Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5458/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.08.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəm iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Expressbank ASC ilə Cavabdeh1 arasında 24 aprel 2018-ci il tarixli, 106840-514952/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 17500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Liman şəhəri, Həzi Aslanov küçəsi, ev 26 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 191.1 kv.m-dən ibarət fərdi yaşayış evi 24 aprel 2018-ci il tarixli, 106840-514952/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 06.07.2021-ci il tarixli, 001/007/3333/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh2 07.07.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. İddianın təmin olunmasını xahiş edir. İddiaçı ASC 20.12.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək 21.12.2021-ci il tarixli məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ona borcu ödəmək üçün vaxt lazımdır. Əmlakın satışa çıxarılmasını istəmir. Borc üzrə faizlərin dayanmasını xahiş edir. Məhkəm iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, ipoteka predmeti olan əmlakın likvid dəyərinin 25000 manat məbləğində qiymətləndirilməsinə və iddianın təmin olunmasına etiraz etmir. Belə ki, iddiaçı ilə aralarında razılıq olmuşdur. İddia təmin olunarsa növbəti ilin may ayına qədər borcu tam ödəyəcək. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2018-ci il tarixli, 106840-514952/1 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana 24 ay müddətinə ödəmək şərtilə illik 26% dərəcəsi ilə 17500 manat məbləğində pulu verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24.04.2018-ci il tarixli, 106840-514952/1 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla Cavabdeh1 arasında bağlanılmış 24.04.2018-ci il tarixli, 106840-514952/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 71,9 m2 yayış, 119,2 m2 köməkçi sahədən ibarət olan 26 nömrəli fərdi yaşayış evini likvid dəyəri 25000 manat müəyyən edilməklə bank qarşısında yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən Liman şəhəri, Həzi Aslanov küçəsi, ev 26 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 191,1 m2 olan fərdi yaşayış evi 24.04.2018-ci il tarixli, 106840-514952/1 nömrəli kredit müqaviləsinin təminatı kimi mülkiyyətçisi Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində 24.04.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 09.08.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 6454,72 manat əsas, 27,97 manat faiz borcu olmaqla, cəmi 6482,69 manat manat borcu vardır. İş materiallarında olan 06.07.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 04.07.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən ********** nömrəli ərizə üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən ********** nömrəli ərizə üçün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və həmin borcun ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh-borcalan kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc ipoteka yüklü edilmiş Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 26 nömrəli fərdi yaşayış evinə yönəldilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq hissəsi cavabdeh ipoteka qoyan Cavabdeh2 qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalıq məbləğ Cavabdeh1 ümumi qaydada tutulmalıdır . AR Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh1 24.04.2018-ci il tarixli, 106840-514952/1 nömrəli kredit müqaviləsi üzrə 6454,72 manat əsas, 27,97 manat faiz borcu olmaqla cəmi 6482,69 (altı min dörd yüz səksən iki manat altmış doqquz qəpik) manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı olmaqla, 40 (qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat müəyyən edilməklə Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 26 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ev açıq hərracdan satılmalı, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada Cavabdeh1 ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 24.04.2018-ci il tarixli, 106840-514952/1 nömrəli kredit müqaviləsi üzrə 6454,72 manat əsas, 27,97 manat faiz borcu olmaqla cəmi 6482,69 (altı min dörd yüz səksən iki manat altmış doqquz qəpik) manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat müəyyən edilməklə Liman şəhəri, Həzi Aslanov küçəsi, ev 26 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 191,1 m2 olan fərdi yaşayış evinə yönəldilsin, ev açıq hərracdan satılsın, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada Cavabdeh1 tutulsun. Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 26 nömrəli fərdi yaşayış evi tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5458/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5458/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver