Məhkəmə qərarları › İş №2(004)-5451/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5451/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5451/2021 14.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Novruzov Şamı̇ l Əsəddı̇ n oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Novruzov Şamı̇ l Əsəddı̇ n oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Novruzov Şamı̇ l Əsəddı̇ n oğlundan 43000 (qırx üç min) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, iddiaçı 2005-ci ildən cavabdeh Novruzov Şamı̇ l Əsəddı̇ n oğlunun tibb məntəqə rəisi vəzifəsində çalışdığı N saylı hərbi hissədə tibb bacısı vəzifəsində işləməyə başlamış və 2014-cü ilədək həmin müəssisədə çalışmışdır. 2008-ci ildə cavabdeh onun boşandığını bilərək ona evlənmə təklif etmişdir. İddiaçının anası onun evli olduğunu bilib iddiaçının onunla evlənməsinə razılıq verməmişdir. Onun təzyiqlərinə dözməyərək onunla birgə yaşamağa məcbur olmuşdur. Birinci nikahından olan övladı dünyaya gəldikdən sonra Cavabdeh Bakı şəhəri N saylı hərbi hissənin yaxınlığında kirayə ev tutaraq iddiaçını ora köçürmüşdür. Həmin vaxtdan iddiaçıya məxsus əmək haqqı kartını cavabdeh götürmüş və onun şəxsi istifadəsində olmuşdur. 2013-cü ildə Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 136A nömrəli evin 92 saylı mənzili xidməti mənzil kimi cavabdehə verilmiş və iddiaçı həmin mənzildə uşağı ilə birlikdə yaşamağa davam etmişdir. Cavabdeh Əfqanıstana ezamiyyətə gedərkən öz əlyazması ilə kreditlərin siyahısını bir vərəqdə təqdim etmiş, həmin əlyazmada maaş kartından hansı banka nə qədər kredit ödənişi ödəməli olduğunu qeyd etmişdir. İddiaçı hər dəfə kartını geri istədikdə ona vədlər verərək aldatmışdır. Son illərdə onun iddiaçı və azyaşlı uşağını mənzildən çıxartmaqla bağlı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Bütün bunlar onun necə bir insan olduğunu göstərir. Bütün bu illər ərzində bu şəxs onun əməyini istismar etmiş, haqqı olan əmək haqqını mənimsəmiş, özünə götürdüyü kreditlərin ödənişinə sərf etmişdir. Bu günə kimi iddiaçıya 43000 (qırx üç min) manat ziyan vurmuş, iddiaçının haqqı olan əmək haqlarını, əmək haqqı kartını illərlə özündə saxlamaqla istifadə etmiş ididiaçıya ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izhat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştiakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçiriləsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf 43000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi tələbinin əsası kimi cavabdehin onun əmək haqqı kartını mənimsəməsi və illər ərzində onun əmək haqqından istifadə etməsini, həmçinin iş materiallarına əlavə edilmiş cavadehin xətti olduğunu iddia etdiyi əlyazmanı göstərmişdir. Lakin cavabdehlə iddiaçı arasınada borc münasibətinin olması, o cümlədən cavabdehin iddiaçının əmək haqqını mənimsəməsi, cavabdehin iddiaçı qarşısında öhdəliyinin olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış və iddiaçı tərəfindən məhkəmə baxışında sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiada qeyd edilən halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh 43000 (qırx üç min) manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar