oğlu 1929-cu ildə anadan olmuş, 1963-cü ildə vəfat etmişdir. Anası X6 ilə 1954-cü ildə rəsmi nikaha daxil olaraq həmin ünvanda yaşamışdır. Onların birgə nikahından 1955-ci ildə o, Hüeynova (Dadaşova) Gülnaz və 1956-cı ildə qardaşı – X18 anadan olmuşdur. AR-nın Milli Arxiv İdarəsi tərəfindən 13 yanvar 2022-ci il tarixli TA- 00024-2022 saylı arxiv arayışından göründüyü kimi Balaxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında göstərilir ki, X36 40 yaşında, onun oğlu X26 13 yaşında, X24 7 yaşında, X25 3 yaşında vəfat etmişlər. Mülkiyyətdəki X7 X10 başqa digər övladları az yaşlarında vəfat etmişlər. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Balaxanı Qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş 872 saylı, xx.xx.2021-ci il tarixli arayışında qeyd olunur ki, X20 1883-cü ildə doğulub, 1961-ci ilə, ölən günə qədər Balaxanı qəsəbəsi, Bala Əfəndiyev 3 ünvanında yaşamışdır. X1 1926-cı ildən xx.xx.1979-cu ilə qədər, X12 1924-cü ildən 1951-ci ilə qədər, oğlu Hüseynov Şaumyan (Şamil) Fətulla oğlu 1929-cu ildən 1963-cü ilə qədər, X13 1939-cu ildən 1974-cü ilə qədər həmin ünvanda yaşamışlar. Qanuni mülkiyyətçi olan babası X20 bacı-qardaşlarını erkən yaşlarından itirərək vərəsə olmuşdur. Hüseynov Fətulla onun doğma babasıdır. Onun oğlu Hüeynov Şaumyan (Şamil) isə onu doğma atasıdır. Ərizəçi onun qanuni vərəsəsidir. AR Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışında yazılır ki, AR X40 “Bakı quberniyası və Dağıstan vilayəti əkinçilik və dövlət əmlakları idarəsi fondu”nun sənədlərində Bakı qradonaçalnikliyinin Balaxanı kəndi həyətyanı sahələri olan malikanə sahiblərinin 14 iyul 1915-ci il tarixli akt sənədlərindən məlum olmuşdur ki, Fətulla və X30rdaşlarının həyətyanı ərazisində 5 ədəd neft quyusu (biri su quyusu) olmuşdur. AR X34 verilən arxiv arayışından görünür ki, X14 və onun oğlanları X26 13, X24 7 yaş, X25 3 yaş. Ailənin mülkiyyətində üzüm sahəsi olmuş və 8 rubl dövlət rüsumu ödənilmişdir. Ərizədə yazdığı faktlar və əlavə etdiyi sənədlər kifayət qədər əsas verir ki, ərizədə qeyd olunanlar onun qohumlarıdır. xx.xx.2023-cü il tarixdə Ərizəçi ərizəyə dəqiqləşdirmə barədə ərizə verərək, onun X2 nəvəsi olması faktının təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununua uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri 39 saylı Notariat konturuna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ seriyalı 220512 nömrəli ölüm haqqında şəhadətnamənin sürətinə əsasən müəyyən olunur ki, X20 xx.xx.1961-ci il tarixində Bakı şəhərində ölmüşdür. Az-İİ seriyalı, 188184 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 xx.xx.1963-cü il tarixində Bakı şəhərində ölmüşdür. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi 12.04.155-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. AZ-İ seriyalı, 007884 seriyalı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin sürətindən əsasən müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi Şaumyan qızı ata adını Şaumyandan Şamilə dəyişdirmişdir və bu barədə xx.xx.1993-cü il tarixdə 1 nömrəli akt ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 30 avqust 2023-cü il tarixli, 3-48- TA/2-D-00590/2023 nömrəli arxiv arayından görünür ki, Azərbaycan Respublikası X40 sənədləri üzrə Balaxanı kəndinin 1886-cı ilə dair kameral siyashısında Fətulla Əbdülhüseyn oğlunun doğum tarixinə dair məlumat aşkar olunmamışdır. Doğum tarixi: 1879-cu il (sənəddə olduğu kimi ay və gün qeyd edilməmişdir). Valideynləri: Atası- Əbdülhsüeyn Əbdülhəsən oğlu (sənəddə olduğu kimi). Anası- sənəddə olduğu kimi qeyd edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 11 noyabr 2021-ci il tarixli, DA- 01829-2021 nömrəli arxiv arayından görünür ki, “Azərbaycan nrespublikası Ədliyyə Nazilriyi yanında notariat və vətəndaşlıq vəziyyətinin aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-cu ilə dair Bakı şəhəri Lenin (sabunçu) rayonu Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 08 aprel 1929-cu ildə doğulan Hüseynov Şahmiyan (sənəddə olduğu kimi) Fəthulla (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunue.Atası: Hüseynov Fəthulla (sənədə olduğu kimi). Anası- X4. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək, ərizəçinin izahatına, işdə olan fotoşəkillərə, Ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizə və digər sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin 1879-cu ildə doğulmuş və xx.xx.1961-ci ildə Bakı şəhərində vəfat etmiş X39 (Əbdülhüseyn) oğlunun nəvəsi olması faktının müəyyən edilməsi barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. xx xxxxx 1955-ci ildə Bakı şəhərində anadan olmuş Ərizəçi 1879-cu ildə doğulmuş və xx.xx.1961-ci ildə Bakı şəhərində vəfat etmiş X39 (Əbdülhüseyn) oğlunun nəvəsi olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5450/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5450/2023
08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver